Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3671/2020 26.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlərin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Bakı şəhər İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzilin alğı-satqısına dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mənzilin önündə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2020-ci il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzilin alğı-satqısına dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2020-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizə verərək ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzilin alğı-satqısına görə ödənilməli olan lakin ödənilməmiş 50000 (əlli min) ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirir ki, Cavabdeh1 ilə iddiaçı arasında xx xxxxxx 2014-cü il tarixdə mülkiyyətində olan ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzili 300000 ABŞ dolları məbləğində satılmasına dair öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən mənzilin alınması məqsədi ilə 100000 ABŞ dollan məbləğində beh ödəmişdir. Behi ödədikdən sonra onun mənzilinin qarşısında qeyri-qanuni olaraq tikinti işləri aparmış və mənzilin pəncərələrinin qarşısını tamamilə tutmuşdur. Geridə qalan məbləği isə dolların dəyərinin qalxmasını bəhanə gətirərək ödəməkdən imtina etmiş və beh kimi ödənilmiş 100000 ABŞ dollarının ödənilməsi tələbinə dair Səbail rayon Məhkəməsində iddia qaldırmışdır. Səbail rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(009)-2844/2019 saylı qətnaməsi ilə ondan 100000 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Sözügedən qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş, apelyasıya şikayəti təmin olunaraq iddia rədd edilmişdir. Qətnamə çıxarıldıqdan sonra müəyyən təzyiqlər etməklə yaranmış vəziyyətdən sui-istifadə edərək beh müqaviləsinin bağlanmasından xeyli müddət keçdikdən sonra iddiaçıya külli miqdarda ziyan vurmaqla xx xxxxxx 2019-cu il tarixində əlavə ödənilməli 200000 ABŞ dollan məbləği əvəzinə 254471 manat məbləğində pul ödəyərək alğı-satqı müqaviləsi bağlanmışdır. Aralarında bağlanmış xx xxxxxx 2014-cü il tarixli öhdəçilik müqaviləsinin şərtlərinə əsasən cavabdeh hazırda mübahisəsi gedən mənzilin alınması üçün ödəmiş olduğu behdən əlavə olaraq 200 000 ABŞ dolları ödədikdən sonra əsas alğı-satqı müqaviləsi bağlanmalı idi. Müxtəlif bəhanələrlə pulun ödənilməsini gecikdirməklə həm mənzilin önündə əlavə tikinti aparmış və mənzili başqa şəxsə satmağına süni şəkildə maneə yaratmışdır. Bunun nəticəsində banka olan kredit borcuna əlavə faizlər hesablanmış və iddiaçıya əhəmiyyətli dərəcədə zərər dəymişdir. Tərəflər mənzilin alqı satqı qiymətini 300 min dollar məbləğində razılaşıblar. xx.xx.2019-cu il tarixdə isə 150 min dollar ekvivalentində olan azərbaycan manatı ödənilmiş, qalan 50 min dollar ödənilməmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi və vəkili X2 izahat verərək bildirir ki, 2008-ci ildə tikinti başlayıb. 2009-cu ildə əmlak istismara verilib. Həmin binanı cavabdeh tikdirdiyi üçün həmin ərazini almaq elə cavabdehə də sərf edirdi. Binanın qabağı kəsilməyib. Çünki tikinti gedəndə istismara icazə verilmişdi. Müqavilə bağlananda bina hazır idi. İddiaçı istəsə başqasına sata bilərdi. Satanda əmlakın yüklü olduğunu bilməyib. 100 000 ABŞ dollar pulu onlardan şifahi formada istəyib. Əvvəlcə fikir belə olub ki, hissə-hissə ödəsin sonra cavabdeh bilib ki, iddiaçının külli miqdarda borcu var. Faktiki olaraq onlar əmlakı onlara sata bilərdilər. Evin qiymətləndirilməsi aparılıb. Qiymət 190 min manata düşüb. Əmlakın dəyəri 300 min dollar deyil. Onların bankla alğı-satqı müqaviləsi yoxdur. Sadəcə bank onları xəbərdar etdi ki, iddiaçı borcunu ödəyə bilmir. Səbail Rayon Məhkəməsində qətnamə qəbul olundu və onlar evi iddiaçıdan 254 min manata aldı. İddianın rədd olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh2arasında bağlanmış xx.xx.2019cu il tarixli, ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən, satıcı – İddiaçı tərəfindən alıcıya 254471,5 manat qiymətinə Bakı şəhəri Xətai rayonu, X4, ev 26 ünvanında yerləşən 4 otaqlı mənzil satılmışdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli öhdəlik müqaviləsinə əsasən satıcı İddiaçı adına olan mənzili 300.000 dollara satır, mənzili satmaq üçün ilkin olaraq 100.000 dollar beh aldı. Alıcı tərəfindən 24 ayın tamamına və ya 24 aya qədər alıcı tərəfindən etiraz olarsa satıcı verilən 100.000 dolları geri qaytararaq işə xitam vermək hüququna malikdir. İşin müəyyən edilmiş halları odur ki, İddiaçı ilə Cavabdeh1 arasında mənzilin alğı satqısına dair xx.xx.2014-cü il tarixdə öhdəlik müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixdə isə İddiaçı ilə Cavabdeh2arasında sözügedən mənzilin alğı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı xx.xx.2014-cü il tarixli öhdəlik müqaviləsinə istinad edərək cavabdehlərdən mənzilin satılmasına görə əlavə olaraq 50000 (əlli min) ABŞ dolları məbləğində pul tələb edir. Məhkəmə hesab edir ki, iddia əsassızdır. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, sözügedən öhdəlik müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış, mənzilin alğı-satqı müqaviləsi isə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmışdır. Bundan əlavə, alğı-satqı müqaviləsindən göründüyü kimi tərəflər arasında Bakı şəhəri Xətai rayonu, X4, ev 26 ünvanında yerləşən 4 otaqlı mənzilin 254471,5 manata satılması razılaşdırılmış, müqavilə üzrə əlavə ödənişlərin edilməsi nəzərdə tutulmamış, öhdəlik müqaviləsinə istinad olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı ünvan 1 mənzil 101 ünvanında yerləşən mənzilin alğı-satqısına görə ödənilməli olan lakin ödənilməmiş 50000 (əlli min) ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3671/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3671/2020
26.10.2020 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver