Məhkəmə qərarları › İş №2(004)-3535/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3535/2024

25.09.2024 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3535/2024 25.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətə maneələrin aradan qaldırılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X3 qarşı “cavabdehlərin mənzildən çıxardılması, mənzilin boşaldılaraq təhvil verilməsi və pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin, çıxarışın etibarsız hesab edilməsi, mülkiyyətə maneələrin aradan qaldırılması” tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı və X3 qarşı “cavabdehlərin mənzildən çıxardılması, mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair ərizə ilə müraciət etmişlər. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil daha sonra iddia tələbinin artırılması barədə ərizə təqdim etmiş və iddianı “cavabdehlərin mənzildən çıxardılması, mənzilin boşaldılaraq təhvil verilməsi və pul” tələbi formasında müəyyən etmişdir. İlkin iddia üzrə İddiaçı məhkəmə hazırlıq mərhələsində ərizə ilə müraciət edərək iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Lakin, cavabdeh tərəf ilkin iddia tələbinə mahiyyəti üzrə baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə analoji məsələ üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(103)-1920/2024 nömrəli qərardadında qeyd edilmiş hüquqi mövqeni (təcrübə müəyyən edən qərardad) əsas götürərək ilkin iddia tələbinə baxılması və yekun məhkəmə aktı qəbul edilməsi qənaətinə gəlmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisə predmeti olan mənzil Cavabdeh tərəfindən qanuni əsaslarla əldə edilmişdir, onun mülkiyyətindədir. Lakin, cavabdehlər İddiaçı və X5 mənzili tərk etmirlər. Onlar sözügedən mənzildə xx.xx.2024-cü il tarixdən faktiki olaraq yaşamaqla mənzildə faydalanır, aylıq 500 manatdan hesablanmaqla əsassız olaraq varlanırlar. Nəticədə, mülkiyyətçinin mülkiyyət hüquqları pozulur. İlkin iddia üzrə İddiaçı məhkəmə iclaslarında iştirak etməmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək ilkin iddia tələbinin təmin olunmamasını, qarşılıqlı iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə digər cavabdeh X5 məhkəmə iclaslarında iştirak etməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN- İ ******* nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.75 kv.m. olan mənzil Satıcı İddiaçı tərəfindən X1 130.000 manat dəyərində satmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AN- İ ******* nömrəli notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.75 kv.m. olan mənzil X2 tərəfindən Alıcı Cavabdeh 121.086 manat dəyərində satmışdır. İş materiallarında olan Çıxarışın surətinə əsasən müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.75 kv.m. olan mənzil Cavabdeh xüsusi mülkiyyətindədir. İş materiallarında olan 40 saylı MKİS-nin xx.xx.2024-cü il tarixli arayışına əsasən müəyyən edilir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.75 kv.m. olan mənzildə yaşayır. İş materiallarına əlavə edilmiş bina.az əmlak saytından çıxarışa əsasən müəyyən edilir ki, analoji mənzillərin müvafiq kirayə məbləği 550 manat təklif edilir. İş materiallarına bank hesabına ödəniş barədə müvafiq qəbzlər və digər materiallar əlavə edilmişdir. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MM-in 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339-cu maddəsinin başlığı bu qaydada müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 340.1-ci maddəsinə əsasən, uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə qeyd edir ki, etibarsızlığın əsasları müqavilənin forması, məzmunu, iradə qüsurluluğu və subyekt tərkibi ilə bağlıdır. Hazırki mübahisə üzrə müqavilənin notarial qaydada bağlanılmışdır, yəni forma tələblərinə əməl edilmişdir. Həmçinin, müqavilənin məzmunu düzgün formada tərtib edilmişdir, məzmunla bağlı qüsur mövcud deyildir. Müqavilənin subyekt tərkibi tam qanunidir, yəni, müqavilə tərəfləri tam fəaliyyət qabiliyyətli şəxslər olmaqla müstəqil subyektdirlər. Müqavilə üzrə iradə qüsurluluğu müəyyən edilmir. Belə ki, ilkin iddia tələbində qeyd edilmiş xüsusatlar sübuta yetirilmir. Belə ki, müqavilənin hakimiyyət təhdidi, hədə təsiri, aldatma və s. nəticəsində bağlanması sübuta yetirilmir. Bundan əlavə, iddiaçı tərəf etibarsızlığını tələb etdiyi alqı-satqı müqaviləsi üzrə tərəf olmuş X4 cavabdeh qismində müəyyən etməmişdir. Bu səbəbdən, iddia tələbi yanlış formada tərtib edilmişdir. İlkin iddia üzrə iddiaçı məhkəmə iclaslarında iştirak etmədiyindən müvafiq qüsurun aradan qaldırılmasının zəruriliyinin ona izah edilməsi mümkün olmamışdır. Müəyyən edilir ki, müqavilə tərəfləri sərbəst şəkildə öz iradəsini ifadə etməklə alqı-satqı münasibətlərinə daxil olmuşlar. Mübahisə üzrə MM-in 339 və ya 340-cı maddələrinin şərtləri müəyyən edilmir. Etibarsızlığın əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınmaqla aydın və hüquqi müəyyəndir. Aydın, anlaşılan hüquq normalarının hüquq tətbiq edən məhkəmələr tərəfindən geniş formada təfsir olunması yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində müqavilə azadlığı və mülki hüquq münasibətlərinin subyektlərinin iradə sərbəstliyi prinsipləri müəyyən edilmişdir. Prinsip “rəhbər, başlanğıc müddəa” mənasını verir. Hüquq sahəsinin prinsipilərinə zidd olan hüquq normaları etibarsızdır, hüquqi əhəmiyyət kəsb etmir. Məhkəmə izah edir ki, müqavilə şərtləri qanunla nəzərdə tutulmuş qaydalar çərçivəsində tərəflərin sərbəst iradəsi əsasında müəyyən edilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra: MM) 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 59.75 kv.m. olan mənzil Cavabdeh mülkiyyətindədir (“Elektron məhkəmə” informasiya sistemində də bu barədə qeydlər mövcuddur). Mülkiyyət hüququnun yaranması əsası qismində hazırki mülki iş üzrə mübahisə predmeti olan alqısatqı müqaviləsi çıxış edir. Reyestrin məzmununun həqiqiliyi prezumpsiyasını məhkəmə əsas götürür. Qarşılıqlı iddia üzrə cavabdehlər xx.xx.2024-cü il tarixdən həmin mənzildə qanunsuz yaşamaqla mənzildən əsassız olaraq faydalanırlar. Bununla da, əsassız varlanma hüquq institutu üzrə yuxarıda göstərilən hər 3 dispozitiv şərt yerinə yetirilir. Aylıq kirayə haqqının dəyərinin 500 manat müəyyən edilməsi həm ağlabatandır, həm də bu barədə müvafiq qeydlər ilkin iddia ərizəsində də göstərilmişdir (məbləğ mülki işin mübahisəsiz halıdır). Odur ki, “prosessual qənaət” prinsipinin tələblərinə əməl edilməsi məqsədilə mülki iş üzrə müvafiq hissədə məhkəmə əmtəəşünaslıq ekspertizasının təyin edilməsinə hüquqi zərurət görülməmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilən xüsusatların əsassızlığı cavabdehlər tərəfindən sübut edilməmiş, cavabdehlər üzərlərinə düşən sübutetmə funksiyasını təşkil etməmişlər. Subyektlərin mülkiyyət hüquqlarının müdafiəsi məhkəmə tərəfindən təmin edilməlidir. Mülkiyyət hüququna qeyri-legitim əsaslarla müdaxilə yolverilməzdir. Alqı-satqı müqaviləsi üzrə Alıcı Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə əməl edilsə də, X2 müqavilə öhdəliklərinə əməl etməmiş, mənzili Alıcıya təhvil verməmişdir. Vicdanlı alıcılıq mülki qanunvericiliyin tələblərinə əsasən qorunur. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi, mülki icraatda “formal həqiqətin müəyyən edilməsi” prinsipinin rəhbər tutulması nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, qarşılıqlı iddia təmin edilməli, ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzil qarşılıqlı iddia üzrə cavabdehlər X5, İddiaçı tərəfindən öz vəsaitləri hesabına boşaldılmalı, cavabdehlər həmin mənzildən çıxarılmalı və mənzil iddiaçı Cavabdeh təhvil verilməlidir. ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzil iddiaçı Cavabdeh təhvil verilənədək xx.xx.2024-cü il tarixdən hesablanmaqla aylıq 500 (beş yüz) manat məbləğində dəymiş maddi ziyan qarşılıqlı iddia üzrə cavabdehlər X5 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı “müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehlər X5, İddiaçı qarşı “mənzilin boşaldılması, mənzildən çıxarma,mənzilin təhvil verilməsi və mənzil təhvil verilənədək aylıq dəymiş maddi ziyanın ödənilməsi ” tələbinə dair iddiası təmin edilsin. ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzil qarşılıqlı iddia üzrə cavabdehlər X5, İddiaçı tərəfindən öz vəsaitləri hesabına boşaldılsın, cavabdehlər həmin mənzildən çıxarılsın və mənzil iddiaçı Cavabdeh təhvil verilsin. ünvan 2 ünvanında yerləşən 25 nömrəli mənzil iddiaçı Cavabdeh təhvil verilənədək xx.xx.2024-cü il tarixdən hesablanmaqla aylıq 500 (beş yüz) manat məbləğində dəymiş maddi ziyan qarşılıqlı iddia üzrə cavabdehlər X5 və İddiaçı müştərək qaydada tutularaq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar