Məhkəmə qərarları › İş №2(004)-3477/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3477/2021

14.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3477/2021 14.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X7 qızının katibliyi, Cavabdeh “Cavabdeh1ı” ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər “Cavabdeh1ı” ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər “Cavabdeh1ı” ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə borclunun öhdəliyinin təminatı məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində 0.102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu mərtəbəsində 131.54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzilin ipoteka qoyulmasına dair 13.03.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinin, həmin müqaviləyə 17.04.2015-ci il tarixli 01 saylı və 23.07.2015-ci il tarixli 02 saylı əlavə sazişlərin etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ümumi birgə mülkiyyətində olmuş, Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində 0.102024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu mərtəbəsində 131.54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzil Cavabdeh2la “Cavabdeh1ı” ASC arasında bağlanmış 13.03.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı məqsədi ilə eyni tarixli sonrakı ipoteka müqaviləsi əsasında ipoteka ilə yüklü edilmişdir. Həmin müqaviləyə 17.04.2015-ci il və 23.07.2015-ci il tarixlərdə əlavə və dəyişikliklər edilmişdir. Nə 13.03.2015-ci il tarixli, nə 17.04.2015-ci il tarixli, nə də 23.07.2015-ci il tarixli müqavilələrin bağlanmasına razılığı və iştirakı olmamışdır. Halbuki, mənzilin ümumi birgə mülkiyyətçisi kimi, onun razılığı olmadan nə ipoteka müqaviləsi bağlana bilərdi, nə də onun şərtləri sonradan dəyişdirilə bilərdi. Odur ki, həmin əqdlər etibarsız sayılmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasında cavabdeh “Cavabdeh1ı” ASC-nin nümayəndəsi X3 ərizə verərək işə mahiyyəti üzrə baxılmasını və qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edilənləri və cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh1ı” ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddiaçının notariat qaydada təsdiqlənmiş yazılı razılıq ərizəsi ilə qanunvericiliyə uyğun müqavilələr bağlanmışdır. Odur ki, cavabdehin nümayəndəsi məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək, məhkəməyə verdiyi izahatında göstərdi ki, iddiaçının notariat qaydada təsdiqlənmiş yazılı razılıq ərizəsi olmamışdır.İddiaçının xəbəri olmamışdır.Özünündə xəbəri olmamış qardaşına etibarnamə verərək onun adından qardaşı ərizə vermişdir. Məhkəmə cavabdeh “Cavabdeh1ı” ASC-nin nümayəndəsinin və Cavabdeh2 izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə AR Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 424-cü maddələrini rəhbər tutaraq, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.08.2016-cı il tarixli, 2(005)-3024/2016 saylı qətnaməsi ilə iddiaçı “Cavabdeh1ı” ASC-nin cavabdehlər Cavabdeh2, X5 və X4 qarşı kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 13.03.2015-ci il tarixli **********82015 saylı kredit müqaviləsi üzrə yaranmış cəmi 245.904,38 manat borcun, 30 manat dövlət rüsumu və bildirişlərin dövlət qeydiyyatına alınmasına görə 60 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 58 manat məbləğində çəkilmiş xərclərin cavabdeh X2 iddiaçının xeyrinə tutulması, tələbin Cavabdeh X5 məxsus ilkin satış qiyməti 110000 manat olan Bakı şəhəri, Nərimanov rayonu, Kaveroçkin küçəsində 22 ha torpaq sahəsində yerləşən 38 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 1-ci mərtəbəsində 66,8 kv.m ümumi, 46 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 3 nömrəli mənzilinə və Cavabdeh2 məxsus ilkin satış qiyməti 245000 manat olan Bakı şəhəri, Yasamal rayonu, Murtuz Muxtarov küçəsində 2024 ha torpaq sahəsində yerləşən 185 nömrəli, 13 mərtəbəli binanın 4a girişində, 10-cu əbəsində 131,54 kv.m ümumi, 73.04 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 39 nömrəli mənzilinə yönəldilərək, açıq hərracdan satılması, əldə edilən vəsaitdən borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş 11.02.2015-ci il tarixli ərizədən görünür ki, İddiaçı həyat yoldaşı - Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, 185 saylı binada yerləşən 62 saylı mənzilin ipotekaya qoyulmasına etiraz etmədiyini göstərmiş, ipotekaya qoyulmuş əmlaka ödəniş yönəldiyi halda onu heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən qeyd-şərtsiz tərk edəcəyini öhdəsinə götürmüşdür. Hazırda İddiaçı qeyd olunan mənzilin ipoteka ilə yüklü edilməsi barədə məlumatının olmamasını göstərərək, ASC “Xalq” Bankı ilə Cavabdeh2 arasında bağlanmış 13.03.2015ci il tarixli sonrakı ipoteka müqaviləsinin, həmin müqaviləyə 17.04.2015-ci il tarixli 01 saylı və 23.07.2015-ci il tarixli 02 saylı əlavə sazişlərin etibarsız hesab edilməsinə dair məhkəməyə müraciət etmişdir. Mülki prosessual qanunverciliyinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, məhkəmə üçün qeyd edilən qətnamə preyudisial əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Hazırda iddiaçı müvafiq ipoteka müqaviləsini və ona edilmiş əlavə və dəyişiklikləri mübahisələndirib onların etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etsə də, məhkəmə qanuni qüvvəsini almış qətnamə ilə qanuniliyi və hüquqi nəticələri tanınan müqavilələrin etibarlığını mübahisələndirməyi məqbul saymır. Belə ki, iddiaçı tərəf iddiasını təsdiq edə biləcək hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Odur ki, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş 03.05.2021-ci il tarixli qəbzdən görünür ki, iddia ərizəsinə məhkəmədə baxılması üçün 15 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı cavabdehlər “Cavabdeh1ı” ASC-yə və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi rədd edilsin. İddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar