Məhkəmə qərarları › İş №2(004)-3286/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3286/2022

25.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3286/2022 25.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı qızıl-zinət və əmlak tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı qızıl-zinət və əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 25 mart 2015-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuş və cavabdehin yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçmüşdür. Ailə qurarkən cehiz əşyalarını həmin ünvana aparmışdır. Bir müddət mehriban yaşasa da, sonradan aralarındakı nikah cavadehin təqsiri ucbatından məhkəmə qaydasında pozulmuşdur. Ailə qurarkən aşağıda adları qeyd olunan qızıl zinət əşyaları cavabdeh və valideynləri tərəfindən hədiyyə edilmişdir: dəyəri 800,0 manat olan nişan üzüyü (brilliant qaşlarla), dəyəri 3800,0 manat olan İtaliya istehsalı komplekt brilliant dəsti, dəyəri 180,0 manat olan Sep, nişanda hədiyyə kimi gətirilmiş dəyəri 100,0 manat olan üzük, dəyəri 150,0 manat olan qolbağ, dəyəri 350,0 manat olan Rusiya istehsalı olan sırğa, sep, üzük komplekti, dəyəri 130,0 manat olan üzük, dəyəri 150,0 manat olan, anası tərəfindən hədiyyə edilmiş üzük, dəyəri 550,0 manat olan 107 ekran LC televizoru (valideynlərim tərəfindən verilmiş). Cavabdeh onu evdən qovarkən yuxarıda qeyd olunan ona məxsus əşyaları qaytarmamışdır. Həmin əşyaların, onlar olmadığı təqdirdə isə onların dəyəri olan 6110 manat pul vəsaitinin ona verilməsi üçün cavabdehə etdiyi müraciətlər heç bir nəticə vermədiyi üçün mediasiya təşkilatına müraciət etmişdir. Lakin Cavabdeh ilkin mediasiya sessiyası keçiriləcəyi barədə məlumatlandırılsa da, ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, yuxarıda qeyd olunan əşyalar, onlar olmadığı təqdirdə isə onların dəyəri olan 6110 manat pul vəsaiti cavabdehdən tutularaq ona verilməlidir. Göstərilənlərə əsasən məhkəmədən dəyəri 800,0 manat olan nişan üzüyü (brilliant qaşlarla), dəyəri 3800,0 manat olan İtaliya istehsalı komplekt brilliant dəsti, dəyəri 180,0 manat olan Sep, nişanda hədiyyə kimi gətirilmiş dəyəri 100,0 manat olan üzük, dəyəri 150,0 manat olan qolbağ, dəyəri 350,0 manat olan Rusiya istehsalı olan sırğa, sep, üzük komplekti, dəyəri 130,0 manat olan üzük, dəyəri 150,0 manat olan, anası tərəfindən hədiyyə edilmiş üzük, dəyəri 550,0 manat olan 107 ekran LC televizoru (valideynlərim tərəfindən verilmiş), onlar olmadığı təqdirdə onların dəyəri olan 6110 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İşə məhkəmədə baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, dəyəri 800,0 manat olan 750 əyarlı 8 qramlıq 0.50 koratlıq briliant qaşlarlı nişan üzüyü, dəyəri 3800 manat olan 750 əyarlı 5 koratlıq qaşlı İtaliya istehsalı sırğa, sep, üzük dəsti, dəyəri 180 manat olan 585 əyarlı 3 qramlıq sep, nişanda hədiyyə kimi gətirilmiş dəyəri 100 manat olan 1.5 qramlıq üzük, dəyəri 150 manat olan 2.5 qramlıq qolbağ, dəyəri 350 manat olan 6.5 qramlıq Rusiya istehsalı olan sırğa, sep, üzük komplekti, dəyəri 130 manat olan 2.5 qramlıq üzük, dəyəri 150 manat olan 3.5 qramlıq üzük (anası tərəfindən hədiyyə edilmiş), dəyəri 550 manat olan 107 ekran LC televizor (valideynlərim tərəfindən verilmiş), onlar olmadığı təqdirdə onların dəyəri olan 6110 manat pul vəsaitinin cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddia ərizəsinə etirzında bildirmişdir ki, güya o ailə qurdudan sonra heç bir yerdə işləməmiş, gəlir əldə etməmiş, onun qızıl əşyalarını sataraq maşın almışlar. Qeyd etdiyi kimi, o, Reklam Agentliyində operator vəzifəsində işləmişdir. Hətta pandemiya dövründə o işə gedib-gəlmək üçün Elektom Hökumətin inkişafı Mərkəzində qeydə alınmaqla xx.xx.2020-ci il tarixdən 18.01 2022-ci il tarixədək icaze.e-gov.az saytında qeydə alınmaqla icazə verilmişdir. Onuda bildirir ki, onun qızıl əşyaları daima qaynanasında olmuş, hazırda da, qaynanasındadır. Birinci gündən qaynanası onu qızıllarını saxlamaq adı ilə almış, ona lazım olanda bir neçə dəfə ondan alaraq taxmış, lakin sonra yenə də, qızılları qaynanasına geri qaytarmışdır. Onlar bir həyətdə, lakin ayrı-ayrı evlərdə qalmışlar. O, evi tərk edərkən də qızıllar qaynanasında olduğundan götürə bilməmişdir, ümumiyyətlə evdən axşam döyülərək qovulmuşdur. Onda sadəcə anasının ona hədiyyə etdiyi qızıl üzük olmuş, onuda cavabdeh ondan xəbərsiz dolabdan götürərək lombarda qoymuşdur. Hazırda da, qızılları qaaynanasındadır və o, onun qaytarılması üçün neçə dəfə yoldaşına müraciət edərək anasına qızıllarını qaytarmağ deməsini bildirsə də, sonuncu anasına söz deyə bilmiyəcəyini demişdir. Eyni zamanda onu da qeyd edit ki, ötən müddət ərzində cavabdehə whatsappla yazaraq ona məxsus qızıl-zinət əşyalarının qaytarılmasını xahiş etmiş, cavabdeh isə bu barədə anasına deyəcəyini bildirmişdir. Əgər onun qızılları həqiqətən də birgə nikah dövründə satılmış olsa idi, ona yazdığı cavabda bunu qeyd edərdi. Əksinə isə cavabdeh anasına söz deməyin çətin olduğunu bildirmişdir. Yəni, cavabdeh hec bir masın almamış və onun qızılları satılmamışdır. Göründüyü kimi o birgə nikah dövründə işləyərək gəlir əldə etmiş, ailənin saxlanılmasında köməklik göstərmişdir. Hesab edir ki, cavabdehin bu arqumentləri tamamilə əsassızdır. Bundan başqa onun qızılzinət əşyaları qanynanasında olmuşdur. O, evi tərk edərkən hec bir əşya götürı bilməmiş, sonradan atası onun cehizlərini evindən götürsə də, Tv-ni götürə bilməmişdir. Qalan cehizlərini isə aparmışdır. Sözü gedən Tv-ni cavabdeh satmış və pulunu xərcləmişdir. O, bunu votsapp yazışmalarında etiraf etmişdir. Cehiz kimi gətirdiyi TV-yə 550 manat məbləğində pul ödəmişlər. Sındığı bildirilən televizor isə onların deyil, qaynatası gilin televizoru omuşdur. Həmin televizoru oynayarkən qonşunun uşaqları aşıraraq sındırmışdırlar. Onda olan məlumata görə bundan sonrada o evi tərk etdiyi müddətdə qaynatası onun televizorunu götürmüşdür. Lakin cavabdeh yazışmalarda onu satdığını bildirmişdir. Odur ki, qeyd edirlənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və eyni zamanda vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirdi ki, tərəfər 25 mart 2015-ci ildə rəsmi nikah daxil olmuşlar. Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı 2021-ci ilin mart ayında atası evinə getmişdir. Nikah pozulduqdan təxminən 3-4 ay sonra evə gələrək cehiz əşyalarının hər birini aparmışdır. Qeyd etmək zərurəti vardır ki, iddiaçı tərəfindən cehiz əmlak aparılan vaxt evdə heç kim olmamış, iddiaçı özü telefon vasitəsi ilə xəbər verməklə evə gəlmiş və özünə aid bütün əşvaları aparmışdır. İddia ərizəsində qeyd ediləm qızıl-ziynət əşyalarının mövcud olduğunu etiraf edirlər. Lakin onarın hamısı iddiaçının da, razılığı ilə satılmışdır. Həmçinin tərəflər birgə nikah münasibətində olduqları müddətdə heç bir yerdə işləməmiş və öz qərarları ilə 2016cı ildə BMW markalı, **-KA-*** dövlət nömrə nişanlı avtomobil almışlar. Avtomobilin dəyərinin 5000 manatını məhz qızıl-zinət əşyalarını satmaqla ödəmişlər. Bundan sonra 2017-ci ildə həmin avtomobil qəzalı vəziyyətə düşdüyündən 5800 manata satmışdırlar. Həmin məbləğ isə ailənin ümumi birgə təsərüffatı zamanı özlərinə xərclənmişdir. Belə ki, yuxarıdada qevd etdiyi kimi tərəflər heç bir zaman hər hansı bir əməklə məşğul olmamışlar. Bundan əlavə yuxarıda qeyd edilən avtomobili almaq üçün cavabdehin atasına məxsus Mersedec markalı avtomobili də satmışdırlar. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, iddiaçının iddia etdiyi 107 ekran LG markalı televizor cavabdehin atası tərəfindən “Buku Elektroniks” mağazasından alınmışdır. Ondan qabaq 2 ədəd televizorun biri tərəflər arasında olan ailə münaqişəsi zamanı sındırılmış, digəri isə tərəflərin birgə nikahdan olan övladlarının aşırması nəticəsində sınmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3518/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri 3 saylı “Asan Xidmət” Mərkəzində nikahın bağlanması haqqında akt qeydləri kitabında 683 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2015-ci il tarixli nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından 11.01,2016-cı il tarixdə doğulmuş X1 İddiaçı himayəsində saxlanılması və Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən 11.01,2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin araşdırılmış halları və iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə nikah bağlanmışdır. Tərəflər arasında olan nikah Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3518/2022 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı cavabdehə qarşı cehiz və qızıl-zinət əşyalarının qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ümumilikdə 6110 manat dəyərində cehiz əmlakları və qızıl-zinət əşyalarının cavabdehlərdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin iddiaçının gəlin köçərkən apardığı cehiz əşyası olan dəyəri 550 manat olan 107 ekran LC televizorunun cavabdehdən alınaraq ona qaytarılmasını hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Belə ki, cavabdeh tərəf iddia tələbinə bu hissəsinə etiraz edərək, həmin televizorun qırıldığını bildirsə də, məhkəməyə buna dair sübutlar təqdim etməmiş, bunun əksi olaraq işin araşdırılmış halları ilə iddiaçının cehizi olan televizorun cavabdeh tərəfindən satıldığı müəyyən edilmişdir. İş materillarında olan və məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş tərəflər arasnda baş tutmuş vhatsapp sosial şəbəkəsi yazışmalarından çıxarışdan görünür ki, cavabdeh iddiaçıya məxsus cehiz əmlakı olan televizoru satdığını etiraf etmişdir. Həmin vhatsapp yazışmasında qeyd olunur: iddiaçı: Yaxşı olan uşağın baxdığı televizoru aparıb başın ucuna qoymaz bildin. Mən göstərmirəm uşağımı. cavabdeh: Televizor onda nə gəzir səysən. iddiaçı: Özü dedi bildin özü mən uşaq deyiləm. cavabdeh: Vallah satmışam, özümölüm Emində nə gəzir sənin televizorun. iddiaçı: Xeyr, özü deyibki mən götürmüşəm. cavabdeh: Yox da deyirəm. Məhkəmə eyni zamanda tələb olunan 107 ekran LC televizorunun qiymətinə münasibətdə, cavabdehin nümayəndəsi tərəfindən televizorun dəyərinin iddiaçı tərəfindən qiymətləndirilən məbləğdən daha yüksək olması və 550 manat dəyərləndirilməsinin də, onu tərəfindən alınmamasına dəlalət etməsi barədə mülahizələrini də nəzərə alaraq, televizorun dəyərinin 550 manat müəyyən edilməsini ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyalarının cavadbehdən alınaraq iddiaçıya qaytarılması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və Cavabdeh dəyəri 150 manat olan 1 ədəd 3.5 qram çəkisi olan qızıl (iddiaçıya anası tərəfindən hədiyyə edilmiş) üzük və ya həmin əşyanın dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı, tələb edilən qızıl-zinət əşyalarından yalnız dəyəri 150 manat olan 1 ədəd 3.5 qram çəkisi olan qızıl üzüyün (anası tərəfindən hədiyyə verilmiş) cavabdehdə olmasını bildirərək, üzüyün cavabdeh tərəfindən lombarda qoyulmasını, sonradan onun təkidi ilə geri qaytarılmasını, lakin sonradan onun xəbəri olmadan cavabdeh tərəfindən evdən götürülərək yenidən lombarda verilməsini bildirmişdir. Bundan başqa iddiaçı məhkəmə iclasında digər qızıl-zinət əşyalarının həmişə və hazırda da, məhz cavabdehin anasında olmasını bildirərək, həmin qızıllarının cavabdehdə olmamasını etiraf etmişdir. Sözü gedən bu hal, yəni qızıl-zinət əşyalarının cavabdehin anası tərəfindən götürülərək saxlanılması və hazırdada cavabdehdə deyil, anasında olması iadiaçının özü tərəfindən etiraf edilərək, iş materiallarında olan tərəflər arasnda baş tutmuş vhatsapp sosial şəbəkəsi yazışmalarından çıxarış ilə də, öz təsdiqini tapmışdır. Həmin yazışmalardan da göründüyü kimi, iddiaçı cavabdehdən anasında olan qızıl-zinət əşyalarının qaytarılmasını, bu barədə anasına bildirməsini xahiş etmiş, sonuncu isə öz növbəsində bunu inkar etməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş və tərəflər arasında olan vhatsapp sosial şəbəkəsi yazışmalarından çıxarışdan görünür ki, iddiaçı cavabdehə mesaj yazaraq anasına qızıllarının qaytarılmasını, cavabdeh isə anasına söz deyə bilmədiyini bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında sözü gedən qızılların iddiaçı ilə birgə nikah dövrandə satıldığını və əldə edilmiş pul vəsaitinə avtombil almasını bildirsə də, buna dair məhkəməyə hər hansı bir sübutlar təqdim etməmiş, eyni zamanda cavabdehin istinad etdiyi bu hal, yuxarıda qeyd edilmiş tərəflər arasında baş tutmuş vhatsapp sosial şəbəkəsi yazışmaları ilə də, təqzib olunmuşdur. Belə ki, həmin yazışmada iddiaçı, cavabdehə anasına, onun qızıllarını qaytarmasını deməsini bildirsə də, cavabdeh nəinki qızılların mövcud olmaması, onun vaxtı ilə satılmasını iddiaçıya xatırlatmamış, əksinə olaraq ilk öncə anasına söz deməyin mümkün olmamasını bildirərək, sonda isə deyəcəyini qeyd etmişdir. Məhkəmə eyni zamanda tələb olunan qızıl üzüyün çəkisini də, nəzərə alaraq, dəyərinin 150 manat qiymətləndirilməsini ağlabatan hesab edir. Beləliklə işin araşdırılmış halları ilə tələb olunan qızıl-ziynət əşyalarından yalnız, iddiaçıya anası tərəfindən hədiyyə edilmiş dəyəri 150 manat olan 1 ədəd 3.5 qram çəkisi olan qızıl üzüyün cavabdehdə olması, digər qızılların isə həmişə və hazırda da cavabdehdə deyil onun anasında, yəni iddiaçının qaynanasında olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, iddia tələbi digər qızıl-zinət əşyalarına münasibətdə rədd edilməli iddiaçıya, həmin qızıl-zinət əşyalarına münasibətdə müstəqil iddia qaldırmaq hüququ izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3, 217.4 və 77.1-ci maddələrinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərannda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, mahkəmə siibutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəyəri 550 manat olan 107 ekran 1 ədəd LG televizor və dəyəri 150 manat olan 1 ədəd 3.5 qram çəkisi olan qızıl üzük və ya həmin əşyaların dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq hakim, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəyəri 550 manat olan 107 ekran 1 ədəd LG televizor və dəyəri 150 manat olan 1 ədəd 3.5 qram çəkisi olan qızıl üzük və ya həmin əşyaların dəyəri məbləğində pul vəsaiti alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar