Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-335/2024 23.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı mərhum İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının, iddiaçının vəkili Vəkil1, Cavabdeh Kübar qızının, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı mərhum İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının Cavabdeh Kübar qızına, üçüncü şəxslər Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 Cavabdeh Kübar qızına, üçüncü şəxslər Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin və reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Qusar Rayon Məhkəməsinə müraciət edərək, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 xüsusi mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq, ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı1 nümayəndəsi və vəkili X4 xx.xx.2023-ü il tarixdə Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə Qusar Rayon Məhkəməsinə müraciət edərək, mülki iş üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi Üçüncü şəxs qismində işə cəlb olunmasını, iş üzrə ilkin iddia ərizəsinin əsaslandırma hissəsini olduğu kimi saxlamaqla, iddia tələbini artırmış, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Çıxarışla xüsusi mülkiyyət hüququ ilə İddiaçı1 xüsusi mülkiyyətindəki ünvan 1 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin Cavabdeh hədiyyə verilməsinə dair Quba regional “ASAN Xidmət” mərkəzində bağlanmış, reyestrdə 4Ə-87 № ilə qeydə alınmış 17 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və ünvan 2 ünvanda yerləşən 49,7 kv.metrdən ibarət mənzilin xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmasına dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi 30**********-05101-093001, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2023-cü il olan çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-424/2023 nömrəli qətnaməsi ilə İddiaçı1 Cavabdeh və üçüncü şəxs Quba regional “Asan Xidmət” mərkəzində notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması” tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(105)- 1806/2023 nömrəli qərardadı ilə İddiaçı1 apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(029)-424/2023 nömrəli qətnaməsi ləğv edilmiş, İddiaçı1 Cavabdeh, üçüncü şəxslər Quba regional “Asan Xidmət” mərkəzində Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız sayılaraq ləğv olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Mülki iş xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmişdir. İddiaçı1 nümayəndəsi Guseinova (Şahbazova) Arzu Vaqif qızı məhkəmə iclasında ərizə verərək izahatında bildirmişdir ki, anası, yəni İddiaçı1 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Onun ərizəsi əsasında Qusar rayon Notariat Ofisində 8V-12 reyestr nömrəli vərəsəlik işi açılmış və o, anasının vərəsəsi kimi tanınmışdır. Odur ki, iddiaçı olan mərhum anası İddiaçı1 hüquqi varisi kimi iddiaçının onunla əvəz edilməsini xahiş etmişdir. Qusar rayon qeydiyyat şöbəsinin verdiyi xx.xx.2024-cü il tarixli AZ-İİ 388264 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, İddiaçı1 xx.xx.2024-cü il tarixdə ağciyər ürək çatışmamazlığından Qusar şəhərində ölmüşdür. Qusar rayon Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli X-54 nömrəli arayışdan müəyən edilir ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş İddiaçı1 vərəsəsi Guseinova Arzudur. xx.xx.2024-cü il tarixdə Qusar rayon Notariat Ofisində 8V-12 reyestr nömrəli vərəsəlik işi açılmışdır. Qusar rayon VVAQ şöbəsiin verdiyi xx.xx.1972-ci il tarixli İ-JQ 303626 nömrəli doğum haqqında şəhadətnamədən müəyyən edilir ki, xx.xx.1972-ci ildə Qusar rayonunda doğulmuş X5 X2, anası İddiaçı1dır. 092772 nömrəli nikah haqqında şəhadətnamədən müəyyən edilir ki, X1 İlham Pirəhməd oğlu ilə xx.xx.1989-cu il tarixdə nikaha daxil olmuşdur. Nikahdan sonra arvada “Guseinova” soyadı verilmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(004)-335/2024 nömrəli qərardadı ilə Guseinova (Şahbazova) Arzu Vaqif qızının ərizəsi təmin edilmiş, İddiaçı1 Cavabdeh Kübar qızına, üçüncü şəxslər Quba Regional “ASAN” Xidmət Mərkəzi notariat Ofisinə və Daşınmaz Əmlakn Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlakın bağışlama müqaviləsinin etibarsız sayılaraq ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki iş üzrə tərəflərdən biri olan İddiaçı1 öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verdiyinə görə, xx.xx.2024-cü ildə ölmüş İddiaçı1 onun hüquqi varisi olan Guseinova (Şahbazova) Arzu Vaqif qızı ilə əvəz edilmişdir. İddiaçı mərhum İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, mərhum anası İddiaçı1 xx.xx.1951-ci ildə Qusar rayonu Hil kəndində doğulmuşdur və xx.xx.2024-cü ildə vəfat etmişdir. İddiaçı1 ölənə qədər mülkiyyətində olan Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşamışdır. X2 1986-cı ildə ildə vəfat etmiş, bacısı X9 da 2020-ci ildə onkoloji xəstəlikdən vəfat etmiş və həmin vaxt ona məxsus olan, hazırda yaşadığı ev vərəsəlik əsasında anasının mülkiyyətinə keçmişdir. Hazırda anasının yeganə vərəsə odur. O, Rusiya Federasiyasının vətəndaşı olmaqla Tolyatti şəhərində yaşayır. Vəfat etmiş bacısı X3 vərəsəlik əsasında anasının mülkiyyətinə keçən Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzili xx.xx.2020-ci il tarixli çıxarışa əsasən anasının adına dövlət qeydiyyatına alınmışdır. Hazırkı iş üzrə Cavabdeh anasının atabir, ana ayrı qardaşının qızıdır və Bakı şəhərində qeydiyyatda olmaqla yaşayır. Cavabdeh Qusar şəhərində də şəxsi həyət evi var və istirahət, bayram günlərində, eləcə də yay aylarında Qusarda olur. 2022-ci ilin dekabr ayında anası özünü pis hiss etdiyinə görə Qusar şəhərində yerləşən “OKİ” klinikasına getmiş və orada işləyən, çoxdan tanıdığı ginekoloq Tamara həkim onu müayinə edərək bildirmişdr ki, təcili olaraq Bakı şəhərinə Onkologiya Mərkəzinə müayinəyə getməlidir. Eləcə də məsləhət görmüşdür ki, onun da yaxından tanıdığı anasının qardaşının qızı Cavabdeh çoxlu, eləcə də həmin Xəstəxanada tanışları var və Bakıya Onkologiya Mərkəzinə də onunla getsin. İddiaçı1 ona zəng edib xəstəliyi barədə məlumat vermişdir. O, Talyatti şəhərindən Cavabdeh zəng vurub xahiş etmişdir ki, bu məsələdə anasına köməklik etsin. Cavabdeh onun anası İddiaçı1 Bakıya Milli Onkologiya Mərkəzinə aparmışdır və orada müayinədən keçirmişdir. xx.xx.2022-ci il tarixdə anasına “Uşaqlıq boynunun dəqiqləşdirilməmiş hissəsinin bədxassəli yeni törəməsi xəstəliyi” diaqnozu qoyulmuşdur. Sonrakı günlərin bayramlara düşməsi ilə əlaqədar anasına bildirilmişdir ki, 2023-cü ilin ilk iş günü olan yanvarın 5-də həmin xəstəxanaya gəlib təcili müalicəyə başlamalıdır. Ona görə də İddiaçı1 Qusar şəhərinə qayıtmış və 05 yanvar 2023-cü il tarixdə Cavabdeh ilə Bakıya Milli Onkologiya Mərkəzinə gedib müalicəyə başlamışdır. xx.xx.2023-cü il tarixdən başlanaraq kimya terapiya, şüa vermə və iynələrin vurulması kimi müxtəlif müalicələr qəbul etmişdir. Lakin xəstəxanada gecələr qalmağa yer olmadığına görə 25 yanvar 2023-cü il tarixə kimi hər gün gündüzlər müalicə qəbul edib, gecələr yatmaq üçün Cavabdeh evinə getmişdir. Cavabdeh anasının xəstəxanaya gedib-gəlməyinə köməklik etmiş və anası xx.xx.2023-cü il tarixə kimi gecələr Zamiranın evində qalmışdır, sonra da stasionar qaydada xx.xx.2023-cü il tarixə kimi həmin xəstəxanada yatmaqla müalicə almışdır. Müalicə ilə əlaqədar bütün xərcləri, eləcə də nəqliyyat xərclərini də o, çəkmişdir. İddiaçı1 qəflətən aşkar edilmiş onkoloji xəstəliklə əlaqədar özünü itirmiş, demək olar ki, şok vəziyyətdə olmuş və yanında qardaşının qızı Cavabdeh başqa ümid edəcək heç bir yaxını olmamışdır. xx.xx.2023-cü ildən başlanaraq Milli Onkologiya Mərkəzində müalicə alıb qardaşı qızının evində qaldığı vaxtlarda, Cavabdeh anasına demişdir ki, Qusar şəhərində yaşadığı evi ona verməlidir, əks halda müalicə vaxtı onun onun evində qalmağına imkan verməyəcək və xəstəxanaya aparmayacaq, müalicəsinə də heç bir köməklik etməyəcəkdir. İddiaçı1 çarəsiz olduğuna görə və qardaşı qızının onu müalicə etdirməyəcəyindən ehtiiyat edərək, evini ona bağışlamağa razılaşmışdır. İddiaçı1 xx.xx.2023-cü il tarixdə xəstəxanada müalicə qəbul etdikdən sonra Cavabdeh onu birbaşa Qusara aparmış və gecəni anasının evində qalmışlar. Cavabdeh evə dair çıxarış və digər bütün sənədləri ondan götürmüş, şəxsiyyət vəsiqəsi də əvvəlcədən onda olmuşdur. Cavabdeh xx.xx.2023-cü il tarixdə İddiaçı1 Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə aparmış və İddiaçı1 mülkiyyətində olan Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilini Cavabdeh bağışlamağına dair müqavilə bağlatdırıb İddiaçı1 imza etdirmiş və həmin gün də Bakı şəhərinə qayıdıb müalicəsini davam etdirmişdir. İddiaçı1 xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi stasionar qaydada həmin xəstəxanada müalicədə olunmuşdur. O, anasının ağır xəstə olmasından xəbər tutan kimi Azərbaycana gəlmək istəmişdir. Lakin covid-19 peyvənd sertifikatı tələb olunduğuna görə dərhal gələ bilməmiş, xx.xx.2023-cü ildə peyvənd vurdurmuş və sertifikatı xx.xx.2023-cü il tarixdə əldə edə bilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə təyyarə ilə Bakı şəhərinə gəlmiş və Milli Onkologiya Mərkəzində anasına baş çəkmişdir. O, anasından pasportunu, evin sənədlərini və evin açarlarını istəmişdir ki, miqrasiya idarəsində qeydiyyata düşə bilsin. Bu zaman anası bildirmişdir ki, evin açarı və sənədlər Zamiradadır. Sabah gətirər. Lakin Cavabdeh evin açarını versə də, evin sənədlərini və anasının şəxsiyyət vəsiqəsini ona verməkdən imtina etmişdir. Zamira axşamlar xəstəxanaya gedərək, anasına psixoloji təsirlər etməyə başlamış və evi qızına verməməsini tələb edərək demişdir ki, “onsuz da Arzu Rusiyaya qayıdacaq, yenə də Zamirayə möhtac qalacaqsan”. O, məcbur qalıb Qusarda başqa ünvana qeydiyyata düşmüş və evin qıfılını da dəyişdirmişdir. xx.xx.2023-cü ildə o, anasını xəstəxanadan çıxartmış və birlikdə Qusara qayıtmışlar. Məcbur qalıb şəxsiyyət vəsiqəsinin itirilməsi barədə polis şöbəsinə ərizə yazaraq, anasına yeni şəxsiyyət vəsiqəsi almış və xx.xx.2023-cü il tarixdə Quba şəhərində yerləşən “ASAN Xidmət” mərkəzinə gedərək, 17 yanvar 2023-cü il tarixli bağışlama müqaviləsinin təsdiq olunmuş surətini götürmüş və Cavabdeh ilə əlaqə saxlayıb həmin müqavilənin ləğv olunmasına çalışsa da, heç bir nəticəsi olmamışdır. O, Azərbaycana gələndən sonra Cavabdeh onunla əlaqə saxlamaqdan imtina etmiş, hazırda da telefon zənglərinə cavab verməyərək onunla əlaqədən yayınır. Göründüyü kimi, Cavabdeh anasının tənha vəziyyətdə qalıb onkoloji xəstəliyə tutularaq ağır vəziyyətə düşməyindən istifadə edərək, yeganə yaşayış yeri olan evini ona bağışlamağı barədə xx.xx.2023cü il tarixdə bağışlama müqaviləsi bağlatdıraraq anasına imza etdirmişdir. Bununla yeganə yaşayış yerindən məhrum olmaqla anasının özü üçün son dərəcə əlverişsiz şərtlərlə nəticələnən müqavilə, yəni ağır şərtli əqd bağlamağa məcbur olmuşdur. Hesab edir ki, müqavilə etibarsız hesab edilməli, ev geri qaytarılmalıdır. Odur ki, iddianın təmin edilməsini xahiş edir. İddiaçının vəkili Vəkil1 məhkəmə iclasında iddiaçı mərhum İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızı ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Kübar qızı məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, mərhum İddiaçı1 onun bibisidir. İddiaçı1 mülkiyyətində olan Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilində qeydiyyatda olmaqla yaşamışdır. xx.xx.2022-ci ildə bibisi ona zəng edərək bildirmişdir ki, nə vaxt gəlirsən, ginekoloq Tamara ona deyib ki, qanaxması var, təcili xəstəxanaya getməlidir. O, Tamara həkimlə telefonla əlaqə saxlamış və öyrənmişdir ki, bibisində uşaqlıq boynu xərçəngi aşkar olunub, tampon qoyub, təcili Bakıya Milli Onkologiya Mərkəzinə aparılmalıdır. O, İddiaçı1 xx.xx.2022-ci il tarixdə Milli Onkologiya Mərkəzinə aparmış, orada biopsiya götürmüşlər. xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə xəstəxanaya müalicə üçün gedibgəlmişlər. Kordiologiya İnstituna aparıb yoxlatmışdır, orada bibisinin ürək çatışmazlığı da olduğunu bildirmişlər. xx.xx.2022-ci il tarixdə birlikdə Qusara getmişlər. O, bibisindən soruşmuşdur ki, qızı Arzunun xəbəri vardırmı?. Gülufə bildirdi ki, zəng edib İddiaçı1 xəstəliyi barədə qızı Arzuya xəbər veribdir. Bibisinə ondan başqa heç kim baxmırdı. xx.xx.2022-ci il tarixdə analızlərin cavabı çıxmış və bibisinin 2-ci dərəcəli onkoloji xəstə olması bildirilmişdir. Onkoloq bibisini müayinə etmiş, lakin cərrahiyə əməliyyatı etməmişdir. Kimya və şüa terapiyası müalicəsi yazılmışdır. 05.01.-xx.xx.2023cü ilə kimi müayinə olundu. Bibisi zəng edərək müalicə olunması üçün qızı Arzudan 2.000 manat pul göndərməsini istədi. Arzu pulu olmadığını bildirdi. Bu zaman o, bibisinə bildirmişdir ki, ağlamasın, qardaşı qızı ölməyib. Arzu ona bildirmişdir ki, anasının evini satıb müalicə etdirsinlər. O, Arzuya bildirmişdir ki, evi satandan sonra anası harada yaşayacaq. Arzu bildirmişdir ki, ona xeyir gəlməyib. Bibisi evini onun oğlu Sərxana verəcəyini bildirmişdir. Sərxan ona bildirmişdir ki, evin bağışlanması üçün Arzudan halallıq alsın. O, Arzuya zəng etmiş və bibisinin evi oğlu Sərxana bağışlamaq istədiyini bildirmiş və hallallıq verməsini istəmişdir. Arzu evin Sərxana bağışlanmasına razı oduğunu bildirmiş və elə bu istəyini demişdir. Həkim bibisinə 45 gün şüa müalicəsi yazmışdır. xx.xx.2023-cü il tarixdə onlar Qusara getmişlər. Bibisi evin sənədlərini ona vermiş və xx.xx.2023-cü il tarixə notariusa getmək istədiyini bildirmişdir. Sərxan dediki Arzu ilə Raziyə telefonla danışırdılar, o, Arzuya bildirmişdir ki, gəl anana sahib çıx. Sərxan Arzuya bildirdi ki, Arzu nə vaxt Qusara gələrsə, gəlib evdə qala bilər. Arzu votsapla səs göndərdi ki, evin sərxana bağışlanmasına razıdır. xx.xx.2023-cü il tarixdə onlar Quba Regional “ASAN” Xidmət Mərkəzi notariat Ofisinə getmişlər və bibisi evini ona bağışlamışdır. xx.xx.2023-cü il tarixdə zəng edib müalicə olunmaq üçün Milli Onkologi Mərkəzinə dəvət etmişlər. xx.xx.2023-cü il tarixdə xəstəxanaya getmişloər və bibisini stasionar müalicə olunması üçün xəstəxanaya qoymuşdur. xx.xx.2023-cü il tarixdə Arzu xəstəxanaya gəlmişdir. Arzu evin açarını ondan istədi və o, açarı Arzuya vermişdir. Arzu ondan sənəd istəməmişdir. Arzu ona bildirirdi ki, Allah səni anama baxmaq üçün mələk kimi göndərib. xx.xx.2023-cü il tarixdə o, xəstəxanaya bibisinə baş çəkməyə gedəndə öyrənmişdir ki, Arzu anasını çıxarıb Qusara aparıb. Bibisi digər qızı Sevinclə birlikdə yaşayırdı. Sevinc xx.xx.2020-ci ildə vəfat etmişdir. Bundan sonra bibisi tək qalmışdır. Arzu RF-da yaşadığına görə ona baxan olmamışdır. Bu səbəbdən həmin vaxtdan bibisi hər il may ayından oktyabr ayına kimi Qusarda onlarla qalırdı, sonra isə Bakı şəhərinə gələrək onlarla birlikdə yaşayırdı. O, bibisinin müalicəsinə təxminən 5.000- 6.000 manat xərc çəkmişdir. Bibisi evi ona bağışlayandan sonra da, mənzildə yaşamağa davam etmişdir. Onun bibisini mənzildən çıxartmaq niyyəti olmamışdır. Bibisi könüllü olaraq evini ona hədiyyə verərkən uzun müddət ona baxmasını, müalicəsi ilə məşğul olmasını əsas götürmüşdür. Hazırkı iddianı bibisi öz iradəsi ilə deyil, qızı Arzunun təkidi ilə qaldırmışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rəddi edilməsini xahiş edir. Cavabdeh Kübar qızının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddia tələbi tamamilə əsassızdır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Qusar şəhərində tənha yaşayırdı. Onun 2022-ci ilin sonu 2023-cü ilin əvvəlində onkoloji xəstəliyi ilə əlaqədar müalicə, müayinə xərclərini, habelə xəstəxanaya aparılması, ona daimi qulluq və sair kimi xidmətləri cavabdeh və onun ailəsi etmişdir. Bütün bunların qarşılığında iddiaçı özü cavabdehə və onun ailəsini minnətdarlıq hissinin əvəzi kimi mülkiyyətində olan Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilini könüllü surətdə xx.xx.2023-cü il tarixdə bağlanmış bağışlama müqaviləsinə əsasən qardaşı qızı Cavabdeh bağışlamışdır. Cavabdeh hədiyyəni qəbul etmiş və mənzilə dair öz adına xx.xx.2023-cü il tarixdə çıxarış almışdır. Müqavilə mövcud qanunvericiliyin tələblərinə tam uyğun şəkildə rəsmiləşdirilmişdir. Bağışlama müqaviləsində hər hansı şərt qeyd olunmamışdır. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün heç bir qanuni əsas yoxdur. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Üçüncü şəxslər Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə bildirişi göndərilmişdir. Lakin üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Üçüncü şəxs Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisinin notariusu Süleyman Məmmədov xx.xx.2023-cü il tarixli 4349 nömrəli məktubla məhkəmə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələbinə uyğun olaraq üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Mülki Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Mülki Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Mülki Məcəllənin 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. Mülki Məcəllənin 668.1.1-ci maddəsinə əsasən daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır. Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisinin notariusu Cəmil Hüseynovun xx.xx.2023-cü il tarixli 4424 nömrəli məktubu ilə məhkəməyə göndərilmiş 4Ə-17 reyestr nömrəli notariat işindən müəyyən edilir ki, Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-17 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən İddiaçı1 xx.xx.2020-ci il tarixli elektron çıxarışa əsasən tam mülkiyyətində olan Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilini qardaşının qızı - Cavabdeh Kübar qızına bağışlamışdır. Bağışlanan mənzilə dair məhdudiyyətlər və yüklülük qeydə alınmamışdır. Bağışlama müqaviləsi bağlanarkən notarius tərəfindən Mülki Məcəllənin 666-674-cü maddələrinin məzmunu tərəflərə izah edilmişdir. Tərəflərin şəxsiyyəti müəyyən edilmiş, onların fəaliyyət qabiliyyəti və özgəninkiləşdirilən əmlakın İddiaçı1 məxsus olması yoxlanılmışdır. Notarius tərəfindən müqavilə təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli 4Ə-17 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzili xx.xx.2023-cü il tarixdə Cavabdeh Kübar qızının adına tam mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində elektron qaydada qeydiyyata alınmış və ona ********** nömrəli elektron çıxarış verilmişdir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Məhkəmə qeyd edir ki, Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilinə dair İddiaçı1 ilə Cavabdeh Kübar qızı arasında xx.xx.2023-cü il tarixli bağışlama müqaviləsi bağlanarkən və həmin müqavilə əsasında Cavabdeh Kübar qızının adına xx.xx.2023-cü il tarixli elektron çıxarış verilərkən qanunvericiliyin tələblərinə tam əməl edilmişdir. Cavabdeh Kübar qızı hədiyyəni qəbul etməklə, qanunvericiliyin tələblərinə uyğun olaraq öz mülkiyyətinə keçirtmişdir və bibisi İddiaçı1 ona bağışladığı Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilində yaşamasına və oradan istifadə etməsinə heç bir maneçilik yaratmamışdır. İddiaçı1 ölənə kimi xx.xx.2024-cü il tarixə kimi həmin mənzildə yaşamış və sərbəst olaraq oradan istifadə etmişdir. Bağışlama müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi və ya ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanununla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Başqa sözlə, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsini qadağan edir. Bu zaman ən mühüm amil fərdin mülkiyyət hüququ ilə, həmin hüququ məhdudlaşdıran maraqlar arasında ədalətli tarazlığın müəyyən edilməsi və gözlənilməsidir. Rəsmi sənədlərlə və işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, qanunvericilik daşınmaz əşyalara dair bağlanacaq bağışlama müqaviləsinin formasının yazılı şəkildə notariat qaydada təsdiqlənməklə bağlanılmalı olduğunu imperativ qaydada müəyyən edir. Bu mənada, hazırkı mübahisə üzrə bağışlama müqaviləsinin notarial qaydada bağlanmasına əməl edilmişdir. Mərhum İddiaçı1 mülkiyyətçi kimi sərəncam hüququndan istifadə etməklə, öz iradəsi ilə qardaşının qızı Cavabdeh mənzilini bağışlamışdır. Bağışlama müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl edilmiş, Cavabdeh bağışlanmış əmlakı qəbul etmiş və öz adına daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyatdan keçirmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzili üzərində mülkiyyət hüququnu qanuni əsaslarla əldə etmişdir, onun mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən müdafiə edilməlidir. Hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab edilməsi üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə xx.xx.1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982ci il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.” Odur ki, məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mərhum İddiaçı1 hüquqi varisi Guseinova (Şahbazova) Arzu Vaqif qızının Cavabdeh Kübar qızına, üçüncü şəxslər Quba Regional “ASAN xidmət” mərkəzi notariat ofisinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “İddiaçı1 mülkiyyətində olan Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilinin Cavabdeh bağışlanmasına dair İddiaçı1 ilə Cavabdeh arasında Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisində bağlanmış xx.xx.2023-cü il tarixli 4Ə-87 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edilərək ləğv edilməsi, həmin müqavilə əsasında Qusar şəhəri Zərifə Əliyeva küçəsi 92A nömrəli evin 11 nömrəli mənzilinə dair Cavabdeh adına verilmiş çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-335/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-335/2024
23.01.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver