Məhkəmə qərarları › İş №2(004)-3621/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3621/2025

25.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3621/2025 25.06.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh iddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2015-ci il tarixdə iş üzrə Cavabdeh ilə nikaha daxil olmuşdur. Nikah bağlandıqdan sonra iddiaçı “Cümşüdli” soyadını qəbul etmişdir. Sözügedən nikah Bakı şəhəri, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, 149 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X15 və xx.xx.2016-cı il təvəllüdlü X12 doğulmuşdur. X12 babası, hazırkı iş üzrə cavabdeh X8 tərəfindən övladlığa götürülmüş və uşağın doğum haqqında akt qeydində ata kimi yazılmışdır. Övladlığa götürülmə Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə 06 saylı övladlığa götürmə haqqında akt qeydi ilə rəsmiləşdirilmişdir. Həmin sənədə əsasən hazırkı iş üzrə cavabdeh X2 Nihat Şahzadə oğlunun Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən rəsmiləşdirilmiş xx.xx.2016-cı il tarixli, 630 saylı doğum haqqında akt qeydində uşağın atası kimi qeydə alınmış, eyni zamanda uşağın doğumu haqqında akt qeydi və şəxsiyyəti təsdiq edən sənəddə uşağın ata adı cavabdehin adı ilə “Şahzadə” qeyd olunmuşdur. İddiaçı cavabdehin oğlu ilə Bakı şəhəri, Səbail rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə, 149 saylı nikah haqqında akt qeydi ilə rəsmiləşdirilmiş nikahı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuş, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X4 Çinarə Məzahir qızının himayəsində saxlanmış və onların saxlanması üçün aliment tutulmuşdur. Lakin xx.xx.2016-cı il təvəllüdlü X12 babası tərəfindən övladlığa götürüldüyündən ona aliment təyin edilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1872/2016 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdehdən X5 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. X3 Rayon Məhkəməsinə müraciət edərək e-2(004)-3498/2023 saylı xx.xx.2023-cü il tarixli qətnamə ilə övladlığa götürməni ləğv etmiş, uşaq əvvəlki atası, keçmiş həyat yoldaşının adına yazılmışdır. Eyni zamanda müvafiq qətnamə ilə uşağın saxlanılması üçün aliment ləğv edilmişdir. Hazırda uşağın atası, iş üzrə cavabdeh uşağın saxlanılması üçün hər hansı bir vəsait ödəmir, bu səbəbdən hesab edir ki, uşağın saxlanılması üçün aliment təyin edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etdiyini bildirərək, bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri, cavabdehin razılıq ərizəsini nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İV № 977913 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2016-cı il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 05 sentyabr 2016-cı il tarixində 630 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Hacıqabul rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İV № 005913 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2017-cı il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 19 oktyabr 2017-ci il tarixində 640 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 03 saylı Bakı “Asan xidmət” Mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 655347 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2021-ci il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 11 oktyabr 2021-ci il tarixində 5678 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia ərizəsi qismən təmin edilərək, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 149 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 01 sentyabr 2017-ci il təvəllüdlü X14 və 23 sentyabr 2021-ci il təvəllüdlü X11 İddiaçı yanında saxlanılması, 01 sentyabr 2017-ci il təvəllüdlü X14 və 23 sentyabr 2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 23 sentyabr 2021-ci il təvəllüdlü X11 üç yaşına çatana qədər saxlanılması üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1872/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək, xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay cavabdeh X5 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, qətnamənin alimentin tutulması hissəsində Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən dərhal icra edilməsi, X5 46,40 (qırx altı manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə köçürülməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, övladlığa götürmə ləğv edilməklə, xx.xx.2022-ci il tarixli, 011484 saylı “övladlığa götürmə haqqında” şəhadətnamənin ləğv edilməsi, ilkin doğum akt qeydində övladlığa götürmə barədə məlumatların ləğv edilməsi, doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında ata adı “X16”, milliyəti “azərbaycanlı” qeyd olunmaqla, yeni doğum haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. İşin mübahisəsiz halı odur ki, tərəflər 16 iyun 2015-ci ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü X16, xx.xx.2017-ci il təvəllüdlü X14 və xx.xx.2021-ci il təvəllüdlü X15 anadan olmuş, tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, həmçinin 01 sentyabr 2017-ci il təvəllüdlü X14 və 23 sentyabr 2021-ci il təvəllüdlü X11 İddiaçı yanında saxlanılması, 01 sentyabr 2017-ci il təvəllüdlü X14 və 23 sentyabr 2021-ci il təvəllüdlü X11 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 193 (yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, 23 sentyabr 2021-ci il təvəllüdlü X11 üç yaşına çatana qədər saxlanılması üçün hər ay 40 (qırx) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, alimentin tutulma müddətinin xx.xx.2023-cü il tarixdən hesablanması qət edilmişdir. Yasamal Rayon Məhkəməsinin 2(004)-3498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, övladlığa götürmə ləğv edilməklə, xx.xx.2022-ci il tarixli, 011484 saylı “övladlığa götürmə haqqında” şəhadətnamənin ləğv edilməsi, ilkin doğum akt qeydində övladlığa götürmə barədə məlumatların ləğv edilməsi, doğum haqqında akt qeydində ata haqqında məlumat qrafasında ata adı “X16”, milliyyəti “azərbaycanlı” qeyd olunmaqla, yeni doğum haqqında şəhadətnamənin verilməsi qət edilmişdir. İddiaçı onun himayəsində olan X1 üçün aliment tələb edir, Cavabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsində təsbit edilmişdir ki, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.1-75.4cü maddələr). Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən isə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcəllənin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Məhkəmə ilk növbədə uşağın yüksək mənafeyini, cavabdehin razılığını və tərəflərin maddi vəziyyətini nəzərə alaraq, hesab edir ki, uşağın saxlanılması üçün aliment cavabdehdən hər ay sabit pul məbləği şəklində tutulmalı və tutulacaq sabit pul məbləğinin miqdarına münasibətdə isə məhkəmə hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat məbləğində aliment tutulması ağlabatan məbləğ kimi qəbul edilə bilər. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanuna görə 2025-ci il üçün yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericilklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-cü bəndinə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “ 20 ” dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarının 1.2.1-ci bəndindəki mövqe nəzərə alınmaqla Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməli olduğundan, həmçinin cavabdehin razılığını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd edir ki, alimentin tutulması xx.xx.2025-ci il tarixdən hesablanmalı və qətnamə dərhal icra edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X10 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,63 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar