Məhkəmə qərarları › İş №2(004)-3529/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3529/2023

14.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3529/2023 14.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğlunun və İsmı̇ - Xanlı Rüfət Vı̇ talı̇ y oğlunun nümayədələri və vəkilləri Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğluna və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğluna və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğlundan və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlundan cəmi 14.700 manat borcun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı 2022-ci ildə 12 aydan artıq bir müddət ərzində “Çıraq” şadlıq sarayında administrator köməkçisi kimi işləmişdir. “Çıraq” şadlıq sarayının icarədarları Yusı̇ fov Fuad Yusı̇ f oğlu və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlu ona aylıq əmək haqqının 2.500 manat olacağını bildirmişlər. Lakin qeyd olunmuş əmək haqqı toylar olduğu günlərdə hissə-hissə olmaqla hər ay kəsrlərlə iddiaçıya ödənilmişdir. İşlədiyi müddət ərzində iddiaçıya 7.800 manat əmək haqqı ödənilmişdir, 14.700 manat borc qalmışdır. İddiaçı hesab etmişdir ki, “Çıraq” şadlıq sarayında rəsmi işləyir. İddiaçı ilə müqavilə bağlamayıb və tərəflər arasında işə qəbul edilməklə və 14.700 manat borc olmasına dair yazılı müqavilə yoxdur. İddiaçı əmək haqqı ödənilmədiyinə görə X6 şikayət etmişdir. X8 iddiaçıya bildirmişdir ki, onunla əmək müqaviləsi bağlanmamışdır, Yusı̇ fov Fuad Yusı̇ f oğlu və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlu “Çıraq” şadlıq sarayının icarədarları deyildir. X1r. İddiaçı hesab edir ki, onunla danışıqları cavabdehlər apardığına və onu işə cavabdehlər götürdüyünə görə, onun yaranmış əmək haqqı borcunu da cavabdehlər ödəməlidirlər. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğlunun və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlunun nümayədələri və vəkilləri Vəkil məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğlu və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlu “Çıraq” şadlıq sarayının sahibi, icadarı və ya hər hansı bir səlahiyyətli işçisi deyillər. Cavabdehlərin “Çıraq” şadlıq sarayına heç bir aidiyyəti yoxdur. “Çıraq” şadlıq sarayının icarədarı X2r, VÖEN ********** əsasında fəaliyyət göstərir. Cavabdehlər iddiaçını tanıyırlar. Lakin cavabdehlər iddiaçını “Çıraq” Şadlıq sarayında işə götürməmişlər və ona hər ay 2500 manat əmək haqqı ödəməyi öhdələrinə götürməmişlər, tərəflər arasında hər hansı bir şifahi və ya yazılı razılaşma yoxdur. X4 verdiyi xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, “Çıraq” şadlıq sarayının işəgötürəni X2r. Cavabdehlər həm iddiaçını, həm də X3 tanıyırlar. Cavabdehlərdə olan qeyri-rəsmi məlumata əsasən “Çıraq” şadlıq sarayının işəgötürəni X5 restoranın ərzaq təminatını həyata keçirmək (bazarlıq etmək) üçün İddiaçı ilə əməkdaşlıq etmişdir. Sonradan İddiaçı ərzaq məhsullarını bazar qiymətindən daha baha təklif etdiyinə görə, restoran onunla olan əməkdaşlığını dayandırmışdır. Cavabdehlərin iddiaçının qarşısında hər hansı bir öhdəliyi yoxdur, cavabdehlər iddiaçıya 7.800 manat əmək haqqı ödəməmişlər, onların iddiaçıya 14.700 manat borcu yoxdur. Bu barədə iddiaçı məhkəməyə hər hansı bir mötəbər yazılı sübut təqdim etməmişdir. Odur ki, iddianın əsassız olduğundan rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin nümayəndəsi və vəkillərinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” xx.xx.2016-cı il tarixli 269-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə yeni redaksiyada verilmiş Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. X4 xx.xx.2023-cü, xx.xx.2023-cü, xx.xx.2023-cü il tarixli məktublarından müəyyən edilir ki, İddiaçı, cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğlunun və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlunun adına “Çıraq” Şadlıq sarayında işləmələrinə dair əmək müqaviləsi bildirişi daxil edilməmişdir. “Çıraq” Şadlıq sarayının işəgötürən X2r (VÖEN **********). Məhkəmə araşdırma zamanı müəyyən etdi ki, iddiaçı iddia tələbində 2022-ci ildə 12 aydan artıq bir müddət ərzində “Çıraq” Şadlıq sarayında administratorun köməkçisi kimi işlədiyini, cavabdehlərin onu işə götürdüyünü və aylıq 2.500 manat əmək haqqı ödəməyə vəd verdiklərini, ona əmək haqqından 7.800 manat ödənildiyini, 14.700 manat borc qaldığını, cavabdehlərin yaranmış borcu ona ödəməkdən imtina etdiklərini iddia edir. İddiaçı cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğlu və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlu tərəfindən “Çıraq” Şadlıq sarayında işə götürülməsinə dair tərəflərin arasında Əmək Məcəlləsinin 44-cü maddəsinin tələbinə uyğun olaraq yazılı formada tərtib edilmiş hər hansı yazılı müqavilə mövcud deyildir. Cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğlu və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlu “Çıraq” Şadlıq sarayında işəgötürənin səlahiyyətlərini həyata keçirən şəxslər deyildir. Həmçinin cavabdehlərin iddiaçıya 14.700 manat borcu olmasına dair yazılı sənəd, müqavilə yoxdur. Əmək Məcəlləsinin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Göründüyü kimi, iddiaçının iddia tələbində göstərdiyi xüsusatlar mötəbər sübut kimi məhkəmə tərəfindən qəbul edilə, iddiaçının cavabdehlər tərəfindən “Çıraq” şadlıq sarayında işə qəbul edilməsini təsdiq edən sübut kimi qəbul edilə və iddia tələbinin təmin edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edir ki, iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, Mülki Məcəllənin 740-cı maddəsində, Əmək Məcəlləsinin 44-cü maddəsində və Azərbaycan Respublikası MPM-in 81-ci maddəsində nəzərdə tutulan mötəbər yazılı müqavilələr və rəsmi sənədlər təşkil edə bilər. İddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi özü özlüyündə əsassız olduğundan təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara məcmu halda qiymət verərək qeyd edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğluna və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğluna qarşı “cavabdehlər Yusı̇ fov Fuad Yusı̇ f oğlundan və İsmı̇ -Xanlı Rüfət Vı̇ talı̇ y oğlundan cəmi 14.700 manat borcun tutularaq İddiaçı verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 136 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar