Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3625/2023 07.12.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “əmlakın qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Mülkiyyətində olan daşınar əmlaklarının (Mebellər: Yataq dəsti mebel-1920AZN (Mebel tam hazır deyildi), Məişət avadanlığı: Yataq otağı pərdə-200AZN, Qonaq otağı pərdə-300AZN, Mətbəx pərdə+balkon-150AZN, Lüstr-120AZN, Yorğan çamadan-140AZN, Ədyal çamadan-120AZN, Pastel-3 dəst- 200AZN, Yataq örtüsü pakreval-120AZN, Dəsmal böyük-2 ədəd-45AZN, Asılqan+şpilka- 50AZN, Taxt döşək- 1ədəd-200AZN, Yorğan-lədəd-100AZN, Yorğan-lədəd-100AZN, Yastıq-6ədəd-6*25AZN=150AZN, Yataq pastel-3 paçka-200AZN, Ayaq altı-2 ədəd- 20AZN, Süfrə-1 ədəd-80AZN, Qaz sobası-270AZN, Qazan Nerj-Karaca dəst-300AZN, Qazan Bioqranit-Karaca dəst-250AZN, Servis yemək dəsti-Karaca-1000AZN, Servis qaşıq dəsti-12 nəfərlik-Karaca-200AZN, Bıçaq dəst-Karaca-80AZN, Bakal-6 ədəd- Karaca(xrustal)-80AZN, Meyvə qabı,Tort qabı+6 boşqab dəst-Karaca-80AZN, Xrustal stəkan-12 ədəd-Karaca-100AZN, Kofe dəst EMSAN-50AZN, Sok stəkan LUMİNARC- 30AZN, Çay dəsmalı-6 ədəd-dəst-20AZN, Çay dəsmalı-1 ədəd-10AZN, Çay dəsmalı-3 ədəd-dəst-20AZN, Paltaryuyan maşın-ARÇELİK-480AZN, Hamam vedrəsi+qablar- 50AZN, Dəsmal əl-üz-6 ədəd-Türkiyə-60AZN, Dəsmal əl-üz-6 ədəd-1 paçka-Türkiyə- 60AZN, Dəsmal əl üz-1 ədəd-10AZN, Yataq örtüsü-9 ədəd-180AZN, Mikser-280AZN, Şəkil albomu-300AZN. Qızıllar: Qızıl-Komplekt-Brilliant-1600AZN, Üzük tək-Brilliant- Nişan üzüyü-1500AZN, Gümüş dəst-200AZN. Şəxsi əşyalar: Krasovka təzə 1 ədəd- HƏDİYYƏ, Ev şəpiti-2 ədəd-HƏDİYYƏ, Ətir-4 ədəd-HƏDİYYƏ, Kosmetik vasitə (krem və s.)-HƏDİYYƏ, Telefon Samsung A53-800AZN. CƏM 12225 AZN) Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri aytarılması, qeyd olunan daşınar əmlaklar olmadıqda həmin qeyd olunan daşınar əmlakların dəyərinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizə belə əsaslandırılmışdır ki,İddiaçı Ağaşırın qızı iş üzrə Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 6 saylı Bakı "Asan xidmət" Mərkəzinin qeydiyyat şöbəsində nikaha daxil olub, ailə qurublar. Nikahları 2563 №-li qeyd ilə reyestrə daxil edilmişdir. Birgə nikahlarından övladları doğulmamışdır. Cavabdeh ilə xasiyyətlərinin tutmaması birgə yaşamaqlarının mümkün olmamasının əsas səbəbidir. Belə ki, faktiki olaraq bir yerdə yaşadıqları dövrdə dəfələrlə aralarında ciddi ünsiyyət problemləri yaşanmağa başlamış, ailə münaqişəsi zəmnində dəfələrlə əsassız mübahisə edərək ona fiziki və psixoloji təzyiqlər göstərmişdir. xx.xx.2023-cü il tarixdə Xətai rayon Məhkəməsində nikahlarına xitam verilmişdir. Cavabdeh Nağıyevıç ilə nikah bağladıqdan sonra mövcud olan adət-ənənələrə uyğun olaraq cavabdehin yaşadığı Bakı şəhəri, Yasamal rayonu Moskva prospekti 3168-cı məhəllə, MAİN yaşayış kompleksi bina 31, mənzil 77-yə ünvanında yerləşən mənzilə gəlin köçərək "cehiz" kimi müəyyən daşınar əmlakı, o cümlədən ona Cavabdeh valideynlərinin hədiyyə olaraq vermiş olduqları qızıl-zinət əşyalarını özü ilə gətirmişdir Apardığı daşınar əmlakın siyahısı: Mebellər: Yataq dəsti mebel-1920AZN (Mebel tam hazır deyildi), Məişət avadanlığı: Yataq otağı pərdə- 200AZN, Qonaq otağı pərdə-300AZN, Mətbəx pərdə+balkon-150AZN, Lüstr-120AZN, Yorğan çamadan-140AZN, Ədyal çamadan-120AZN, Pastel-3 dəst-200AZN, Yataq örtüsü pakreval-120AZN, Dəsmal böyük-2 ədəd-45AZN, Asılqan+şpilka-50AZN, Taxt döşək- 1ədəd-200AZN, Yorğan-lədəd-100AZN, Yorğan-lədəd-100AZN, Yastıq-6ədəd- 6*25AZN=150AZN, Yataq pastel-3 paçka-200AZN, Ayaq altı-2 ədəd-20AZN, Süfrə-1 ədəd-80AZN, Qaz sobası-270AZN, Qazan Nerj-Karaca dəst-300AZN, Qazan Bioqranit- Karaca dəst-250AZN, Servis yemək dəsti-Karaca-1000AZN, Servis qaşıq dəsti-12 nəfərlik-Karaca-200AZN, Bıçaq dəst-Karaca-80AZN, Bakal-6 ədəd-Karaca(xrustal)- 80AZN, Meyvə qabı,Tort qabı+6 boşqab dəst-Karaca-80AZN, Xrustal stəkan-12 ədəd- Karaca-100AZN, Kofe dəst EMSAN-50AZN, Sok stəkan LUMİNARC-30AZN, Çay dəsmalı-6 ədəd-dəst-20AZN, Çay dəsmalı-1 ədəd-10AZN, Çay dəsmalı-3 ədəd-dəst- 20AZN, Paltaryuyan maşın-ARÇELİK-480AZN, Hamam vedrəsi+qablar-50AZN, Dəsmal əl-üz-6 ədəd-Türkiyə-60AZN, Dəsmal əl-üz-6 ədəd-1 paçka-Türkiyə-60AZN, Dəsmal əl üz-1 ədəd-10AZN, Yataq örtüsü-9 ədəd-180AZN, Mikser-280AZN, Şəkil albomu- 300AZN. Qızıllar: Qızıl-Komplekt-Brilliant-1600AZN, Üzük tək-Brilliant-Nişan üzüyü- 1500AZN, Gümüş dəst-200AZN. Şəxsi əşyalar: Krasovka təzə 1 ədəd-HƏDİYYƏ, Ev şəpiti-2 ədəd-HƏDİYYƏ, Ətir-4 ədəd-HƏDİYYƏ, Kosmetik vasitə (krem və s.)-HƏDİYYƏ, Telefon Samsung A53-800AZN. CƏM 12225 AZN. Cavabdeh Nağıyeviç göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu geri qaytarmaqdan imtina etmişdir. İddiaçı hesab edir ki, onun mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Ağaşırın qızının nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, sorğudan da göründüyü kimi, iddiaçının nömrəsi öz köhnə iphone markalı telefonu, anasının telefonu və Samsung A53 markalı telefon olmaqla 3 ədəd mobil telefonda istifadə olunmuşdur. Bakcelldə işləyən mütəxəssisdən öyrəndiyinə görə İMEİCHECK.com saytına daxil olub kodu daxil etdikdən sonra telefonun markası Samsung A53 çıxır. Sonuncu rəqəm adətən nəzarət kodu olduğuna görə 1-9 aralığında digər rəqəmlər də çıxa bilir. Digər telefonlarda da elə çıxmışdı. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbi ilə qismən razı olduğunu bildirərək ona verilən suallara cavab olaraq bildirmişdir ki, məhkəməyə təqdim etdiyi diskdəki video yanvarın 26-sı çəkilmişdi. Həmin gün o Qəbələyə getməli idi, bu səbəbdən Vüsaləni 2 günlük anasıgilə aparıb qoymuşdu. O vaxt ayrılmamışdılar, ayrılmaq fikri yox idi. Evə ustalar gələcəkdi. Ona görə Vüsaləyə demişdi ki, qızılları da özü ilə götürsün. Balaca çantası var idi. İçərisinə qızılları və 1 ədəd ətir qoymuşdu. Digər əşyalarını qardaşı aparmışdır. Vüsaləni anasıgilə qoyandan 2 həftə sonra Moskvaya getmişdi. Getməmişdən öncə Vüsaləgilə getmişdi. Vüsaləyə də bildirmişdi ki, o, Moskvaya Vüsalənin əmisigilə gedir. Vüsaləyə demişdi ki, gedib ev tutsun, gəlib onu da aparacaq. O isə narazılığını bildirmişdi. Moskvada olanda da hər gün zəng edirdi. Vüsaləyə qayıdandan sonra gedib anasıgildə qalmaqlarını bildirmiş, Vüsalə isə ona onun anasıyla qalmaq istəmədiyini bildirmişdi. Boşanma səbəbi telefonla danışan zaman Vüsalənin onun adını səhv salması ilə bağlı olmuşdur. Vüsaləni anasıgilə aparanda ayrılmaq fikri olmamışdı. Qaz pilətəsini özü 235 manata almışdı. Mebel ustası İsrafil Abdulov mebelləri hissə-hissə gətirmişdi. Bütün əşyaları təhvil verməmişdi. Vüsaləgil ustanın pulunu verməmişdilər. O Qəbələdə olanda İsrafil Abdulov zəng edərək mebelləri gətirdiyini bildirmiş, o isə ustaya mebelləri geri qaytarmasını demişdir. Evdə 1 ədəd şifoner qalıb, onu da çıxartmaq mümkün olmamışdı. Vüsaləgilə dəfələrlə demişdi ki, İsrafil mebelin pulunu istəyir. İsrafil beh istəməmişdi. Çünki ona mətbəx mebeli yığırdı. Vüsalənin bacısı onun anasına usta üçün 1000 manat verməmişdir. Hal-hazırda evdə 1 ədəd ətir var. Bundan başqa, o heç kimə telefon hədiyyə etməmişdir. Şəkillərdəki A73 markalı telefon isə iş yoldaşınındır. Bütün şəkillərdə dostu yanında olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini qismən qəbul edərək izahatında bildirmişdir ki, iddia tələbini yataq dəsti mebelin dəyəri ilə bağlı hissədə, siyahının 37-ci bəndində göstərilən "yataq örtüsü 9 ədəd-180 manat", 270 manat dəyərində qaz sobası, 1 ədəd təzə krossovka, "Samsung A 53 - 800 manat və qızıl əşyalarla bağlı hissədə qəbul etmirlər. İddiaçı evi tərk edərkən qızılları özü ilə aparmışdır. Videoda da göründüyü kimi cavabdeh evlərinə gedəndə üstündə balaca çanta olmuşdur. Qızıl əşyaları da məhz həmin çantada aparmışdır. Siyahıda adlarını qeyd etdiyi əşyalar ümumiyyətlə mövcud deyil. İddia ərizəsində göstərilən qaz sobasının cavabdeh tərəfdən alındığını sübut edən sənədləri məhkəməyə təqdim etmişdirlər. Qeyd etdiyi xüsusatlar nəzərə alınmaqla iddia tələbinin qismən təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, o iddiaçı və cavabdehi tanıyır. Cavabdehlə uzaq qohumluq əlaqəsi var. Heç bir düşmənçiliyi və ədavəti yoxdur. Mebel sifarişi vasitəsilə tanış olublar. Mebel üçün 600 manat əvvəl veriblər, daha sonra isə 270 manat ödəyiblər. Mebelin ümumi qiyməti isə 4900 manat təşkil edirdi. Mebel dəstinə şfaner, tumbalar, taxt və termo daxil idi. Pulunu ödəmədiklərinə görə taxtı, tumbaları və termonu mənzildən aparmışdır. Təkcə şfoner və yataq qalmışdır. İddiaçı 870 manat pulu nəğd şəkildə deyil, kart hesabına göndərmişdir. Əlavə də ona pul verilməmişdir. Ustalar pulunu istədiklərinə, pulun vermədiyinə görə o, əşyalarını aparmışdır. Şfoneri və taxtı əvvəlcə göndərmişdilər. Digər mebelləri toydan sonra aparmışdılar və şəxsən özü də iştirak etmişdir. Mebellərin materialı Türkiyə istehsalıdır. Geri götürdüyü mebellər hal-hazırda sexdədir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 bildirmişdir ki, təxminən 6 noyabr 2022-ci il tarixdə o 10 ədəd yüzlük şəklində 1000 manat pulu ustaya çatdırmasından ötrü Validə Axundovaya vermişdir. Mebelin ilkin ödənişi kimi Validə xanım bildirmişdir ki, usta beh istəyir. O da aparıb əlbəəl onların evlərində vermişdir. Yataq dəsti üçün 1000 manat bir, 600 manat bir, 270 manat bir ödəmişdir. Bacısı gəlin köçməmişdən öncə evin bəzədilməsində şəxsən iştirak etmişdir. O zaman orada taxt və şfaner var idi. Səbəbini soruşduqda isə Nəsbulla bildirmişdir ki, ustanın iş yükü çox olduğundan çatdıra bilməyibdir. Ödəniş üçün 1000 manat ödəmişlər. Bildiriblər ki, sonradan pulu hissə-hissə ödəyərlər. Onlar da razılışmışdılar. Nikah günü Validə xanım nikah hədiyyəsi olaraq bacısına samsung A53 markalı, mavi rəngli telefon hədiyyə etmişdi. Yanvar ayının 27-si Nəsib Vüsaləni onlara gətirmişdir. Bildirmişdi ki, işlə əlaqədar olaraq Qəbələyə gedir. Daha sonra eşitmişdirlər ki, Moskvadadır. Bacısı gələndə heçnə gətirməmişdir. Karacadan olan cehiz əşyaları o almışdır. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 bildirmişdir ki, iddiaçı onun qonşusudur. Çox yaxın münasibətləri var. Bir evli kimidirlər. Bir-birlərinin xeyirinə-şərinə gedirlər. Nişanda da, toyda da iştirak etmişdir. Nəvəsi də nişanlı olub deyə toy üçün alınan cehizlərə gedib baxmışdır. Toydan sonra da tez-tez Vüsaləni soruşurmuş. Vüsalənin nə üçün gəlib-getmədiyi ilə maraqlananda anası bildirmişdir ki, Vüsalənin yoldaşı icazə vermir və qapını üzünə bağlayır. Yanvar ayının 3-ü Vüsaləgilə getmişdi və evdə yalnız bacısı Leyla var idi. Leyla ona bildirmişdir ki, Vüsaləgildə nəsə hadisə baş verib, anasıgil onlara gediblər. Daha sonra yanvarın 26-sı Nəsbulla Vüsaləni anasıgilə gətirmişdi. Həmin vaxt o, qonşu ilə danışırdı və Vüsəgili görmüşdü. Vüsalənin əlində çantası yox idi. Məhkəmə icalsında şahid qismində ifadə verən X6 bildirmişdir ki, yanvarın 3-ü səhər vaxtı imiş. Vüsalə atasına zəng vurub və bildirmişdir ki, ata gəl məni buaradan qurtar. Onlar da gediblər. Görüblər ki Vüsalə pis vəziyyətdədir. Gecə saatlarında boğulma hadisəsi baş veribdir. Hətta polisə də düşüblər. Daha sonra polisdən qurtarmaq üçün atası ilə Nəsbulla gəlib və üzrxahlıq ediblər. O yenə də razı olmamışdır. Vüsalə aliləsinin dağılmasını istəməyib. Daha sonra yanvarın 26-idi. Nəsbulla onlara gətirib qoyub və demişdir ki, Qəbələyə gedir. Dsaha sonra gəlib aparmayıb. Eşidiblər ki Moskvadadır. Qızı gələndə əlində heçnə gətieməmişsie. Hətta paltar belə götürməmişdir və bacısının paltarlarını geyinirmiş. Daha sonra Validə xanım ona zəng vurub və mübelin 3000 manat başa gəldiyini bildirmişdir. Pul məsələsində də Validə xanım bildirib ki, usta beh istəyir. O da 1000 manat verib və Leyla Validə xanıma aparıb vermişdir. Mebelə də əlavə olaraq 870 manat pul veriblər. Məhkəmə tərəflərin izahatlarını, şahid qismində məhkəmə iclaslarında iştirak etmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3202/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə 6 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2563 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı X4 dəyəri 200 manat polan KRC Kengo 84 parçadan ibarət çəngəl, dəyəri 99 manat olatn Bio qranit qazan, dəyəri 300 manat olan Tokio 60 parçadan ibarət yemək dəsti almışdır. xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, alıcı X4 ümumi dəyəri 204.60 manat olan X14 9 parça, RCR X13 Coblets, X12 və Berghoff 7pc knife adda məxtəx əşyaları almışdır. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qəbzinin surətindən görünür ki, müştəri X1 adına 1 ədəd paltaryuyan maşın (Arçelik firması) çatdırılımışdır. "xxxx" MMC-nin 5 iyun 2022-ci il tarixli ödəniş cədvəlindən görünür ki, X3 ümumi dəyəri 279,98 manat olan məhsulları 12 ay müddətinə hissə-hissə ödəmək şərti ilə almışdır. xx.xx.2022-ci il tarixli qaimə fakturaya əsasən ki, 03 ədəd pastel dəstinin qiyməti 200 manat, 03 noyabr 2022-ci il tarixli qaimə fakturaya əsasən 6 ədəd yastığın qiyməti 150 manat, 30 oktyabr 2023-cü il tarixli qaimə fakturaya əsasən ağ rəngli tül və pərdənin qiyməti 500 manat, xx.xx.2022-ci il tarixli fakturaya əsasən 1 ədəd kvadrat tavanın qiyməti 120 manat olması müəyyən edilir. xx.xx.2022-ci il tarixli qaimə fakturadan görünür ki, 1 dəst pakrıval, 2 dəst dəsmal, 1 ədəd süfrə, 3 ədəd çay dəsmalı, yorğan dəsti və adyalın cəmi dəyəri 525 manat təşkil edir. 30 noyabr 2022-ci il tarixli qaimə fakturadan görünür ki, 6 ədəd əl-üz dəsmalı, 6 ədəd çay dəsmalı və 6 ədəd əl-üz dəsmalının cəmi dəyəri 140 manat təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanladığı ərizənin məzmunundan görünür ki, 03 oktyabr 2023-cü il tarixdə keçirilən prosesdə hüquqlarını müdafiə edən Vəkil1 yalnışlıqla cavabdehə hədiyyə olunmuş qızıl zinyət əşyalarının qiymətinin iddia ərizəsində qeyd olduğu kimi, yəni qızıl komplekt brillianyın 1600 manat, tək brilliyant nişan üzüyünün 1500 manat olduğunu demişdir. Qeyd etmək istəyir ki, sözügedən qızıllar onun tərəfindən Moskva Univermağında sexlərdə çirkon daşlarla 500 manata düzəldilmiş, qızıl suyuna salınmış gümüş olmuşdur. Nümayəndəsinin qızıllarla bağlı verdiyi ifadənin nəzərə alınmamasını xahiş edir. Bununda bağlı iddiaçı tərəfindən verilmiş ekspertizanın keçirilməsin barədə vətatin təmin edilməsini xahiş edir. Həmçinin, onu da qeyd edir ki, 03 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahidlər bildirmişdirlər ki, cavabdehi xx.xx.2023-cü il tarixində anasıgilə apararkən, onun üzərində hər hansı bir çanta olmamışdır. Bununla bağlı elektron daşıyıcıda olan məlumatı məhkəməyə təqdim edir. Cavabdehin üzərinə LV markalı çanta olmuşdur və bu, videoda aydın surətdə görünürş Həmin şahidlərin ifadələrinin yalan olduğunun sübutudur. Xahiş edir ki, şahidlərin verdikləri ifadələrə görə barələrində müvafiq tədbir görülsün. "xxxx" MMC-nin BKC/LGL-12661/23 saylı, xx.xx.2023-cü il tarixli məktubundən görünür ki, Azərbaycan Respublikasının Cinayət-Peosessual Məcəlləsinin 16.2, 177.3.5 və 177.4.4- cü maddələrinin tələbinə əsasən, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki kanallar vasitəsi ilə ötürülən məlumatların və başqa məlumatların tutulması məhkəmənin qərarı ilə və şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üzrə sübutların müəyyən edilməsi üçün təxirə salına bilməyən hallar yarandıqda məhkəmə qərarı olmadan müstəntiqin qərarı ilə həyata keçirilə bilər. Bütün bunları nəzərə alaraq, qeyd olunan nömrənin anten dairəsi məlumatların təqdim olunması yalnız müvafiq məhkəmə qərarı və göstərilən hallar olduqda isə, məhkəmə qərarı olmadan müstəntiqin qərarı ilə həyata keçirilir. Unibank MMC-nin HTİD-OUT-01902-2023 saylı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 08 avqust 2023-cü il tarixli, 2(004)-3625/2023 saylı məktuba cavab olaraq bildiririlər ki, bank sirrini təşkil edən məlumatlar yalnız müştərilərin özlərinə və onların nümayəndələrinə, həmçinin kənar auditorlara və maliyyə bazarlarına nəzarət orqanına verilir. Belə ki, sorğu ilə tələb etdiyiniz məlumatlar bank sirrini təşkil etdiyindən həmin məlumatların məhkəmə qərarı olmadan sizə təqdim olunması "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin tələbləri baxımından qeyrimümkündür. "xxxx" MMC-nin xx.xx.2023-ce il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023-cü il tarixli, 2(004)-3625/2023 saylı məktubun icrası olaraq bildirilir ki, sorğuda konkret müddət göstərilmədiyi üçün ********* saylı nömrənin xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında Azercell şəbəkəsində olan istifadəsi araşdırılmışdır və **********72660, **********74000 və **********59870 İMEİ kodlu cihazlarda istifadəsi aşkar edilmişdir. "xxxx" MMC-nin 27 noyabr 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, xx.xx.2023- il tarixli, 2(004)-3625/2023 saylı məktubun icrası olaraq bildirilir ki, qeyd olunan ********* saylı nömrənin xx.xx.2023-xx.xx.2023-cü il tarixlərində “2-ci Alatava qəsəbəsi; 4-cü mikr. R.Cəliyev küçəsi; M.Müşviq küçəsi 501-ci məhəllə; FHN təzə binası; Xətai rayonu, Gəncə pr.39; Gəncə prospekti; Xaçmaz rayonu Muxtadir qəsəbəsi; və KT QELEBE” kimi ünvanlarda istifadəsi aşkar edilmişdir. ********* saylı nömrənin xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə Azercell şəbəkəsində **********72660 və **********74000 İMEİ kodlu cihazlarda istifadəsi aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsin əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh xx.xx.2022-ci il tarixdə 6 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 2563 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan daşınar əmlakların və hədiyyə verilmiş əşyaların Cavabdeh qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması, qeyd olunan daşınar əmlaklar olmadıqda həmin əmlakların dəyərinin onun xeyrinə cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, Cavabdeh iddia tələbini qismən qəbul etdiyi hissəni nəzərə alaraq, məhkəmə hesab edir ki, 1 ədəd yataq otağı pərdəsi, 1 ədəd qonaq otağı pərdəsi, 1 ədəd mətbəx pərdəsi, 1 ədəd çılçıraq; 1 ədəd yorğan, 1 ədəd ədyal, 1 ədəd yataq örtüsü (pakreval), 2 ədəd böyük dəsmal, 1 ədəd asılqan-şpilka, 1 ədəd taxt döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, üç qutu yataq örtüyü, 2 ədəd ayaq altı, 1 ədəd süfrə, 1 ədəd qazan-nerj dəsti (Karaca firması), 1 ədəd qazan-biorqanit dəsti (Karaca firması), servis yemək dəsti (Karaca firması), 12 nəfərlik servis qaşıq dəsti (Karaca firması), bıçaq dəsti (Karaca firması), 6 ədəd bakal (Karaca firması), meyvə qabı tort qabı və 6 boşqab dəst (Karaca firması), 12 ədəd Xrustal stəkan (Karaca firması), 1 ədəd kofe dəst (Emsan firması), meyvə şirəsi stəkanı (Luminarc firması), 6 ədəd çay dəsmalı dəsti, 1 ədəd çay dəsmalı 3 ədəd çay dəsmalı dəsti, 1 ədəd paltaryuyan maşın (Arçelik firması), 1 ədəd hamam vedrəsi və qablar, 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 qutu - 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 ədəd mikserdən ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 5255 manat pul), 2 ədəd ev şəpiyi, 1 ədəd Trussardi markalı ətir, kosmetik vasitə (krem) cavabdehdən alınaraq İddiaçı verilməlidir. İddia tələbinin qızıl-zinət əşyalarının və ya həmin əşyaların dəyərinin qaytarılması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 03 oktyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxış iclasında qızıl-zinət əşyalarının dəyəri ilə razı olduqlarını, lakin iddiaçının həmin əşyaları özü ilə apardığını bildirmiş, daha sonra Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, nümayəndəsi və vəkili Vəkil1 yalnışlıqla cavabdehə hədiyyə olunmuş qızıl zinyət əşyalarının qiymətinin iddia ərizəsində qeyd olduğu kimi olduğunu bildirdiyindən həmin ifadənin nəzərə alınmamasını, qeyd edilən əşyaların gümüş olmaqla qızıl suyuna çəkildiyini və dəyərinin 500 manat olduğunu, iddiaçının evdən gedərkən özü ilə aparmasını qeyd etmişdir. Cavabdehin və onun nümayəndəsi və vəkilinin ziddiyyətli izahatlar verməsini və bununla bağlı məhkəməyə sübut təqdim etməməsini, eyni zamanda, qeyd etdiyi xüsustaların iş materiallarında olan fotoşəkillərlə, video yazılarla və şahid ifadəsi ilə təkzib olunduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbini qızıl-zinət əşyalarının geri qaytarılması hissəsində əsaslıdır. Qeyd edilən qızıl-zinyət əşyaları, həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda isə onların dəyəri olan 3300 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bundan başqa məhkəmə, iddia tələbini 1 ədəd Samsung A53 markalı telefon ilə bağlı hissədə əsaslı hesab edir. Belə ki, iş materiallarında olan sənədlərlə, şahid ifadəsi ilə, fotoşəkillərlə və "xxxx" MMC-nin sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdehlə nikahda olduğu müddətdə istifadəsində Samsung A53 markalı telefon olmuşdur. https://imeicheck.com saytından əldə edilmiş məlumatdan da görünür ki, **********72660 imei kodu Samsung Galaxy A53 markalı telefona məxsusdur. Məhkəmə, yataq mebeli dəstinin, olmadığı təqdirdə onun dəyərinin verilməsi hissəsində iddia tələbi qismən əsaslı hesab edir. Məhkəmə baxışı zamanı şahid ifadələri ilə sübuta yetirilmişdir ki, iddiaçı tərəfindən mebel dəstinin hazırlanmasından ötrü 840 manta məbləğində pul mebel ustası İsrafil Abdulovun kart hesabına köçürülmüş, 1000 manat məbləğində pul isə iddiaçının bacısı Leyla Bəyazova tərəfindən ustaya çatdırılmasından ötrü cavabdehin anası Validə Dadaşovaya verilmişdir. Hal-hazırda həmin mebel dəsti Cavabdeh evindədir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək, sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1 ədəd yataq otağı pərdəsi, 1 ədəd qonaq otağı pərdəsi, 1 ədəd mətbəx pərdəsi, 1 ədəd çılçıraq; 1 ədəd yorğan, 1 ədəd ədyal, 1 ədəd yataq örtüsü (pakreval), 2 ədəd böyük dəsmal, 1 ədəd asılqan-şpilka, 1 ədəd taxt döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, üç qutu yataq örtüyü, 2 ədəd ayaq altı, 1 ədəd süfrə, 1 ədəd qazan-nerj dəsti (Karaca firması), 1 ədəd qazan-biorqanit dəsti (Karaca firması), servis yemək dəsti (Karaca firması), 12 nəfərlik servis qaşıq dəsti (Karaca firması), bıçaq dəsti (Karaca firması), 6 ədəd bakal (Karaca firması), meyvə qabı tort qabı və 6 boşqab dəst (Karaca firması), 12 ədəd Xrustal stəkan (Karaca firması), 1 ədəd kofe dəst (Emsan firması), meyvə şirəsi stəkanı (Luminarc firması), 6 ədəd çay dəsmalı dəsti, 1 ədəd çay dəsmalı 3 ədəd çay dəsmalı dəsti, 1 ədəd paltaryuyan maşın (Arçelik firması), 1 ədəd hamam vedrəsi və qablar, 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 qutu - 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 ədəd mikserdən ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 5255 manat pul); qızıl-brilliant komplekt, 1 ədəd tək brilliant qaşlı nişan üzüyü və gümüş dəstdən qızıl-zinət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda qızıl zinyət əşyalarının dəyəri olan 3300 manat pul); 1 ədəd Samsung A53 markalı telefon (olmadığı təqdirdə dəyəri olan 800 manat pul); 2 ədəd ev şəpiki, 1 ədəd Trussardi markalı ətir, kosmetik vasitə (krem) və yataq mebeli dəsti (olmadığı təqdirdə 1840 manat pul) alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən təmin olunmuş hissəyə mütənasib olaraq iş üzrə ödənilmiş dövlət rüsumunun 123,58 (yüz iyirmi üç manat əlli səkkiz qəpik) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1 ədəd yataq otağı pərdəsi, 1 ədəd qonaq otağı pərdəsi, 1 ədəd mətbəx pərdəsi, 1 ədəd çılçıraq; 1 ədəd yorğan, 1 ədəd ədyal, 1 ədəd yataq örtüsü (pakreval), 2 ədəd böyük dəsmal, 1 ədəd asılqan-şpilka, 1 ədəd taxt döşək, 2 ədəd yorğan, 6 ədəd yastıq, üç qutu yataq örtüyü, 2 ədəd ayaq altı, 1 ədəd süfrə, 1 ədəd qazan-nerj dəsti (Karaca firması), 1 ədəd qazan-biorqanit dəsti (Karaca firması), servis yemək dəsti (Karaca firması), 12 nəfərlik servis qaşıq dəsti (Karaca firması), bıçaq dəsti (Karaca firması), 6 ədəd bakal (Karaca firması), meyvə qabı tort qabı və 6 boşqab dəst (Karaca firması), 12 ədəd Xrustal stəkan (Karaca firması), 1 ədəd kofe dəst (Emsan firması), meyvə şirəsi stəkanı (Luminarc firması), 6 ədəd çay dəsmalı dəsti, 1 ədəd çay dəsmalı 3 ədəd çay dəsmalı dəsti, 1 ədəd paltaryuyan maşın (Arçelik firması), 1 ədəd hamam vedrəsi və qablar, 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 qutu - 6 ədəd əl-üz dəsmalı (Türkiyə istehsalı), 1 ədəd mikserdən ibarət məişət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda həmin əşyalarının dəyəri olan 5255 manat pul); qızıl-brilliant komplekt, 1 ədəd tək brilliant qaşlı nişan üzüyü və gümüş dəstdən qızıl-zinət əşyaları (həmin əşyaların cavabdeh tərəfindən qaytarılması mümkün olmadığı halda qızıl zinyət əşyalarının dəyəri olan 3300 manat pul); 1 ədəd Samsung A53 markalı telefon (olmadığı təqdirdə dəyəri olan 800 manat pul); 2 ədəd ev şəpiki, 1 ədəd Trussardi markalı ətir, kosmetik vasitə (krem) və yataq mebeli dəsti (olmadığı təqdirdə 1840 manat pul) alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumunun 123,58 (yüz iyirmi üç manat əlli səkkiz qəpik) manat məbləğinə dair hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3625/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3625/2023
07.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver