Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3244/2022 25.05.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlu, İddiaçı cavabdehlər Cavabdeh1nə, AB Consulting” MMC şirkətinə və TuranBank” ASC-yə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1nə, "xxxx" MMC şirkətinə və Cavabdeh3 ASC-yə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ünvan 1 ünvanında yerləşən 2 otaqdan ibarət ümumi sahəsi 39,17 kv.metr, yaşayış sahəsi 29 kv. metr, yardımçı sahəsi 10.17 kv. metr olan 39 saylı mənzilin yenidən qiymətləndirilməsi öhdəliyinin cavabdeh "xxxx" MMC şikətinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, iddia ərizəsinin məzmunundan və iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Masallı Rayon Məhkəməsində Cavabdeh3 ASC-nin İddiaçı qarşı “müqavilə üzrə borcun tutulması və borcun ipoteka predimetinə yönəldilməsi” tələbinə dair mülki işə baxılarkən İddiaçı mülkiyyətində olan və ipoteka predimeti olan ünvan 1 ünvanında yerləşən 39 saylı mənzil məhkəmənin qərardadına əsasən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən likvid dəyəri 63000 manat müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(050)-30/2021 saylı qətnaməsi ilə ipoteka predimeti olan mənzilin ilkin satış qiyməti 63000 manat məbləğində müəyyən edilmişdir. Masallı Rayon Məhkəməsinin 09.02.2021-ci il tarixli, 2(050)-30/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırda iddiaçı Əliyev X1 Rayon Məhkəməsinin qərardadına əsasən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən müəyyən edilmiş mənzilin ilkin satış qiyməti ilə razı olmadığından cavabdeh "xxxx" MMC tərəfindən yenidən qiymətləndirilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi MPM-in 76.2-ci maddəsinə əsasən ayrıca sübut növü kimi müəyyən edilmiş, həmin Məcəllənin 101.7-ci maddəsində isə ekspertin rəyinin məhkəmədə tədqiq olunması və digər sübutlarla yanaşı qiymətləndirilməsi qaydası əks olunmuşdur. Həmçinin, həmin Məcəllənin 102-ci maddəsində məhkəmə tərəfindən və işdə iştirak edən şəxslərin vəsatəti əsasında əlavə və ya təkrar ekspertiza təyin edilməsi qaydası əks olunmuşdur. Bu baxımdan, əmlakın yenidən qiymətləndirilməsinin müstəqil iddia şəklində tələb edilməsi mülki-prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, qanunvericilik sübutların yuxarıda istinad edildiyi şəkildə məhkəmə baxışı çərçivəsində həyata keçirilən xüsusi qiymətləndirilməsi prosedurunu müəyyən etmişdir. İş üzrə tərəf bir sübut növü kimi rəylə razılaşmadıqda əlavə və ya təkrar ekspertiza təyin olunmasını, yaxud rəyin sübutlar siyahısından çıxarılmasını tələb etməklə onu mübahisələndirmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim ərizəni qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, AB Consulting” MMC şirkətinə və TuranBank” ASC-yə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1nə, AB Consulting” MMC şirkətinə və TuranBank” ASC-yə qarşı “daşınmaz əmlakın qiymətləndirilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3244/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3244/2022
25.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver