Məhkəmə qərarları › İş №2(102)-3866/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3866/2021

30.08.2021 · Müqavilələrin ləğv edilməsi - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3866/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, öhdəliyin yaranması əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xəlilov İsmayıl Kamil oğlundan və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)1829/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 05 iyun 2014-cü il tarixdə yazılı öhdəlik müqaviləsi ilə İddiaçı mülkiyyətində olan ünvan 1 saylı mənzili 300000 ABŞ dollarına Cavabdeh1 satmağı öhdəsinə götürmüş, ilkin olaraq 100000 dollar beh almışdır. 25 dekabr 2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə İddiaçı Bakı şəhəri, Xətai rayonu, X1, ev 26, 101 saylı mənzili Cavabdeh1 həyat yoldaşı Cavabdeh2 254471,5 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Bakı şəhər İcra Hakimiyyətinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ünvan 2 saylı mənzilin alqı-satqısına dair 25 dekabr 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi və mənzilin önündə cavabdeh tərəfindən tikilmiş qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 2 saylı mənzilin alqı-satqısına görə ödənilməli olan, lakin ödənilməmiş 50000 ABŞ dolları məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı və Cavabdeh1 arasında 05 avqust 2014cü il tarixdə iddia çının mülkiyyətində olan mənzilin 300000 ABŞ dolları məbləğində satılmasına dair öhdəlik müqaviləsi bağlanmışdır. Cavabdeh sözügedən mənzilin alınması məqsədi ilə 100000 ABŞ dolları məbləğində beh ödəmişdir. 25 dekabr 2019-cu il tarixində əlavə ödənilməli 200000 ABŞ dolları məbləği əvəzinə 254471 manat məbləğində pul odənilməklə tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər mənzilin alqısatqı qiymətini 300000 ABŞ dolları məbləğində razılaşmış, 25 dekabr 2019-cu il tarixdə isə ona 150000 ABŞ dolları ekvivalentində olan Azərbaycan manatı ödənilmiş, qalan 50000 ABŞ dolları dollar ödənilməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(004)3671/2020 nömrəli qətnaməsi ilə (hakim G.T.Axundova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məh kəməsi hesab etmişdir ki, sözügedən öhdəlik müqaviləsi iddiaçı ilə Cavabdeh1 arasında, mənzilin alqı-satqı müqaviləsi isə iddiaçı ilə Cavabdeh2 arasında bağlanmışdır. Bundan əlavə, alqı-satqı müqaviləsindən göründüyü kimi tərəflər arasında Bakı şəhəri, Xətai rayonu, X1, ev 26 ünvanında yerləşən 4 otaqlı mənzilin 254471,5 manata satılması razılaşdırılmış, müqavilə üzrə əlavə ödənişlərin edilməsi nəzərdə tutulmamış, öhdəlik müqaviləsinə istinad olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(004)-3671/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevra l 2021-ci il tarixli, 2(103)-1829/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevın sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.A.Məmmədovadan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2(004)-3671/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, həmin məhkəmənin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kolleg iyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1829/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti iddia ərizəsində göstərilən hallara istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsində iddiaçının iştirakı təmin olunmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər və vəkilləri məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat vermə mişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki halla rının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının hədlərini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 385-ci maddəsinə görə öhdəliyə əsasə n bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını 04020məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşmaqla yanaşı qeyd edir ki, hazırki iddianın təmini üçün qanuni əsas olmamışdır. Belə ki, iddiaçının mülkiyyətində olmuş daşınmaz əmlakın alqı-satqısına dair 25 dekabr 2019-cu il tarixdə notariat qaydasında müqavilə bağlanmış və Cavabdeh2 həmin müqavilə ilə tərəflərin razılaşdırdıqları qiyməti iddiaçıya ödəməsi işin mübahisəsiz halıdır. Belə olan halda iddiaçının satdığı mənzilinə görə əlavə pul tələb etməsi MM-in 386.1-ci maddəsinin tələblərinə ziddir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçının 05 iyun 2014-cü il tarixli öhdəlik müqaviləsinə istinadı əsass ızdır. Belə ki, həmin müqavilə MM-in 144.1 və 394-cü maddələrinin tələblərinə uyğun olaraq notariat qaydasında təsdiq olunmamışdır. Kassasiya şikayətinin digər dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən iddiaçı apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən olunmuş qaydada xəbərnaməli poçt vasitəsi ilə məlumatlandırılmış, lakin o, məhkəməyə gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq müalicəsi ilə bağlı məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı müraciətinə dair sübut təqdim etmədiyindən apellyasiya instansiyası məhkəməsinin işə iddiaçının iştirakı olmadan baxılması Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 fevral 2021-ci il tarixli, 2(103)-1829/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar