Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-380/2024 22.01.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “podrat müqaviləsi üzrə ödənilmiş pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 17 iyun 2021-ci il tarixli 3M-1639 reyestr nömrəli podrat müqaviləsi üzrə ödədiyi 22.000 manat pulun, podrat müqaviləsi üçün ödədiyi 92 manat pulun və ödədiyi 157 manat dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı və Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə podrat müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən Cavabdeh öz materiallarından istifadə etməklə Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan 15 ünvanda yerləşən tikinti sahəsi 60 kv.m təşkil edən 6 metr hündürlüyü, 5 daş kürsü, 3 metr tavan hündürlüyü olan 3 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini tikib yaşayış üçün hazır vəziyyətdə İddiaçı təhvil verməyi, İddiaçı isə həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş 22.000 manat pulu odəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 22.000 manat müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə 22.000 manatdan 15.000 manatını notariusun depozit hesabı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə ödəmişdir. Qalan 7000 manat pulu isə 7 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müəyyən edilən 7 gün müddətdə qalan 7.000 manat pulu da ödəmişdir. İddiaçı müqavilədə nəzərdə tutulan 22.000 manat pulu tam şəkildə cavabdehə ödənilmişdir. 15.000 manatın ödənilməsinə dair rəsmi sənəd vardır, lakin 7.000 manata dair yazılı sübut yoxdur. Yalnız iddiaçı ilə cavabdehin arasında 7.000 manat vəsaitin cavabdehə verildiyini təsdiq edən telefon danışığının səs yazısı vardır. Müqavilənin 4.1-ci bəndində əsasən cavabdeh həmin fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx.xx.2021-ci il tarixdə hazır vəziyyətdə iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Evin təhvil verilməsi üçün nəzərdə tutulan müddətdən iki ildən artıq vaxt keçməsinə baxmayaraq, cavabdeh heç bir iş görməyib və müqavilə şərtlərini yerinə yetirməmiş və iddiaçıya maddi ziyan vurmuşdur. İddiaçı ödədiyi pulun qaytarılmasını tələb etsə də, cavabdeh pulu qaytarmağdan imtina edir. Məhkəməyə müraciət edərkən əlavə xərcə düşməmək üçün pulu məhkəmədən kənar geri qaytarılmasına çalışsa da, cavabdeh pulun qaytarılması üçün cəhd də etməmişdir. Bununla bağlı Bakı şəhər Baş Polis İdarəsinə və Azərbaycan Respublikası Baş Prokrorluğuna müraciət edərək də, iddiaçının ərizəsi mülki xarakterli olması bildirilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə edlmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəməyə məlum olan ünvan 2 ünvana məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin bildirişi cavabdehə təqdim etmək mümkün olmamışdır. Bu barədə “ünvan sökülüb” qeydi yazılmaqla poçt tərəfindən bildiriş məhkəməyə qaytarılmışdır. Həmçinin Cavabdeh məxsus olan **********, **********, **********, ********** və ********** nömrəli mobil nömrələrə “AZEMİS” vasitəsilə SMS bildirişi göndərilmişdir, lakin “status gözlənilir”, “çatdırılmayıb” qeydləri yazılmaqla, SMS bildirişləri çatdırmaq mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 3M-1639 reyestr nömrəli podrat müqaviləsinə əsasən Cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan 15 ünvanda yerləşən torpaq sahəsi üzərində öz materiallarından istifadə etməklə tikinti sahəsi 60 kv.m təşkil edən, 6 metr hündürlüyü, 5 daş kürsü, 3 metr tavan hündürlüyü olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evini 2 ay müddətində xx.xx.2021-ci il tarixədək tikərək yaşayış üçün hazır etməklə İddiaçı təhvil verməyi, İddiaçı isə həmin yaşayış evini qəbul edərək müqavilə üzrə müəyyən edilmiş 22.000 manat pulu odəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilə üzrə podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzd da daxil olmaqla 22.000 manat müəyyən edilmişdir. İddiaçı müqavilə üzrə 22.000 manatdan 15.000 manatını notariusun depozit hesabı vasitəsi ilə xx.xx.2021-ci il tarixdə ödəmişdir. İddiaçı qalan 7000 manat pulu isə 7 gün müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli xəzinə mədaxil orderindən müəyyən edilir ki, İddiaçı Bakı şəhəri 43 saylı notariat ofisinin depozit hesabına 17 iyun 2021-ci il tarixli podrat müqaviləsi üzrə 15.000 manat mədaxil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2018-ci il tarixli Qərarına görə “Mülki qanunvericiliklə tənzimlənən müqavilələrin bir növü olan podrat müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığına əsaslanır. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərlə əlaqədar qeyd etməyi vacib hesab edir ki, tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir.” Müqavilə bağlanan zaman xx.xx.2021-ci il tarixdə kassa mədaxil orderinə əsasən İddiaçı 15.000 manatı Cavabdeh ödənilməsi üçün notariusun depozit hesabına ödəmişdir. Qalan 7.000 manatı ödədiyinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh podrat müqaviləsi üzrə İddiaçı ümumilikdə 15.000 manat pul almışdır. Bununla bağlı 17 iyun 2021-ci il tarixli xəzinə mədaxil orderi mövcuddur. Lakin hazırkı vaxta kimi Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsi Gülüstan 15 ünvanda yerləşən torpaq sahəsi üzərində öz materiallarından istifadə etməklə tikinti sahəsi 60 kv.m təşkil edən, 6 metr hündürlüyü, 5 daş kürsü, 3 metr tavan hündürlüyü olan 3 otaqlı, bir mərtəbəli fərdi yaşayış evini tikərək yaşayış üçün hazır vəziyyətdə İddiaçı təhvil verməmişdir. Evin tikintisinin aparıldığı torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilməmiş və podrat müqaviləsində də həmin sənədlərə istinad edilməmişdir. Hazırda cavabdeh inşa etdiyi evi yaşayış üçün hazır vəziyyətdə iddiaçıya verməkdən imtina etdiyinə, evin və yerləşdiyi torpaq sahəsinin sənədlərini iddiaçıya təqdim etməkdən yayındığına (hərəkətsizliyinə) görə iddiaçının görülən işə marağı qalmamışdır. İddiaçı ödədiyi vəsaitin qaytarılmasını cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 17 iyun 2021-ci il tarixli 3M-1639 reyestr nömrəli podrat müqaviləsi üzrə İddiaçı ödədiyi 15.000 manat pul və ödənilmiş 157 manat dövlət rüsumu olmaqla, cəmi 15.157 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. İddia tələbi - 7.000 manat tutulması hissəsində rədd edilməlidir. Çünki, iddiaçı 7.000 manat pulu ödəməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X1rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 43 saylı notariat ofisində bağlanmış 17 iyun 2021-ci il tarixli 3M-1639 reyestr nömrəli podrat müqaviləsi üzrə İddiaçı ödədiyi 15.000 manat pul və ödənilmiş 157 manat dövlət rüsumu olmaqla, cəmi 15.157 (on beş min yüz əlli yeddi) manat pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-380/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-380/2024
22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver