Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3396/2023 22.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, X13 qızının katibliyi ilə, İddiaçı X4 və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı "cehiz əmlakın və hədiyyə verilmiş əşyaların geri qaytarılması" tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, keçmiş əri Cavabdeh yaşadığı mənzildə saxlanılan ona məxsus əşyaların (Mondohome firması.92 parça 12 nəfərlik servis dəsti, Türkiyə istehsalı üzəri bənövşəyi bəzəkli, 5 parçadan ibarət 1dəst ağır metaldan qazan dəsti, Türkiyə istehsalı 2 ədəd ağır metaldan qazan, Türkiyə istehsalı 1 ədəd tünd qırmızı rəngli 2 tərəfli ağır qranit tefal tava, Türkiyə istehsalı 12 ədəd ağ sadə kiçik ölçülü salat boşqabları, Türkiyə istehsalı 12 ədəd ayaqlı sadə şüşə bakallar, Türkiyə istehsalı 6 nəfərlik gül bəzəkli 2 parçadan ibarət olan şiriniyyat dəsti, Türkiyə istehsalı 6 nəfərlik gül bəzəkli sadə çay dəsti, İtaliya istehsalı 6 nəfərlik Mondahome firmasının olan 38 parçalı mavi rəngli nahar çay dəsti, Türkiyə istehsalı 6 nəfərlik mavi rəngli Luminarco firmasının 2 parça, Azərbaycan istehsalı 2 ədəd parlaq metal rəngli aksesuar qabları, 1 ədəd qranit metalından olan mavi rəngli tava, Türkiyə istehsalı 1 ədəd qalın yun materiallı tünd bənövşəyi rəngli taxt pakrıvalı, Türkiyə istehsalı 1 ədəd açıq bənövşəyi rəngli taxt pakrivalı, Türkiyə istehsalı 6 ədəd 140x70 ölçüdə hamam dəsmalları, Türkiyə istehsalı 2 ədəd 150x100 ölçüdə hamam dəsmalları, Türkiyə istehsalı 15 ədəd 70x40 ölçüdə çay dəsmalları, Türkiyə istehsalı 1 ədəd tək nəfərlik Özdilek firmasından olan yataq dəsti, Türkiyə istehsalı 1 ədəd Özdilek firmasından olan pambıq parçadan pastel dəsti, Türkiyə istehsalı 1 ədəd Özdilek firmasının atlasdan olan narıncı rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı Özdilek firmasından olan pambıq parçadan ağ rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı 1 ədəd Sarev firmasının yaşıl rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı 1 ədəd 2x1.40 ölçüdə ağ rəngli xalça, Türkiyə istehsalı 1 ədəd 2x3 m ölçüdə tünd bənövşəyi rəngli xalça, Rusiya istehsalı 1 ədəd köz samovar, 2 ədəd əl işi bıçaqlar, 1 ədəd ərsin əl işi bıçağı, 1 ədəd xəkəndaz, 6 ədəd kabab şişləri, Türkiyə istehsalı 8 şamdamlı qonaq otağı üçün şüşə xrustaldan olan 1 ədəd çılçıraq, Türkiyə istehsalı 1 ədəd 2 lampalı çılçıraq, 1 ədəd Türkiyə istehsalı pərdə, ağ rəngli günlük atlas parçadan krem rəngli tül işləmələri, 1 ədəd Türkiyə istehsalı yataq otağı üçün pərdə, ağ rəngli günlük iki tərəfli dekor, 1 ədəd Türkiyə istehsalı ağ bənövşəyi rəngli Fakir firmasından olan ütü, Türkiyə istehsalı 1 ədəd üzəri qırmızı rəngli parçadan olan ütü stolu, 1 ədəd Türkiyə istehsalı Fakir firmasından olan tünd boz rəngli tozsoran, 1 ədəd Türkiyə istehsalı krem rəngligüpur bəzəkli süfrə, 1 ədəd Türkiyə istehsalı açıq qəhvəyi rəngli güpur bəzəkləri ilə işlənmiş süfrə, Türkiyə istehsalı 1 dəst üzəri bənövşəyi rəngli ağır metaldan çaydan dəsti, Türkiyə istehsalı 1 ədəd tefal firmasından olan qırmızı rəngli şirəçəkən Kombayn, Türkiyyə istehsalı 1 ədəd Tefal firmasından olan ağ rəngli içərisində əlavə ehtiyyat hissələri olan ət çəkən kombayn, Türkiyə istehsalı 1 ədəd Fakir firmasının olan ağ rəngli 3lü blender mikser və soğan doğrayıcı dəsti, Türkiyyə istehsalı 6 nəfərlik tünd qəhvəyi rəngli 8 parçadan ibarət olan 1 çemodanda 2 mərtəbəli bıçaq dəsti, Türkiyə istehsalı 2 ədəd bənövşəyi rəngli tək nəfərlik silikon yorğan, Türkiyə istehsalı 4 ədəd 50x70 ölçüdə ağ rəngli selekon yastıq, Yerli istehsalı 2 ədəd tək nəfərlik yun yorğan, Yerli istehsalı 1 ədəd 2 nəfərlik yun yorğan, Yerli istehsalı 2 ədəd təknəfərlik yun döşək, Yerli istehsalı 1 ədəd 2 nəfərlik yun döşək, Türkiyə istehsalı 2 ədəd 70x70 ölçüdə açıq bənövşəyi rəngli böyük tük yastıq, Türkiyyə istehsalı 12 nəfərlik ayaqlı qızılı bəzəkli bakal dəsti 2 parça, Rusiya istehsalı 1 ədəd sadə ayaqlı ağ şüşə meyvə qabı, Rusiya istehsalı 2 ədəd ayaqlı ağ rəngli şüşə çərəz qabları, Rusiya istehsalı 2 ədəd Neman firmasının ayaqlı xurustal mürəbbə qabları, 6 predmetli yaşıl rəngli mətbəxt bıçağı dəsti, Türkiyə istehsalı 12 nəfərlik Nehir firmasının 48 ədədli qaşıq dəsti, Türkiyyə istehsalı 6 nəfərlik 3 parmadan ibarət mavi və ağ xallı qaşıq dəsti, Türkiyyə istehsalı 1 ədəd sadə şüşə peroq qabı, Türkiyyə istehsalı 2 ədəd şüşə şiriniyyat qabı, Türkiyyə istehsalı 12 ədəd tünd göy rəngli boşqablar, Türkiyə istehsalı 1 ədəd metaldan hazırlanmış böyük aşsüzən, Türkiyyə istehsalı 1 ədəd qutuda 5 predmetli böyük qaşıq dəsti, 1 ədəd metaldan hazırlanmış böyük ölçülü tyorka, Türkiyə istehsalı 2 ədəd sadə ağ şüşədən olan qənd qabılardan ibarət məişət əşyaları və sırğa, bilərzik, üzük, boyunbağı və klondan ibarət 1 dəst gümüş, nişan üzüyü, pandora sırğanın Cavabdeh alınaraq ona geri aytarılması, qeyd olunan daşınar əmlaklar olmadıqda həmin qeyd olunan daşınar əmlakların ümumi dəyərinin (11794 manat) onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, hazırkı mülki mübahisə üzrə cavabdeh şəxs Cavabdeh ilə 23 avqust 2016-cı il tarixdə 3 saylı “Asan Ximət”in qeydiyyat şöbəsində rəsmi nigaha daxil olmuş və Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4372/2019 saylı qətnaməsinə əsasən nigahları pozulmuşdur. Hələ nikah dövründə hamiləliyin ciddi patologiya ilə müşayiət olunan pozulması nəticəsində onun sağlamlığına bərpa olunmayan zərər dəymiş, böyrəkləri tam yararsız hala düşmüşdür. Bu müddət o uzun müddət davam edən ağır müalicələr alaraq həyatı üçün mübarizə aparmışdır. Uzun müddət xəstə olduğuna görə vaxtında əşyalarını nə götürə bilmiş, nə də ki, onların arxasınca gedə bilmişdir. Bir az sabitləşən durumu ona indi imkan verir ki, bu işlə məşğul olsun. Valideynləri çətinliklə ona cehiz əşyaları əldə ediblər. Onların hamısı hazırda cavabdehin evində qalmışdır. Bir iki dəfə məlumat göndəriblər ki, əşyalarını verəcəkdirlər. Lakin onlar qeydiyyatda olduqları evdən köçdüklərinə görə, qonşuların onlara deməklərinə görə həmin əşyalarını satmışdırlar. Daha sonra iddiaçı X5 iddia tələbinin artırılması barədə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, burada sadalanan, adlı siyahısı və qiymətləri qeyd olunmuş mebel əşyalarının (1 ədəd Türkiyə istehsalı, "Kilim” firması, Göreme model güzgülü komod (bufe aynası), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model komod (bufe), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model kreslo (berjer 14-374), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model dolab (garderob), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model qorka (Gumusluk), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model divan (3-lu koltuk 14-374), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model tumba (komodin), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model çarpayı (karyola 160), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model açılan masa (açılır masa), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Trümo aynası, 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Trümo (şifonyer), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Televizor altlığı (plazma tv unitesi), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Televizor şkaf (plazma tv modulu), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, matras (LİLY Matras 160x200), 6 ədəd Türkiyə istehsalı, "Kilim" firması, stul (Venetsiya sandalye 28 duz)dan ibarət mebellər) da cavabdehdən alınaraq ona qaytarılması, həmin əmlakın naturada alınması mümkün olmadığı halda dəyəri olan 9195 (doqquz min yüz yoxsan beş) manat pulun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanaraq iddia tələbimin həcmini artırmaq qərarına gəlmişdir. Belə ki, cavabdeh xx.xx.2023-cü il tarixində keçirilən məhkəmə baxışı iclasında (ikinci məhkəmə baxış iclası) iddia ərizəsinə etiraz və izahat" təqdim etmiş (baxış iclasında təqdim olunduğundan əslində etiraz deyil, sadəcə izahat kimi qəbul olunmalıdır) və izahatında onun ailə quran zaman tərəfindən hər hansı cehiz əmlak gətirilmədiyi və ona heç bir əmlak hədiyyə verilmədiyini bəyan etmişdir. Halbuki indiyə kimi (xx.xx.2023-cü il tarixədək) cavabdeh hər zaman cehiz əşyalarının və ona hədiyyə olunan əmlakın onda olduğunu təsdiq edir və təhvil verəcəyini vəd edirdi. Lakin birdən-birə, cavabdeh əmlakı inkar etməyə başlamışdır. O cavabdehin hər zaman cehiz əmlakların onda olduğunu təsdiqləməsi və onları ona təhvil verəcəyinə söz verməsinə görə iddia ərizəsində mebel əşyalarını qeyd etməmişdir, kiçik həcmli əşyaları qeyd etmişdir, çünki kiçik həcmli əşyaların gizlədilməsi, ortadan qaldırlması asan olduğundan əsas həmin əşyaların qaytarılması tələbi ilə məhkəməyə müraciət etmiş və müvəqqəti təminat tədbiri görülməsini xahiş etmişdir. Mebel əşyalarının isə həcmi böyük olduğundan gizlədilməsinin qeyri-mümkün olduğunu ehtimal edərək iddia tələbində onları qeyd etməyə lüzum görməmişdir. Lakin cavabdeh gözlənilmədən, anidən ona məxsus bütün əmlakları, o cümlədən mebel əşyalarının da mövcudluğunu inkar etməyə başlamışdır. Odur ki, o iddia tələbinə mebel əşyalarını da əlavə etməklə onların da qaytarılmasının təmin olunması zərurəti ortaya çıxdığını anlamışdır. Bu qənaəti, eləcə bu zərurəti ortaya çıxaran hallar məhz məhkəmə baxışı zamanı ortaya çıxmışdır, çünki cavabdeh məhz məhkəmə baxışı vaxtı, ikinci məhkəmə baxışı iclasında - xx.xx.2023-cü il tarixində təqdim etdiyi ərizədə (etiraz, izahat) əvvələr qaytarmağı vəd etdiyi əmlak və əşyalarının mövcudluğunu inkar etməyə başlamışdır. Göründüyü kimi iddia tələbinin həcmini artırmaqla bağlı əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmişdir. xx.xx.2016-cı il tarixində toydan az öncə o valideynləri ilə birgə "Soliton LTD" mağazasından əvvəlcədən seçim etdikləri mebelləri almış, 29 avqust 2016-cı ildə "ev bəzəmə"yə getmiş, xx.xx.2016-cı il tarixində də toy olmuşdur. Cavabdehin evinə gəlin köçərkən cehiz əmlak şəklində apardığı mebel əşyaları 1 ədəd Türkiyə istehsalı Göreme model güzgülü komod (bufe aynası) - 210 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model komod (bufe) - 645 manat, 2 ədəd Türkiyə istehsalı Göreme model kreslo (berjer 14-374) - 900 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model dolab (garderob) - 1520 manat, 2 ədəd Türkiyə istehsalı Göreme model qorka (Gumusluk) - 870 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model divan (3-lu koltuk 14-374) - 1200 manat, 2 ədəd Türkiyə istehsalı Göreme model tumba (komodin) - 340 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model çarpayı (karyola 160) - 670 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model açılan masa (açılır masa) - 550 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model Trümo aynası (sifonyer aynası) 110 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model Trümo (şifonyer) - 310 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model Televizor altlığı (plazma tv unitesi) - 455 manat, 1 ədəd Türkiyə istehsalı Göreme model Televizor şkaf (plazma tv modulu) - 565 manat, 1 ədəd Döşək (LİLY Matras 160x200) - 250 manat, 6 ədəd stul (Venetsiya sandalye 28 duz) - 600 manat ibarət olmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz verərək, iddiaçı X2 cehiz əmlakların və hədiyyə verilmiş əmlakların və ya onların dəyərinin qaytarılmasına dair iddia ərizəsi əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı X4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cehiz əmlakların və hədiyyə şəklində verilmiş əmlakların ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və təmin oluna bilməz. Belə ki, iddiaçı X4 ilə 23 avqust 2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-4372/2019 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikahlarının pozulmasına səbəb münasibətlərinin yaxşı olmaması olmuş və nikah pozulduqdan sonra iddiaçı bir neçə dəfə barışmaq istəyini bildirsə də, onun razlığı olmadığına görə mümkün olmamışdır. Daha sonra o yenidən nikaha daxil olmuşdur və hazırda bir qız övladı var. İddiaçı onun barışmaq təklifini rədd etdiyinə və yeni ailə həyatı qurduğuna görə ona və ailəsinə qarşı nifrəti daha da artmış, ailəsinə qarşı müxtəlif tələb və təhdidlər irəli sürməyə başlamışdır. Qeyd edir ki, onunla ailə qurduqları zaman iddiaçı tərəfindən hər hansı cehiz əmlak gətirilməmiş və ya ona hədiyyə şəklində verilməmişdır. Nikahlarının pozulmasından 4 il keçməsinə baxmayaraq iddiaçı ona və ailəsinə olan dərin nifrəti zəminində belə bir tələb irəli sürmüş və bunu sübut edəcək hər hansı dəlil göstərməmişdir. İddiaçı əvvəllər də Yasamal rayon Məhkəməsinə eyni məzmunlu iddia ərizəsi ilə müraciət etmiş. Lakin sonradan hakimin təklifi ilə məhkəmənin hazırlıq iclasında iddia ərizəsini geri götürmüşdür. Buna səbəb isə iddia ərizəsinin əsaslandırıcı hissəsinin iddia tələbinə uyğun olmaması olmuşdur. Əlavə olaraq bildirir ki, uzun müddətdir ki, iddiaçı sosial şəbəkə platformalarında müxtəlif böhtanlar atmaqla və təhqir etməklə o və ailəsi barəsində mənfi rəy yaratmağa çalışır və bununla əlaqədar məhkəməyə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Ailəsinin şərəf və ləyaqətini ləkələməklə onlardan intiqam almağa çalışan iddiaçı son nəticədə 4 il keçdikdən sonra guya cehiz olaraq gətirdiyi və ya ona hədiyyə kimi verilmiş, əslində isə ümumiyyətlə mövcud olmayan əmlakı tələb etmək fikrinə dümüşdür. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 iddia tələbinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə razı olmadığını bildirmiş, etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, anasının mülkiyyətində olan ev Şahid3 satılan zaman, yalnız alıcının xahişi ilə 1-2 əşya qalmışdı, evdə mebellər və cehiz əyşalar yox idi. Mebellər anasının köhnə mebelləri idi və qonşuya satılmışdır. Aynurəyə aid əşyalar evdə yox idi. Aynurə ilə 2019-cu ildə ayrılmışdılar. Lakin Aynurə 2021-ci ildən, yəni yenidən ailə həyatı qurduqdan sonra ona düşmən münasibət bəsləmiş, hər gün tezdən ona zəng vurub təhqirlər və təhdidlər etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, Aynurənin 25 illik qonşusudur. Elvini də tanıyır. Heç bir ədavəti, düşmənçiliyi yoxdur. Cehizlərin alınmasında, yığılmasında, daşınmasında birbaşa iştirak etmişdir. Onlarda adət vardır ki, cehiz üstünə hədiyyə apararlar. O da tort dəsti hədiyyə etmişdir. Cehizlərin lentlərini də o bağlamışdır. Aynurənin gəlin olduğu evdə o olmamışdır. Ancaq qızı olmuşdur. Aynurə 3 il evli qalmış, sonra xəstələnmiş və ayrılmışdırlar. Ayrıldıqdan sonra heç bi cehiz əmlakını anasıgilə gətirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində bildirmişdir ki, Aynurə 20 illik qonşusudur. Elvini də Aynurə ilə ailə həyatı qurduqdan sonra tanımışdır. Heç bir ədavəti, düşmənçiliyi yoxdur. Cehizlərin bağlanmasında, yola salınmasında iştirak etmişdir. Aynurənin köçdüyü evdə olmamışdır. Mebelini də İnqilabda Soliton mağazasından almışdırlar. Kilimin mebeli olmuşdur. Mebelinin alınmasına Sədaqət xanım, Aynurənin anası və o da getmişdir. Mebelləri birbaşa Elvingilin evinə aparmışdılar. Ağ rəngdə mebellər idi. Aynurə ayrıldıqdan sonra özü ilə atası evinə heçnə gətirməmişdir. Nə vaxt cehizi istəyirdilər Elvingil bildirirdilər ki, verəcəklər. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, Aynurə onun 21 illik dostudur. Çox yaxın olublar. Elvini tanıyır. Heç bir ədavəti, düşmənçiliyi yoxdur. Sonuncu dəfə toylarından sonra onları öz evinə qonaq çağırmışdır. Aynurəgildə 2 dəfə olmuşdur. Birinci dəfə cehizləri aparıb evi bəzəyəndə. İkinci dəfə isə toydan sonra 3 günlükdə gediblər. O zaman o, anası və Aynurənin xalası getmişdirlər. Aynurə ilə o özünə eyni vaxta cehiz əşyalar almışdır. Cehizlərinin əksəriyyəti eyni idi. Fakir firmasının tozsoranı, blenderi, pərdələr, servis dəstləri, çəngəl-qaşıq dəstləri, Qazan dəstləri. Tava, yataq örtükləri, Kilimin mebel dəstləri və s cehizlər alınmışdır. Mebelləri almağa gedəndə o, anası, Aynurə və anası getmişdir. Ola bilsin ikinci dəfə mebel maqazininə gedəndə Sevda xanımla getsinlər. Cehiz almaq üçün Sədərək Ticarət Mərkəzinə də birlikdə getmişdirlər. Mebellər ağ rəngdə idi. Göstərilən şəkillərin formasında olmuşdur. Məhkəmə icalsında şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, Elvini tanıyır. 2019-cu ilin avqust ayında ipoteka ilə ondan ev almışdırlar. Aynurə xanımı tanımır. Evə baxmağa gedəndə, yoldaşı, əmlakçı və Elvin olmuşdur. Evi boş almışdır. Əşyaları almamışdır, otaqda əşyalar olmuşdur. Yataq otağında taxt, şkaf və termo olmuşdur. Qonaq otağında da ağ rəngli mebel, stol-stul olmuşdur. Televizor olmamışdır. Mətbəxdə balaca divan və qaz sobası olmuşdur. Girişdə isə rus istehsalı köhnə mebel olmuşdur. İyul ayı olardı ki, evə gedib baxmışdılar. Evi təhvil alanda girişdəki köhnə mebel və yerdə qabqacaq, servis olmuşdur. Sonra zəng ediblər bildirəndə Elvingil gəlib aparmışdılar. Evi alanda ona mebelləri də təklif etmişdilər. Ancaq onlar istəməmişdilər. Elvinin anası onun yoldaşına demişdir ki, əşyalar gəlinindir. Mebellər gəlinin əşyaları olduğundan yoldaşı ilə o həmin əşlayarı istifadə etmək istəməmişdirlər. Qonşulardan kiminsə həmin mebelləri aldığını da eşitmişdir. Evdə cehiz əşyaları (qab-qacaq və servis) olmuşdur. Əşyaları da qaraja yığıb satdıqlarını da eşitmişdir. Mebellər açıq rənglərdə idi. Şəkillərdə olan mebellər evdə olan mebellərlə eynilik təşkil edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirmişdir ki, Aynurə ilə yaxın qonşudurlar. Qızının ən yaxın rəfiqəsidir. Onlar birinci mərtəbədə, Aynurəgil isə ikinci mərtəbədə qalırlar. Elvin onun evində qonaq olubdur. Onlara toy hədiyyəsi də vermişdir. Aynurənin cehizlərinin 90%-ni birlikdə almışdırlar. Mebelləri Kilim firmasından, cehizlərin bir qismini, çılçıraqları isə Sədərək Ticarət Mərkəzindən birlikdə almışdılar. Mebelləri toydan əvvəl gedib seçmişdilər. Mebel mağazası Çıraq Plaza tərəfdə yerləşirdi. Mebelləri seçmiş, pulunu ödəmişdirlər. Daha sonra Şirkət özü mebelləri aparıb quraşdırmışdır. Mebellər 5500 manata alınmışdı. Mondo firmasından serviz dəsti, gündəlik işlətmək üçün qab-qacağı isə Luminarc firmasından alınmışdır. Daha sonra blender və tozsoran da onunla birlikdə alınmışdır. Tozsoran Fakir firmasına məxsus idi. Aynurəgil yataq örtükləri, yorğan, döşək üzlərini alanda onlarla birlikdə getmişdir. Gəlinin 3 günlüyündə onları da qonaq çağırmışdılar. O Aynurəgilə gedəndə mebellər də həmin evdə idi. Açılan stolda da Aynurənin cehiz əşyalarından istifadə olunmuşdu. Servis - 380 manat, tozsoran - 80 manat, Luminarc dəsti - 80 manat, stol örtüyü-120 manat və s. dəyərində idi. Hətta Elvinə göy rəngdə hamam dəsti də alınmışdı. Bildiyinə görə Aynurə ayrılandan sonra cehizlərini geri qaytarmamışdılar. Məhkəmə icalsında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, Aynurə ilə ədavət və düşməçiliyi yoxdur. Aynurə 2016-cı ildən 2019-cu ilin yay aylarına kimi onlarla yaşamışdır. Daha sonra isə öz razılığı ilə atası evinə getmişdir. Nikahın pozulmasına dair ərizəni oğlu vermişdi. Aynurə atası evinə ayrılmaq məqsədi ilə getmişdi. Məlumatlı idi. Özü ilə birlikdə əl ilə daşınar əşyalarını aparmışdı. Aynurə xəstəxanaya düşəndə onun xərclərini çəkmişdilər. Ona görə də borcları yaranmışdı. Evini satıb borclarımı ödəmişdir. Evini 2019-cu ilin yay aylarında satmışdı. Ev boş idi. Aynurənin mebelləri Aynurə onlarda olanda satılmışdı. Özü də məlumatlı idi. Evi Səid adlı şəxsə satmışdı. Evdə qalan əşyalar yararsız əşyalar idi. Uşaqların köhnə ayaqqabıları və s idi. Mebellər öz mebelləri idi. Onu da qonşuya satmışdı. Aynurəyə qızıl almamışdır. Aldığı gümüş komplekti idi. İddiaçının vəkilinin sualına cavab olaraq bildirmişdir ki, Aynurə mebel gətirməmişdi. Yalnız əl ilə daşınar əşyalar gətirmişdi. Əşyalarımı satıb Aynurənin xəstəxana xərclərini çəkmişdilər. Qəbzləri də təqdim edə bilər. Aynurənin valideynləri ilə razılaşdılar ki, o, Aynurəyə qızıl almasın, 5000 manat pul versin. 2016-cı ildə Bankdan Elvinin adına 5000 manat pul götürmüş və Aynurəgilə vermişdi. Aynurə iddia ərizəsində olan heç bir əşyanı onlara gətirməyibdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahid qismində məhkəmə iclaslarında iştirak etmiş şəxslərin ifadələrini nəzərə alaraq, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan: 27 iyul 2019-cu il tarixli, 394İK-SAB/2019 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı X11, ipoteka saxlayan X6 ASC-nin Səbail filalı və alıcı Şahid3 arasında bağlanmış müqaviləyə əsasən satıcı, ünvan 1 ünvanında yerləşən və mülkiyyət hüquqları Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən “25” May 2004-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi 30/10966 olan qeydiyyat vəsiqəsinə əsasən ona məxsus daşınmaz əmlakı alıcıipoteka qoyanın mülkiyyətinə vermişdir. “Soliton LTD” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qaimədən görünür ki, 1 ədəd ML.15.1300.BA01 GOREME BUFE AYNASİ (210,00), 1 ədəd ML.15.1300.BF01 GOREME BUFE (645,00), 2 ədəd ML.15.1300. BR01 GOREME BERJER 14-374 (450,00), 1 ədəd ML.15.1300. GD01 GOREME GARDEROB (1.520,00), 2 ədəd ML.15.1300. GM01 GOREME GUMUSLUK (435,00), 1 ədəd ML.15.1300.K301 GOREME 3-LU KOLTUK 14-374 (1.200,00), 2 ədəd ML.15.1300. KM01 GOREME KOMODİN (170,00), 1 ədəd ML.15.1300. KR01 GOREME KARYOLA 160 (670,00), 1 ədəd ML.15.1300. MS01 GOREME ACİLİR MASA (550,00), 1 ədəd ML.15.1300.SA01 GOREME SİFONYER AYNASİ (110,00), 1 ədəd ML.15.1300.SF01 GOREME SİFONYER (310,00), 1 ədəd ML.15.1300.TV01 GOREME PLAZMA TV UNİTESİ (455,00), 1 ədəd ML.15.1300.TV02 GOREME PLAZMA TV MODULU (565,00), 1 ədəd ML.14.1067. MT04 LİLY MATRAS 160X200 (250,00), 6 ədəd ML.14.1125.SN01 VENETSİYA SANDALYE 28 DUZ (100,00) Rayik Mursalıyev tərəfindən alınmışdır. Şahid3 xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, 22 dekabr 2023cü il tarixdə, saat 11:00-da iddiaçı X5 iddia tələbinə dair təyin olunmuş məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmir. Avqust 2019-cu ildə Yasamal rayonu D.Bünyadzadə ev 2 mənzil 29-u Səmədli Rənadan notariat qaydada almışdır. Evə ilk dəfə baxmağa gedəndə evi Rənanın oğlu Elvin göstərmişdir. Ev 4 otaq və mətbəxdən ibarətdir. (haradasa alqısatqıdan bir ay öncə) həmən vaxt evin 1 otağı boş, yataq otağında ağ rəngdə yataq dəsti mebeli, qonaq otağındada mebel olmuşdur. Otağın birində isə yerdə qab-qacaq olmuşdur. Alqı-satqıdan sonar mebellər çıxmışdır, qab-qacaqlar ancaq yerdə olmuşdur. 1 həftə 10 gün sonar Rəna və oğlu Elvin qab-qacaqları aparıblar. İddiaçını tanımır və qohumluğu yoxdur. Elvin mebelləri ona almağa təklif etmişdir amma o istəməmişdir. Şahid4 xx.xx.2023-cü il tarixli ərizəsinin məzmunundan görünür ki, 22 dekabr 2023cü il tarixdə, saat 11:00-da məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmir. İddiaçı Mursalıyeva Aynurəni tanımır. 2019-u ilin yay aylarında ev almaq məqsədi ilə Yasamal rayon D.Bünyadzadə ev 2 mənzil 29 (dəqiq tarix yadında deyil) baxış keçirmişdir. Evi onlara sonradan tanıdıqları ev sahibinin oğlu Elvin göstərmişdir. Evə baxış keçirdikdə yataq otağında ağ rəngdə yataq dəsti mebeli (taxt, şifoner, termo olmuşdur. Qonaq otağında stol dəsti, tv stend və komot olmuşdur. Otağın biri boş, birində isə döşəmədə qab-qacaqlar olmuşdur. Onlar evə köçəndən təxminən bir həftə sonar Rəna və Elvin gəlib qabları qutulara yığıb aparıblar. Onlar evə köçəndə mebellər olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2016-cı il tarixdə nikah bağlanılmış və onlar ailə qurmuşlar. Nikah rəsmiləşdirildikdən sonra iddiaçı cavabdehin anasına məxsus evə gəlin köçmüş və cehiz əşyalarını cavabdehin evinə gətirmişdir. Sonradan tərəflər arasında ailə münasibətləri pozulmuş və iddiaçı evdən çıxıb getmişdir. Lakin evdən gedərkən onun cehiz əşyaları həmin evdə qalmışdır. Bu, iş materiallarındakı sənədlərlə, məhkəmə iclasında dindirilən şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cavabdeh hal-hazırda da həmin əmlakları qaytarmaqdan imtina edir. Məhkəmə hesab edir ki, cehiz əşyaların Cavabdeh alınaraq geri qaytarılması, qeyd olunan daşınar əmlaklar olmadıqda həmin əmlakların ümumi dəyərinin iddiaçıya verilməsinə dair hissədə iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Qızıl-zinyət əşyalarının geri qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində toy dəstinin - sırğa, bilərzik, üzük, boyunbağı və klondan ibarət 1 dəst gümüş əşyanın onda olduğunu və həmin əşyaları qaytarmağa hazır olduğunu bildirmişdir. İddiaçı da sədrlik edənin sualına cavab olaraq toyda ona verilən dəstin gümüş olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməli, sırğa, bilərzik, üzük, boyunbağı və klondan ibarət 1 dəst gümüş əşya cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddia tələbi qızıl-zinyət əşyaları ilə bağlı qalan hissədə təmin edilməməlidir. Belə ki, iddiaçı iddia ərizəsində göstərilən və ona məxsus olduğu qeyd olunan nişan üzüyü və pandora sırğadan ibarət qızıl-zinət əşyalarının cavabdehin qanunsuz sahibliyində olduğunu təsdiq edən mötəbər sübutları təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh İtaliya istehsalı Mondohome firması.92 parça 12 nəfərlik servis dəsti, Türkiyə istehsalı üzəri bənövşəyi bəzəkli, 5 parçadan ibarət 1dəst ağır metaldan qazan dəsti, Türkiyə istehsalı 2 ədəd ağır metaldan qazan, Türkiyə istehsalı 1 ədəd tünd qırmızı rəngli 2 tərəfli ağır qranit tefal tava, Türkiyə istehsalı 12 ədəd ağ sadə kiçik ölçülü salat boşqabları, Türkiyə istehsalı 12 ədəd ayaqlı sadə şüşə bakallar, Türkiyə istehsalı 6 nəfərlik gül bəzəkli 2 parçadan ibarət olan şiriniyyat dəsti, Türkiyə istehsalı 6 nəfərlik gül bəzəkli sadə çay dəsti, İtaliya istehsalı 6 nəfərlik Mondahome firmasının olan 38 parçalı mavi rəngli nahar çay dəsti, Türkiyə istehsalı 6 nəfərlik mavi rəngli Luminarco firmasının 2 parça, Azərbaycan istehsalı 2 ədəd parlaq metal rəngli aksesuar qabları, 1 ədəd qranit metalından olan mavi rəngli tava, Türkiyə istehsalı 1 ədəd qalın yun materiallı tünd bənövşəyi rəngli taxt pakrıvalı, Türkiyə istehsalı 1 ədəd açıq bənövşəyi rəngli taxt pakrivalı, Türkiyə istehsalı 6 ədəd 140x70 ölçüdə hamam dəsmalları, Türkiyə istehsalı 2 ədəd 150x100 ölçüdə hamam dəsmalları, Türkiyə istehsalı 15 ədəd 70x40 ölçüdə çay dəsmalları, Türkiyə istehsalı 1 ədəd tək nəfərlik Özdilek firmasından olan yataq dəsti, Türkiyə istehsalı 1 ədəd Özdilek firmasından olan pambıq parçadan pastel dəsti, Türkiyə istehsalı 1 ədəd Özdilek firmasının atlasdan olan narıncı rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı Özdilek firmasından olan pambıq parçadan ağ rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı 1 ədəd Sarev firmasının yaşıl rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı 1 ədəd 2x1.40 ölçüdə ağ rəngli xalça, Türkiyə istehsalı 1 ədəd 2x3 m ölçüdə tünd bənövşəyi rəngli xalça, Rusiya istehsalı 1 ədəd köz samovar, 2 ədəd əl işi bıçaqlar, 1 ədəd ərsin əl işi bıçağı, 1 ədəd xəkəndaz, 6 ədəd kabab şişləri, Türkiyə istehsalı 8 şamdamlı qonaq otağı üçün şüşə xrustaldan olan 1 ədəd çılçıraq, Türkiyə istehsalı 1 ədəd 2 lampalı çılçıraq, 1 ədəd Türkiyə istehsalı pərdə, ağ rəngli günlük atlas parçadan krem rəngli tül işləmələri, 1 ədəd Türkiyə istehsalı yataq otağı üçün pərdə, ağ rəngli günlük iki tərəfli dekor, 1 ədəd Türkiyə istehsalı ağ bənövşəyi rəngli Fakir firmasından olan ütü, Türkiyə istehsalı 1 ədəd üzəri qırmızı rəngli parçadan olan ütü stolu, 1 ədəd Türkiyə istehsalı Fakir firmasından olan tünd boz rəngli tozsoran, 1 ədəd Türkiyə istehsalı krem rəngligüpur bəzəkli süfrə, 1 ədəd Türkiyə istehsalı açıq qəhvəyi rəngli güpur bəzəkləri ilə işlənmiş süfrə, Türkiyə istehsalı 1 dəst üzəri bənövşəyi rəngli ağır metaldan çaydan dəsti, Türkiyə istehsalı 1 ədəd tefal firmasından olan qırmızı rəngli şirəçəkən Kombayn, Türkiyyə istehsalı 1 ədəd Tefal firmasından olan ağ rəngli içərisində əlavə ehtiyyat hissələri olan ət çəkən kombayn, Türkiyə istehsalı 1 ədəd Fakir firmasının olan ağ rəngli 3lü blender mikser və soğan doğrayıcı dəsti, Türkiyyə istehsalı 6 nəfərlik tünd qəhvəyi rəngli 8 parçadan ibarət olan 1 çemodanda 2 mərtəbəli bıçaq dəsti, Türkiyə istehsalı 2 ədəd bənövşəyi rəngli tək nəfərlik silikon yorğan, Türkiyə istehsalı 4 ədəd 50x70 ölçüdə ağ rəngli selekon yastıq, Yerli istehsalı 2 ədəd tək nəfərlik yun yorğan, Yerli istehsalı 1 ədəd 2 nəfərlik yun yorğan, Yerli istehsalı 2 ədəd təknəfərlik yun döşək, Yerli istehsalı 1 ədəd 2 nəfərlik yun döşək, Türkiyə istehsalı 2 ədəd 70x70 ölçüdə açıq bənövşəyi rəngli böyük tük yastıq, Türkiyyə istehsalı 12 nəfərlik ayaqlı qızılı bəzəkli bakal dəsti 2 parça, Rusiya istehsalı 1 ədəd sadə ayaqlı ağ şüşə meyvə qabı, Rusiya istehsalı 2 ədəd ayaqlı ağ rəngli şüşə çərəz qabları, Rusiya istehsalı 2 ədəd Neman firmasının ayaqlı xurustal mürəbbə qabları, 6 predmetli yaşıl rəngli mətbəxt bıçağı dəsti, Türkiyə istehsalı 12 nəfərlik Nehir firmasının 48 ədədli qaşıq dəsti, Türkiyyə istehsalı 6 nəfərlik 3 parmadan ibarət mavi və ağ xallı qaşıq dəsti, Türkiyyə istehsalı 1 ədəd sadə şüşə peroq qabı, Türkiyyə istehsalı 2 ədəd şüşə şiriniyyat qabı, Türkiyyə istehsalı 12 ədəd tünd göy rəngli boşqablar, Türkiyə istehsalı 1 ədəd metaldan hazırlanmış böyük aşsüzən, Türkiyyə istehsalı 1 ədəd qutuda 5 predmetli böyük qaşıq dəsti, 1 ədəd metaldan hazırlanmış böyük ölçülü tyorka, Türkiyə istehsalı 2 ədəd sadə ağ şüşədən olan qənd qabılardan ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 10294 manat pul); 1 ədəd Türkiyə istehsalı, "Kilim” firması, Göreme model güzgülü komod (bufe aynası), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model komod (bufe), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model kreslo (berjer 14-374), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model dolab (garderob), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model qorka (Gumusluk), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model divan (3-lu koltuk 14-374), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model tumba (komodin), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model çarpayı (karyola 160), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model açılan masa (açılır masa), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Trümo aynası, 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Trümo (şifonyer), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Televizor altlığı (plazma tv unitesi), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Televizor şkaf (plazma tv modulu), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, matras (LİLY Matras 160x200), 6 ədəd Türkiyə istehsalı, "Kilim" firması, stul (Venetsiya sandalye 28 duz)dan ibarət mebellər (olmadığı təqdirdə dəyəri olan 9195 manat pul) və sırğa, bilərzik, üzük, boyunbağı və klondan ibarət 1 dəst gümüş əşyalar alınaraq iddiaçı X3 ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki-Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İtaliya istehsalı Mondohome firması.92 parça 12 nəfərlik servis dəsti, Türkiyə istehsalı üzəri bənövşəyi bəzəkli, 5 parçadan ibarət 1dəst ağır metaldan qazan dəsti, Türkiyə istehsalı 2 ədəd ağır metaldan qazan, Türkiyə istehsalı 1 ədəd tünd qırmızı rəngli 2 tərəfli ağır qranit tefal tava, Türkiyə istehsalı 12 ədəd ağ sadə kiçik ölçülü salat boşqabları, Türkiyə istehsalı 12 ədəd ayaqlı sadə şüşə bakallar, Türkiyə istehsalı 6 nəfərlik gül bəzəkli 2 parçadan ibarət olan şiriniyyat dəsti, Türkiyə istehsalı 6 nəfərlik gül bəzəkli sadə çay dəsti, İtaliya istehsalı 6 nəfərlik Mondahome firmasının olan 38 parçalı mavi rəngli nahar çay dəsti, Türkiyə istehsalı 6 nəfərlik mavi rəngli Luminarco firmasının 2 parça, Azərbaycan istehsalı 2 ədəd parlaq metal rəngli aksesuar qabları, 1 ədəd qranit metalından olan mavi rəngli tava, Türkiyə istehsalı 1 ədəd qalın yun materiallı tünd bənövşəyi rəngli taxt pakrıvalı, Türkiyə istehsalı 1 ədəd açıq bənövşəyi rəngli taxt pakrivalı, Türkiyə istehsalı 6 ədəd 140x70 ölçüdə hamam dəsmalları, Türkiyə istehsalı 2 ədəd 150x100 ölçüdə hamam dəsmalları, Türkiyə istehsalı 15 ədəd 70x40 ölçüdə çay dəsmalları, Türkiyə istehsalı 1 ədəd tək nəfərlik Özdilek firmasından olan yataq dəsti, Türkiyə istehsalı 1 ədəd Özdilek firmasından olan pambıq parçadan pastel dəsti, Türkiyə istehsalı 1 ədəd Özdilek firmasının atlasdan olan narıncı rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı Özdilek firmasından olan pambıq parçadan ağ rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı 1 ədəd Sarev firmasının yaşıl rəngli 2 nəfərlik pastel dəsti, Türkiyə istehsalı 1 ədəd 2x1.40 ölçüdə ağ rəngli xalça, Türkiyə istehsalı 1 ədəd 2x3 m ölçüdə tünd bənövşəyi rəngli xalça, Rusiya istehsalı 1 ədəd köz samovar, 2 ədəd əl işi bıçaqlar, 1 ədəd ərsin əl işi bıçağı, 1 ədəd xəkəndaz, 6 ədəd kabab şişləri, Türkiyə istehsalı 8 şamdamlı qonaq otağı üçün şüşə xrustaldan olan 1 ədəd çılçıraq, Türkiyə istehsalı 1 ədəd 2 lampalı çılçıraq, 1 ədəd Türkiyə istehsalı pərdə, ağ rəngli günlük atlas parçadan krem rəngli tül işləmələri, 1 ədəd Türkiyə istehsalı yataq otağı üçün pərdə, ağ rəngli günlük iki tərəfli dekor, 1 ədəd Türkiyə istehsalı ağ bənövşəyi rəngli Fakir firmasından olan ütü, Türkiyə istehsalı 1 ədəd üzəri qırmızı rəngli parçadan olan ütü stolu, 1 ədəd Türkiyə istehsalı Fakir firmasından olan tünd boz rəngli tozsoran, 1 ədəd Türkiyə istehsalı krem rəngligüpur bəzəkli süfrə, 1 ədəd Türkiyə istehsalı açıq qəhvəyi rəngli güpur bəzəkləri ilə işlənmiş süfrə, Türkiyə istehsalı 1 dəst üzəri bənövşəyi rəngli ağır metaldan çaydan dəsti, Türkiyə istehsalı 1 ədəd tefal firmasından olan qırmızı rəngli şirəçəkən Kombayn, Türkiyyə istehsalı 1 ədəd Tefal firmasından olan ağ rəngli içərisində əlavə ehtiyyat hissələri olan ət çəkən kombayn, Türkiyə istehsalı 1 ədəd Fakir firmasının olan ağ rəngli 3lü blender mikser və soğan doğrayıcı dəsti, Türkiyyə istehsalı 6 nəfərlik tünd qəhvəyi rəngli 8 parçadan ibarət olan 1 çemodanda 2 mərtəbəli bıçaq dəsti, Türkiyə istehsalı 2 ədəd bənövşəyi rəngli tək nəfərlik silikon yorğan, Türkiyə istehsalı 4 ədəd 50x70 ölçüdə ağ rəngli selekon yastıq, Yerli istehsalı 2 ədəd tək nəfərlik yun yorğan, Yerli istehsalı 1 ədəd 2 nəfərlik yun yorğan, Yerli istehsalı 2 ədəd təknəfərlik yun döşək, Yerli istehsalı 1 ədəd 2 nəfərlik yun döşək, Türkiyə istehsalı 2 ədəd 70x70 ölçüdə açıq bənövşəyi rəngli böyük tük yastıq, Türkiyyə istehsalı 12 nəfərlik ayaqlı qızılı bəzəkli bakal dəsti 2 parça, Rusiya istehsalı 1 ədəd sadə ayaqlı ağ şüşə meyvə qabı, Rusiya istehsalı 2 ədəd ayaqlı ağ rəngli şüşə çərəz qabları, Rusiya istehsalı 2 ədəd Neman firmasının ayaqlı xurustal mürəbbə qabları, 6 predmetli yaşıl rəngli mətbəxt bıçağı dəsti, Türkiyə istehsalı 12 nəfərlik Nehir firmasının 48 ədədli qaşıq dəsti, Türkiyyə istehsalı 6 nəfərlik 3 parmadan ibarət mavi və ağ xallı qaşıq dəsti, Türkiyyə istehsalı 1 ədəd sadə şüşə peroq qabı, Türkiyyə istehsalı 2 ədəd şüşə şiriniyyat qabı, Türkiyyə istehsalı 12 ədəd tünd göy rəngli boşqablar, Türkiyə istehsalı 1 ədəd metaldan hazırlanmış böyük aşsüzən, Türkiyyə istehsalı 1 ədəd qutuda 5 predmetli böyük qaşıq dəsti, 1 ədəd metaldan hazırlanmış böyük ölçülü tyorka, Türkiyə istehsalı 2 ədəd sadə ağ şüşədən olan qənd qabılardan ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 10294 manat pul); 1 ədəd Türkiyə istehsalı, "Kilim” firması, Göreme model güzgülü komod (bufe aynası), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model komod (bufe), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model kreslo (berjer 14-374), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model dolab (garderob), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model qorka (Gumusluk), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model divan (3-lu koltuk 14-374), 2 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model tumba (komodin), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model çarpayı (karyola 160), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model açılan masa (açılır masa), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Trümo aynası, 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Trümo (şifonyer), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Televizor altlığı (plazma tv unitesi), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, Göreme model Televizor şkaf (plazma tv modulu), 1 ədəd Türkiyə istehsalı, "Kilim" firması, matras (LİLY Matras 160x200), 6 ədəd Türkiyə istehsalı, "Kilim" firması, stul (Venetsiya sandalye 28 duz)dan ibarət mebellər (olmadığı təqdirdə dəyəri olan 9195 manat pul) və sırğa, bilərzik, üzük, boyunbağı və klondan ibarət 1 dəst gümüş əşyalar alınaraq iddiaçı X3 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3396/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3396/2023
22.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver