Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-377/2022 10.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, Paşalı Raziyə İqbal qızının katibliyi, iddiaçı - İddiaçı, cavabdeh – Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının geri qaytarılması, həmin əşyaların aşkar edilmədiyi təqdirdə əvəzinin kompensasiya qaydasında ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının geri qaytarılması, həmin əşyaların aşkar edilmədiyi təqdirdə əvəzinin kompensasiya qaydasında ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 01.11.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər 18.10.2011-ci ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan tərəflərin 05.09.2012-ci il təvəllüdlü X1 adında bir övladı doğulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli, 2(004)-1226/2021 saylı qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 44 mənzilinə gəlin köçmüş və cehiz əmlakını da oraya gətirmişdir. Hazırda isə qeyd olunan mənzildə saxlanılan aşağıda adları sadalanan əşyaların: 1), 1 ədəd yataq dəsti - (1 ədəd “kravat” (çarpayı), 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd termo, 1 ədəd şkaf)-cəmi 1800 azn; 2), 1 ədəd qabaq stolu stulla birlikdə-250 azn; 3), 1 ədəd televizor - 450 azn; 4), ütü-70 azn, 5), ət çəkən maşın-80 azn, 6), saç feni-60 azn, 7), “Raskladuşka”-40 azn, 8), xalça-200 azn; 9), 2 ədəd döşək-150 azn; 10), 3 ədəd yastıq-50 azn; 11), 2 ədəd yorğan-50 azn; 12), ev telefonu-30 azn; 13), 4 ədəd ədyal-60 manat; 14), 2 ədəd “pokrıval” (yataq örtüyü)-180 azn; 15), 2 ədəd pərdə-150 azn; 16), 4 dəst yorğan, yastıq üzü, “prostınya” (mələfə)-100 azn; 17), 3 ədəd yastıq üzü-15 azn, 18), 6 ədəd hamam dəsmalı-80 azn; 19), 10 ədəd əl dəsmalı-100 azn; 20), 10 ədəd kiçik dəsmal-50 azn; 21), uşaq yataq üzü 2 ədəd-50 azn; 22), 3 ədəd palto-200 azn; 23), 5 ədəd “kurtka” (gödəkçə)-200 azn; 24), 3 ədəd “sapaşki” (çəkmə)-90 azn, 25), 6 ədəd bosanoşka (sandal)-120 azn, 26), 5 ədəd sumka (çanta)-130 azn, 27), 30 ədəd şalvar-450 azn; 28), 30 ədəd köynək-450 azn; 29), 4 ədəd uşaq şalvarı-80 azn; 30), 10 ədəd uşaq “koftası”-100 azn; 31), 10 ədəd uşaq “şortik” (şort)-100 azn; 32), 4 ədəd uşaq jaketi-80 azn; 33), uşaq oyuncaqları-200 azn; 34), 5 cüt uşaq ayaqqabısı-100 azn; 35), 1 ədəd qaşıq-bıçaq-“vilka” (çəngəl) “naboru” (dəsti)-70 azn, 36), 36 boşqab, 12 armudu stəkan-nəlbəkisi ilə birlikdə- 50 azn, 37), 6 ədəd xrustal stəkan nəlbəkisi ilə birlikdə-20 azn; 38), 3 ədəd çərəz qabı-30 azn; 39), 2 ədəd salat qabı-5 azn; 40), 3 ədəd “padnos” (sini)-20 azn; 41), 5 ədəd qazan- 80 azn; 42), stəkan-nəlbəki “naboru” (dəsti)-50 azn; 43), 4 ədəd gümüşü konfet qabı-60 azn; 44), aşsüzən-ləyən-10 azn; 45), 2 ədəd vaza-35 azn; 46), dördayaq stol taxtası-20 azn; 47), 2 ədəd qənd qabı-10 azn; 48), 2 ədəd duz qabı-5 azn; 49), plasmas qablar-5 azn; 50), 2 ədəd yay yorğanı-20 azn; 51), suviner (at)-20 azn; 52), suviner (“Allah” sözü yazılan)-20 azn; 53), xrustal stolüstü saat-50 azn; 54), 2 ədəd stol süfrəsi-20 azn, 55), bədii kitablar-40 azn; 56), kosmetika dəsti-50 azn; 57), xırda palaz-20 azn; 58), 2 ədəd kreslo üzü-15 azn; 59), alt geyim əşyaları-100 azn; 60), iddiaçının doğum haqqında şəhadətnaməsi və əmək kitabçasının cavabdehin yaşadığı və həmin əşyaların yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 44 mənzilindən çıxarılması və yaxud aşkar edilmədiyi təqdirdə isə dəyərinin kompensasiya ilə əvəz olunmasına dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı ilə 18.01.20211-ci ildə rəsmi nikah bağlamış, həmin nikahdan övladı - 05.09.2012-ci il təvəllüdlü X1 doğulmuş və ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 44 mənzilində yaşamışlar. Hazırda iddiaçı olan keçmiş arvadı İddiaçı nikah bağlanarkən cehiz əmlakını həmin mənzilə gətirmişdir. Nikahda olduqları müddət ərzində istifadə edilən cehiz əşyaların bir qismi ya yararsız vəziyyətə düşərək atılmış, ya da bir qismi sınmışdır. Buna görə də ona qarşı verilmiş iddia tələbini qismən qəbul edir. Belə ki, iddia ərizəsində qeyd olunmuş 60 adda əşyadan “3” rəqəmi altında qeyd edilmiş dəyəri 450 manat olan televizoru, “12” rəqəmi altında qeyd edilmiş dəyəri 30 manat olan ev telefonunu, “33” rəqəmi altında qeyd edilmiş uşaq oyuncaqlarını, “47” rəqəmi altında qeyd edilmiş 2 ədəd qənd qabını ümumiyyətlə qəbul etmir; “9” rəqəmi altında qeyd edilmiş 2 ədəd döşəyin 1-i yetkin şəxslər və 1-i uşaq üçün olmaqla qəbul edir; “10” rəqəmi altında qeyd edilmiş 3 ədəd yastıqdan 2-i böyük və 1-i balaca olmaqla qəbul edir; “11” rəqəmi altında qeyd edilmiş 2 ədəd yorğanın 1-i yetkin şəxslər və 1-i uşaq üçün olmaqla qəbul edir; “13” rəqəmi altında qeyd edilmiş 4 ədəd ədyalın 3-ü yetkin şəxslər və 1-i uşaq üçün olmaqla qəbul edir; “37” rəqəmi altında qeyd edilmiş 6 ədəd xrustal stəkan nəlbəkisi ilə birlikdə 3-ü istifadə edilərkən sındığı üçün qalan hissədə qəbul edir; “41” rəqəmi altında qeyd edilmiş 5 ədəd qazandan 2-i istifadə edilərkən yararsız vəziyyətə düşdüyü üçün qalan hissədə, yəni 3 ədəd qazanı qəbul edir; “43” rəqəmi altında qeyd edilmiş 4 ədəd gümüşü rəngli konfet qabından 3-nü qəbul edir; “44” rəqəmi altında qeyd edilmiş əşyalardan 1 ədəd aşsüzəni qəbul edir, lakin 1 ədəd ləyəni qəbul etmir; “49” rəqəmi ilə “plasmas qablar” adı altında qeyd edilmiş əşyalardan 2 ədəd ərzaq saxlanılması üçün nəzərdə tutulmuş plasmas qabı qəbul edir; “56” rəqəmi altında qeyd edilmiş kosmetik vasitələrin dəqiq sayını və adını bilmədiyi üçün qismən qəbul etmir; “60” rəqəmi altında qeyd edilmiş İddiaçı məxsus doğum haqqında şəhadətnaməni mənzildə olmadığı üçün qəbul etmir, əmək kitabçasını isə verdiyi şikayətlə bağlı olaraq aidiyyəti quruma təqdim etməli olduğundan iddiaçıya geri qaytarmaqdan imtina edir. Cavabdeh iddia tələbini qismən etiraf edərək qeyd etmişdir ki, yuxarıda göstərdiyi hallar nəzərə alınmaqla iddia ərizəsində sadalanan digər cehiz əşyaları onun evindədir və iddiaçıya geri qaytarmağa etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatları, iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 28.04.2021-ci il tarixli 2(004)- 1226/2021 nömrəli qətnaməsindən və işin faktiki hallarından müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı 18.10.2011-ci ildə “Səadət Sarayı” Bakı Nikah evində 2231 nömrəli akt qeydi ilə rəsmi nikah bağlamışlar, məhkəmənin müvafiq qətnaməsi ilə tərəflər arasında nikah pozulmuşdur. Tərəflərin izahatlarından müəyyən edilir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 44 mənzilinə gəlin köçməklə cehiz əmlakını oraya gətirmiş və Cavabdeh və övladı ilə birlikdə həmin mənzildə yaşamaqla cehiz əmlakından birgə istifadə etmişlər. Cavabdeh məhkəmə iclasında iddia ərizəsində “9” rəqəmi altında qeyd edilmiş 2 ədəd döşəyin 1-i yetkin şəxslər və 1-i uşaq üçün olmaqla qəbul etdiyini; “10” rəqəmi altında qeyd edilmiş 3 ədəd yastıqdan 2-i böyük və 1-i balaca olmaqla qəbul etdiyini; “11” rəqəmi altında qeyd edilmiş 2 ədəd yorğanın 1-i yetkin şəxslər və 1-i uşaq üçün olmaqla qəbul etdiyini; “13” rəqəmi altında qeyd edilmiş 4 ədəd ədyalın 3-ü yetkin şəxslər və 1-i uşaq üçün olmaqla qəbul etdiyini; “37” rəqəmi altında qeyd edilmiş 6 ədəd xrustal stəkan nəlbəkisi ilə birlikdə 3-ü istifadə edilərkən sındığı üçün qalan hissədə qəbul etdiyini; “41” rəqəmi altında qeyd edilmiş 5 ədəd qazandan 2-i istifadə edilərkən yararsız vəziyyətə düşdüyü üçün qalan hissədə, yəni 3 ədəd qazanı qəbul etdiyini; “43” rəqəmi altında qeyd edilmiş 4 ədəd gümüşü rəngli konfet qabından 3-nü qəbul etdiyini; “44” rəqəmi altında qeyd edilmiş əşyalardan 1 ədəd aşsüzəni qəbul etdiyini, lakin 1 ədəd ləyəni qəbul etmədiyini; “49” rəqəmi ilə “plasmas qablar” adı altında qeyd edilmiş əşyalardan 2 ədəd ərzaq saxlanılması üçün nəzərdə tutulmuş plasmas qabı qəbul etdiyini; “56” rəqəmi altında qeyd edilmiş kosmetik vasitələrin dəqiq sayını və adını bilmədiyi üçün qəbul etmədiyini bildirmişdir. Qeyd olunan hissədə İddiaçı cavabdehin göstərdiyi xüsusatlarla razılaşdığını bildirmişdir. Odur ki, bu hal məhkəmə tərəfindən işin mübahisəsiz halı kimi qiymətləndirilir. İddiaçı iddia ərizəsində qeyd olunan əşyaların mövcudluğuna dair məhkəməyə hər hansı sübut təqdim edə bilməsə də, Cavabdeh izahatında iddia ərizəsində adları göstərilən və iddiaçıya məxsus olan cehiz əşyalarının istisnalarla Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 44 nömrəli mənzilində yerləşdiyini, həmin cehiz əmlakını iddiaçıya qaytarmağa razı olduğunu və iddianın qismən təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Beləliklə, iddia ərizəsində sadalanan əşyalardan yalnız bir qisminin mövcudluğu Cavabdeh etirafı ilə müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsi, ev 44 mənzildə dəyəri 450 manat olan televizor, dəyəri 30 manat olan ev telefonunu, dəyəri 10 manat olan 2 ədəd qənd qabı, 1 ədəd dəyəri 5 manat olan ləyənin cehiz əmlak olmasını, eyni zamanda himayəsində olan övladına məxsus dəyəri 200 manat olan uşaq oyuncaqlarının, özünə məxsus dəyəri 50 manat olan kosmetik vasitələrin və doğum haqqında şəhadətnamənin həmin mənzildə olmasını iddia etsə də bunu sübuta yetirə bilməmiş və məhkəməyə hər hansı dəlil təqdim etməmişdir. Beləliklə, məhkəmə qeyd edir ki, dəyəri 450 manat olan televizorun, dəyəri 30 manat olan ev telefonunun, dəyəri 10 manat olan 2 ədəd qənd qabının, 1 ədəd dəyəri 5 manat olan ləyənin cehiz əmlak olması, eyni zamanda dəyəri 200 manat olan uşaq oyuncaqlarının, iddiaçıya məxsus dəyəri 50 manat olan kosmetik vasitələrin və doğum haqqında şəhadətnamənin mənzildə olması sübuta yetirilmədiyindən həmin hissədə iddia tələbi təmin edilə bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh məhkəmə iclasında İddiaçı məxsus əmək kitabçasını nümayiş etdirərək onda olmasını təsdiq etmiş, lakin o, bildirmişdir ki, cinayət xarakterli məlumatla bağlı aidiyyəti qurumlara şikayət ərizəsi ilə müraciət etdiyindən əmək kitabçasını həmin qurumlara təqdim edəcək və onu buna görə də İddiaçı geri qaytarmaqdan imtina edir. Məhkəmə qeyd olunan halı, yəni İddiaçı məxsus əmək kitabçasının Cavabdeh olmasını sübuta yetirilmiş hal kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 1), dəyəri 1800 manat olan 1 ədəd yataq dəsti - (1 ədəd çarpayı, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd termo, 1 ədəd şkaf); 2), dəyəri 250 manat olan 1 ədəd qabaq stolu stulla birlikdə; 3), dəyəri 70 manat olan 1 ədəd ütü; 4), dəyəri 80 manat olan 1 ədəd ətçəkən maşını; 5), dəyəri 60 manat olan 1 ədəd saç feni; 6), dəyəri 40 manat olan 1 ədəd “raskladuşka” (açılıb-bağlanan çarpayı); 7), dəyəri 200 manat olan xalça; 8), dəyəri 150 manat olan 1 ədəd yetkin şəxslər üçün, 1 ədəd uşaq üçün olmaqla 2 ədəd döşək; 9), dəyəri 50 manat olan 2 ədəd böyük və 1 ədəd balaca olmaqla, cəmi 3 ədəd yastıq; 10), dəyəri 50 manat olan 1 ədəd yetkin şəxslər üçün, 1 ədəd uşaq üçün olmaqla, cəmi 2 ədəd yorğan; 11), dəyəri 60 manat olan 3 ədəd yetkin şəxslər üçün, 1 ədəd uşaq üçün olmaqla, cəmi 4 ədəd ədyal; 12), dəyəri 180 manat olan 2 ədəd “pokrıval” (yataq örtüyü); 13), dəyəri 150 manat olan 2 ədəd pərdə; 14), dəyəri 100 manat olan 4 dəst yorğan, yastıq üzü, “prostınya” (mələfə); 15), dəyəri 15 manat olan 3 ədəd yastıq üzü; 16), dəyəri 80 manat olan 6 ədəd hamam dəsmalı; 17), dəyəri 100 manat olan 10 ədəd əl dəsmalı; 18), dəyəri 50 manat olan 10 ədəd kiçik dəsmal; 19), dəyəri 50 manat olan 2 ədəd uşaq yataq üzü; 20), dəyəri 200 manat olan 3 ədəd palto; 21), dəyəri 200 manat olan 5 ədəd “kurtka” (gödəkçə); 22), dəyəri 90 manat olan 3 ədəd «sapaşki» (çəkmələr); 23), dəyəri 120 manat olan 6 ədəd bosanoşka (sandal); 24), dəyəri 130 manat olan 5 ədəd “sumka” (çanta), 25), dəyəri 450 manat olan 30 ədəd şalvar; 26), dəyəri 450 manat olan 30 ədəd köynək; 27), dəyəri 80 manat olan 4 ədəd uşaq şalvarı; 28), dəyəri 100 manat olan 10 ədəd uşaq koftası; 29), dəyəri 100 manat olan 10 ədəd uşaq “şortik” (şort); 30), dəyəri 80 manat olan 4 ədəd uşaq jaketi; 31), dəyəri 100 manat olan 5 cüt uşaq ayaqqabısı; 32), dəyəri 70 manat olan 1 ədəd qaşıq-bıçaq-çəngəl dəsti; 33), dəyəri 50 manat olan 36 ədəd boşqab və 12 ədəd armudu stəkan-nəlbəki; 34), dəyəri 10 manat olan 3 ədəd xrustal stəkannəlbəki; 35), dəyəri 30 manat olan 3 ədəd çərəz qabı; 36), dəyəri 5 manat olan 2 ədəd salat qabı; 37), dəyəri 20 manat olan 3 ədəd “padnos” (sini); 38), dəyəri 48 manat olan 3 ədəd qazan; 39), dəyəri 50 manat olan ağ qaşlı stəkan-nəlbəki dəsti; 40), dəyəri 45 manat olan 3 ədəd gümüşü konfet qabı; 41), dəyəri 5 manat olan aşsüzən; 42), dəyəri 35 manat olan 2 ədəd vaza; 43), dəyəri 20 manat olan dördayaq stol taxtası; 44), dəyəri 5 manat olan 2 ədəd duz qabı; 45), dəyəri 5 manat olan 2 ədəd ərzaq saxlamaq üçün plasmas qab; 46), dəyəri 20 manat olan 2 ədəd yay yorğanı; 47), dəyəri 20 manat olan at fiqurlu suvenir; 48), dəyəri 20 manat olan, “Allah” sözü yazılan suvenir; 49), dəyəri 50 manat olan xrustal stolüstü saat; 50), dəyəri 20 manat olan 2 ədəd stol süfrəsi; 51), dəyəri 40 manat olan bədii kitablar; 52), dəyəri 20 manat olan xırda palaz; 53), dəyəri 15 manat olan 2 ədəd kreslo üzü; 54), dəyəri 100 manat olan alt geyim əşyaları; 55), iddiaçıya məxsus əmək kitabçası alınaraq İddiaçı təhvil verilməlidir. Qeyd olunan əşyalar aşkar olunmadığı halda, həmin əşyanın dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbi qalan hissədə, yəni - dəyəri 450 manat olan televizor, dəyəri 30 manat olan ev telefonu, dəyəri 20 manat olan - 6 ədəd xrustal stəkan-nəlbəkidən 3 ədədi, dəyəri 80 manat olan 5 ədəd qazandan 2 ədədi, dəyəri 60 manat olan gümüşü konfet qabından 1 ədədi, dəyəri 10 manat olan 2 ədəd qənd qabı, dəyəri 5 manat olan 1 ədəd ləyəndən ibarət olan cehiz əşyalarının, dəyəri 200 manat olan uşaq oyuncaqları, dəyəri 50 manat olan kosmetika dəsti və iddiaçının doğum şəhadətnaməsinın cavabdehdən alınaraq iddiaçıya qaytarılması” hissəsində əsassız hesab edir və bu hissədə iddianın rədd edilməsi qənaətinə gəlir. Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İddianın qismən etirafı qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından məhkəmə bu hərəkətləri qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə görə nikaha girənədək ər-arvaddan hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Renspublikası MPM-in 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının geri qaytarılması, həmin əşyaların aşkar edilmədiyi təqdirdə əvəzinin kompensasiya qaydasında ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh siyahıda adları qeyd olunan əşyalardan 1), dəyəri 1800 manat olan 1 ədəd yataq dəsti - (1 ədəd çarpayı, 2 ədəd tumba, 1 ədəd şifoner, 1 ədəd termo, 1 ədəd şkaf); 2), dəyəri 250 manat olan 1 ədəd qabaq stolu stulla birlikdə; 3), dəyəri 70 manat olan 1 ədəd ütü; 4), dəyəri 80 manat olan 1 ədəd ətçəkən maşını; 5), dəyəri 60 manat olan 1 ədəd saç feni; 6), dəyəri 40 manat olan 1 ədəd “raskladuşka” (açılıb-bağlanan çarpayı); 7), dəyəri 200 manat olan xalça; 8), dəyəri 150 manat olan 1 ədəd yetkin şəxslər üçün, 1 ədəd uşaq üçün olmaqla 2 ədəd döşək; 9), dəyəri 50 manat olan 2 ədəd böyük və 1 ədəd balaca olmaqla, cəmi 3 ədəd yastıq; 10), dəyəri 50 manat olan 1 ədəd yetkin şəxslər üçün, 1 ədəd uşaq üçün olmaqla, cəmi 2 ədəd yorğan; 11), dəyəri 60 manat olan 3 ədəd yetkin şəxslər üçün, 1 ədəd uşaq üçün olmaqla, cəmi 4 ədəd ədyal; 12), dəyəri 180 manat olan 2 ədəd “pokrıval” (yataq örtüyü); 13), dəyəri 150 manat olan 2 ədəd pərdə; 14), dəyəri 100 manat olan 4 dəst yorğan, yastıq üzü, “prostınya” (mələfə); 15), dəyəri 15 manat olan 3 ədəd yastıq üzü; 16), dəyəri 80 manat olan 6 ədəd hamam dəsmalı; 17), dəyəri 100 manat olan 10 ədəd əl dəsmalı; 18), dəyəri 50 manat olan 10 ədəd kiçik dəsmal; 19), dəyəri 50 manat olan 2 ədəd uşaq yataq üzü; 20), dəyəri 200 manat olan 3 ədəd palto; 21), dəyəri 200 manat olan 5 ədəd “kurtka” (gödəkçə); 22), dəyəri 90 manat olan 3 ədəd «sapaşki» (çəkmələr); 23), dəyəri 120 manat olan 6 ədəd bosanoşka (sandal); 24), dəyəri 130 manat olan 5 ədəd “sumka” (çanta); 25), dəyəri 450 manat olan 30 ədəd şalvar; 26), dəyəri 450 manat olan 30 ədəd köynək; 27), dəyəri 80 manat olan 4 ədəd uşaq şalvarı; 28), dəyəri 100 manat olan 10 ədəd uşaq koftası; 29), dəyəri 100 manat olan 10 ədəd uşaq “şortik” (şort); 30), dəyəri 80 manat olan 4 ədəd uşaq jaketi; 31), dəyəri 100 manat olan 5 cüt uşaq ayaqqabısı; 32), dəyəri 70 manat olan 1 ədəd qaşıq-bıçaq-çəngəl dəsti; 33), dəyəri 50 manat olan 36 ədəd boşqab və 12 ədəd armudu stəkan-nəlbəki; 34), dəyəri 10 manat olan 3 ədəd xrustal stəkan-nəlbəki; 35), dəyəri 30 manat olan 3 ədəd çərəz qabı; 36), dəyəri 5 manat olan 2 ədəd salat qabı; 37), dəyəri 20 manat olan 3 ədəd “padnos” (sini); 38), dəyəri 48 manat olan 3 ədəd qazan; 39), dəyəri 50 manat olan ağ qaşlı stəkan-nəlbəki dəsti; 40), dəyəri 45 manat olan 3 ədəd gümüşü konfet qabı; 41), dəyəri 5 manat olan aşsüzən; 42), dəyəri 35 manat olan 2 ədəd vaza; 43), dəyəri 20 manat olan dördayaq stol taxtası; 44), dəyəri 5 manat olan 2 ədəd duz qabı; 45), dəyəri 5 manat olan 2 ədəd ərzaq saxlamaq üçün plasmas qab; 46), dəyəri 20 manat olan 2 ədəd yay yorğanı; 47), dəyəri 20 manat olan at fiqurlu suvenir; 48), dəyəri 20 manat olan, “Allah” sözü yazılan suvenir; 49), dəyəri 50 manat olan xrustal stolüstü saat; 50), dəyəri 20 manat olan 2 ədəd stol süfrəsi; 51), dəyəri 40 manat olan bədii kitablar; 52), dəyəri 20 manat olan xırda palaz; 53), dəyəri 15 manat olan 2 ədəd kreslo üzü; 54), dəyəri 100 manat olan alt geyim əşyaları; 55), iddiaçıya məxsus əmək kitabçası alınaraq ididaçı İddiaçı təhvil verilsin. Qeyd olunan əşyalar aşkar olunmadığı halda, həmin əşyanın dəyəri Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №2(004)-377/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-377/2022
10.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver