Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3428/2022 13.07.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikahdan olan yetkinlik yaşına çatmayan xx.xx.2019cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin aylıq gəlirlərinin 1/3 hissəsinin ½ hissəsi məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, o, cavabdehlə xx.xx.2018-ci il tarixdə nikaha daxil olmuşdur. Həmin nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 anandan olmuşdur. Ötən ilin noyabr ayından artıq münasibətləri soyumuşdur və ailənin mövcudluğu formal xarakter daşıyır, həyat yoldaşı uşağın maddi tələbatını təmin etmir, ailəyə lazımı qaydada qayğı göstərmir, uşağın xərclərini qarşılamır. Bu səbəbdən alimentin məhkəmə qaydasında tələb olunması qərarına gəlmişdir. Həyat yoldaşı işləyir və rəsmi iş yeri mövcuddur. Qeyd edir ki, həyat yoldaşının ondan əvvəlki nikandan bir övladı var və o, həmin uşağa gəlirinin ¼ hissəsi məbləğində aliment ödəyir. Bu baxımdan o, öz övladı üçün cavabdehin gəlirinin 1/3 hissəsinin yarısından artıq aliment tələb edə bilmədiyindən cavabdehdən gəlirinin 1/6 hissəsini tələb etmək məcburiyyətindədir. Suala cavab olaraq bildirir ki, cavabdeh uşağın saxlanılması üçün pul ödəmir. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, iddia tələbi əsaslı olduğundan iddianın təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, 3 saylı Bakı “ASAN” Xİdmət mərkəzinin Qeydiyyat Şöbəsinin xx.xx.2018-ci il tarixli AZ-İİ № 302566 seriyalı nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətinə əsasən Cavabdeh və X1 xx.xx.2018-ci il tarixdə 3578 nömrəli akt qeydi ilə rəsmi nikaha daxi olaraq ailə qurmuşdur. Nikahdan sonra ərə Hüseynov, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN” Xİdmət mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindn verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV № 346525 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladları var. İş materiallarına əlavə edilmiş elektron portal çıxarış məlumatlarına əsasən Cavabdeh "xxxx" QSC-də bölmə rəhbəri vəzifəsində işləyir və hazırda əmək haqqısı 2810 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X4 adlı övladı vardır və uşaq hazırda anası İddiaçı yanında qalır. Hazırda cavabdehin aylıq qazancı 2810 manat təşkil edir. İddiaçı cavabdeh tərəfindən digər övladına aliment ödənildiyini nəzərə alaraq cavabdehin əmək haqqısının 1/3 hissəsinin yarısı, yəni 16,5 % məbləğində aliment tələb edir. Məhkəmə iddianı əsaslı hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə müvafiq olaraq aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay miqdarda aliment tutulur: 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Məhkəmə cavabdehin müntəzəm gəlirinin olmasını və uşağın mənafeyini nəzərə alaraq qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə qeyd edir ki, alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablanmalı və aliment hissəsində qətnamə dərhal icra olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqının (başqa gəlirlərinin) 1/6 hissəsi məbləğində aliment tutularaq İddiaçı ödənilsin Alimentin tutulması xx.xx.2022-ci il tarixdən hesablansın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3428/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3428/2022
13.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver