Məhkəmə qərarları › İş №2(004)-3499/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3499/2021

22.06.2021 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3499/2021 22.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əyyubov Fərid İlham oğlunun sədrliyi, Salamova Azadə Telman qızının katibliyi, Cavabdeh “xxxx” QSC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “xxxx” QSC-ə qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh QSC ilə aralarında bağlanmış 25 noyabr 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 məhkəməyə verdiyi izahatında iddia tələbinin tam əsassız olduğunu bildirmiş və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. X12 qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi müqavilə ilə bağlı Cavabdeh QSC tərəfindən iddia qaldırılmış və Nəsimi Rayon Məhkəməsi tərəfindən 20.04.2017-ci il tarixdə 002R********** №-li 25.11.2014-cü il tarixli müqavilə üzrə müəyyənləşdirilmiş borcun Cavabdeh QSC-yə ödənilməsi barədə qətnamə qəbul edilmiş və icraya yönəldilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin iddiaçının vəkili 22.06.2021-ci il tarixdə elektron ərizə ünvanlayaraq sağlamlıq vəziyyəti ilə əlaqədar 22.06.2021-ci il tarixə saat 11:40-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi işin mahiyəti üzrə baxılmasını tələb etdiyindən və iddiaçı tərəf məhkəməyə üzürlü səbəbdən gəlmədiyinə dair sübutlar təqdim etmədiyindən məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasına dair qərar qəbul etmişdir. İş materiallarında olan 15.05.2015-ci il tarixli 02R000031326S saylı sazişə əsasən müəyyən olunur ki, bank ilə kredit alan arasında 14 aprel 2014-cü il tarixli 02L000011753 saylı uzunmüddətli kredit müqaviləsi üzrə 15 aprel 2014-cü il tarixdə bağlanmış 02R000032316 saylı kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 15 aprel 2014-cü il tarixli ödəniş planı ilə müəyyən olunmuş ödəniş məbləğləri və ödəniş tarixləri bu sazişə əlavə olunan 15 may 2014-cü il tarixli ödəniş planına uyğun olaraq dəyişdirilir. Kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri yeni ödəniş planına uyğun olaraq banka ödəməlidir. Xarici valyutada verilmiş kredit üzrə ödənişləri kredit alan xarici valyutanın məzənnəsini artmasından və ya azalmasından asılı olmayaraq həmin xarici valyutada da Banka etməlidir. İş materiallarında olan 14.04.2014-cü il tarixli 02L000011753 saylı kredit xətti müqaviləsi üzrə 15 aprel 2014-cü il tarixli 02R000032316 saylı kredit razılaşmasına əsasən müəyyən olunur ki, bank məbləği 100.000 (bir yüz min) ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,6667 (bir tam on mində altı min altı yüz altmış yeddi) % olmaqla 36 ay müddətinə kredit alana verir, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırlmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 14 aprel 2014-cü il tarixli 02L000011753 №-li uzunmüddətli kredit müqaviləsi üzrə 002R********** №-li 25.11.2014-cü il tarixli kredit razılaşmasına əsasən müəyyən olunur ki, bank məbləği 150.000(bir yüz əlli min) ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 1,5 (bir tam onda beş) % olmaqla 36 (otuz altı) ay müddətinə kredit alana vermiş, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırlmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlərlə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən 25.11.2014-cü il tarixli 002R********** saylı kredit razılaşması üzrə 133767,92 ABŞ dolları əsas borc, 24340 ABŞ dolları faiz borcu, 5000 ABŞ dolları cərimə borcu, 15.04.2014- cü il tarixli, 02R000032316 saylı kredit razılaşması üzrə 73094,22 ABŞ dolları əsas borc, 13901,78 ABŞ dolları faiz borcu, 2000 ABŞ dolları cərimə borcu, cəmi 252103,92 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutumanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı, cəmi 90 manat məbləğində pul cavabdehlər İddiaçı, X2, X4, X5 müştərək qaydada alınaraq iddiaçı Cavabdeh QSC-yə ödənilməsi, tələb cavabdeh X13ma məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 saylı evin, 27 saylı mənzilinə və cavabdeh İddiaçı məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Xudu Məmmədov küçəsi, 20 saylı evin 55 saylı mənzilinə yönəlməklə Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 saylı evin, 27 saylı mənzilinin ilkin satış qiyməti 130000 manat və Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Xudu Məmmədov küçəsi, 20 saylı evin 55 saylı mənzilinin ilkin satış qiyməti 83000 manat müəyyən edilməklə həmin mənzillər açıq hərrac yolu ilə satılması, həmin mənzillərin satışından əldə olunan vəsaitdən cəmi 252103,92 ABŞ dolları məbləğində borc tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə və iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutumanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı, cəmi 90 manat məbləğində pul Cavabdeh QSCnin hesabına ödənilməsi, qalan məbləğin bərabər qaydada müvafiq olaraq X10 və İddiaçı verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 3 saylı evin, 20 saylı mənzilinə tutma yönəldildikdən və satıldıqdan 1ay sonra X7 və X8 həmin mənzildən çıxarılmasıdigər ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli y/sahəsi, Xudu Məmmədov küçəsi, 20 saylı evin 55 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlər İddiaçı və Səfərova Nigar Fİkrət qızının həmin mənzildən çıxarılması, məhkəmə tikinti-texniki ekspertizasının tədqiqat dəyəri olan 300 manatın cavabdehlər İddiaçı, X2, X4, X5 müştərək qaydada alınaraq alınaraq “xxxx” MMC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 2(006)-827/2017 saylı icra vərəqəsinə əsasən müəyyən olunur ki, Nəsimi Rayon Məhkəməsinin 20.04.2017-ci il tarixli qətnaməsi 20 iyun 2017-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-4165/2018-ci il tarixli qərardadına əsasən müəyyən olunur ki, cavabdeh X11 tərəfindən Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 2(006)-827/2017 saylı, 20 aprel 2017-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətindən X3 imtinası qəbul edilmiş və apelyasiya şikayəti üzrə apelyasiya şikayətinin icraatına xitam verilmişdir. İş materiallarında olan 28.04.2021-ci il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilənin ləğv edilməsi ilə bağlı cavabdehə müraciət edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi tam əsassız olduğundan rədd edilməlidir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 20 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh QSC-nin cavabdehlər İddiaçı və digərlərinə qarşı “kredit müqaviləsinin ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə 25.11.2014-cü il tarixli 002R********** saylı kredit müqaviləsi ilə bağlı yekun məhkəmə aktı qəbul edilmiş və qətnamə 20.06.2017-ci il tarixdə icraya yönəldilmiş və həmin qətnamə ilə müqavilənin etibarlılığı mübahisələndirilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbləri əsassızdır və müqavilənin ləğvi üçün qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Cavabdeh QSC ilə İddiaçı arasında bağlanan 25.11.2014-cü il tarixli 002R********** saylı kredit müqaviləsinin ləğv edilməsi barədə iddiaçı X9 iddia tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fərid Əyyubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar