Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-379/2025 28.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Tağı-zadə X15 nümayəndəsi Tağı-zadə İradə Məmməd qızının, Cavabdeh2 MMC-nin direktoru X3 iştirakları ilə, İddiaçı cavabdehlər Tağı-zadə X17, Cavabdeh2 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maliyyə arayışlarının və bağışlama ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Tağı-zadə X17, Bakı şəhəri İcra Hakimiyyətinə, Cavabdeh2 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maliyyə arayışlarının və bağışlama ərizəsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 23 saylı maliyyə arayışının; Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 25 saylı maliyyə arayışının; Cavabdeh4 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış “ünvan 1in X9 bağışlaması” haqqında ərizənin; Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən X5 adına verilmiş xx.xx.2008-ci il tarixli, 027291 saylı “Orderin” və Orderin verilməsinə əsas olmuş BŞİH-nin 243 saylı, xx.xx.2007-ci il tarixli sərəncamın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 23 saylı maliyyə arayışının; Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 25 saylı maliyyə arayışının; Cavabdeh4 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış “ünvan 1in X7 bağışlaması” haqqında ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, keçmiş həyat yoldaşı Tural Tağızadəyə qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə aralarında Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X13 və xx.xx.2017-c i il təvəllüdlü X14 doğulmuşdur. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 2 ünvanı-Z.Xəlilov küçəsi, 208, M4, m2) mənzili ********** qeydiyyat nömrəsi ilə xx.xx.2016-cı il tarixdən keçmiş əri X5 adına qeydə alınmışdır. Lakin qarşı tərəf heç bir əsası olmayan, mötəbər hesab olunmayan və saxta sənədlər təqdim etmiş və nəticədə Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü tarixli qətnaməsi ilə onun qanuni iddia tələbi qismən təmin edilərək, mənzilə münasibətdə tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda həmin mülki iş onun kassasiya şikayəti əsasında Ali Məhkəmənin MK-nın icraatındadır. Qeyd edir ki, xx.xx.2012-ci il tarixdən o Tural Tağızadə ilə rəsmi nikaha girərək, həmin mənzildə fasiləsiz olaraq 10 il ailə üzvü kimi yaşamışdır. O, 2011ci ildən bu günədək Ailə Qadın və Uşaq problemləri üzrə DK-də rəsmi işləyir və rəsmi gəliri vardır. Mənzilə görə edilən ödəniş nikah dövründə edildiyindən, həm də onun vəsaiti hesab edilir. Nəzərə almaq lazımdır ki, nikahlarının pozulmasına dair qətnamə 2024-cü ildə qanuni qüvvəyə minmişdir. Qarşı tərəf mənzil mübahisəsi ilə bağlı məhkəməyə bildirmişdir ki 2016-cı ildə guya həmin mənzilə dair keçmiş qaynatası və "xxxx" MTK arasında bağlanmış müqavilə ləğv edilmiş və guya mənzili oğlu Turala bağışlamışdır. Əslində isə mənzilə görə tam ödəniş onunla nikah dövründə - 2016-cı ildə edilmiş və Tural Tağızadənin adına mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmışdır. Mənzilin Tural Tağızadənin adına mülkiyyət hüququ üzrə qeydə alınması üçün əsas olmuş sənədlər paketinə əlavə edilmiş Cavabdeh2 MTK-nın verdiyi arayışda pay haqqının tam olaraq Tural Tağızadə tərəfindən ödənilməsi göstərilmişdir. Lakin birinci və apellyasiya instansiyaları məhkəmələri “mənzilin birgə nigah dövründə əldə edilmiş əmlak kimi bölünməsinə dair” onun tələbini rədd edərkən, əsasən Cavabdeh2 MTK-ya deyil, Maliyyəçi MMC tərəfindən verilmiş- mənzilə görə tam ödənişin guya Cavabdeh4 tərəfindən 2003-cü ildə ödənilməsinə dair saxta maliyyə arayışları ilə əsaslanmışlar. 2023-cü ildə Məhkəməyə MMC tərəfindən Cavabdeh4 tərəfindən pay haqqının 2003-cü ildə ödənilməsinə dair 2 maliyyə arayışı təqdim olunmuşdur, birində tam ödənişin 9 iyun 2003 tarixində, digərində isə 22 iyun 2003 tarixində tam ödənildiyi qeyd olunmuşdur. Hətta bu məqam özü də sənədlərin birinin digərini inkar etdiyinə və hər kisinin əsassız olduğuna sübutdur. Halbuki mənzilin Tural Tağızadənin adına mülkiyyət hüququ üzrə qeydə alınması üçün əsas olmuş sənədlər paketinə əlavə edilmiş Cavabdeh2 MTK-nın verdiyi arayışda pay haqqının tam olaraq Tural Tağızadə tərəfindən ödənilməsi göstərilmiş və bu sənədlər rəsmi şəkildə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət reyestri xidmətinə təqdim olunmuşdur. Pay haqqının kimin tərəfindən ödənilməsinin mülkiyyət hüququnun qeydə alınması üçün maneə olmasa da, məbləğin kimin tərəfindən və nə vaxt ödənilməsinin indiki halda əmlakın birgə nikah dövründə əldə edilməsi kimi qiymətləndirilməsi üçün həlledici əhəmiyyəti vardır. Hazırkı iş üzrə mübahisə edilən maliyyə arayışlarının və digər sənədlərin verilməsinə əsas olmuş halların qanuniliyini əvvəlki icraat zamanı işə baxmış məhkəmələr təftiş etməmiş və mübahisə edilmədiyindən etibarlılığına qiymət verməmişlər. Cavabdeh2 MTK yox Cavabdeh2 MMC tərəfindən verilmiş maliyyə arayışların hər ikisi (xx.xx.2023-cü il tarixli, 23 saylı və xx.xx.2023cü il tarixli, 25 saylı) o Yasamal Məhkəməsinə xx.xx.2023-cü il tarixində mənzillə bağlı iddia ərizəsi verdikdən sonra təqdim olunmuş və Məhkəmə araşdırması zamanı işin faktiki halını qarşı tərəfin xeyrinə təhrif etmək məqsədi daşımışdır. Əsas arayış, yəni sənədlər paketində DƏDRX-nə tədim edilmiş xx.xx.2016-cı il tarixli, 16 saylı arayışla təsdiq edilir ki, Tural Tağızadə MTK üzvlüyünə nikah dövründə qəbul edilib, ödəniş tam olaraq onun tərəfindən və nikah dövründə edilib və mülkiyyət hüququna dair çıxarış da nikah dövründə əldə edilmişdir. Bundan başqa, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən cavabdeh Tural Tağızadənin adına Order verilməsi və Orderir verilməsinə əsas olmuş sərəncam da qanunsuzdur və işin faktiki halının cavabdehlərin xeyrinə dəyişdirilməsinə xidmət edir. Çünki, Sərəncamın və orderin verilməsi zamanında Tural Tağızadənin mübahisəli mənzilə hər hansı bir aidiyyəti olmamış və guya müqavilə tərəfi olmuş Cavabdeh4 də aidiyyəti MTK-nə, yaxud BŞİH-nə müraciəti və ya razılığı olmamışdır. Həmçinin Cavabdeh4 tərəfindən Cavabdeh2 MMC-nə ünvanladığı mənzilin T.Tağızadəyə bağışlanması haqqında xx.xx.2016-cı il tarixli ərizəsi AR MM-nin 668-ci maddəsinin tələblərinə zidd olduğu üçün əhəmiyyətsiz əqddir və bağlandığı andan etibarsızdır. Cavabdehin adından verilmiş ərizəni sonradan bəyənməsi və təsdiq etməsi də qanunsuz olacaqdır. Mübahisə edilən mənzilə dair təqdim edilmiş və ləğv edilmiş (üstündə də “Ləğv edilmişdir’' yazılıb) müqavilədən görünür ki, xx.xx.2003-cü ildə Cavabdeh2 MTK ilə yox, başqa MTK ilə yəni "xxxx" MTK ilə keçmiş qaynatası Cavabdeh4 arasında bağlanmış və guya ilkin ödəniş kimi, iki dəfəyə cəmi 23.000 ABŞ dolları ödənilmişdir. Nəzərə almaq lazımdır ki, 96 kv.m mənzilin cəmi dəyəri 23.000 dollar deyildir. Ödənişin Cavabdeh4 tərəfindən tam olaraq ödəməsi işin halları ilə təsdiq edilmir. Cavabdeh4 ilə bağlanmış müqavilə 2016-cı ildə ləğv edilmiş və MTK üzvlüyündən çıxarılmışdır. Bu zaman onun guya ödədiyi ilkin ödənişin özünə qaytarılması, yaxud hansı qaydada əvəzləşdirilməsi barədə mötəbər sübut təqdim edilməmişdir. Üstəlik həmin müqavilənin özündə də qeyd olunur ki (2.1-ci bənddə) həmin müqavilə ləğv edildikdə “Satıcı” “Alıcı” tərəfindən ödənilmiş məbləği geri qaytarır. Müqavilə ləğv olunubsa (üstündə də “Ləğv olunub” yazılıb ) tutaq ki, pullar Cavabdeh4 tərəfindən ödənilmişsə də müqavilə ləğv edilən zaman özünə geri qaytarılmışdır. Eyni zamanda Müqavilənin 2.1-ci bəndində həmçinin qeyd olunub ki, Mənzilin Alıcıya təhvil vermək, təhviltəslim haqqında hər-iki tərəfin imzası ilə təsdiq edilmiş akt əsasında rəsmiləşir. Təqdim olunmuş sənədlərin içində evin təhvil- təslimi ilə bağlı hər hansı akt yoxdur. Halbuki Cavabdeh2 MTK tərəfindən qanuni olaraq, rəsmi şəkildə DƏDRX-ə tədim edilmiş Tural Tağızadənin adına yazılmış maliyyə arayışı ilə təsdiq edilir ki, mənzilə görə pay haqqı Tural Tağızadə tərəfindən tam şəkildə ödənilmişdir və mənzilə görə borcu qalmamışdır. Məhkəmə ərəfəsində Maliyyəçi MMC tərəfindən verilmiş arayışda guya “mənzilin dəyərinin tam olaraq Cavabdeh4 tərəfindən ödənilməsi” əsassızdır, yalandır və etibarsız hesab edilməlidir. Qarşı tərəfdən Məhkəməyə araşdırma zamanı işin faktiki halını təhrif etmək məqsədilə "xxxx" MTK tərəfindən Cavabdeh4 adına yazılmış xx.xx.2003-cü il tarixdə 22.000 ABŞ dolları və xx.xx.2003-cü il tarixdə 1.000 ABŞ dolları ödənişə dair qəbz təqdim edilmişdir. 2016-cı ilədək mənzilin dəyərinin Cavabdeh4 tərəfindən tam ödənilməsinə dair hər hansı əsaslı sənəd yoxdur, həmçinin 2016-cı ilədək nə "xxxx" MTK, nə Cavabdeh2 MMC, nə də Cavabdeh2 MTK tərəfindən Cavabdeh4 adına verilmiş maliyyə arayışı mövcud deyildir. Hətta özünün xx.xx.2016-cı ildə Cavabdeh2 MMC-ə yazdığı ərizəsində mənzilə görə pay haqqını tam ödəməsini özü də göstərməmişdir. Mənzilə görə pay haqqının tam ödənilməsi yalnız Tural Tağızadəyə verilmiş xx.xx.2016-ca il tarixli, 16 saylı arayışda göstərilmişdir. Cavabdeh4 adına olmuş və ləğv edilmiş müqaviləyə diqqət yetirdikdə, müqavilədə mənzilin hər kv/m-nin qiyməti, ümumi ödəniləcək məbləğ və hazırkı iş üzrə əhəmiyyət kəsb edən şətlər göstərilməmişdir. Mənzilə görə Cavabdeh4 tərəfindən ödəniş həyata keçirilməsi saxta arayışlarla deyil, həqiqiliyi şübhə doğurmayan sübutlarla təsdiq edildiyi halda qəbul edilə bilər. Cavabdeh4 tərəfindən guya onların nikahlarına qədər mənzilin dəyərinin tam ödənilməsi işin halları ilə inkar edilir. Birgə əmlak prezumpsiyasına etiraz edən cavabdeh bunun əksini sübut etməlidir. Nə qədər ki, Cavabdeh4 ilə bağlanmış müqavilədə mənzilin qiyməti ilə bağlı məlumat göstərilməmişdir, o zaman mənzilin real bazar qiyməti nəzərə alınmalıdır və saxta malliyyə arayışları ilə mənzilin haqqının tam ödənilməsi qənaətinə gəlmək əsassızdır. 2003-cü ildə "xxxx" MTK ilə Cavabdeh4 arasında müqavilə bağlanmış və bu münasibət tərəflər arasında guya 2016-cı ilin aprel ayına kimi davam etmişdir. Belə olduqda Cavabdeh2 MMC ilə T.Tağızadə arasında bağlanmış 2009-cu il tarixli “yaşayış binasının sakinlərinin birgəyaşayış qaydaları haqqında” müqavilə və Tural Tağızadənin adına verilmiş 2008-ci il tarixli Order etibarsız sənədlərdir. X22 yalnız 2016-cı ildə MTK-da payçı olmuşsa, o zaman 2008-ci ildə onun adına BŞİH tərəfindən sərəncam verilməsi və Order yazılmasi və 2009-cu ildə Cavabdeh2 MMC ilə T.Tağızadə ilə “yaşayış binasının sakinlərinin birgəyaşayış qaydaları haqqında” müqavilə bağlanması əsassızdır. Sənədlərin etibarsızlığına dair məlumatları məhkəmə araşdırması zamanı bilmiş, ona görə də mübahisələndirmə müddəti tərəfindən ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair mübahisə olmuş, lakin sənədlərin etibarlılığı məsələsi barədə mübahisə olmamışdır. Mənzilin dəyərinin kim tərəfindən ödənilməsi əmlakın birgə nikah dövründə əldə edilmiş hesab edilib-edilməməsi üçün müstəsna əhəmiyyət kəsb edir. Mənzilin dəyəri iddiaçının keçmiş həyat yoldaşı tərəfindən birgə nikah dövründə ödənilmişdir. Daha sonra MTK tərəfindən mübahisələndirdikləri arayışlar və ərizə təqdim edilmişdir. Qeyd edir ki, mənzilin dəyərinin Tağı-zadə X24 tərəfindən tam ödənilməsi ilə bağlı sənəd mövcud deyildir. Ceyhun Tağı-zadənin Cavabdeh2 MMC-yə ünvanladığı mənzilin Tural Tağızadəyə bağışlanması haqqında xx.xx.2016-cı il tarixli ərizəsi AR MM-nin 668-ci maddəsinin tələblərinə zidd olduğu üçün əhəmiyyətsiz əqddir və bağlandığı andan etibarsızdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Mübahisələndirdikləri maliyyə arayışları Cavabdeh2 MTK tərəfindən deyil, Cavabdeh2 MMC tərəfindən təqdim edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh Tağı-zadə X15 nümayəndəsi Tağı-zadə İradə Məmməd qızı izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin mənzil 2003-cü ildə X5 15 yaşı olarkən müqavilə əsasında alınmışdır. İddiaçı və X12 2012-ci ildə evlənmişlər. 2016-cı ildə X12 həmin mənzilə dair çıxarış almışdır. Ali Məhkəmənin birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsinə dair qanuni qüvvəyə minmiş qərarı vardır. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 MMC-nin direktoru X10 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddianın rədd edilməsini xahiş edir. Mənzilin dəyərinin tam ödənilməsi ilə bağlı arayış daha əvvəl tələb edilmədiyindən verilməmişdir. Tağı-zadə X24 ilə bağlanmış müqavilə ləğv edilmişdir. Cavabdeh2 MTK Cavabdeh2 MMC-nin nəzdində yaradılmışdır. Cavabdeh2 MMC-yə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmişdir. Lakin, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, AZ-İ seriyalı 766265 nömrəli Nikah haqqında Şəhadətnamədən görünür ki, X12 və X2 xx.xx.2012-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində nikaha daxil olmuşdur. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 537 nömrəli qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra ərə “Tağızadə”, arvada “Tağızadə” soyadı verilmişdir. İş materiallarında olan Cavabdeh2 MMC-nin xx.xx.2023-cü il tarixli, 25 nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh2 MMC-nin əvvəlki adı "xxxx" Mənzil-Tikinti Kooperativi olub. xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı Bölgə şöbəsi tərəfindən verilmiş N 01/Ç-1164 nömrəli sənədlə “Bank-Maliyyə" MTK “Maliyyəçi" MMC adı ilə qeydiyyata alınmışdır. "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 68 saylı yaşayış binasının 28 nömrəli mənzili X7 məxsusdur. Belə ki, bu mənzil ilkin olaraq, 09 iyun 2003-cü il tarixdə Cavabdeh4 Əli-Tağı oğlu (Tağızadə Turalın atası ) tərəfindən alınmışdır, Cavabdeh4 tərəfindən əmlakın dəyərindən xx.xx.2003-cü il tarixdə 22000 ABŞ dolları, sonradan xx.xx.2003-cü il tarixdə isə 1000 ABŞ dollari, cəmi 23000 ABŞ dolları tam ödənilmiş və MTK-ya borcu qalmamışdır. 28 aprel 2016-cı il tarixdə Cavabdeh4 Cavabdeh2 MMC-yə Ərizə ilə müraciət edərək, mənzili oğluna bağışladığını və əmlakın onun adına sənədləşdirilməsini xahiş etmişdir. X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mənzilə Çıxarış alması üçün sənədlər ( protokol, maliyyə arayışı, Forma N 2, binanın təhvil aktı ) təqdim edilmişdir. Hal-hazırda bu mənzildə Tağızadə Tural atası və anası ilə birlikdə yaşayır. İş materiallarında olan Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 23 saylı maliyyə arayışında qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 68 saylı binanın 28 nömrəli mənzili ona məxsusdur. Bu mənzil 09 iyun 2003-cü il tarixdə Cavabdeh4 tərəfindən alınmış və əmlakın dəyəri tam ödənilmişdir. xx.xx.2016-cı il tarixdə mənzil X7 atası tərəfindən bağışlanmış və onun adına rəsmiləşdirilmişdir. X5 Cavabdeh2 MMC-yə borcu yoxdur. İş materiallarında olan “Bank-Maliyyə" MTK-nın xx.xx.2003-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 68 saylı binanın 28 nömrəli mənzili üçün 22000 ABŞ dolları məbləğində pay haqqını ödəmişdir. İş materiallarında olan “Bank-Maliyyə" MTK-nın xx.xx.2003-cü il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh4 Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi 68 saylı binanın 28 nömrəli mənzili üçün 1000 ABŞ dolları məbləğində pay haqqını ödəmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-199/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri X5 adına qeydiyyata alınmış **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı, BAN nömrəsi 1G1ZE5ST3GF290120 olan, tünd boz metallik rəngli, buraxılış ili 2016-cı il olan “Chevrolet Malibu minik” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən satışından əldə edilmiş 20.000 manat vəsaitin İddiaçı və X12 arasında payları bərabər olmaqla bölünməsi, onların hər birinin payının 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, cavabdeh X4 10.000 manat vəsaitin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin - Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 586-cı məhəllə ev 68 mənzil 28-in (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 208, M4, m2) İddiaçı ilə cavabdeh X5 birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünərək İddiaçı 2/3 hissədə, X5 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması - hissəsində rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2122/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı və cavabdeh X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-199/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3875/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2122/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan “Bank-Maliyyə" MTK ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı “Bank-Maliyyə" MTK tərəfindən ünvan 3 ünvanında inşa edilən 4 bloklu 12 mərtəbəli 99 mənzilli yaşayış evinin 2-ci blok 4-cü mərtəbə, ümumi sahəsi 96 kv.m, izolə olunmuş 2 otaqlı 28 saylı yaşayış mənzilini alıcıya satmağı, alıcı isə öz növbəsində yaşayış mənzilinin 1 kv.m üçün müqavilədəki cədvəldə qeyd olunmuş formada vəsaiti ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh4 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizədən görünür ki, Cavabdeh4 ona məxsus olan bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 68 saylı binada, 28 nömrəli mənzili oğlu X7 bağışlayır və həmin mənzilin oğlunun adına keçirilməsini xahiş etmişdir. İş materialalrında olan Cavabdeh2 MTK-nın üzvlərinin xx.xx.2016-cı il tarixli ümumi iclasının 74 nömrəli protokolundan Çıxarışa əsasən X5 Cavabdeh2 MTK-ya üzv qəbul olunması və ona MTK-nın ünvan 4 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 4-cü mərtəbəsində ümumi sahəsi 96 kv.m, yaşayış sahəsi 56.27 kv.m olan 2 otaqlı 28 saylı mənzilin verilməsi və sənədə 1 nəfər ailə tərkibində (özü- X12) daxil edilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh2 MTK tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən yaşayış binası Cavabdeh2 MTK-ya məxsusdur. Bu binanın İİ giriş İV mərtəbəsində, ümumi sahəsi 96.0 kv.m, yaşayış sahəsi 56,27 kv.m olan 2 otaqlı N 28 mənzilin pay dəyəri payçı X12 tərəfindən tam şəkildə ödənilmişdir. X5 Cavabdeh2 MTK-ya borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 68, mənzil 28 (Yeni qaydalarla: AZ 1122 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 208, M4, m2) xx.xx.2016-cı il tarixdə X8 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və X12 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. İddiaçı birgə nikahda alınmasını iddia etdiyi "xxxx" MMC-nin inşa etdiyi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 68 saylı yaşayış binasının 28 nömrəli mənzili X7 məxsusdur. Belə ki, bu mənzil ilkin olaraq, 09 iyun 2003-cü il tarixdə Cavabdeh4 Əli-Tağı oğlu (Tağızadə Turalın atası) tərəfindən alınmış, Cavabdeh4 Əli- Tağı oğlu tərəfindən əmlakın dəyərindən xx.xx.2003-cü il tarixdə 22000 ABŞ dolları, sonradan xx.xx.2003-cü il tarixdə isə 1000 ABŞ dolları olmaqla, cəmi 23000 ABŞ dolları tam ödənilmiş və MTK-ya borcu qalmamışdır. 28 aprel 2016-cı il tarixdə Cavabdeh4 ƏliTağı oğlu Cavabdeh2 MMC-yə Ərizə ilə müraciət edərək, mənzili oğluna bağışladığını bildirmiş və əmlakın onun adına sənədləşdirilməsini xahiş etmişdir. X1 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mənzilə Çıxarış alması üçün sənədlər (protokol, maliyyə arayışı, Forma N 2, binanın təhvil aktı) təqdim edilmişdir. İddiaçı X7 qarşı birgə nikah dövründə əldə edilmiş əmlak bölgüsü tələbinə dair məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 199/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, tərəflərin birgə nikah dövründə əldə etdikləri X5 adına qeydiyyata alınmış **-DY-*** dövlət qeydiyyat nömrə nişanlı, BAN nömrəsi 1G1ZE5ST3GF290120 olan, tünd boz metallik rəngli, buraxılış ili 2016-cı il olan “Chevrolet Malibu minik” markalı avtonəqliyyat vasitəsinin xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satışından əldə edilmiş 20.000 manat vəsaitin İddiaçı və X12 arasında payları bərabər olmaqla bölünməsi, onların hər birinin payının 1/2 (ikidə bir) hissədə müəyyən edilməsi, cavabdeh X4 10.000 manat vəsaitin alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin - Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 586-cı məhəllə ev 68 mənzil 28-in (yeni qaydalarla Bakı şəhəri Yasamal rayonu Zahid Xəlilov küçəsi 208, M4, m2) İddiaçı ilə cavabdeh X5 birgə nikah dövründə əldə etdikləri ümumi birgə mülkiyyətdə olan əmlak kimi bölünərək İddiaçı 2/3 hissədə, X5 1/3 hissədə mülkiyyət hüquqlarının tanınması hissəsində rədd edilməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2122/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı və cavabdeh X12 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-199/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3875/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2122/2024 nömrəli, 16 may 2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırda Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 23 saylı maliyyə arayışının; Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 25 saylı maliyyə arayışının; Cavabdeh4 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış “ünvan 1in X7 bağışlaması” haqqında ərizənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-199/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə də təsdiq olunmuşdur ki, sözügedən mübahisəli Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 68, mənzil 28 (Yeni qaydalarla: AZ 1122 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 208, M4, m2) tərəflərin birgə nikahı dövründə alınmamış, həmin mənzil X5 atası Tağı-zadə X24 tərəfindən "xxxx" Mənzil-Tikinti Kooperativi ilə arasında bağlanmış xx.xx.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında alınmış, mənzilin dəyəri xx.xx.2003-cü il tarixdə 22000 ABŞ dolları, sonradan xx.xx.2003-cü il tarixdə isə 1000 ABŞ dolları olmaqla, cəmi 23000 ABŞ dolları Tağı-zadə X24 tərəfindən tam ödənilmiş və onun MTK-ya borcu qalmamışdır. 28 aprel 2016-cı il tarixdə Tağı-zadə X24 Cavabdeh2 MMC-yə Ərizə ilə müraciət edərək, mənzili oğluna bağışladığını bildirmiş və əmlakın onun adına sənədləşdirilməsini xahiş etmişdir. Sözügedən faktlar qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə öz təsdiqini tapdığından hazırki iş üzrə preyudisial əhəmiyyətə malikdir və yenidən sübuta ehtiyacı olmayan faktlardır. Bu baxımdan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-199/2024 saylı iş üzrə tərəf olmuş hazırki iş üzrə İddiaçı tərəfindən mübahisələndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bir daha təsdiq olunur ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 68, mənzil 28 (Yeni qaydalarla: AZ 1122 Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 208, M4, m2) tərəflərin birgə nikahı dövründə alınmamış, həmin mənzil X5 atası Tağı-zadə X24 tərəfindən X7 bağışlanmış əmlak kimi ona məxsusdur. Belə ki, İddiaçı Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 23 saylı maliyyə arayışının; Cavabdeh2 MMC tərəfindən X5 adına verilmiş xx.xx.2023-cü il tarixli, 25 saylı maliyyə arayışının; Cavabdeh4 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış “ünvan 1in X7 bağışlaması” haqqında ərizənin etibarsız hesab edilməsi tələbini irəli sürsə də, qeyd edilən arayışların və ərizənin etibarsız hesab edilməsinə əsas ola biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, maliyyə arayışlarının və Cavabdeh4 tərəfindən Cavabdeh2 MMC-yə ünvanlanmış “ünvan 1in X7 bağışlaması” haqqında ərizənin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. “Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Tağı-zadə X17, Cavabdeh2 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maliyyə arayışlarının və bağışlama ərizəsinin etibarsız hesab edilməsi” tələbi əsassız olduğundan təmin edilməməlidir. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Tağı-zadə X17, Cavabdeh2 MMC-yə və Cavabdeh2 MTK-ya qarşı (X12 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maliyyə arayışlarının və bağışlama ərizəsinin etibarsız hesab edilməsi” tələbi barədə iddiası rədd edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-379/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-379/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver