Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(004)-3749/2023 02.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Sultanova-Məmmədova Ayşən Ramiz qızının sədrliyi, Qasımova Səmra Elçin qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “məzuniyyət pulunun əvəzinin verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “məzuniyyət pulunun əvəzinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2006-cı il tarixindən başlayaraq 2019-cu ilədək alınmamış məzuniyyət pulunun əvəzinin cavabdehdən alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilmədini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı hazırki mülki iş üzrə cavabdehlə aralarında razılıq əldə olunduğunu, razılıq əsasında Barışıq sazişi tərtib olunduğunu bildirdi və Barışıq sazişinin təsdiq olunmasını, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 məhkəməyə təqdim edərək, təsdiq olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, barışıq sazişini və iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq olunmalı, mülki işin icraatına xitam verilməlidir. İş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər: 1.Ümumi müddəalar: 1.1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3749/2023 saylı mülki işi üzrə mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir. 1.3. Bu Barışıq sazişi təsdiqləndikdən sonra məhkəməyə təqdim edilir. 2.Tərəflərin öhdəlikləri: 2.1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı televiziyada işlədiyi müddət ərzində çıxmadığı məzuniyyət illərinə görə məzuniyyət pulunu razılaşdıraraq - cəmi 6385 (altı min üç yüz səksən beş) manat məbləği birdəfəlik ödəməyi öz öhdəsinə götürür. 2.2. İddiaçı də yuxarıda qeyd edilən məzuniyyət pulunu aldıqdan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə irəli sürdüyü iddia tələbindən imtina edir. 3.Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri: 3.1. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir. 3.2. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 3.3. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 3.4. Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə tərəfindən təsdiqlənməklə iş üzrə icraatın başlanması üçün əsasdır. 3.5. Bu saziş 3 nüsxədən ibarət tərtib edilir və təsdiq olunur. Nüsxələrin ikisi tərəflərdə qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün məhkəməyə təqdim olunur. Azərbaycan Respublikası MPM-nin: 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261, 263-264 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı və cavabdeh "xxxx" QSC-nin sədri Rövşən Məmmədov arasında 31 iyul 2023cü il tarixdə bağlanmış, aşağıdakı şərtlərdən ibarət Barışıq sazişi təsdiq edilsin: 1.Ümumi müddəalar: 1.1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3749/2023 saylı mülki işi üzrə mübahisəni barışıq yolu ilə həll edirlər. 1.2. Barışıq sazişinin bağlanmasının hüquqi nəticələri, o cümlədən Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri onlara tam izah edilmişdir. 1.3. Bu Barışıq sazişi təsdiqləndikdən sonra məhkəməyə təqdim edilir. 2.Tərəflərin öhdəlikləri: 2.1. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti İddiaçı televiziyada işlədiyi müddət ərzində çıxmadığı məzuniyyət illərinə görə məzuniyyət pulunu razılaşdıraraq - cəmi 6385 (altı min üç yüz səksən beş) manat məbləği birdəfəlik ödəməyi öz öhdəsinə götürür. 2.2. İddiaçı də yuxarıda qeyd edilən məzuniyyət pulunu aldıqdan sonra "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə qarşı məhkəmədə irəli sürdüyü iddia tələbindən imtina edir. 3.Barışıq sazişinin təsdiqi və hüquqi nəticələri: 3.1. Bu barışıq sazişi imzalandığı andan qüvvəyə minir. 3.2. Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. 3.3. Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 3.4. Barışıq sazişinin şərtlərinin pozulması və ya layiqincə icra edilməməsi məhkəmə tərəfindən təsdiqlənməklə iş üzrə icraatın başlanması üçün əsasdır. 3.5. Bu saziş 3 nüsxədən ibarət tərtib edilir və təsdiq olunur. Nüsxələrin ikisi tərəflərdə qalır və digər nüsxəsi isə təsdiq edilməsi üçün məhkəməyə təqdim olunur. İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı “məzuniyyət pulunun əvəzinin verilməsi” tələbinə dair mülki işin icraatına xitam verilsin. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ayşən Sultanova-Məmmədova
Məhkəmə qərarları › İş №2(004)-3749/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərardad — İş №2(004)-3749/2023
02.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver