Məhkəmə qərarları › İş №2(004)-3732/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3732/2023

23.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3732/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Fariz Ariz oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yenidən güzəştli cədvəllərlə hazırlanması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yenidən güzəştli cədvəllərlə hazırlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iştirak edərək iddia ərizəsində göstərilən xüsusatları müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın əsassız olduğunu, iddia tələbinə dair hazırki mülki iş üzrə iddiaçının subyektiv hüququnun olmamasını bildirməklə təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli **********58114 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən vətəndaş X1 illik 19% dərəcəsi ilə 48 ay müddətinə 18200 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli **********58114/ip nömrəli ipoteka müqaviləsinə əsasən müəyyən olunur ki, ipoteka qoyan X3 mülkiyyətində olan Qusar şəhəri, Əzizbəyov küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin xx.xx.2014-cü il tarixli **********58114 nömrəli kredit müqaviləsinin təminatı kimi ipoteka yüklü etmişdir. İş materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(029)- 38/2019 nömrəli qətnaməsinə əsasən müəyyən olunur ki, iddiaçı "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən X2 cəlb edilməklə cavabdehlər X3 və İddiaçı qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası qismən təmin edilmişdir. Həmin qətnamədən müstəqil tələb irəli sürməyən X2 tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-425/2020 qətnaməsi ilə apellyasiya şikayət təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-425/2020 qətnaməsindən müstəqil tələb irəli sürməyən X2 tərəfindən kasasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali məhkəməsinin 2(102)-5097/2020 nömrəli qərar ilə kasasiya şikayət təmin edilməmişdir. Araşdırma zamanı müəyyən edilir ki, Qusar şəhəri, Əzizbəyov küçəsində yerləşən 0,04 ha torpaq sahəsi və torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi tələb üzrə məhkəmə qərarının icrası nəticəsində hərrac yolu ilə tələbkar "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Göstərilən xüsusat mülki işin mübahisəsiz halıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar,başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Qeyd olunan 3 elementdən ikinci və üçüncü elementlər birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, yuxarıda qeyd olunan normalara əsasən, İddiaçı müvafiq iddia tələbi ilə bağlı subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı kredit və ya ipoteka müqavilələri üzrə müqavilə tərəfi olmamışdır. Həmçinin, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" ASC-nin müstəqil tələb irəli sürməyən X2 cəlb edilməklə cavabdehlər X3 və İddiaçı qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan yaşayış sahəsindən çıxarılma” tələbinə dair iddiası İddiaçı qarşı məhz mənzildən çıxarılma tələbinə aid hissədə qaldırılmışdır. Sözügedən tələb üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Bundan əlavə, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019cu il tarixli Fərmanı fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarına münasibətdə hüquqi əsas kimi çıxış edir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli **********58114 nömrəli kredit müqaviləsinə əsasən müəyyən olunur ki, "xxxx" ASC tərəfindən vətəndaş X1 illik 19% dərəcəsi ilə 48 ay müddətinə 18200 ABŞ dolları kredit verilmişdir. Məhkəmə iddiaya iddiaçının tələbi həcmində baxır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin prinsipləri rəhbər tutulmaqla məhkəmənin öz təşəbüssü ilə tərəflərdən (iddiaçı, cavabdeh, 3-cü şəxs, maraqlı şəxs və s.) hər hansı birinin xeyrinə və ya əleyhinə sübutlar toplaması yolverilməzdir. Nəzərə almaq lazımdır ki, mülki prosesdə məhkəmə arbitr rolunda çıxış etməklə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qanuni və əsaslandırılmış qərar qəbul etməlidir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238, 227,358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “ipoteka predmetinə tutmanın yenidən güzəştli cədvəllərlə hazırlanması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fariz Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar