Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3383/2020 05.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair mülki işin aidiyyəti üzrə göndərilməsi məsələsinə açıq məhkəmə baxışına hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxx” ASC-dən mülkiyyətində olan “Vaz 21154” markalı **-CE-*** qeydiyyat nişanlı avtomobilə dəymiş təmir işlərinin dəyəri 790 manat, nəqliyyat vasitəsinin təzə hissələrinin, detallarının və ləvazimatlarının dəyəri isə 560 manat, təzə materialların dəyəri 260 manat, cəmi 1610 manat zərərin, 48,96 manat mütəxəssis rəyinə görə ödənilən pulun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin hüquqi ünvanının Səbail rayonunda yerləşdiyini bildirərək, iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsinin vəsatəti rədd edilməli və məhkəmənin təşəbbüsü ilə mülki iş aidiyyəti üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İstinad olunan maddəyə əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddia ərizəsinin aidiyyət qaydalarının pozulmasına görə geri qaytarılması nəzərdə tutulmadığından cavabdehin nümayəndəsinin vəsatəti təmin edilə bilməz və rədd edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin hüquqi ünvanı Səbail rayonunda yerləşdiyindən, hazırki iddiaya Yasamal rayon məhkəməsində baxıla bilməz və mülki iş aidiyyəti üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən mübahisənin məhkəməyə aidiyyəti ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Cavabdeh “xxxxxxxxxxxxx” ASC-nin nümayəndəsinin vəsatəti rədd edilsin. İddiaçı cavabdeh “xxxxxxxxxxxxx” ASC-yə qarşı maddi zərərin ödənilməsi tələbinə dair 2(004)-3383/2020 saylı mülki iş aidiyyəti üzrə baxılması üçün Səbail rayon məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Yasamal rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3383/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3383/2020
05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver