Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3402/2020 14.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi ilə, İddiaçı nümayəndəsi (anası) X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış 6.947,66 manat borcun ½ hissəsinin cavabdehə aid edilməsi və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış 6.947,66 manat borcun ½ hissəsinin cavabdehə aid edilməsi və həmin məbləğin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahda olduqları dövrdə yaranmış 6.947,66 manat borcun ½ hissəsinin Cavabdeh aid edilməsi və həmin məbləğin Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi (anası) X4 məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Süleyman və xx.xx.2014-cü il təvəllüdlü Sübhan adlı iki uşağı var. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-10195/2017 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. Tərəflər rəsmi nikahda olduğu zaman iddiaçı cavabdehin təkidi ilə dəfələrlə banklardan öz adına kredit götürmüş və cavabdehə vermişdir. Belə ki, iddiaçının adına “xxxxxxxxxxxx” ASC-nin gümüş kartı açılmışdır. O, iddiaçının adına olan gümüş kartı vasitəsilə bütün cehiz əmlaklarını almış və borcu şəxsən vaxtında ödəmişdir. Bu səbəbdən, 2014-cü ildə iddiaçıya bankdan sms göndərilmiş və bildirilmişdir ki, kompaniya keçirilir və iddiaçı bankdan “Gold” kart ala bilər. Cavabdeh həmin sms oxumuş və iddiaçı ilə birlikdə “xxxxxxxxxxxx” ASC-yə gedərək, iddiaçının adına “Gold” kartı almışdır. “Gold” kartı iddiaçının adına alınsa da, həmin kart cavabdehdə olmuş və cavabdeh həmin kartdan istifadə edərək xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxx” ASC-dən kart vasitəsilə 6.479 manat borc götürmüş, lakin borcu banka ödəməmişdir. Cavabdeh həmin pul vəsaiti ailənin xərclərinə və özü üçün maşın alıb-satmağa xərcləmişdir. Cavabdeh borcu ödəmədiyi üçün iddiaçı özü həmin borcu ödəməyə çalışmış, lakin maddi imkanı olmadığı üçün borcu tam ödəyə bilməmişdir. İddiaçı xx.xx.2014-cü ildə ikinci uşağı olan Sübhanı dünyaya gətirmişdir, doğuş keysəriyyə əməliyyatı vasitəsilə olmuşdur. Kreditin götürüldüyü xx.xx.2014-cü il tarixdə idiaçı körpə uşağı ilə birlikdə evdə müalicədə olmuşdur, həmin vaxt banka gedərək kredit götürməsi mümkün deyildi. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanının tələbinə uyğun olaraq iddiaçının vaxtı keçmiş kredit borcu restrukturizasiya olunmuş və xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bank arasında güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı 6.957,66 manat bir il güzəşt müddəti olmaqla, illik 1% ödəmək şərti ilə 5 il müddətinə banka qaytarmalıdır. İddiaçı borcdan 510 manatını ödəmişdir. Hazırda isə iddiaçı hesab edir ki, nikah dövründə onun adına götürülmüş kredit borcunu faktiki olaraq cavabdeh öz ehtiyaclarına və ümumi ailənin xərclərinə sərf etdiyinə görə, həmin kredit borcunun ½ hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, İddiaçı ilə xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Birgə nikahdan onların xx.xx.2013cü il təvəllüdlü Süleyman və xx.xx.2014-cü il təvəllüdlü Sübhan adlı iki uşağı var. Onunla iddiaçının arasında bağlanmış nikah pozulmuşdur. O, uşaqların saxlanılması üçün iddiaçıya hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment ödəyir. Nikah dövründə o, iki dəfə iddiaçının adına kredit götürmüşdür. Kredit götürməyinin məqsədi yeni avtomobilin alınması olmuşdur. O, həmin kredit borclarını şəxsən ödəmişdir. Lakin iddiaçının xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxx” ASC-dən kredit alması barədə məlumatı olmamışdır. Bankdan zəng ediləndən sonra onun iddiaçının xx.xx.2014-cü il tarixdə kredit aldığını öyrənmişdir. İddiaçı xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə bankdan aldığı borcu ona verməmişdir. Onun həmin borcun alınmasından və nəyə sərf edilməsindən məlumatı yoxdur. İddiaçı həmin borcu ailənin ehtiyaclarına xərcləməmişdir. Hesab edir ki, iddiaçı xx.xx.2014-cü il tarixdə aldığı borcu öz valideynlərinə vermişdir. Onun rəsmi əmək haqqı 574 manat təşkil edir, əmək haqqının müəyyən hissəsini də uşaqların saxlanılması üçün alimentun ödənilməsinə xərcləyir. Qalan hissəsini isə özünün kredit borclarının ödənilməsinə xərcləyir. Bu səbəbdən hesab edir ki, İddiaçı iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, İddiaçı və Cavabdeh xx.xx.2012-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5 adlı iki uşağı var. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-10195/2017 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş - xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 137 manat olmaqla, cəmi 274 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xxxxxxxxxxxxxxxxxxxxxxxxndan çıxarışına əsasən İddiaçı xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə “xxxxxxxxxxxx” ASC-dən 6.479 manat kredit götürmüşdür. xx.xx.2019-cu il tarixdə İddiaçı ilə “xxxxxxxxxxxx” ASC arasında kredit borcunun restrukturizasiya olunmasına dair güzəştli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı banka olan borc məbləği 6.957,66 manat təşkil edir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli 551 saylı Fərmanının tələbinə uyğun olaraq iddiaçının vaxtı keçmiş kredit borcu restrukturizasiya olunmuş və xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bank arasında güzəştli kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarix müqaviləyə əsasən iddiaçı 6.957,66 manat bir il güzəşt müddəti olmaqla, illik 1% ödəmək şərti ilə 5 il müddətinə banka qaytarmalıdır. Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Ailə Məcəlləsinin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Məhkəmə qeyd edir ki, İddiaçı xx.xx.2014-cü il tarixdə 36 ay müddətinə “xxxxxxxxxxxx” ASC-dən götürdüyü 6.479 manat kredit borcunu ailənin ehtiyaclarına xərclədiyini, həmçinin cavabdehin iddiaçının adına “xxxxxxxxxxxx” ASC-dən verilmiş “Gold” kartdan istifadə etməklə, xx.xx.2014-cü il tarixdə “xxxxxxxxxxxx” ASC-dən kart vasitəsilə 6.479 manat borc götürməsini və həmin məbləği ailənin ehtiyaclarına və ya cavabdehin öz şəxsi ehtiyaclarına sərf etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, yəni iddiaçı öz sübutetmə vəzifələrini yerinə yetirə bilməmişdir. Cavabdeh isə məhkəmə iclasında izahatında iddiaçının xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borc götürməsindən və həmin borcu nəyə sərf etməsindən məlumatlı olmadığını, həmin borcun ona heç bir aidiyyatı olmadığını bildirdi və iddianı etiraf etmədi. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə yaranmış 6.947,66 manat borcun ½ hissəsinin Cavabdeh aid edilməsi və həmin məbləğin Cavabdeh alınaraq İddiaçı ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3402/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3402/2020
14.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver