Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3622/2021 05.08.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Hacıyev Ceyhun Kamal oğlunun katibliyi, İddiaçı , Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın hərracda satılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: İddiaçı Cavabdeh qarşı “əmlakın həracda satılması” tələbinə dair iddia ərizəsi ilə 08.05.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, birgə nikah dövründə əldə edilmiş “Dacia Logan” markalı, 2007-ci il buraxılışlı, açıq yaşıl metal rəngli üniversal tipli, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin satılaraq ona məxsus ½ hissəsinin ona verilməsinə dair qətnamə çıxarılmasını etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirir ki, onun Cavabdeh ilə nikahı Qəbələ rayon Tun-tül icra nümayəndəliyində 21.08.1996-cı il tarixli, 23 nömrəli akt qeydi ilə qeydiyata alınmışdır. 04.08.2020-ci il tarixli 2(004)-2988/2020-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Yasamal rayon Məhkəməsinin 29.09.2020-ci il tarixli 2(004)-4178/2020-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş əmlak məhkəmə qətnaməsi əsasında bölünmüşdür. Dəfələrlə Cavabdeh birgə nikah dövründə əldə olunmuş “DACİA LOGAN” markalı, 2007-ci il buraxılışı, açıq yaşıl metalik rəngli, universal tipli, ** TJ *** dövlət qeydiyyatlı nişanlı minik avtomobilin satılaraq ona düşən hissəsini ödəməsini bildirsə də cavabdehlə razılığa gələ bilməmişlər. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirir ki, hazırda iddiaçıya payının müqabilində 4000 manat verə bilər, bundan artıq verməyə maddi gücü çatmır. Əgər iddiaçı 4000 manatla razı deyilsə avtomobilin hərracda satılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-4178/2020 saylı, 29.09.2020-ci il tarixli qətnaməsinə əsasən “Dacia Logan” markalı, 2007-ci il buraxılışlı, açıq yaşıl metal rəngli üniversal tipli, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilərək həmin hissədə pay hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan Cavabdeh 27.05.2021-ci il tarixli ərizəsinə əsasən o, idiiaçının ona 5000 manat müqabilində payından imitina etməsi barədə təklifi ilə razı olmadığını və əmlakın hərracda satılmasına etiraz etmir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflərin sözügedən avtomobil üzərində payları müəyyən olunmuşdur. Avtomobilin naturada bölünməsi mümkün deyildir. İddiaçı cavabdehə müraciət edənədək avtomobilin üzərində olan payını 5000 manat müqabilində cavabdehə təklif etmişdir. Lakin razılıq əldə olunmamışdır. Ona görə də iddiaçı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və dəyərinin paylara uyğun bölünməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, paylı mülkiyyətçilər arasında payın ayrılması ilə bağlı razılıq əldə olunmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edir. Mülki Məcəllənin 220.4-cü və 220.6-cı maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər, həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, iddia təmin edilməli, paylı mülkiyyətdə olan “Dacia Logan” markalı, 2007-ci il buraxılışlı, açıq yaşıl metal rəngli üniversal tipli, **-TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına uyğun 1/2 hissədə bölünməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. “Dacia Logan” markalı, 2007-ci il buraxılışlı, açıq yaşıl metal rəngli üniversal tipli, **- TJ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına uyğun 1/2 hissədə bölünsün. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3622/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3622/2021
05.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver