Məhkəmə qərarları › İş №2(004)-3315/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3315/2021

23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3315/2021 23.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, Cavabdeh2 QSC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “X4” ASC-yə və Bakı şəhər 53 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinin, sonrakı ipoteka müqaviləsinin və sonrakı ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, “X4” ASC-ə və Bakı şəhər 53 saylı Notariat Ofisinə qarşı “ipoteka müqaviləsinin, sonrakı ipoteka müqaviləsinin və sonrakı ipoteka müqaviləsinə əlavənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər 53 saylı Notariat Ofisində Cavabdeh1 ilə “X4” ASC arasında bağlanmış 24 iyul 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin, 14.08.2017-ci il tarixli 01№-li, 3M-1606 reyestr №-li sonrakı ipoteka müqaviləsinin və 14.08.2017-ci il tarixli 01№-li, 3M-1606 reyestr №-li sonrakı ipoteka müqaviləsinə 01№-li, 02.06.2018-ci il tarixli, 3M-1220 reyestr №li əlavənin etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azər-Türk Bank” QSC-nin nümayəndəsi X2 iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçılara rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etməmişlər. Cavabdeh mahiyyəti üzrə işə baxılmasını tələb etmişdir. Məhkəmə iddiaçıların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh1 ilə “X4” ASC arasında bağlanmış 24.07.2015-ci il tarixli müqaviləyə əsasən müəyyən olunur ki, bank borcalana 200.000 ABŞ dolları məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açmağı və borcalan isə kredit müqaviləsi imzalandığı tarixdən etibarən müqavilənin sonunda (24.07.2017-ci il) tam olaraq 200.000 ABŞ dolları məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə banka geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh1 ilə “X4” ASC arasında bağlanmış 24.07.2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, “X4” ASC hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh1 Əlimüslüm qızına dövriyyə vəsaiti olaraq 200.000 (iki yüz min) ABŞ dolları məbləğində və ya bu miqdara ekvivalent olan və tələb edilən digər valyuta növündə kredit xətti açmış və “X4” ASC ilə borcalan arasında bağlanmış 24 iyul 2015-ci il tarixli 01 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələr ilə əlaqədar olaraq borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək ipoteka qoyan AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1280 nömrəli reyestr kitabının 116611 nömrəli vərəqində 21.12.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seriya MA № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilmiş, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4a nömrəli evin 53 nömrəli mənzilini 410,000 manat dəyərində ipotekaya qoymuşdur. İş materiallarında olan 14.08.2017-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən müəyyən olnur ki, bank borcalana 24.07.2015-ci il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən "xxxx" Bank ASC tərəfindən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh1 Əlimüslüm qızına ayrılmış kreditin yenidən maliyyələşdirilməsi üçün 149.900,89 manat məbləğində 11 fevral 2019-cu il tarixədək kredit verir. “X4” ASC ilə borcalan arasında bağlanmış 11 avqust 2017-ci il tarixli 01 saylı kredit müqaviləsi və bu müqaviləyə gələcəkdə ediləcək əlavələr ilə əlaqədar olaraq, Borcalan bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək İpoteka qoyan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1280 nömrəli reyestr kitabının 116611 nömrəli vərəqində 21.12.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seriya MA № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilmiş, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4a nömrəli evin 53 nömrəli mənzilini 410,000 manat dəyərində sonradan ipoteka qoymuşdur. İş materiallarında olan “X4” ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 avqust 2017ci il tarixli 01 saylı sonrakı İpoteka müqaviləsinə 1№-li əlavəyə əsasən müəyyən olunur ki, ipoteka predmeti Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1280 nömrəli reyestr kitabının 116611 nömrəli vərəqində 21.12.2010-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınan Seriya MA № ******* saylı Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən Çıxarış verilmiş, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4a nömrəli evin 53 nömrəli mənzildir. Tərəflər arasında bağlanmış 11 avqust 2017-ci il tarixli 01 saylı kredit müqaviləsi üzrə verilmiş kreditin əsas borc üzrə qalıq məbləğinin (120.047,20 ABŞ dolları) müqavilə öhdəliyi üzrə ödənişlər annuitet qaydada aparılmaqla 24 ay müddətinə yeni ödəniş qrafiki tərtib edilmişdir. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli 2(113)- 1061/2020 saylı qətnaməsinə əsasən müəyyən olunur ki, həmin qətnamə ilə idda tələbinin qismən təmin edilməsi, Cavabdeh1 14.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə 66981,19 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş günün müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq “X4” ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat olmaqla, 60 manat pulun tutularaq "xxxx" Bank ASC-yə ödənilməsi, tutma predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4A saylı evin 53 nömrəli mənzilinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiyməti 410.000 manat nəbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Cavabdeh1 140 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 29.04.2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh1 və İddiaçı1 Əlimövsüm qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli 2(113)- 1061/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan İddiaçı2 oğlu, İddiaçı1 Ərziman qızı, tərəfindən verilmiş 14.08.2017-ci il tarixli notariusda təsdiq olunmuş ərizələrdən görünür ki, İddiaçı2 və İddiaçı1 Cavabdeh1 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4A saylı evin 53 nömrəli mənzilin “X4” ASC”-yə sonrakı ipotekaya qoyulmasına etiraz etməmiş və borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razı olmuş və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 14.08.2017-ci il tarixli Cavabdeh1 tərəfindən verilmiş notariusda təsdiq edilmiş ərizədən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4A saylı evin 53 nömrəli mənzilin “X4” ASC-yə sonrakı ipoteka qoyulması ilə bağlı gələcəkdə hər hansı bir mübahisə yaranarsa cavbdehliyi və məsuliyyəti öz üzərinə götüürmüşdür. Məhkəmə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdırıb, təqdim olunmuş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli 2(113)-1061/2020 saylı qətnaməsindən görünür ki, “X4” ASC cavabdehlər Cavabdeh1 Əlimövüm qızı, İddiaçı1 və İddiaçı2 qarşı “kredit borcunun tutlması, tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi və açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Bakı Kommersiya Məhkəməsinin 13.11.2020-ci il tarixli 2(113)-1061/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdeh1 14.08.2017-ci il tarixli kredit müqaviləsi üzrə 66981,19 ABŞ dolları məbləğində pulun Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş günün müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq “X4” ASC-nin xeyrinə ödənilməsi, Cavabdeh1 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və ipotekanın qeydə alınması üçün ödənilmiş rüsumun əvəzi olaraq 30 manat olmaqla, 60 manat pulun tutularaq "xxxx" Bank ASC-yə ödənilməsi, tutma predmeti olan Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4A saylı evin 53 nömrəli mənzilinə yönəldilməsi və ipoteka predmetinin ilkin satış qiyməti 410.000 manat nəbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Cavabdeh1 140 manat məbləğində ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Bakı Kommersiya Məhkəməsi tərəfindən tərəflər arasında bağlanmış müqavilələrin və onlara əlavələrin etibarlılığı mübahisələndirilməmiş və etibarlı əqdlər kimi müəyyən olunaraq buna dair mahiyyəti üzrə qərar çıxarılmışdır. İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospektində yerləşən 4A saylı evin 53 nömrəli mənzilin “X4” ASC”-yə sonrakı ipotekaya qoyulmasına etiraz etmədikləri və borclar ödənilmədiyi təqdirdə tutmanın məhkəməyə müraciət etmədən həmin əmlaka yönəldilməsinə razı olması və bu halda bankın tələbinə əsasən əmlakı könüllü boşaltmağı öhdəsinə götürmələri iddiaçılar tərəfindən verilmiş notariusda təsdiq olunmuş ərizələrlə müəyyən olunduğundan məhkəmə hesab edir ki, iddiaçıların iddia tələbi əsassız hesab edilməli və iddia rədd edilməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində müqaviləni oxumadan, kreditin məbləğini soruşmadan əizəni imzaladıqlarını, sonrakı ipoteka müaviləsinə əlavədən məlumatlarının olmadığını bildirsələr də həmin hallarla bağlı sübutları məhkəməyə təqdim etməmişlər, həmçinin iş materialları ilə belə hallar müəyyən edilməmişdir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhər 53 saylı Notariat Ofisində Cavabdeh1 ilə “X4” ASC arasında bağlanmış 24 iyul 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin, 14.08.2017-ci il tarixli 01№-li, 3M-1606 reyestr №-li sonrakı ipoteka müqaviləsinin və 14.08.2017-ci il tarixli 01№-li, 3M-1606 reyestr №-li sonrakı ipoteka müqaviləsinə 01№-li, 02.06.2018-ci il tarixli, 3M-1220 reyestr №li əlavənin etibarsız hesab edilməsi üçün heç bir əsas olmadığından iddia tələbi rədd edilməli və iddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu onlara aid olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Bakı şəhər 53 saylı Notariat Ofisində Cavabdeh1 ilə “X4” ASC arasında bağlanmış 24 iyul 2015-ci il tarixli 01 saylı ipoteka müqaviləsinin, 14.08.2017-ci il tarixli 01№-li, 3M-1606 reyestr №-li sonrakı ipoteka müqaviləsinin və 14.08.2017-ci il tarixli 01№-li, 3M-1606 reyestr №-li sonrakı ipoteka müqaviləsinə 01№-li, 02.06.2018-ci il tarixli, 3M-1220 reyestr №li əlavənin etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçılara ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar