Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3430/2022 01.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olmuş və sonradan Cavabdeh bağışlanmış Abşeron rayonu, Məmmədli kəndi "xxxx" MMC tərəfindən tikilmiş 82.1 kv.m olan 2 otaqlı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və sözügedən əmlakın İddiaçı geri qaytarılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsin onunla əsaslandırlmışdır ki, onunla Cavabdeh arasında VVAQD şöbəsi tərəfindən 17 avqust 2005-ci il tarixli, 682 saylı nikahları qeydə alınmışdır. O, cavabdehlə ailə quranda iddiaçının atasının adına olan ünvanda yaşamışlar. Hərbi qulluqçu olduğu üçün 1992-ci ildən ev növbəsinə yazılmış və 2019-cu ilin yanvar ayında dövlət tərəfindən ona Abşeron rayonu, Məmmədli kəndi "xxxx" MMC tərəfindən tikilmiş 82,1 kv. m olan 2 otaqlı mənzil verilmişdir. 2019-cu il apreldə cavabdeh hamilə olduğu üçün o ailəsinə hədiyyə məqsədilə iddiaçının dövlət tərəfindən təmin olunduğu mənzili 2019-cu il oktyabr ayında hədiyyə formasında bağışlanma müqaviləsi ilə rəsmiləşdirmişdir. Uşaq dünyaya gələndən sonra təxminən 2020-ci ilin mart ayında təsadüf nəticəsində cavabdehin hamilə olan vaxtdan onu aldadaraq xəyanət etməsi məlum olmuşdur. İlk vaxtlar onun cavabdehə hədiyyə etdiyi mənzili iddiaçıya qaytarmağa razı olsa da, sonradan bundan imtina etmişdir. Hesab edir ki, o yanılmışdır, aldanmışdır və iddiaçının mülkiyyətində olmuş daşınmaz əmlak cavabdehin mülkiyyətindən alınaraq, iddiaçının mülkiyyətinə qaytarılmalı və bağlanmış həfoiyyə müqaviləsi ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Ali Məhkəmənin Plenum qərarına əsasən tərəflərdən biri öz öhdəliyini icra etmədikdə bağışlanma müqaviləsi ləğv olunmalıdır. Bu səbəbdən də mülkiyyətində olmuş və sonradan Cavabdeh bağışlanmış Abşeron rayonu, Məmmədli kəndi "xxxx" MMC tərəfindən tikilmiş 2 otaqlı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və əmlakın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan AZ-İ №167995 seriya nömrəli nikah haqqında şəhadətnamənin surətinə əsasən müəyyən olunur ki, İddiaçı ilə X1 arasında xx.xx.2005ci il tarixdə 682 nömrəli akt qeydi ilə nikah bağlanmış, arvada Hüseynova soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* seriya nömrəli çıxarışa görünür ki, Abşeron rayonu, Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi, ev 6, 37 saylı mənzil, xx.xx.2019-cu il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən müəyyən olunur ki, İddiaçı Abşeron rayonu, Məmmədli kəndi “Göy Qurşağı-Məmmədli” yaşayış kompleksi, ev 6, 37 saylı mənzili Cavabdeh bağışlamışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatdı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən müəyyən olunur ki, Abşeron rayonu, Məmmədli kəndi “Göy Qurşağı- Məmmədli” yaşayış kompleksi, ev 6, mən.37 Cavabdeh xüsusi mülkiyyətindədir və xx.xx.2019-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh müqavilənin ləğvi tələbinə dair xəbərdar edilmişdir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı öz iradəsi ilə Abşeron rayonu, Məmmədli kəndi "xxxx" MMC tərəfindən tikilmiş 82.1 kv.m olan 2 otaqlı mənzili Cavabdeh bağışlamış və bağışlama heç bir öhdəliklə şərtləndirilməmişdir. İddiaçı iddia ərizəsində bağışlama müqaviləsinin ləğv edilməsi üçün əsaslar yarandığını bildirsə də, iş materialları ilə bağışlanma müqaviləsinin ləğvi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsinə əsasən Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 673.1-ci maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən Hədiyyə verən bu Məcəllənin 673.1-ci maddəsində nəzərdə tutulan hallarda; vəd verildikdən sonra hədiyyə verənin əmlak münasibətləri bağışlamanı onun üçün son dərəcə ağır yükə çevirə biləcəyi dərəcədə dəyişdikdə; vəd verildikdən sonra hədiyyə verənin ailə hüquq münasibətləri üzrə əvvəllər olmamış, yaxud çox cüzi həcmdə olmuş öhdəlikləri yarandıqda bağışlamaq barəsində verdiyi vədi ləğv edə və onun icrasından imtina edə bilər. Həmin maddənin 3-cü bəndinə əsasən imtina yalnız onun əsasının hədiyyə verənə məlum olduğu gündən bir il ərzində imtina haqqında bildirişin hədiyyə alana çatdığı halda qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mülkiyətində olmuş və sonradan Cavabdeh bağışlanmış Abşeron rayonu, Məmmədli kəndi, "xxxx" MMC tərəfindən tikilmiş 82,1 kv. m olan 2 otaqlı daşınmaz əmlakın bağışlanması müqaviləsinin ləğv edilməsi və sözügedən əmlakın iddiaçıya qaytarılması haqqında iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-3430/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3430/2022
01.09.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver