Məhkəmə qərarları › İş №2(004)-3295/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3295/2022

19.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3295/2022 19.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “hərrac yekunlarının etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilə dair hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və həmin protokolun əsasında Bank BTB-nin mülkiyyət hüququnun qeydə alınmasına dair – qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2021-ci il olan danışmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)- 124/2017 saylı iş üzrə qəbul etdiyi 31 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin cavabdeh X3 və İddiaçı qarşı, “kredit borcu üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” barədə iddiası qismən təmin edilmiş, cavabdeh X1 42304,51 ABŞ dolları əsas borc, 3976,24 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 47613,84 ABŞ dolları borcun və 60,4 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmetinə yönəldilməklə cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 m2 olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına X2 borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin X3 qaytarılması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. Qeyd olunan məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019 saylı iş üzrə qəbul etdiyi 07 may 2019-cu il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin 2(010)-124/2017 saylı iş üzrə qəbul etdiyi 31 oktyabr 2017-ci il tarixli qətnaməsi qismən, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 m2 olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə sözləri hissədə dəyişdirilmiş, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 m2 olan mənzilin ilkin satış qiyməti 105000 manat müəyyən edilmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-93/2019 saylı, 07 may 2019-cu il tarixli icra sənədinə əsasən Sumqayıt şəhəri üzrə icra idarəsi hərracın keçirilməsinə dair sifariş verilmişdir. İpoteka predmeti olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m. olan mənzilin hərracı "xxxx" tərəfindən keçirilmiş, ipoteka predmeti olan 13 saylı mənzil iddiaçının xəbəri və məlumatı olmadan hərracdan "xxxx"-yə satılmışdır. Həmin hərracın təşkili və keçirilməsi qanunsuz və əsassızdır. Çünki hərrac “kredit borcu üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan əmlakın açıq hərracdan satılması” tələbinə dair mübahisəyə məhkəmədə baxılan zaman həyata keçirilmişdir. "xxxx" tərəfindən keçirilmiş açıq hərrac üzrə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilin ilkin satış qiyməti isə 105000 manat müəyyən olunaraq hərrac keçirilmişdir. Halbuki həmin əmlakı iddiaçının satın almaqda üstünlük hüququ var. Hazırki işdə hərracın keçirilməsi 09 aprel 2021-ci il və 09 may 2021-ci il tarixlərinə təyin olunsa da, hərracın keçirilməsinə dair bildiriş təqdim olunmamışdır. Halbuki hərracın keçirilməsi barədə məlumat hərracın keçirilməsinə 30 gün qalmış verilməlidir. Bununla qanunvericiliyin tələbləri ciddi pozularaq hərrac bildirişi iddiaçıya vaxtında çatdırılmadığına görə o bu barədə məlumatlı olmamışdır. Hərracda onun iştirak etmək imkanını təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan 2(010)-124/2017 saylı, 31 oktyabr 2017-ci il tarixli Suraxanı Rayon Məhkəməsinin Qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, X1 42304,51 ABŞ dolları əsas borc, 3976,24 ABŞ dolları faiz borcu, 3000 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 47613,84 ABŞ dolları borcun və 60,4 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, tutmanın ipoteka predmetinə yönəldilməklə cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 m2 olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anına olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması, satışdan əldə ediləcək pul vəsaiti hesabına X2 borcunun ödənilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan pul vəsaitinin X3 qaytarılması, qalan hissədə iddianın təmin olunmaması qət olunmuşdur. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 07 may 2019-cu il tarixli, 2(103)-93/2019 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhər Suraxanı Rayon Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 2(010)- 124/2017 saylı qətnaməsi “ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58,1 kv.m. olan mənzilin açıq hərracda ilkin satış qiyməti satış anında olan bazar qiyməti ilə qiymətləndirilməklə satılması” hissəsində dəyişdirilməsi, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58,1 kv.m. olan mənzilin açıq hərracda ilkin satış qiymətinin 105000 manat müəyyən edilməsi, qətnamənin cavabdeh X3 münasibətdə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması, aparılan qiymətləndirmə tədqiqatının dəyəri olan 150 manat pul vəsaitinin cavabdeh X1 alınaraq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 2(102)-7663/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının qərarına əsasən cavabdeh X4 tərəfindən verimiş kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-931/19 saylı, 07 may 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissələrdə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Dövlət Reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil "xxxx"nin xüsusi mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icra sənədinin ərazi aidiyyatı üzrə göndərilməsi haqqında qərara əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 931/2019-004 nömrəli, xx.xx.2019-cu il tarixli sənədinin icra olunması üçün Suraxanı Rayon İcra Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan 31 may 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqaviləyə əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ü/s 58,1 kv.m olan mənzilin "xxxx" MMC tərəfindən "xxxx"yə satılması barədə müqavilə imzalanmışdır. Əmlakın ilkin satış qiyməti 105000 manat müəyyən olunmuşdur. İş materiallarında olan 31 may 2021-ci il tarixli, Y-13 nömrəli hərracın nəticələri haqqında yekun protokola əsasən müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ü/s 58,1 kv.m olan mənzilin "xxxx" MMC tərəfindən "xxxx"yə satılmışdır. Əmlakın ilkin satış qiyməti 105000 manat müəyyən olunmuşdur. İş materiallarında olan 07 may 2021-ci il tarixli 136 nömrəli hərrac bildirişinə əsasən müəyyən olunur ki, Nizami Rayon İcra və Probasiya Şöbəsi 17/71-CM11 saylı, xx.xx.2021ci il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus əmlak – ünvan 3 "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac 19 may 2021-ci il, saat 11:00-da keçiriləcək. Satış qiyməti 89250 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 17/71-CM2406 nömrəli Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə məktubunda İddiaçı məxsus Bakı şəhər, Nizami rayonu, M.Gəncəvi küçəsi, 14 saylı evin 13 saylı mənzilinin üzərinə qoyulmuş bütün məhdudiyyətlərin götürülməsi, eləcə də hərracın qalib alıcısı "xxxx" ASC-nin adına rəsmiləşdirilməsi xahiş olunmuşdur. İş materiallarında olan 09 aprel 2021-ci il tarixli 37 nömrəli hərrac bildirişinə əsasən müəyyən olunur ki, Nizami Rayon İcra və Probasiya Şöbəsi 17/71-CM11 saylı, xx.xx.2021ci il tarixli sifariş məktubuna əsasən borclu İddiaçı məxsus əmlak – ünvan 3 "xxxx" MMC tərəfindən açıq hərraca çıxarılmışdır. Hərrac 05 may 2021-ci il, saat 11:00-da keçiriləcək. Satış qiyməti 89250 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, 17/71-CM11 nömrəli Bakı Şəhər Nizami Rayon İcra Şöbəsinin "xxxx" MMC-yə məktubunda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsini rəhbər tutaraq İddiaçı xüsusi mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 58,1 kv.m. olan mənzilin açıq hərracda satışını təşkil etmək xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə hesab edir ki, hərracla bağlı proseslər 2021-ci il tarixində olduğundan Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətinin yarandığı zaman Azərbaycan Respublikası “İpoteka haqqında” Qanununun dəyişiklikdən sonrakı müvafiq müddəaları tətbiq olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının “İpoteka haqqında” Qanununun: 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. 42.4. Hərracda iştirak edən ipoteka saxlayan beh ödəmir. Hərracı udduğu halda, ipoteka saxlayan tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunur. 42.6. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. 42.8. Hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikasının “İcra haqqında” Qanununun: 53.2. Vergi ödəyicisinin vergi borcuna görə siyahıya alınmış əmlakı istisna olmaqla, borclunun əmlakı qanunla nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. 62.2. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414.1-ci maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Həmin Məcəllənin 414.2-ci maddəsinə əsasən hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilir ki, İddiaçı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən, ü/s 58,1 kv.m olan mənzil Bakı Apellyasiya Məhkəməsinin 2(103)-931/2019, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hərrac təşkil olunmuşdur. Əmlakın ilkin satış qiyməti 105000 manat müəyyən olunmuşdur. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq hərracın keçirilməsi təşkil edilmiş və bununla əlaqədar tərəflərin həm rəsmi qeydiyyatda olduqları həm də faktiki yaşadığı ünvanlara müvafiq bildirişlər göndərilmiş, “Reklam və Elanlar” qəzetində elanlar verilmişdir. Nəticədə ipoteka predmeti olan əmlak qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq tələbkar Bank BTB-yə satılmış, sonuncu isə həmin əmlakı qəbul edərək balansına götürmüşdür. Belə olan halda məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş əmlak “İcra haqqında”, “İpoteka haqqında” AR Qanununun və Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələblərinə uyğun olaraq hərrac vasitəsilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. “F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Republikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixlu Qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd edir ki, həmin qərarında Konstitusiya Məhkəməsi MM-nin 415.2-ci maddəsində nəzərdə tutulmuş bildirişin ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edildiyini və bu maddənin hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoymadığını, yalnız “İpoteka haqqında” Qanunun hərracın keçirilməsi qaydasını tənzimləyən 42-ci maddəsində elan və bildiriş anlayışlarının fərqləndirildiyini, elanın kütləvi informasiya vasitələrində dərc etdirilməsi, bildirişin isə ipoteka saxlayana və ipoteka qoyana verilməsi, o cümlədən hərracda ipoteka saxlayanın və ipoteka qoyanın alıcı qismində iştirak etmək hüququna malik olmalar, elan və bildirişdə göstərilməsi zəruri olan məlumatların dairəsinin nəzərdə tutulduğunu vurğulamışdır. Odur ki, Məhkəmə iş materiallarını araşdıraraq, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilə dair hərracın yekunları barədə protokolunun etibarsız hesab edilməsi və həmin protokolun əsasında Bank BTB-nin mülkiyyət hüququnun qeydə alınmasına dair – qeydiyyat nömrəsi ********** saylı, qeydiyyat tarixi xx.xx.2021-ci il olan danışmaz əmlakın dövlət qeydiyyatı və bununla bağlı verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi tələbi üzrə qeyd edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hazırkı mübahisə üzrə isə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilə dair keçirdiyi hərracın və hərracın yekunları barədə protokolunun etibarlılığını şübhə altına alan hal müəyyən edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 58,1 kv.m olan mənzilə dair keçirdiyi hərrac qanunvericiliyin tələblərinə uyğun keçirilmiş və hərracın yekunları barədə protokol tərtib edilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Buna görə də qeyd edilən hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi üçün məhkəmə iclasında əsaslar müəyyən edilməmişdir. Həmçinin iddiaçı tələbinin əsası kimi istinad etdiyi faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar