Məhkəmə qərarları › İş №2(004)-3586/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3586/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3586/2023 09.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədirliyi, X4 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh2 ASC-yə qarşı “tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin, kredit müqaviləsinə Əlavənin və xx.xx.2020-ci il tarixli İlkin müqavilənin etibarsız hesab olunması” tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 ASC-yə qarşı “tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin, kredit müqaviləsinə Əlavənin və xx.xx.2020-ci il tarixli İlkin müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli Qərardadına əsasən, əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Araşdırma zamanı iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı “borc tələbi, ipoteka predmetinə yönəldilmə, ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə hazırki mübahisəyə dair hissədə yekun məhkəmə aktının qəbul edilməsi müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1646/2023 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı “borc tələbi, ipoteka predmetinə yönəldilmə, ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1536/2022 nömrəli qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi qətnaməsi “ipoteka predmeti olan daşınmaz əmlakların ilkin satış qiymətinin (likvid qiymətin) müəyyən olunması dair hissədə ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, müəyyən edilir ki, tərəflər arasında yaranmış mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(102)-1646/2023 nömrəli qərarı əsasında hazırda mübahisələndirilən müqavilələrin etibarlılıq şərtlərinə hüquqi qiymət verilmişdir. Bu səbəbdən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi rəhbər tutulmaqla hazırki tələb üzrə icraata xitam verilməlidir. Qeyd olunanlar nəzərə alınmaqla, MPM-in 261.0.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla mülki işə üzrə icraata xitam verilməlidir. MPM-in 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında qərardaddan şikayət verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 263, 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh2 ASC-yə qarşı “tərəflər arasında bağlanmış İpoteka müqaviləsinin, kredit müqaviləsinə Əlavənin və xx.xx.2020-ci il tarixli İlkin müqavilənin etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad tərəflərə təqdim edildikdən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar