Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-343/2025 07.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Oruclu Aydan Adəm qızının sədrliyi, Məhkəmə iclasının katibi X8 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti və Cavabdeh2 X1rşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 X1rşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2019/00279- 01İP nömrəli ipoteka müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC ilə “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 03 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 (KTN) nömrəli kredit müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə (xx.xx.2022-ci il tarixədək) illik 7% hesablanmaq şərti ilə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında 03 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 İP nömrəli ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmiş və bu hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışla rəsmiləşdirilmişdir. “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən kredit üzrə ödənişlər vaxtlı-vaxtında aparılmamış, kredit müqaviləsinin tələblərinə əməl olunmamış, nəticədə “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin ASC-yə borcu yaranmışdır. Bundan sonra iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit Təşkilatı ASC cavabdehlər “X7 MMC-yə və İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 (KTN) nömrəli Kredit Müqaviləsinin ləğv edilməsi, cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən kreditin əsas borcu üzrə 14065.41 manat məbləğində qalıq, ona hesablanmış 5435.95 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14950 manat məbləğində dəbbə pulu, cəmi 34451.36 manat borcun, mediasiya xərci kimi ödənilmiş 205 manat məbləğində pulun tutulması, tələbin cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, mənzil 75-ə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 180.000 manat müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 14065,41 manat məbləğində qalıq, ona hesablanmış 5435.95 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 14950 manat məbləğində dəbbə pulu, cəmi 34 451.36 manat borcun, mediasiya xərci kimi ödənilmiş 205 manat məbləğində pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 481/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti ilə cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 (KTN) nömrəli kredit müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilmiş, cavabdeh “X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən kreditin əsas borcu üzrə 14065.41 manat məbləğində qalıq, 202,22 manat məbləğində faiz borcu, 700 manat dəbbə pulu, cəmi 14967,63 manat borc və mediasiya xərcinə görə 95,65 manat pulun tutulması, tutma, ilkin satış qiyməti 192000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, mənzil 75-ə yönəldilməsi, həmin əmlak açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 14065,41 manat məbləğində qalıq, faiz borcu üzrə 202,22 manat, dəbbə pulu üzrə 700 manat, cəmi 14967,63 manat və mediasiya xərcinə görə 95,65 manat iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Tərəfindən bu qətnamədən apellyasiya şikayəti verilmiş, apellyasiya məhkəmə kollegiyasının “2-2(103)-379/2024” saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hesab edir ki, şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən iddia tələbi əsaslıdır və məhkəmə qaydasında təmin olunmalı, tərəflər arasında bağlanmış İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03 oktyabr 2019cu il tarixli, 2019/00279- 01 İP nömrəli ipoteka müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş üzrə cavabdeh olmuş “X7” MMC-nin yeganə təsisçisi və direktoru X4 olmuş və o, 2020-ci ilin dekabr ayında vəfat etmişdir. “X7” MMC-nin yeganə təsisçisi və direktoru X4 vəfat edənə kimi kredit ödənişləri hər ay müntəzəm olaraq həyata keçirilmiş, lakin vəfat edəndən sonra ödənişlər dayandırılmışdır. Bir müddət X2 övladları krediti ödəyəcəklərinə söz versələr də, lakin vədlərinə əməl etməmiş, kredit ödənişlərini həyata keçirməmişlər. Bundan sonra Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti yuxarıda göstərilən iddia ilə məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən qaydada məhkəmə aktları çıxarılmışdır. İşin hallarından göründüyü kimi krediti götürən “X7” MMCnin yeganə təsisçisi və direktoru X2 vəfat etməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsidir və hesab edir ki, “X7” MMC-nin yeganə təsisçisi və direktoru X2 vəfat etməsi ilə əlaqədar, ödənilməmiş qalan cəmi 15.000 manat kreditin ödənilməməsi səbəbindən iddiaçının 190.000 manat dəyərində əmlakı təhlükə altına düşə bilməz. Göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi təmin olunmalı, şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən, tərəflər arasında bağlanmış İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2019/00279- 01 İP nömrəli ipoteka müqaviləsinin ləğv edilməsinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş materiallarında olan Cavabdeh1 BOKT ASC ilə Cavabdeh2 Kəndli Fermer MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2019/00279-01 (KTN) nömrəli kredit müqaviləsinə əsasən borcverən Cavabdeh1 BOKT ASC borcalan Cavabdeh2 Kəndli Fermer MMC-yə 36 ay müddətinə,12 ay güzəşt müddəti olaraq, kreditdən istifadəyə görə faiz dərəcəsi verilmiş məbləğin illik 7%ni, müqavilə üzrə faktiki illik faiz dərəcəsi 7.34% ödəmək şərtilə 25000 (iyirmi beş min) manat məbləğində krediti mülkiyyətinə vermişdir. Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin kredit müqaviləsinin 4-cü bəndinə əsasən bu Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: xx.xx.2019-cu il tarixli 2019/00279-01 İP saylı kredit müqaviləsinin təminatı kimi çıxış edən mülkiyyət hüququ ilə tam İddiaçı məxsus olan Bak şəhəri,, Nəsimi rayonu., 3169-cu məhəllə., Mir Cəlal küçəsi., ev 2A ünvanında yerləşən 120.3 kv.m ümumi., 69,8 kv.m yaşayış və 50.5 kv.m yardımçı sahəsindən ibarət 75 nömrəli mənzil (çıxarış: Seriya RX № 0186094, Döy lət Reyestrində 1406 nömrəli reyestr kitabının 128640 nömrəli vərəqində qeydiyyata alınıb, reyestr nömrəsi **********49-05301-093029, qcvdivvat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013). İş materiallarında olan Cavabdeh1 BOKT ASC, İddiaçı və Cavabdeh2 Kəndli Fermer MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 BOKT ASC ilə Cavabdeh2 Kəndli Fermer MMC arasında bağlanmış 3 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 nömrəli İstehlak Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyininin icra edilməsi məqsədilə İpoteka saxlayan Cavabdeh1 BOKT ASC-nin xeyrinə borc alan Cavabdeh2 Kəndli Fermer MMC-yə ayrılmış 25 000 manat məbləğində kreditin təminatı üçün ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 120.3 kv.m ümumi., 69,8 kv.m yaşayış və 50.5 kv.m yardımçı sahəsindən ibarət 75 nömrəli mənzilini ipoteka ilə yüklü edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka ilə təmin edilmiş öhdəliyin vaxtından əvvəl icra edilməsi haqqında İpoteka saxlayanın tələbinin irəli sürülməsi haqqında yazılı bildirişin alındığı vaxtdan başlayaraq 30 (otuz) təqvim günü ərzində icra olunmadıqda. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, 3169-cu məhəllə, Mir Cəlal küçəsi, ev 2A, mənzil 75 üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, AZ-İİ 126777 nömrəli ölüm haqqında akt qeydinin notariat qaydasında təsdiq olunmuş surətinə əsasən Azərbaycan Respublikası Ağcabədi rayonu,Xocəvənd kəndində doğulan X4 xx.xx.2020-ci il tarixdə Ağcabədi rayonunda ölmüşdür. İş materiallarında olan Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-481/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, iddiaçı Cavabdeh1 BOKT ASC ilə cavabdeh “X7” MMC arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, 2019/00279-01 (KTN) nömrəli Kredit Müqaviləsi xx.xx.2022-ci il tarixdən ləğv edilmiş hesab edilmiş, cavabdeh "X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən kreditin əsas borcu üzrə 14065.41 manat məbləğində qalıq, 202,22 manat məbləğində faiz borcu, 700 manat dəbbə pulu, cəmi 14967,63 manat borc və mediasiya xərcinə görə 95,65 manat tutulması, tutmanın, ilkin satış qiyməti 192000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, mənzil 75-ə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə üzrə 14065.41 manat məbləğində qalıq, faiz borcu üzrə 202,22 manat, dəbbə pulu üzrə 700 manat, cəmi 14967,63 manat və mediasiya xərcinə görə 95,65 manat iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2(103)-379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-481/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2(103)-379/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən İddiaçı Cavabdeh1 BOKT ASC–yə 10 gün müddətində pretenziya tələbinin təmin olunmaqla, şərait əhəmiyyətli dərəcədə dəyişdiyindən, aralarında bağlanmış mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03 oktyabr 2019cu il tarixli, 2019/00279-01İP nömrəli ipoteka müqaviləsinin ləğv edilməsini təklif etmiş, əks halda aidiyyatı məhkəməyə müraciət olunacağı bildirilmişdir. Məhkəmə iddiaçının və iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, müqavilənin birtərəfli qaydada dəyişdirilməsi və ya Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulan əsaslar olmadan onun ləğv edilməsi yalnız “şəraitin sonradan əhəmiyyətli dərəcədə dəyişməsi” halında və həmin Məcəllənin 422-ci maddəsində nəzərdə tutulan şərtlər daxilində baş verə bilər. Həmçinin, sadalanan hal və şərtlərin baş verdiyi təqdirdə müqavilənin birtərəfli qaydada və hansı həcmdə dəyişdirilməsi, buna şərait olmadıqda isə onun ləğv edilməsi tərəfin öz subyektiv mülahizəsi ilə deyil, yalnız məhkəmə tərəfindən müəyyən edilməklə baş verə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. 1.0.8-ci maddəsinə əsasən əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. 3.1-ci maddəsinə əsasən ipoteka ilə borc, alqı-satqı, podrat və başqa mülki-hüquqi müqavilələrdən irəli gələn həqiqi tələblər təmin edilə bilər. 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. 34.1 və 34.1.1-ci maddələrinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin izahatları o halda işin hallarını müəyyən etməyə imkan verən mötəbər sübut kimi hesab oluna bilər ki, həmin izahat iş üzrə toplanmış digər sübutlarla təsdiq olunsun. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlər Cavabdeh1 BOKT ASC ilə Cavabdeh2 Kəndli Fermer MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən borc verən Cavabdeh1 BOKT ASC borc alan Cavabdeh2 Kəndli Fermer MMC-yə 36 ay müddətinə, illik 7% ödəmək şərtilə 25000 manat məbləğində kredit vermiş, kredit müqaviləsinin təminatı olaraq tərəflər arasında xx.xx.2019-cu il tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 120.3 kv.m ümumi., 69,8 kv.m yaşayış və 50.5 kv.m yardımçı sahəsindən ibarət 75 nömrəli mənzilini ipoteka saxlayan Cavabdeh1 BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Borc alan Cavabdeh2 Kəndli Fermer MMC tərəfindən kredit üzrə ödənişlər vaxtlı-vaxtında həyata keçirilmədiyindən borc verən Cavabdeh1 BOKT ASC məhkəməyə müraciət etmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-481/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh "X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən kreditin əsas borcu üzrə 14065.41 manat məbləğində qalıq, 202,22 manat məbləğində faiz borcu, 700 manat dəbbə pulu, cəmi 14967,63 manat borc və mediasiya xərcinə görə 95,65 manat tutulması, tutmanın ilkin satış qiyməti 192000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, mənzil 75-ə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına iddiaçı Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyətinə ödənilməsi qət edilmişdir. İddiaçı tərəfindən həmin qətnamədən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-379/2024 nömrəli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra İddiaçı tərəfindən həmin qətnamədən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(102)-457/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Hazırda İddiaçı ünvan 1 ünvanında yerləşən 75 saylı mənzilin ipoteka ilə yüklü edilməsinə dair 03 oktyabr 2019-cu il tarixli, 2019/00279- 01İP nömrəli ipoteka müqaviləsinin ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini “X7” MMC-nin yeganə təsisçisi və direktoru X2 2020-ci ilin dekabr ayında vəfat etməsi, vəfat etdikdən sonra onun övladlarının krediti ödəyəcəklərinə söz vermələrinə baxmayaraq vədlərinə əməl etməməsi, ödənilməmiş qalan cəmi 15.000 manat kreditin ödənilməməsi səbəbindən iddiaçının 190.000 manat dəyərində əmlakının təhlükə altına düşməməli olması ilə əsaslandırmış və “X7” MMC-nin yeganə təsisçisi və direktoru X2 vəfat etməsini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmişdir. İş materiallarına əsasən müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-481/2023 nömrəli qətnaməsi ilə "X7” Məhdud Məsuliyyətli Cəmiyyətindən cəmi 14967,63 manat borc və mediasiya xərcinə görə 95,65 manat tutulması, tutmanın ilkin satış qiyməti 192000 manat müəyyən edilməklə cavabdeh İddiaçı mülkiyyətində olan ünvan 1, mənzil 75-ə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına borcun Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyətinə ödənilməsi qət edilmiş və Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 379/2024 nömrəli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Əhmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 fevral 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 24 iyul 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göründüyü kimi, yuxarıda qeyd edilən qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə iddiaçının istinad etdiyi faktlara hüquqi qiymət verilmiş və nəticədə kredit üzrə borcun tutulması İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş əmlakına yönəldilmişdir. İpoteka borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Borclunun öhdəliyinin icrasını gecikdirməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. İddiaçı əmlakını ipoteka ilə yüklü edərkən bunun hüquqi nəticələrini bilirdi və ya bilməli idi. Məhkəmə iddiaçının “X7” MMC-nin təsisçisi və direktoru X2 vəfat etməsini şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etməsinə münasibətdə qeyd edir ki, həmin halı şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi hesab etmək olmaz. Belə ki, şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Beləliklə, məhkəmə işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərinə əsaslanaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Bank Olmayan Kredit X5 Cəmiyyəti və Cavabdeh2 X1rşı “ipoteka müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Aydan Oruclu
Məhkəmə qərarları › İş №2(004)-343/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-343/2025
07.01.2025 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver