Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3609/2020 12.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi Kərimova Leyla Abbas qızının katibliyi ilə, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakın qeyri-qanuni sahiblikdən geri qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “ipoteka müqavilələrinin ləğv edilməsi və əmlakın qeyri-qanuni sahiblikdən geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixə məhkəməyə müraciət edərək, Cavabdeh ASC qarşısında ipoteka qaydasında yüklü edilmiş İddiaçı1 məxsus Quba şəhəri 23-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 m2 ümumi, 211.6 m2 yaşayış, 379,4 m2 yardımçı sahədən ibarət, yaşayış otaqlarının sayı 16 olan fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2014-cü il tarixli 4407/F-14-02 №-li ipoteka müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında girov qoyulmuş daşınmaz əmlakın Cavabdeh ASC-nin qeyri-qanuni sahibliyindən geri alınaraq İddiaçı1 qaytarılması; həmçinin Cavabdeh ASC-nin qarşısında yüklü edilmiş İddiaçı2 məxsus Quba şəhəri 32/33-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış otaqlarının sayı 4 olan, 157.5 m2 ümumi, 81.6 m2 yaşayış, 75.9 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2015-ci il tarixli 083/KT-15-01 №-li ipoteka müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında girov qoyulmuş daşınmaz əmlakın Cavabdeh ASC-nin qeyri-qanuni sahibliyindən geri alınaraq İddiaçı2 qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 yaşayış ünvanları üzrə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildiriş göndərilmişdir. Həmçinin “AZEMİS” vasitəsilə +**********72 və +**********37, +**********99 nömrəli mobil telefonlarına “SMS” bildirişi göndərilməklə xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və işə mahiyyəti üzrə baxılmasını tələb edərək izahatında bildirdi ki, “xxxxxxxxxx” ASC-nin Xaçmaz filialı ilə İddiaçı2 arasında xx.xx.2014-cü il tarixli 4407/F-14 nömrəli və xx.xx.2015-ci il tarixli BK N083/KT-15 nömrəli kredit müqavilələri bağlanmışdır. xx.xx.2014-cü il tarixli 4407/F-14 nömrəli kredit müqaviləsinə və ödəniş qrafikinə əsasən Cavabdeh ASC İddiaçı2 42 ay müddətinə illik 18% dərəcəsi ilə 92.900 manat kredit verməyi, borc alan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2015-ci il tarixli BK N083/KT-15 nömrəli kredit müqaviləsinə və ödəniş qrafikinə əsasən Cavabdeh ASC İddiaçı2 60 ay müddətinə illik 7% dərəcəsi ilə 60.000 manat kredit verməyi, borcalan borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İpoteka saxlayan Cavabdeh ASC ilə ipoteka qoyan İddiaçı1 və borc alan İddiaçı2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4407/F-14-02 N-li ipoteka müqaviləsinə əsasən Cavabdeh ASC İddiaçı2 arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı1 məxsus olan Quba şəhəri 23-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 kv.m ümumi, 211.6 kv.m yaşayış, 379,4 kv.m yardımçı sahədən ibarət, yaşayış otaqlarının sayı 16 olan fərdi yaşayış evinin yerləşdiyi 0.03 ha torpaq sahəsi Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti tərəflərin razılığı 126.000 manat qiymətləndirilmişdir. Cavabdeh ASCnin Xaçmaz filialı ilə ipoteka qoyan və borc alan İddiaçı2 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 083/KT-15-01 nömrəli ipoteka müqaviləsi ilə xx xxxxxx 2015-ci il tarixli 083/KT-15 nömrəli kredit müqaviləsinin təminatı olaraq İddiaçı2 məxsus olan Quba şəhəri 32/33-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış otaqlarını sayı 4 olan, 157.5 kv.m ümumi, 81.6 kv.m yaşayış, 75.9 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evi 0.04 ha torpaq sahəsi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti tərəflərin razılığı ilə 60.000 manat qiymətləndirilmişdir. İş üzrə Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017ci il tarixli 2(006)-6636/2017 nömrəli qətnaməsi ilə “xxxxxxxxxx” ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 4407/F-14 nömrəli və xx.xx.2015-ci il tarixli BK N083/KT-15 nömrəli kredit müqavilələri ləğv edilmişdir. xx.xx.2014-cü il tarixli 4407/F-14 nömrəli kredit müqaviləsi üzrə 37.179,16 manat əsas borc, 2.504,82 manat faiz, 1.000 manat cərimə borcu olmaqla, cəmi 39.683,98 manat pul “xxxxxxxxxx” ASC-yə ödənilməli və ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətindən olan ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə Quba şəhəri 23-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 kv.m ümumi, 211.6 kv.m yaşayış, 379,4 kv.m yardımçı sahədən ibarət, yaşayış otaqlarının sayı 16 olan fərdi yaşayış evinə yönəldilməklə həmin əmlak açıq hərrac yolu ilə satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 39.683,98 manat pul “xxxxxxxxxx” ASC-yə ödənilməsi, qalan məbləğin İddiaçı1 verilməsi; xx.xx.2015-ci il tarixli BK N083/KT-15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı2 “xxxxxxxxxx” ASC-yə 60.000 manat əsas borc, 6.425.23 manat faiz borcu, 2.000 manat cərimə borcu olmaqla, cəmi 68.425,33 manat pul İddiaçı2 alınaraq “xxxxxxxxxx” ASC-yə ödənilməsi və tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə Quba şəhəri 32/33-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış otaqlarını sayı 4 olan, 157.5 kv.m ümumi, 81.6 kv.m yaşayış, 75.9 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməklə həmin əmlak açıq hərrac yolu ilə satılmasına və ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 68.425,23 manat pul Cavabdeh ASC-yə ödənilməsi, qalan məbləğin İddiaçı2 verilməsi qət edilmişdir. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-440/19 nömrəli qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(103)-5512/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu səbəbdən hesab edir ki, hazırkı iddia tələbi əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)- 6636/2017 nömrəli qətnaməsi ilə “xxxxxxxxxx” ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2014cü il tarixli 4407/F-14 nömrəli və xx.xx.2015-ci il tarixli BK N083/KT-15 nömrəli kredit müqavilələri ləğv edilmişdir. xx.xx.2014-cü il tarixli 4407/F-14 nömrəli kredit müqaviləsi üzrə 37.179,16 manat əsas borc, 2.504,82 manat faiz, 1.000 manat cərimə borcu olmaqla, cəmi 39.683,98 manat pul “xxxxxxxxxx” ASC-yə ödənilməli və ipoteka ilə yüklü edilmiş İddiaçı1 mülkiyyətindən olan ilkin satış qiyməti 126.000 manat müəyyən edilməklə Quba şəhəri 23-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 kv.m ümumi, 211.6 kv.m yaşayış, 379,4 kv.m yardımçı sahədən ibarət, yaşayış otaqlarının sayı 16 olan fərdi yaşayış evinə yönəldilməklə həmin əmlak açıq hərrac yolu ilə satılması, ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 39.683,98 manat pul “xxxxxxxxxx” ASC-yə ödənilməsi, qalan məbləğin İddiaçı1 verilməsi; xx.xx.2015-ci il tarixli BK N083/KT-15 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı2 “xxxxxxxxxx” ASC-yə 60.000 manat əsas borc, 6.425.23 manat faiz borcu, 2.000 manat cərimə borcu olmaqla, cəmi 68.425,33 manat pul İddiaçı2 alınaraq “xxxxxxxxxx” ASC-yə ödənilməsi və tələbin ipoteka ilə yüklü edilmiş İddiaçı2 mülkiyyətində olan ilkin satış qiyməti 60.000 manat müəyyən edilməklə Quba şəhəri 32/33-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış otaqlarını sayı 4 olan, 157.5 kv.m ümumi, 81.6 kv.m yaşayış, 75.9 kv.m yardımçı sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməklə həmin əmlak açıq hərrac yolu ilə satılmasına və ipoteka predmetinin satışından əldə olunan vəsaitdən cəmi 68.425,23 manat pul Cavabdeh ASC-yə ödənilməsi, qalan məbləğin İddiaçı2 verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı2 apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(102)-440/19 nömrəli qərarı ilə İddiaçı2 kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2018-ci il tarixli 2(103)-5512/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin müəyyən edilmiş həqiqi halları ilə təsdiq edilir ki, Quba şəhəri 23-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 m2 ümumi, 211.6 m2 yaşayış, 379,4 m2 yardımçı sahədən ibarət, yaşayış otaqlarının sayı 16 olan fərdi yaşayış evinə dair Cavabdeh ASC ilə İddiaçı1 arasında xx.xx.2014-cü il tarixli 4407/F-14-02 №-li ipoteka müqaviləsi bağlanarkən, Cavabdeh ASC ilə İddiaçı2 arasında Quba şəhəri 32/33-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış otaqlarının sayı 4 olan, 157.5 m2 ümumi, 81.6 m2 yaşayış, 75.9 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair xx.xx.2015-ci il tarixli 083/KT-15-01 №-li ipoteka müqaviləsi bağlanarkən Mülki Məcəllənin 317, 390.1, 385.1, 448.1-ci və “İpoteka Haqqında” Qanununun 33, 34-cü maddələrinin tələblərinə əməl edilmişdir, müqavilənin ləğvi edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(006)-6636/2017 nömrəli qətnaməsinin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Odur ki, iddia tələbi əsassızdır. Nəhayət, məhkəmə belə qənaətə gəlir ki, iddia rədd edilməli, ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı1 aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh ASC-yə qarşı “Cavabdeh ASC qarşısında ipoteka qaydasında yüklü edilmiş İddiaçı1 məxsus Quba şəhəri 23-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.03 ha torpaq sahəsində yerləşən 3 mərtəbəli, 591 m2 ümumi, 211.6 m2 yaşayış, 379,4 m2 yardımçı sahədən ibarət, yaşayış otaqlarının sayı 16 olan fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2014-cü il tarixli 4407/F-14-02 №-li ipoteka müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında girov qoyulmuş daşınmaz əmlakın Cavabdeh ASC-nin qeyri-qanuni sahibliyindən geri alınaraq İddiaçı1 qaytarılması; həmçinin Cavabdeh ASC-nin qarşısında yüklü edilmiş İddiaçı2 məxsus Quba şəhəri 32/33-cü məhəllədə xüsusi mülkiyyətdə olan 0.04 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, yaşayış otaqlarının sayı 4 olan, 157.5 m2 ümumi, 81.6 m2 yaşayış, 75.9 m2 yardımçı sahədən ibarət fərdi yaşayış evinə dair bağlanmış xx.xx.2015-ci il tarixli 083/KT-15-01 №-li ipoteka müqaviləsinin ləğv edilməsi və həmin müqavilə əsasında girov qoyulmuş daşınmaz əmlakın Cavabdeh ASC-nin qeyri-qanuni sahibliyindən geri alınaraq İddiaçı2 qaytarılması” tələbinə dair iddiaları rədd edilsin. Ödənilmiş 10,40 manat dövlət rüsumu İddiaçı1 aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3609/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3609/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver