Məhkəmə qərarları › İş №2(004)-3768/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3768/2020

24.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3768/2020 24.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı nümayəndəsi və vəkili X12 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələrlə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN Xidməti” Mərkəzinin Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə 2052 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2020-ci il təvəllüdlü X4 anası İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında aliment və 70 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili X12 məhkəmə iclasında iddianı müdafiə etdi və izahatında bildirdi ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü Sara adlı bir qızları vardır. Tərəflərin münasibətləri pisləşmişdir, ailələri faktiki olaraq dağılmışdır. Birgə yaşamaları qeyri-mümkündür. Hazırda iddiaçı nikahın pozulmasını təkid edir. Həmçinin, uşağın onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən onun xeyrinə hər ay aylıq qazancının ¼ hissəsi miqdarında və 70 manat sabit pul məbləğində aliment tutulmasını tələb edir. Çünki, cavabdehin rəsmi iş yeri var. Onun aylıq qazancı kifayət qədər yüksəkdir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi və vəkili X2 məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşlar. Birgə nikahdan onların xx.xx.2020-ci il təvəllüdlü Sara adlı bir qızı var. Tərəflərin münasibətləri pisləşmişdir, ailələri faktiki olaraq dağılmışdır. Hazırda cavabdeh nikahın pozulmasına və uşağın anasının yanında qalmasına etiraz etmir. “X13” MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli 413 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən “X13” MMC-də foto redaktror vəzifəsində işləyir və onun aylıq əmək haqqı vergilər xaric olmaqla 400 manat təşkil edir. Bu səbəbdən, cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının ¼ hissəsi miqdarında aliment ödəməyə razıdır. İddianı alimentə dair qalan hissəsində isə qəbul etmir. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edir. Odur ki, müvafiq qətnamənin çıxarılmasını xahiş edir. 5 saylı Bakı “Asan Xidmət Mətkəzi” Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İİ № 339355 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, xx.xx.1991-cü ildə Bakı şəhərində doğulmuş Cavabdeh və xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş X11 xx.xx.2016-cı ildə 315 nömrəli akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlanandan sonra arvada Əsədova Məhərrəmli soyadı verilmişdir. 3 saylı Bakı “Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV № 452574 seriyalı seriyalı doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, tərəflərin birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X9 adlı uşağı var. “X13” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 413 nömrəli arayışdan müəyyən edilir ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən “X13” MMC-də foto redaktror vəzifəsində işləyir və onun aylıq əmək haqqı vergilər xaric olmaqla 400 manat təşkil edir. “AZEMİS” Elektron Sistemindən çap edilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh “X13” MMC-də dövri mətbuatda redaktor vəzifəsində işləyir və aylıq əmək haqqı 431,28 manat təşkil edir. Həmçinin, “AZEMİS” Elektron Sisteminin məliumatlardan müəyyən edildi ki, cavabdehin mülkiyyətində dövlət reyestrində **********85-11301 qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış bağ evi, 2005-ci il buraxılışlı, qara rəngli, “BMW Z4” minik markalı ** VT *** dövlət qeydiyyat nişanlı və 2014-cü il buraxılışlı, ağ mirvari rəngli, “Toyota Camry” minik markalı ** NL *** dövlət qeydiyyat nişanlı avtomobillər var. Məhkəmə, tərəflərin nümayəndələri və vəkillərinin izahatlarını dinləyib, cavabdehin nümayəndəsi və vəkilinin iddianı qismən qəbul etməsinə dair ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməli, tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığı olduğundan, onlar arasındakı nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Ailə Məcəlləsinin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda, eləcə də bu Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğində alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edildiyindən, cavabdehin rəsmi əmək haqqı 400 manat olduğuna görə onun ¼ hissəsi 100 manat təşkil etdiyindən, tutulacaq 100 manat uşağın minimum tələbatını ödəmir. Bu səbəbdən alimentin tutulması həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) ¼ hissəsi kimi müəyyən edilməlidir. Məhkəmə sübutlara məcmu halında qiymət verərək, uşağın mənafeyini, tərəflərin maddi durumunu və cavabdehin mülkiyyətində daşınar və daşınmaz əmlakların olduğunu nəzərə alaraq hesab edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü Sara anasının yanında qalmalı, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq cavabdehdən hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və 70 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinin tələbinə uyğun olaraq qətnamə alimentin alınması hissəsində dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 234.2.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN Xidməti” Mərkəzinin Qeydiyyat Şöbəsində xx.xx.2019-cu il tarixdə 2052 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulsun. Tərəflərin birgə nikahından doğulmuş övladı - xx.xx.2020-ci il təvəllüdlü X9 anası İddiaçı yanında qalsın. xx.xx.2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay aylıq qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında aliment və 70 (yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə aliment alınması hissəsində dərhal icra edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar