Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3479/2020 12.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Zeynalov Nihad Niyazi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri, Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2013-cü il təvəllüdlü X1 üçün müəyyən edilən 160 manat alimentin miqdarının azaldılaraq 80 manat müəyyən olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bir ata kimi uşağın saxlanılmasına etiraz etmir. Lakin hər ay üçün 160 manat aliment ödəmək imkanı yoxdur. Belə ki, onun əvvəlki nikahından xx xxxx 2010-cu il təvəllüdlü X5 adlı bir qızı vardır. Həmin uşaq körpə vaxtından onun himayəsindədir. O, həmin uşağı tək böyüdür. Uşağa qulluq, onun təhsili və tərbiyəsi ilə məşğul olmaq, gündəlik məktəbə aparıb-gətirmək onun tərəfindən həyata keçirilir. Həmin uşağa qulluqla bağlı onun heç bir köməyi yoxdur. Vaxtının çoxunu qızı X2 edir. Odur ki, normal iş fəaliyyəti ilə məşğul ola bilmir. Övladı Qasımova Sabinanın onun himayəsində olmasını, eləcə də onu tək böyütməsini Abşeron rayon Masazır kənd 4 saylı körpələr evi uşaq bağçasının müdiri tərəfindən verilən arayışla, uşağın təhsil aldığı məktəbin müəllimlərinin tərtib etdiyi aktla öz təsdiqini tapır. İddiaçının hazırda işləməməsi isə Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sumqayıt şəhər Məşğulluq Mərkəzinin xx xxxxxx 2020-ci il arayışı ilə təsdiq olunur. Göstərilənlərə əsasən alimentin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclaslarına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Yasamal rayon məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)-1230/2019 saylı qətnaməsinə əsasən, İddiaçı xx xxxxxx 2013-cü il təvəllüdlü X4 atası olmasının müəyyən edilməsi, xx xxxxxx 2013-cü il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsində uşaq haqqında məlumatlar qrafasında “X9”, atası qrafasında “İddiaçı”, ana qrafasında “Cavabdeh” kimi qeyd edilməsi və xx xxxxxx 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Yasamal rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxx 2019-cu il tarixli, 2(004)-1230/2019 saylı qətnaməsi ilə İddiaçı Əliyeva X6 xeyrinə hər ay birgə ailə münasibətlərindən xx xxxxxx 2013-cü il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə izah edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə tərəfindən müəyyən edilmiş aliment məbləğində dəyişikliyin edilməsi üçün qətnamə qəbul edildikdən sonra tərəflərin birinin ailə və maddi vəziyyətində buna əsas verən dəyişikliyin baş verməsi tələb olunur. Lakin iddiaçı Qasımov X8 rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(004)- 1230/2019 saylı qətnaməsi ilə ondan tutulan alimentin azaldılmasını məhkəmədən xahiş etsə də, həmin qətnamə qəbul edildikdən sonra onun ailə və ya maddi vəziyyətində mühüm dəyişiklərin baş verməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının digər nikahdan övladının olması, onun sabit pul məbləğində müəyyən edilmiş alimentin ödəməkdən azad olunması üçün əsas kimi qəbul olunmamalıdır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı iddiası təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, onun tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3479/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3479/2020
12.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver