Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3510/2022 30.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, Məmmədova Ayşən Müşfiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "aliment tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay hər uşağa görə 250 manat sabit pul məbləğində alıment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2020-ci il tarixində rəsmi nikaha daxil olmuş, nikahları 2 saylı Bakı Asan Xidmət Mərkəzinin Qeydiyyat şöbəsində 1317 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X5 və X4 adlı iki övladları dünyaya gəlmişdir. Hal-hazırda cavabdehlə ailə münasibətləri pozulmuş, ona görə də bir müddətdir ki, ayrı yaşayırlar. Yetkinlik yaşına çatmamış övladları onunla yaşayırlar. Cavabdeh yetkinlik yaşma çatmamış övladları ilə bağlı öz valideynlik vəzifələrini icra etmir. O, uşaqların böyüməsində, onların zəruri xərclərinin ödənilməsində hər hansı bir maddi yardım göstərmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhərində olmadığını göstərmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizəyə münasibət bildirərək, mübahisəyə baxılmasını yubandırmaq məqsədi daşıdığını göstərmiş və işə cavabdehin iştirakı olmadan baxılıb qərar verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hazırkı mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78, 81, 84 və 102-ci maddələrinin tələblərini, “Uşaq hüquqları” haqqında Azərbaycan Respublikası Qanununu, qanununu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanununu rəhbər tutaraq, müəyyən etmişdir ki, Cavabdeh ilə İddiaçı arasında nikah xx.xx.2020-ci i il tarixdə 2 saylı “Bakı Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində bağlanmış və 1317 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Tərəflərin birgə nikahından 2 övladları- xx.xx.2021-ci il təvəllüdlü X5 və X4 anadan olmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 manat, cəmi 386 manat sabit pul məbləğində tutularaq, iddiaçı X1 ödənilməlidir. Həmçinin, uşaqlar 3 yaşınadək çatana qədər hər ay hər uşaqğa görə 50 manat aliment cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, qətnamə dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx.xx.2021-ci il təvəllüdlü X3 və X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat, xx.xx.2021-ci il təvəllüdlü X5 və X4 3 (üç) yaşına çatana kimi hər ay hər uşağa görə 50 (əlli) manat, cəmi 100 (bir yüz) manat sabit pul məbləğində alıment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti 08 iyun 2022-ci il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayaz Məmmədov
Məhkəmə qərarları › İş №2(004)-3510/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3510/2022
30.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver