Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3599/2020 23.11.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən sığorta ödənişi olaraq 5941 manat pul və sığorta hadisəsi baş verdiyi gündən etibarən hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 % həcmində dəbbə pulunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 izahat verərək bildirir ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri Yeni Günəşli qəsəbəsində X6 mülkiyyətində olan “Hyundai-Azera" markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edib hərəkətdə olarkən qarşıdan X2 idarə etdiyi “VAZ 2107" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyətində olan avtomobilə qabaq hissəsindən dəyərək toqquşmuşdur. Hadisə zamanı mülkiyyətində olan “Hyundai-Azera" markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Bu hadisə ilə bağlı “VAZ 2107" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sığortaçısı məlumat verildikdə “xxxx" ASC-nin əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. Hadisədən uzun müddət keçməsinə baxmayaraq, bugünədək avtomobilə dəymiş maddi ziyan “xxxx" ASC tərəfindən ödənilməmişdir. 2012-ci il buraxılışlı, “Hyundai-Azera" markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilimi xx xxxxxx 2018-ci il tarixdə almış və mülkiyyətində olan avtomobilini idarə etməyə oğlu Vüqar Əliyevə etibarnamə əsasında icazə vermişdi. Hadisə nəticəsində "VAZ 2107" markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs X1 rayon Dövlət Yol Polisi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 327.1-cl maddəsi ilə təqsirli bilinərək inzibati cərimə olunmuşdur. İddiaçı tərəfindən “xxxx" ASC-yə baş vermiş hadisə ilə bağlı bütun sənədlər təqdim edilmişdir. Avtomobilinə dəymiş ziyanla əlaqədar “Hyundai” avtomobillərin rəsmi servisi olan “Auto Azərbaycan" şirkətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və dəymiş ziyanın məbləği 5941 manat təşkil etmişdir. Bu barədə avtomobilin icbarı sığortaçısı “xxxx" ASCyə rəsmi sənədləri təqdim etməyinə baxmayaraq cavabdeh avtomobilə dəymiş ziyanla bağlı ödənişi etməkdən qanunsuz olaraq yayınmışdır. İddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 izahat verərək bildirir ki, hadisə baş verdiyini etiraf edir, ancaq iddiaçı gedib özü qiymət müəyyən etdirib və onu tələb edir. Müstəqil qiymətləndirmə aparılmayıb. Həmçinin iddiaçı onlara müraciət etməyib. Əlavə olaraq bildirir ki, ekspert rəyi ilə razıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AD № ******* nömrəli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 2012-ci il buraxılışlı “Hyundai Azera” minik markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı sahibliyindədir. İş materiallarında olan nəqliyyat vasitələrinin zədələnməsi barədə 046864 saylı arayışın surətinə əsasən, X3 idarə etdiyi “VAZ 21074” minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı idarə etdiyi “Hyundai Azera” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş və nəticədə əmlaka zərər dəymişdir. İş materiallarında olan ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2020-ci il tarixdə, saat 10:00-da Suraxanı rayon DYPŞ ərazosondə “VAZ 21074” minik markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr edərək AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan xx xxxxxxx 2020-ci il tarixli, 9/3667 saylı ekspert rəyinə əsasən, “Hyundai Azera” markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci hadisə avtoehtiyyat hissələrinə köhnəlmə faizi nəzərə alınmaqla təxminən 4581 manat müəyyən edilmişdir. İşin müəyyən edilmiş halları odur ki, yol nəqliyyat hadisəsi zamanı iddiaçıya maddi ziyan dəymiş və cavabdeh sığorta şirkəti tərəfindən iddiaçıya ödəniş olunmamışdur. Keçirilmiş ekspertizanın nəticəsinə görə dəyən ziyan 4581 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, ekspert rəyinə uyğun olaraq 4581 manat məbləğdə pul “xxxx” ASC tərəfindən iddiaçıya ödənilməlidir. Məhkəmə iddianı dəbbə pulu hissəsində əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Qanunun 6.2, 6.6, 7, 15.1, 15.3.1, 52.1 və 53.4-cü maddələrinə əsasən, mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İcbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Əmlaka dəyən zərərin məbləği zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, yaxud həmin əmlak məhv olmuş hesab edildikdə, onun sığorta hadisəsinin baş verməsindən bilavasitə əvvəlki dəyərindən ibarətdir. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. İcbari sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, istifadəsi ilə bağlı sahibinin mülki məsuliyyəti bu Fəslə uyğun olaraq sığortalanmış avtonəqliyyat vasitəsini qanuni əsaslarla istifadə edən istənilən şəxs üçüncü şəxslər qarşısında mülki məsuliyyətinə görə əmlak mənafeyi sığortalanmış sığorta olunan hesab edilir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, cavabdeh “xxxx” ASCdən sığorta ödənişi olaraq 4581 (dörd min beş yüz səksən bir) manat pul İddiaçı xeyrinə tutulmalı, iddiaçının cavabdehə qarşı iddia tələbi qismən təmin olunduğundan ekspertiza xərci cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 121, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “xxxx” ASC-dən sığorta ödənişi olaraq 4581 (dörd min beş yüz səksən bir) manat pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci hesabına “xxxx” ASC-dən 100 (yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3599/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3599/2020
23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver