Məhkəmə qərarları › İş №2(004)-3712/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3712/2020

20.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3712/2020 20.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Axundova Günay Təyar qızı, İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı «sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə 13.07.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, təbii fəlakət hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş zərərə görə qanunla müəyyən olunmuş qaydada və miqdarda sığorta ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Hesab edirəm ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğundan hazırki iddia ərizəsini icraata qəbul etməkdən imtina edilməlidir. Belə ki, İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı «sığorta ödənişi” tələbinə dair iddia ərizəsi ilə 11.06.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, təbii fəlakət hadisəsi nəticəsində daşınmaz əmlaka dəymiş zərərə görə qanunla müəyyən olunmuş qaydada və miqdarda sığorta ödənişinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Yasamal rayon mhkəməsinin 2(004)-3295/2020 saylı 12.06.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi ərazi aidiyyəti qaydalarına əməl olunmaması əsası ilə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. İddiaçı 13.07.2020-ci il tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(004)-3295/2020 saylı qərardadından şikayət vermişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-3295/2020 15.07.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 iyun 2020-ci il tarixli, 2(004)- 3295/2020 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının MPM-nin 153.2.4-cü maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair başqa məhkəmənin icraatında iş olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 153.2.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh «xxxxxxxxxxxxx» ASC-yə qarşı “sığorta ödənişi” tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə verilə bilər. Hakim: Günay Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar