Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3242/2022 05.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə Cavabdeh xeyrinə xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan 154 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 60 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən Cavabdeh ilə onun arasında olan nikah pozulmuş və həmin qətnaməyə əsasən ondan cavabdehin xeyrinə xx.xx.2012-ci il təvəllüdlü oğlu X3 yetkinlik yaşma çatanadək saxlanması üçün hər ay ümumilikdə 154 (manat sabit pul məbləğində aliment tutulur. Hesab edir ki, hal-hazırda həyat şəraitinin ciddi surətdə dəyişməsi səbəbindən həmin aliment miqdarının azaldılması zərurəti yaranmışdır. Belə ki, o, ikinci dəfə ailə qurmuş və birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 doğulmuşdur. Həyat yoldaşı X2 heç bir yerdə işləmir. Məhkəmə tərəfindən qeyd olunan alimentin miqdarı təyin olunan zaman iddaçıbaşqa biri ilə nikah münasibətlərinə daxil olmamışdı. Hazırda ailəlidir və bu nikahdan iki övladı var. Əmək haqqı da 373.54 manat təşkil edir. Bu səbəbdən hər ay 154 manat aliment məbləğini ödəməyi qeyri-mümkündür. Təbii ki, o, uşağın saxlanması üçün valideynlərin aliment ödəməli olmasıilə razılaşır. O da övladının saxlanması üçün aliment ödəməkdən heç bir zaman boyun qaçırmamışdır. Çünki bu ən azı onun valideynlik borcudur və hər ay onun öhdəsinə düşən alimenti vaxtında ödəmişdir. Məhkəmənin qətnaməsinə əsasən ondan cavabdehin xeyrinə tutulan 154 manat alimenti ödəməyi həm ailə və həm də maddi vəziyyətində dəyişiklik olması səbəbindən hal-hazırda heç cür mümkün deyildir. Bu SəbəBdən də, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını tələb etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən tutulan aliment uşaqlar üçün müəyyən edilmiş yaşayış minumumundan da azdır. İddiaçının göstərdiyi məbləğ isə uşağın maddi ehtiyacının ödənilməsi üçün yetərli deyildir. Hesab edir ki, iddia tamamilə əsassızdır. Odur ki, iddianının rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013cü il tarixdə verilmiş AZ-İ seriyalı 160874 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikah ləğv eidlmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2013cü il tarixdə 144 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Abşeron rayon İcra şöbəsinin 14.1.2018-ci il tarixli icraata başlamaq haqqında qərarının surətindən görünür ki, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində aliment İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı 984593 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X2 xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018-ci il tarixdə verilmiş AZ-T seriyalı 052213 nömrəli və Sumqayıt ”ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV seriyalı 046524 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı və X1 birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 adlı iki uşağı var. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" QSC-nin xx.xx.2022-ci il tarixli A/61 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən "xxxx" QSC-nin Birləşmiş Emalatxanalarında elektrik çilingəri peşəsində işləyir və onun orta aylıq əmək haqqın 373,54 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra – Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 81-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2022-ci il üçün yaşayış minumumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.7-ci bəndində göstərilmişdir ki, alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, uşaqların saxlanılması hər iki valideynin vəzifəsidir. Eyni zamanda, valideynlərin uşaqları saxlamaq vəzifəsi təkcə onlara edilən maddi yardmla məhdudlaşmır. Uşaqların saxlanılması, onlara qulluq edilməsi, təlim-tərbiyələri ilə məşğul olmaq və sair valideynlərin uşaqları saxlamaq vəzifəsinə daxildir. Hazırda iddiaçı ilə cavabdehin birgə nikahlarından olan azyaşlı uşağı cavabdehin himayəsindədir. Uşağın saxlanılması, bütün qayğıları ilə, təlim-tərbiyəsi ilə məşğul olmaq hazırda cavabdehin üzərindədir. Belə olan halda, iddiaçının uşağa maddi yardım etmək vəzifəsindən də boyun qaçırması, bundan sonra isə alimentin azaldılmasını və uşağın maddi tələbatının ödənilməsini də cavabdehin üzərinə qoymaq istəməsi əsassız və ədalətsizdir. İddiaçı ikinci dəfə nikaha daxil olduğunu, ikinci nikahdan azyaşlı uşağının olduğunu əsas gətirərək iddiasının təmin edilməsini xahiş etmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, ikinci dəfə ailə qurmaq, ikinci nikahdan uşağın olması, qazancın az olması valideynləri uşaqları saxlamaq vəzifəsindən azad etmir. İddiaçının birinci nikahdan olan uşağın saxlanılması üçün məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğinin azaldılması heç bir əsasa söykənmir. Həmçinin, iddiaçı ikinci nikahdan doğulmuş uşaqların saxlanılması üçün aliment ödəmir. Məhkəmə onu da qeyd edir ki, hazırda 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir, İddia tərəfindən ödənilməli olan alimentin məbləği isə 154 manatdır. Göründüyü kimi, həmin məbləğ uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumundan da azdır. İddiaçının öz üzərinə düşən – ödənilməsi müəyyən edilən aliment məbləğini azaltmaq istəməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını aradan qaldırmış olar. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək, uşaqlar üçün qanunverciliklə müəyyən edilmiş yaşayış minmunun həddini, tərəflərin birgə nikahdan doğulmuş uşağın böyüdüyünü, xərclərinin ildən-ilə artmasını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maskimal saxlanılmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, İddiaçı Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü oğlu X5 görə 60 manat məbləğində alimentin tutulması barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə nəzərə alır ki, həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3242/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3242/2022
05.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver