Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-353/2021 09.09.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 İlham oğlunun sədrliyi ilə Salamova Azadə Telman qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment və uşağın atanın yanında saxlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 iyun 2009-cu il təvəllüdlü X2 Andreyeviçin saxlanılması üçün iddia ərizəsi məhkəməyə daxil odluğu tarixdən etibarən Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin arıtırılması barədə ərizə təqdim edərək 21 iyun 2009-cu il təvəllüdlü X2 Andreyeviçin atası İddiaçı yanında saxlanılması və oğlunun saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli 2(004)-353/2021 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, 21.06.2009-cu il təvəllüdlü X2 Andreyeviç atası İddiaçı yanında saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə 25.08.2021-ci il tarixli 2(004)-353/2021 saylı qətnamədə məhkəmə xərcləri ilə bağlı məsələyə münasibət bildirmədiyindən əlavə qətnamə qəbul edilməsini məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə prosesinin keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə qeyd edir ki, Yasamal Rayon Məhkəməsinin 10.03.2021-ci il tarixli 2(004)-353/2021 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı “aliment və uşağın atanın yanında saxlanması” tələbinə dair mülki iş üzrə məhkəmə-psixoloji ekspertizası təyin edilmiş və 17.07.2021-ci il tarixdə qeyd edilən mülki iş üzrə ekspert rəyi məhkəməyə daxil olmuşdur. Ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdə aparılmış tədqiqatın dəyəri 120 manat təşkil etmişdir. Yasamal Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixdə qəbul edilmiş qətnaməsində hakim tərəfindən məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilmədiyindən məhkəmə qeyd edir ki, iş üzrə əlavə qətnamə qəbul edilməli və iş üzrə aparılmış 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.3-cü maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək əlavə qətnamə çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İş üzrə aparılmış 120 (bir yüz iyirmi) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN **********, m/h AZ41NABZ********************, SFİFT BİK CTREAAZ22, MEM VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Hakim :Fərid Əyyubov
Məhkəmə qərarları › İş №2(004)-353/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(004)-353/2021
09.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver