Məhkəmə qərarları › İş №2(004)-3425/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(004)-3425/2021

03.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(004)-3425/2021 03.05.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, kreditor X1 Borclu qarşı “borcun tutulması” tələbinə dair məhkəmə əmrinin verilməsi haqqında ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Kreditor X2 məhkəmə əmrinin verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Borclu 01.10.2019-cu il tarixli, M0565/19 nömrəli nisyə satış müqaviləsi üzrə 264 manat əsas və cərimə borcu 30 manat olmaqla cəmi 294 manat məbləğin, habelə dövlət rüsumu əvəzi olaraq ödənilmiş 20,40 manat məbləğin tutularaq kreditora ödənilməsi barədə əmr çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 275.1, 276.1-ci maddələrinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə əmr icraatı qaydasında baxıla bilər. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb boclunun mübahisə edilməyən vəsifəsinə əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Beləliklə, məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, borclu tərəflər arasında bağlanmış müqavilənin şərtlərini pozaraq yuxarıda göstərilən borcun vaxtında ödənilməsini təmin etməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə kreditor X1 tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 276.2.2-ci maddəsinə əsasən həmin tələb üzrə məhkəmə əmri verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, X1 məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20,40 (iyirmi manat qırx qəpik) manat məbləğində pul borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282-ci və 284-cü maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ünvan 2 ünvanında yaşayan X1 xeyrinə 294 manat məbləğində borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 20,40 manat, cəmi 314,40 (üç yüz on dörd manat qırx qəpik) manat məbləğində pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar