Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-341/2021 04.02.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Ağalı Tural Qara oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42000 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Alavutdinovaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda AN-İ ******* nömrəli xx xxxxxx 2005-ci il tarixli, reyestrdə 4Ə/522 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilə əsasında İddiaçı mülkiyyət hüquqları Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2008-ci il tarixli 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsü əsasında qeydiyyata alınmışdır. Cavabdeh İddiaçı sözügedən alğı-satqı əsasında 0,6 ha torpaq sahəsini 376 milyon köhnə əsginazla, yəni 84.000 ABŞ dollara satmışdır. İddiaçı sözügedən 0,6 ha DƏDRX-də qeydiyyata alınmasını müraciət edən zaman ona məlum olmuşdur ki, Xasiyev Ariz satdığı torpağın 0,3 ha sahəsinin yüksək gərginlik altından keçdiyi üçün DƏDRX-də qeydiyyata alınmasını bildiyi halda alıcı İddiaçı aldatmış, qeydiyyata alınmayacaq və istifadəsi alıcı tərəfindən qeyri-mümkün olan sözügedən 0,3 ha üçün də 42.000 ABŞ dolları pul almışdır. Sözügedə torpaq sahəsi (Xasiyev Ariz tərəfindən satılan) 2014-cü ildən başlayaraq məhkəmə predmetinə çevrilmiş və İddiaçı torpağa dair hüquqları məhdudlaşdırılmışdır. İddiaçı bu günə qədər Cavabdeh aldığı və 84.000 ABŞ dolları ödədiyi torpaq sahəsindən istifadə edə bilməmiş, mülkiyyət hüququ pozulmuşdur. X1 torpağa dair mülki məhkəmə mübahisəsi ərəfəsində xx.xx.2016-cı il tarixində Bakı şəhər 6 saylı Notariat Kontorunda İddiaçı sözügedən torpaq sahəsini satmaq müqabilində 84000 ABŞ dolları almasını etiraf etmiş və sözügedən pulu qısa müddətdə ödəmə öhdəliyi götürmüşdür. Lakin bu günə qədər onun tərəfindən heç bir ödəniş olmamış, razılaşma üzrə öhdəlik pozulmuşdur. Xasiyev Arizin etdiyi məsələlərə dair İddiaçınm şikayət ərizəsi Səbail RPİ 41-ci PB-də araşdırılmış, mülki xarakteri daşıdığı üçün CPM-nin 39.1-ci maddəsi ilə "cinayət işinin başlanmasına dair" rədd qərarı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı Alavutdinova qızı ilə Cavabdeh arasında xx xxxxxx 2005ci il tarixdə Bakı Şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,6 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsi bağlanmışdır. Lakin müqavilədə 0,3 ha torpaq sahəsinin alqı-satqısı qeyd edilmişdir. İddiaçı 0,6 ha torpaq sahəsinmin DƏDRX-də qeydiyyata alınması üçün müraciət edən zaman ona 0.3 ha torpaq sahəsinin yüksək gərginlik altından keçdiyi üçün qeydiyyata alınmasından imtina edilmişdir. Bundan sonra tərəflər arasında 0,3 ha torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənədin alına bilinmədiyi üçün mübahisə yaranmış və iddiaçının ödədiyi 84000 ABŞ dollarının yarısının qaytarılması tələb edilmişdir. Cavabdeh isə həmin 0.3 ha torpaq sahəsinə dair sənədləşdirməni həyata keçirəcəyinə dair söz vermişdir. X9 nə 0.3 ha torpaq sahəsinin sənədləşdirməsini təmin etmiş, nə də həmin torpaq sahəsi üçün ödənilmiş 42000 ABŞ dollarını geri qaytarmamışdır. İddiaçı xəbər tutmuşdur ki, Xasiyev Ariz tərəfindən ona satılmış 0.6 ha torpaq sahəsi başqa şəxs tərəfindən zəbt edilmiş və orada ev tikilmişdir. Buna görə də İddiaçı həmin tikilinin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi ilə bağlı həmin şəxsə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı satılmış 0,6 ha torpaq sahəsində tikilmiş evə dair Quliyeva Yeganənin adına İcra Hakimiyyətinin sərəncamı vardır və sərəncam əsasında onun adına mülkiyyət hüququna dair çıxarış verilmişdir. 2016-cı ildə İddiaçı Alavutdinova qızı ilə Cavabdeh arasında bağlanmış razılaşmaya əsasən Cavabdeh məhkəmənin qətnaməsi ilə torpaq sahəsi İddiaçı qayıtmadığı halda ödənilmiş 84000 ABŞ dollarını geri qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı adına rəsmiləşdirilmiş 0,3 ha torpaq sahəsinə dair məhkəmə mübahisəsi davam etsə də, digər 0,3 ha torpaq sahəsinə dair sənədləşdirmə aparmaq və heç bir iş görmək mümkün deyildir, İddiaçı həmin torpaq sahəsini mübahisələndiməmişdir. Məhkəməyə müraciət etməmişdən əvvəl İddiaçı polisə müraciət etmiş, X8 RPİ-nin 41-ci PB-nə gələrək sözügedən vəsaiti geri qaytaracağını bildirmişdir. Lakin o, pulu geri qaytarmaqdan imtina etmişdir. Ona görə də, İddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə İddiaçı cavabdehlə dəfələrlə əlaqə saxlayaraq sənədləşdirmə aparılması mümkün olmayan 0,3 ha torpaq sahəsinə dair ödədiyi pulu geri tələb etmiş, lakin bir nəticəsi olmamışdır. Bütün bunları nəzərə alaraq o, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında iştirak etməmiş və gələməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, eləcə də işdə olan sənədləri tədqiq etməklə təqdim olunmuş sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan JN-17227D saylı Torpaq şəhadətnaməsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0.03 ha topaq sahəsi 36 saylı Dövlət Notariat Kontorunun xx.xx.2004-cü il tarixli, 4Ə-03-561 saylı sərəncamı ilə X4 mülkiyyətinə verilmişdir. İş materiallarında olan AN-İ ******* saylı Alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0.03 ha topaq sahəsi Cavabdeh tərəfindən İddiaçı satılmışdır. İş materiallarında olan MN ******* saylı Çıxarışdan görünür ki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0.03 ha topaq sahəsi İddiaçı Alavutdinovanın mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli Razışmadan görünür ki, X6 Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə görə İddiaçı 84000 ABŞ dolları məbləğində pul almışdır. İddiaçı xx xxxxxx 2005-ci il tarixdə Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda rəsmiləşdirilmiş AN-1 seriyalı, ******* nömrəli alqısatqı müqaviləsi əsasında Cavabdeh satın aldığı, hazırda AR DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyestrindən çıxarışa (Seriya MU; N2 0090683) əsasən mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0.03 ha-dan ibarət torpaq sahəsini məhkəmə mübahisələri bitdikdən sonra Cavabdeh və ya onun təqdim etdiyi üçüncü şəxsin adına rəsmiləşdirməyi öhdəsinə götürmüşdür. Həmin razılaşmanı X4 əvəzinə etibarnaməyə əsasən X3 imzalamışdır. İş materiallarında olan Bakı Şəhəri Səbail RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, İddiaçı müraciəti əsasında toplanmış materialda göstərilən xüsusatlar mülki xarakterli olduğundan, bu məsələ ilə bağlı məhkəmənin qüvvədə olan qətnaməsi olduğundan və cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Aparılan təhqiqat araşdırması zamanı X6 izahatında bildirmişdir ki, Cavabdeh bildirmişdir ki, 2002-ci ildə Bakı şəhəri, Badamdar qəsəbəsin 1-ci yaşayış massivi ərazisində özü üçün Rafiq adlı şəxsdən şəhadətnamə sənədi ilə 3 sot torpaq sahəsi almış, 2005-ci ildə pul lazım olduğu üçün həmin torpaq sahəsini satışa çıxarmışdır. Torpaq sahəsi ilə sonradan bildiyi Cəmilə Zakaryayaevanın həyat yoldaşı olan Rizvan adlı şəxs maraqlanmış və vasitəçi ilə gələrək torpaq sahəsinə baxmışlar. O, izah etmişdir ki, torpaq sahəsinin qarşı tərəfində, yəni darvazanın önündə olan təxminən 1.5 sot boş ərazini abadlaşdırmışdır, lazım olsa həmin torpaq sahəsindən də abadlaşdırıb istifadə edə bilərlər, amma onun torpaq sahəsi 3 sotdur və 3 sota sənədi vardır. Həmin torpaq sahəsini Rizvan adlı şəxslə razılaşaraq 2005-ci ildə satmış, onlar Notariat kontoruna gedərək orada onunla İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmış və o, 3 sot torpaq sahəsinə görə pulunu almışdır. Təxminən 11 il sonra Rizvan ona zəng edərək ona satdığı torpağa görə başqa bir şəxsin sərəncamı olduğunu bildirmiş, o, Rizvan torpağa görə sənədinin olub-olmadığını soruşduqda Rizvan həmin 3 sot torpaq sahəsinə görə Cəmilənin adına “Çıxarış” sənədi olduğunu bildirmişdir. O, Rizvana sərəncam alan şəxs barəsində şikayət etməsini bildirmiş, sonra Rizvan bildirmişdir ki, “yaxşı, oldu, səninlə mənim aramda heç bir problem qalmadı”. Son 4-5 gün olar ki, ona zəng ediləndən sonra məlum olmuşdur ki, ondan şikayət edilmiş ki, guya o, onlara 6 sot torpaq sahəsi göstərərək həmin torpaq sahəsinin 3 sotuna sənəd olduğunu və 3 sotunu isə sənədsiz olaraq ümumilikdə 84000 ABŞ dollarına satmışdır. İndi isə onlar 3 sota sənəd çıxarmışlar və qalan 3 sota görə ondan 42000 ABŞ dolları tələb edirlər. Onların onun barəsində məhkəməyə şikayət etdiklərindən də xəbəri olmadığını bildirmiş, onun bildirdiyinə görə Cəmiləgil Namiq adlı şəxsi məhkəməyə vermişlər. Sonradan bilmişdir ki, o da ifadə verməlidir, buna görə də onun yerinə məhkəmədə çıxış etməsi üçün tanıdığı Cəmilə Mirzəliyeva adlı şəxsə etibarnamə vermişdir. Suallara cavab verən Cavabdeh bildirmişdir ki, o, İddiaçı Alavutdinovaya 2005-ci ildə özünə məxsus olan və Badamdar qəsəbəsində yerləşən 3 sot torpaq sahəsini “Şəhadətnamə” sədəni əsasında rəsmi olaraq alqı-satqı müqaviləsi əsasında satmış və İddiaçı sənəd üzrə olduğu kimi cəmi 3 sot torpaq sahəsi həmin dövrdə onların yazdıqları kimi təxminən 84000 ABŞ dollarına satmış, darvazanın önündə olan abadlaşdırdığı torpaq sahəsinə görə onlardan pul almamış, vergiyə pul ödəməyə görə qalan torpaq sahəsini sənədləşditməməyi barədə söhbət isə qəti şəkldə olmamışdır. Onların 6 sot ərazini sənədləşdirmək istədiklərini də bilməmiş və onun satdığı torpaq elektrik xəttinin altında olmamışdır. Həmçinin o, qeyd etmişdir ki, İddiaçı ilə onlara 3 sot torpaq sahəsinə görə 42000 ABŞ dolları pul qaytarmağı barədə Razılaşma sənədi imzalamamış, onun bu barədə heç bir məlumatı olmamış sənədi məhkəmədə əvəzinə çıxış etmək üçün etibarnamə verdiyi Cəmilə Mirzəliyeva onun icazə yə xəbəri olmadan imzalamış və bu barədə ona məlumat verməmişdir. O, bildirmişdir ki, əgər torpaq sahəsini satdığı İddiaçı torpaq sahəsinə görə verdiyi pulu, yəni onun dediyi 3 sota görə 42000 ABŞ dolları pulu geri istəyirsə, İddiaçı sənədlə satdığı 3 sot torpaq sahəsini özünə qaytarsın. İddiaçı Aİavutdinovnadan aldığı hesablamalara görə 84000 ABŞ dolları pulun hamısını torpaq sahəsini satıb ona qaytarmağa hazırdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli məktubundan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,03 ha torpaq sahəsi JN 24079D, KOD 00400016 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında xx.xx.2008-ci il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Azərbaycan Respublikası MPM-nın 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 42000 ABŞ dolları pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Alavutdinovaya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi qanuni və əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, AN-İ ******* saylı Alqı-satqı müqaviləyə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0.03 ha topaq sahəsi Cavabdeh tərəfindən İddiaçı 84000 ABŞ dollara satılmışdır. Həmçinin iş materiallarında olan MN ******* saylı Çıxarışdan görünür ki Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 0.03 ha topaq sahəsi İddiaçı Alavutdinovanın mülkiyyətindədir. Belə ki, iddiaçı onun aldadılaraq 0.06 ha torpaq əvəzinə 0.03 ha torpağın ona satılmasını iddia edərək, cavabdehdən torpağın yarı qiymətini 42000 ABŞ dolları tələb etsə də, məhkəmə rəsmi sənədlərə əsaslanaraq bunu əsaslı hesab etmir. Həmçinin iddiaçı məhkəməyə cavabdehin onun qarşısında hər hansı bir öhdəliyinin olmasını sübut edəcək bir sənəd təqdim etməmişdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan, iddiaçı da iddia tələbini əsaslandırdığı hallara dair məhkəməyə hər hansı bir sübutu təqdim edə bilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iddia tələbinin 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissələrində qeyd edir ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi məhkəmə tərəfindən rədd edildiyi üçün iddia ərizəsinin məhkəməyə təqdim edilməsi üçün ödənilmiş dövlət rüsumları iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-341/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-341/2021
04.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver