Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3362/2021 27.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh oğluna qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan İddiaçı ilə birgə nikahlarından olan 18 oktyabr 2012ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19 aprel 2011-ci il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Nikahlarından 18 oktyabr 2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2(007)-7437/2016 saylı, 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə, Cavabdeh oğlu ilə İddiaçı arasında Bakı şəhəri, Nizami rayon Qeydiyyat şöbəsində 19 aprel 2011-ci il tarixdə bağlanmış və 518 № ilə qeyd edilmiş nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından 18 oktyabr 2012-ci il təvəllüdlü X1 onun yanında qalması qət edilmişdir. Cavabdeh övladlarının saxlanması üçün heç bir maddi yardım etmir, uşaqla maraqlanmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh oğlu izahatında iddia tələbini qəbul etdiyini bildirmiş və məhkəməyə ərizə təqdim edərək, birgə nikahdan doğulmuş 18 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin ondan tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, Nizami rayon Qeydiyyat şöbəsində İddiaçı ilə Cavabdeh oğlu arasında nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 19 aprel 2011-ci il tarixdə 518 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh oğlu ilə İddiaçı arasında Nizami rayon Qeydiyyat şöbəsində 19.04.2011-ci il tarixdə bağlanmış və 518 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, bu nikahdan doğulmuş 18 oktyabr 2012-ci il təvəllüdlü X1 anası X2 yanında saxlanılması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən 10 iyun 2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 268394 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh oğlu ilə X4 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 10 iyun 2017ci il tarixdə 179 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına Hacıyeva soyadı verilmişdir. İş materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 003622 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 18 oktyabr 2012-ci il tarixdə doğulmuşdur. Şəhadətnamənin ata qrafasında Cavabdeh oğlu, ana qrafasında X4 yazılmışdır. İş materiallarında olan 22 nömrəli Mənzil Kommunal İstismar Sahəsi tərəfindən 27 aprel 2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına almaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanmasıüçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4-cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağınıəhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinəəsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh oğlu arasında arasında 19 aprel 2011-ci il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində 518 nömrə ilə qeydiyyata alınmış nikah bağlanmışdır. Cavabdehlə birgə nikah münasibətlərindən 18 oktyabr 2012-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16 noyabr 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh oğlu arasında Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən 19 aprel 2011-ci il tarixli 518 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Uşaq İddiaçı himayəsindədir. Məhkəmə hesab edir ki, Cavabdeh oğlu yetkinlik yaşına çatmamış X1 valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaq İddiaçı yanında qaldığından, iddiaçı uşağın saxlanması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh oğlundan aliment sabit pul məbləğində tutulmalıdır. Tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay 175 (bir yüz yetmiş beş) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. Belə ki, "Azərbaycan Respublikasında 2021-cu il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2021-cu il üçün yaşayış minumumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə 28.04.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də, alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 18 oktyabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulma vaxtı 28 aprel 2021-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3362/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3362/2021
27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver