Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3318/2021 26.07.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “yaranmış aliment borcu üzrə dəbbə pulunun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “yaranmış aliment borcu üzrə dəbbə pulunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 26.04.2021-ci il tarixdə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə 17.06.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh X4 24.04.2001-ci il təvəllüdlü qızı - X1 üçün hər ay ödəməli olduğu 100 manat alimenti vaxtında İddiaçı ödəmədiyinə görə yaranmış 14.600 manat aliment borcunu 781 gün gecikdirərək ödəmədiyinə görə Cavabdeh 11.402,60 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)- 460/2006 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 24.04.2001-ci il təvəllüdlü qızı - X1 üçün 05.01.2006-cı il tarixdən başlayaraq hər ay 100 manat aliment tutularaq İddiaçı ödəməlidir. Cavabdeh X5 ümumilikdə 3.800 manat ödəmiş, daha sonra ödənişləri dayandırmışdır. İcra məmuru tərəfindən onun barəsində axtarış elan edilmişdir. Hazırda cavabdehin 14.600 manat aliment borcu vardır. Cavabdeh 14.600 manat aliment borcunu 781 gün gecikdirməklə iddiaçıya maddi zərər vurmuşdur. Bu səbəbdən Ailə Məcəlləsinin 108-ci maddəsinin tələbinə uyğun olaraq Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qətnaməsi üzrə yaranmış 14.600 manat aliment borcunu 781 gün gecikdirərək ödəmədiyinə görə Cavabdeh 11.402,60 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəməyə məlum olan sonuncu yaşayış yeri üzrə məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdeh həmin ünvanda yaşamadığına və axtarışda olduğuna görə bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qətnaməsindən, Bakı şəhəri Maraqlı şəxs icra məmuru İlyas Cəfərov tərəfindən verilmiş 10.06.2021-ci il tarixli 17/72-579/1 nömrəli məktubundan və rəsmi sənədlərdən müəyyən edilir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qətnaməsinə əsasən cavabdeh X3 24.04.2001-ci il təvəllüdlü qızı - X1 üçün 05.01.2006-cı il tarixdən başlayaraq hər ay 100 manat aliment tutularaq İddiaçı ödəməlidir. Cavabdeh Rəzəddinov (Rəzəddin) Yaşar Ariz oğlu ümumilikdə 3.800 manat ödəmiş, daha sonra ödənişləri dayandırmışdır. Bununla əlaqədar borclu Cavabdeh ölkədən getmək hüququ məhdudlaşdırılmış və icra məmurunun 11.03.2021-ci il tarixli qərarı ilə xx.xx.1974-cü ildə ünvan 1 ünvanda qeydiyyatda olan borclu Cavabdeh barəsində axtarış elan edilmişdir. Cavabdeh hazırda 14.600 manat aliment borcu vardır. İcra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı tədbirlər davam etdirilir. İddiaçı iddia tələbində cavabdehin qətnamə üzrə ödəməli olduğu 14.600 manat aliment borcunu 781 gün gecikdirməsini qeyd edərək, Ailə Məcəlləsinin 108-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehdən 11.402,60 manat dəbbə pulu tutulmasınə tələb edir. Ailə Məcəlləsinin 108.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsi üzrə aliment ödəməli olan şəxsin təqsiri üzündən aliment üzrə borclar yarandıqda, təqsirkar şəxs aliment alana ödənilməmiş alimentin məbləğinin faizi miqdarında ötürülmüş hər gün üçün dəbbə pulu ödəyir. Ailə Məcəlləsinin 108.3-cü maddəsinə əsasən aliment alan, həmçinin aliment öhdəliklərinin vaxtında yerinə yetirilməməsi nəticəsində yaranmış itkilərin dəbbə pulu ilə ödənilməmiş hissəsinin ödənilməsini də tələb edə bilər. Məhkəmə qeyd edir ki, alimenti vaxtında ödəməməyə dəbbə pulunun ödənilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 108-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. İddiaçının tənasübsüz surətdə yüksək hesabladığı 11.402,60 manat dəbbə pulu azaldılaraq 1.000 manat müəyyən edilməlidir. Məhkəmə tərəflərin maddi durumunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh X4 24.04.2001-ci il təvəllüdlü qızı X1 üçün hər ay ödəməli olduğu 100 manat alimenti vaxtında İddiaçı ödəmədiyinə görə yaranmış 14.600 manat aliment borcuna görə Cavabdeh 1.000 manat dəbbə pulu tutularaq İddiaçı ödənilməlidir. İddia tələbi qalan - 10.402,60 manat dəbbə pulu tutulması hissəsində rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.02.2006-cı il tarixli 2(004)-460/2006 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən cavabdeh X4 24.04.2001-ci il təvəllüdlü qızı X1 üçün hər ay ödəməli olduğu 100 manat alimenti vaxtında İddiaçı ödəmədiyinə görə yaranmış 14.600 manat aliment borcuna görə Cavabdeh 1.000 (bir min) manat dəbbə pulu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3318/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3318/2021
26.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver