Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-354/2023 25.01.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh, X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus 1890-cı ildə istehsal olunmuş antik 1 ədəd klonlu 30 qram qızıl boyunbağı və brilyant tək qaşlı dəsti, 583 əyyarlı, qiyməti 3500 manat, 1 ədəd brilyant kulonlu 5 qram qızıl boyunbağı – qiyməti 500 manat, 1 cüt 2 qram qızıl uşaq sırğaları, 585 əyyarlı qiyməti 200 manat, 1 ədəd təkqaş brilyant qızıl üzük və 1 cüt brilyant qaşlı qızıl sırğalar, cəmi 10 qram - qiyməti 1000 manat, 750 əyyarlı 1 ədəd 10 qram qızıl kulon - qiyməti 1400 manat, ümumi cəmi 6600 manat dəyərində olan qızıl zinət əşyaları və ödədiyi dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona xx.xx.2010-cu il tarixdə ayda 10 faiz ödəmək şərti ilə 2.000 ABŞ dollar borc pul vermişdir. O, həmin borcun qaytarılmasının təminatı kimi iddiaçıya özünə məxsus qızıl zinət əşyalarını müvəqqəti saxlamağa vermişdir, daha sonra xx.xx.2010-cu il tarixdə o, yenidən ayda 10 faiz ödəmək şərti ilə iddiaçıdan 3.000 ABŞ dollar borc almış və özünə məxsus qızıl zinət əşyalarını müvəqqəti saxlamağa cavabdehə vermişdir. Yəni, cavabdeh ona məxsus 1890-cı ildə istehsal olunmuş antik 1 ədəd kulonlu 30 qram qızıl boyunbağı və 0,75 sot brilyant tək qaşlı dəsti, 583 əyyarlı qiyməti 3.500 manat, 585 əyyarlı, 1 ədəd brilyant kulonlu 5 qram qızıl boyunbağı-qiyməti 500 manat, 1 cüt 2 qram qızıl uşaq sırğaları, 585 əyyarlı -qiyməti 200 manat, 1 ədəd təkqaş brilyant qızıl üzük və 1 cüt brilyant qaşlı qızıl sırğalar, cəmi 10 qram -qiyməti 1.000 manat, 750 əyyarlı 1 ədəd 10 qram qızıl kulon -qiyməti 1.400 manat, ümumi cəmi 6.600 manat dəyərində olan qızıl zinət əşylarını bu günə qədər qanunsuz olaraq özündə saxlayır və ona geri qaytarmır. O, 5.000 ABŞ dollar borcdan 2.000 ABŞ dollarını cavabdehə qaytarmışdır. Cavabdeh 3000 ABŞ dolları borcun qaytarılması üçün Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmənin xx.xx.2019cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən o, apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və cavabdehin iddia tələbi rədd olunmuşdur. O, dəfələrlə ona məxsus qızıl zinət əşyalarının cavabdehdən geri qaytarmasını xahiş etsə də o, həmin əşyaları ona qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, o, 2010-cu ilin ayrıayrı aylarında cavabdehdən faizlə borc pul almışdır. İddia ərizəsində göstərilən qızılları da təminat kimi cavabdehə vermişdir. Aldığı borcu da hissə-hissə qaytarmışdır. Borcu tam qaytardıqdan sonra, ona verdiyi qızıl-zinət əşyalarını tələb etdikdə isə, ona hələ borcunun olduğunu və qaytarmayacağını bildirdi. Daha sonra cavabdeh məhkəməyə müraciət etsə də, onun iddiası təmin olunmamışdır. Həmin məhkəmə iclaslarından məlumatı olmadığına görə, iştirak etməmişdir. Cavabdeh məhkəmədə iddia qaldırmamışdan qabaq o artıq borcunu ödəmişdir. Cavabdehden qızıllarını istəsə də, əlavə olaraq ondan 5000 manat pul verəcəyi təqdirdə ona qızıllarını qaytaracağını bildirmişdir. Faiz borcunun hələ qaldığını bildirmişdir. Əlavə olaraq bildirdi ki, iddia ərizəsində göstərilən 1(bir) ədəd brilyant klonlu, qiyməti 500 manat olan 5 qram qızıl boyunbağını səhvən iddia ərizəsində qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələblərinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, əvvəlki məhkəmə prosesləri barədə iddiaçı məlumatlı olsa da, qəsdən iştirak etməyib. Həmçinin iddiaçının guya borcu qaytarması ilə bağlı verdiyi izahat əsassızdır. İddiaçı ona olan borcunun çox az bir hissəsini qaytarıb. Borcun qalan hissəsi və faizini isə qaytarmayıb. Müəyyən müddət onunla əlaqə saxlaya bilməmişdir. Yalnız iddiaçının bacısı vasitəsilə əlaqə saxlaya bilmişdir. Ona verilən qızıl-zinət əşyaları arasında iddiaçının bacısına məxsus olanlar da var idi. Bir gün iddiaçı bacısı ilə onun evinə gələrək iddiaçının bacısı ona məxsus olan qızıl-zinət əşyasını ondan istəmiş və bunun müqabilində bacısının 2017ci ilin sentyabr ayının əvvəllərindən ödənişləri edəcəyini bildirmişdir. İş materiallarında olan əlyazma bunu sübut edir. İddiaçı ilk öncə özünə aid olan qızıl-zinət əşyalarını daha sonra isə bacısına aid olanları gətirib vermişdi. Etiraf edir ki, iddiaçıdan qızıl-zinət əşyaları götürmüşdür. İddiaçı qızıl-zinət əşyalarını girov qoymaqla ondan 5000 ABŞ dolları məbləğində faizlə pul almışdır. İddiaçı öz aldığı borcu və borca görə razılaşdıqları borcu qaytarmadığına görə, ona qızılları qaytarmayacaq. İddiaçı 2 ildən sonra aldığı borcdan 2000 manat qaytarıb və daha bir il keçdikdən sonra 1000 manat qaytarıb. Bu müddətə qədər onunla əlaqə saxlaya bilməmişdir. Artıq qızıl-zinət əşyaları onda deyil, onları artıq iddiaçının heç bir ödəniş etməyəcəyi qənaətinə gələrək zərgər dükanına satmışdır. Borcu qaytarmayanda o iddiaçıya, ona verdiyi qızıl-zinət əşyalarını aparıb zərgərə qoyub, oradan pulu götürüb ona ödəməyini, daha sonra borcunu hissə-hissə zərgərə ödəməyini təklif etmişdir. Əvvəlki məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, iddiaçı onun bacısıdır. Cavabdehlə isə birlikdə işləmişlər. Onlara pul lazım olan vaxt cavabdehdən borc istəmişlər, o da sələmi ilə verib. Birinci dəfə 2010-cu ilin əvvəlində 2000 (iki min) manat borc götürmüşlər, onu da 3-4 ay içində özü də ödəmişdir. Daha sonra isə bacısı pul götürüb və faizi ilə birlikdə hissə-hissə qaytarıb. Daha sonra hissə-hissə borc götürmək istəyəndə cavabdeh girov kimi qızıl-zinət əşyaları tələb etmişdir. Ona aid olan qızıl-zinət əşyasını cavabdeh çox sonralar ona qaytarmışdır. Lakin bacısına və onun qızına aid olan qızıl-zinət əşyalarını cavabdehə olan borcunu ödəməsinə baxmayaraq ona qaytarmamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 5670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməsi, xx.xx.2010-cu il tarixli qəbzi əsasında aldığı 3000 ABŞ dolları (ödəniş günü Azərbaycan manat məzənnəsi ilə) borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4782/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan əlyazma ilə yazılmış qəbzin surətindən görünür ki, İddiaçı Ə.Koçkaryovnadan xx.xx.2010-cu il tarixdə ayda 10 faiz ödəmək şərti ilə 2000 ABŞ dolları borc pul götürmüş, həmin borcun qaytarılmasının təminatı kimi ona 1 ədəd kulonlu qızıl boyunbağı və brilyant qaşlı dəsti girov qoymuş, daha sonra xx.xx.2010-cu il tarixdə cavabdeh yenidən ayda 10 faiz ödəmək şərti ilə iddiaçıdan 3000 ABŞ dolları borc almış və özünə məxsus 583-585 əyarlı 1 ədəd brilyant kulonlu qızıl boyunbağı, 1 cüt qızıl uşaq sırğaları, 1 ədəd təkqaş brilyant qızıl üzüyü, 1 cüt brilyant qaşlı qızıl sırğaları və 750 əyarlı 1 ədəd qızıl kulon olmaqla, ümumi çəkisi 33 qram olan 6 ədəd qızıl-zinət əşyalarını girov qoymuşdur. İş materiallarında olan Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, hazırki mülki iş üzrə iddia müddətinin tətbiqini xahiş edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh İddiaçı 3000 ABŞ dolları (ödəniş günü Azərbaycan manat məzənnəsi ilə) borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi təmin edilmiş, xx.xx.2010-cu il tarixli qəbzi əsasında aldığı 3000 ABŞ dolları (ödəniş günü Azərbaycan manat məzənnəsi ilə) borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Daha sonra cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4782/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5670/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul olunaraq iddianın təmin edilməməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli Qərarından da görünür ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Odur ki, müvafiq qətnamə məhkəmə üçün preyudisial əhəmiyyət kəsb edir. Hazırda İddiaçı Cavabdeh qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair məhkəməyə müraciət etsə də, məhkəmənin gəldiyi qənaətə görə, hazırki mülki iş üzrə verilmiş iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4782/2021 saylı, xx.xx.2021-ci il tarixli il tarixli qətnaməsinə əsasən iddianın təmin edilməməsinə səbəb İddiaçı (hazırda iddiaçı) öhdəliyi icra etməsi deyil, həmin mülki iş üzrə iddiaçı Cavabdeh məhz iddia müddətini ötürməsi olmuşdur. Göründüyü kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuş, lakin borclu götürdüyü borc məbləğini ödəməmişdir. Belə olduğu halda iddia ərizəsi təmin edilə bilməz. Məhkəmə eyni zamanda iddiaçının mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmək imkanını araşdıraraq hesab edir ki, mübahisə edilən hüquq münasibəti üzrə iddia müddəti tətbiq edilə bilməz və iddia müddətinin ötürülməsi əsasına görə rədd edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia ərizəsi təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №2(004)-354/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-354/2023
25.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver