Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3834/2020 05.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Təhminə Cəmil qızının sədrliyi, Paşayev Elçin Tofiq oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı uşağın atanın yanında qalması və aliment tələbinə xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Yasamal rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Yasamal rayon məhkəməsinin 2(004)-705/2013 saylı, xx xxxxx 2013-cü il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2008-ci il təvəllüdlü X2 və xx xxxxx 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana kimi saxlanılmarı üçün iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulmasına xitam verilməsi və xx xxxx 2008-ci il təvəllüdlü X2 iddiaçının yanında saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının keçmiş həyat yoldaşıdır. Tərəflərin birgə nikahlarından xx xxxx 2008-ci il təvəllüdlü X4 və xx xxxxx 2011-ci il təvəllüdlü X5 doğulmuşdur. Yasamal rayon məhkəməsinin 2(004)-705/2013 saylı, xx xxxxx 2013-cü il tarixli icra vərəqəsinə əsasən uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün iddiaçıdan hər ay qazancının 1/3 hissəsi miqdarında aliment tutularaq cavabdehə ödənilməlidir. Həmin vaxtdan 2020-ci ilin mart ayına kimi iddiaçıdan cavabdehin xeyrinə alimentin tutulması davam etmişdir. 2020-ci ilin mart ayından tərəflərin böyük uşağı xx xxxx 2008-ci il təvəllüdlü X4 cavabdehin razılığı ilə iddiaçının yanında qalmağa başlamışdır. Həmin vaxtdan hal-hazıra kimi onun təhsili, gidalanması, geyimi və sağlamlığı ilə iddiaçı məşğul olur. Uşağın sağlamlığında müəyyən narahatçılıqlar yaranmışdır ki, hal-hazırda onun müalicəsi ilə iddiaçı və onun anası məşğul olurlar. Onun bütün həkim xərclərini onlar ödəyirlər. Eyni zamanda uşağın özüdə cavabdehin yanında qalmaq istəmədiyini bildirmişdir. Göstərilənlərə əsasən, hal-hazırda iddiaçının digər uşağı xx xxxxx 2011-ci il təvəllüdlü X5 üçün aliment ödəməyə imkanı yoxdur. Odur ki, iddiaçının aliment öhdəliklərinə xitam verilməlidir. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək, xx xxxx 2008-ci il təvəllüdlü X2 atasının yanında qalmasına etiraz etmədiyini bildirmişdir.Eyni zamanda onun xeyrinə alimentin tutulmamasına razı olduğunu bildirmişdir. Məhkəmə iddiaçının, onun vəkilinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə bilər. Məhkəmə iclasında tərəflərin birgə nikahından doğulmuş xx xxxx 2008-ci il təvəllüdlü X4 atasıİddiaçı yanında qalmaq istədiyini bildirmişdir. Məhkəmə xx xxxx 2008-ci il təvəllüdlü X2 hazırda iddiaçının öhdəsində olmasını, onun təlim-tərbiyəsi və sağlamlığı ilə iddiaçının məşğul olmasını, onun fikrini, cavabdehin razılığını nəzərə alaraq hesab edir ki, xx xxxx 2008-ci il təvəllüdlü X4 atası İddiaçı yanında qalmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş əsasında müəyyən olunmuş aliment öhdəliklərinə tərəflərdən birinin ölümü nəticəsində, sazişin müddəti bitdikdə və ya sazişdə nəzərdə tutulmuş əsaslar üzrə xitam verilir. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə aşağıdakı hallarda xitam verilir: 113.2.1. uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə; 113.2.2. aliment ödənilən uşaq övladlığa götürüldükdə; 113.2.3. aliment alan şəxsin maddi yardıma ehtiyacının ödənildiyi və ya əmək qabiliyyətinin bərpa olunduğu məhkəmə tərəfindən müəyyən olunduqda; 113.2.4. aliment alan şəxs və ya aliment ödəyən şəxs öldükdə; 113.2.5. əmək qabiliyyəti olmayan və ya ehtiyacı olan aliment alan ər və ya arvad yeni nikaha daxil olduqda. Göründüyü kimi istinad olunan maddədə aliment ödənilən uşağın aliment alan valideyndən alınıb digər valideynə verilməsi halı alimentin ödənilməsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmamışdır. Belə olan halda aliment ödəyən şəxs aliment ödəməkdən azad oluna bilər. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aliment ödənilməsinə xitam tələbi rədd edilməli və iddiaçıya iddia ərizəsində göstərilən əsasla onun aliment ödəməkdən azad olunması tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx xxxx 2008-ci il təvəllüdlü X1 üçün İddiaçı yanında qalsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri, Yasamal rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Təhminə Xəlilova
Məhkəmə qərarları › İş №2(004)-3834/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3834/2020
05.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver