Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3851/2025 29.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızıın katibliyi, İddiaçı, Cavabdeh, Binəqədi rayon icra şöbəsinin icra məmuru Bəxtiyar İsmayılovun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “artıq ödənilmiş alimentin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “artıq ödənilmiş alimentin geri qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, oğlu X3 2022ci ilin mart ayından etibarən könüllü olaraq iddiaçının yanında yaşamasını, Yasamal rayon Məhkəməsinin 2(004)-3079/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə uşağın anadan alınıb atanın himayəsinə verilməsi qərarını nəzərə alaraq əmək haqqından 2024cü il iyul ayından 2025-ci ilin fevral ayı daxil olmaqla 8578 manat alimentin Cavabdeh hesabına köçürülmüş alimentin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh 10 mart 2009-cu il tarixdə nikaha daxil olmuşlar. Bu nikahdan 05 iyul 2009-cu il tarixdə X5 dünyaya gəlmişdir. Nikahları Yasamal rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(004)-403/2018 saylı qətnaməsi ilə pozulmuşdur. Qətnaməyə əsasən, uşağın anası Cavabdeh yanında qalması, uşağın saxlanılması üçün iddiaçının aylıq gəlirinin 25% miqdarının aliment kimi tutulub anasına ödənilməsi qət edilmişdir. İddiaçı həmin tarixdən başlayaraq hər ay nəzərdə tutulan aliment məbləğini Cavabdeh bank hesabına ödəmişdir. Lakin 2021-ci ilin yanvar ayından etibarən Cavabdeh bank kartı olmadığı üçün aliment ödənişlərini uşağın iştirakı və şahidliyi ilə əlbəəl qaydada ödəməyə davam etmişdir (uşaq artıq 15 yaşındadır və bunu təsdiq edə bilər). İddiaçının oğlu İlkin Şükürov 2022-ci ilin mart ayından etibarən liseyə hazırlıq məqsədilə könüllü olaraq onun yanında yaşamağa başlamışdır və anası Cavabdeh buna heç bir etirazı olmamışdır. Həmin vaxtdan (2022-ci il mart ayı) indiyə qədər Şəfəq uşaqla maraqlanmamış, uşağın heç bir qayğısı, problemlərinin həllində iştirak etməmişdir. Hətta bu azmış kimi bank kartının olmadığı dövrdə ödənişlər əlbəəl olunduğu üçün ödəniş qəbzləri olmaması faktından məharətlə sui-istifadə edərək guya həmin dövrdə ona heç bir aliment ödəmədiyini iddia edərək həmin dövr üçün aliment borcunun olduğunu iddia etmiş və İcra məmuru bu məsələnin doğruluğunu araşdırmadan, iddia olunan borc miqdarını dəqiqləşdirmədən maaşının 50% həcminin tutularaq Şəfəqin kartına ödənilməsi tələbini iş yerimə göndərmişdir. Bu tələbdə hansı miqdarda borcun tutulmalı olması ilə bağlı məlumat olmadığı üçün elə həmin tələb iş yerimə daxil olan vaxtdan başlayaraq hər ay maaşının 50% həcmində məbləğ mtiddətsiz olaraq tutulmağa davam etmişdir. Uşağı ilə, uşağının qayğıları ilə maraqlanmayan, borc və aliment iddiası ilə aldığı puldan uşağı üçün 1 qəpik belə xərcləməyən adam, əgər həqiqətən aliment ödəməsəydi elə həmin dövrdə alimentin ödənməməsi ilə bağlı etirazını bildirər, aliment ödənişi ilə bağlı tələb qaldırardı. Bu dövr ərzində isə nə Şəfəq, nə də icra məmuru tərəfindən alimentin ödənməməsi ilə bağlı heç bir müraciət olmamışdır. Çünki, kartı olan dövrdə də, kartı olmayan dövrdə də alimentləri ödəmişdir. Guya borcunun olması ilə bağlı iddia yalan və haqsız olmağına baxmayaraq, Binəqədi Rayon İcra və Probasiya şöbəsindən əsasında maaşından 8578 (səkkiz min beş yüz yetmiş səkkiz) manat tutularaq Şəfəqə ödənilmişdir. Bundan əlavə, uşağın 2022-ci ilin mart ayından başlayaraq daimi qaydada mənim yanımda yaşamasının təsdiqi ilə bağlı qonşuların tərtib etdiyi aktı, bununla bağlı uşağın mediasiya və məhkəmədə verdiyi ifadələri və uşağın bundan sonra da daimi olaraq iddiaçı ilə yaşamaq niyyətli olduğunu əsas götürərək Yasamal rayon Məhkəməsində (2(004)- 3079/2024, hakim Aydan Oruclu) “Uşağın atanın himayəsinə verilməsi ilə bağlı qətnamə qəbul olunmuş və uşaq Cavabdeh alınaraq onun himayəsinə verilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, aliment ödənişini Cavabdeh kart hesabına köçürmüşdür, bir müddət kartı itdiyindən əlbə-əl vermişdir. Hər hansı aliment borcu yaranmamışdır, yaranmış olsa belə, əmək haqqından tutma artıq aparılmışdır. Buna görə də, iddianı müdafiə etdiyini bildirmiş və təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, oğlu xx.xx.2009cu il təvəllüdlü X1 üçün iddiaçıdan xx.xx.2018-ci il tarixdən başlayaraq aliment almışdır. İddiaçı alimenti xx.xx.2022-ci ildən etibarən ödəmədiyindən onun borcu yaranmışdır. 2024-cü ildən X5 atasının himayəsindədir, həmin tarixdən də alimentin tutulması dayandırılmışdır. İddiaçının əmək haqqından tutma onun borcu ilə əlaqədar olmuşdur. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən icra məmuru X2 izahatında bildirmişdir ki, İddiaçı aliment üzrə icra sənədinin icrası ilə bağlı onun əmək haqqına tutma yönəldilmişdir. Həmin icra sənədi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək alimentə borcu 10261 manat təşkil edir. İddiaçının hazırki tələbi əsassızdır, çünki onun əmək haqqından 2024-cü ildən sonraki tutmalar aliment borcu ilə əlaqədar olmuş, hər hansı artıq vəsait ondan tutulmamışdır. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli, xx/xx-36790-1 saylı məktubundan görünür ki, İddiaçı barəsində olan aliment tələbinə dair Yasamal rayon Məhkəməsinin 2(004)-403/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək alimentə borcu 10261 manat təşkil edir. İş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-3079/2024, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə anası Cavabdeh himayəsinə verilmiş xx.xx.2009-cu il təvəllüdlü X5 anası - Cavabdeh himayəsindən alınaraq atası - İddiaçı himayəsinə verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 06 saylı arayışdan görünür ki, xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixədək İddiaçı əmək haqqından tutulmalı olan aliment məbləği 9271 manat təşkil edir. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci ilə qədər İddiaçı əmək haqqından tutulan məbləğ 8578,39 manat təşil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 yanvar 2018-ci il tarixli, 2(004)-403/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh arasında nikah pozulmuş, uşağın anası Cavabdeh yanında qalması, uşağın saxlanılması üçün iddiaçının aylıq gəlirinin 25% miqdarının aliment kimi tutulub anasına ödənilməsi qət edilmişdir. Daha sonra, Məhkəmənin 2(004)- 3079/2024, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-403/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə anası Cavabdeh himayəsinə verilmiş xx.xx.2009-cu il təvəllüdlü X5 anası - Cavabdeh himayəsindən alınaraq atası - İddiaçı himayəsinə verilmişdir. Bundan sonra, cavabdehdən aliment tutulması dayandırılmışdır. İddiaçı hazırda oğlunun faktiki olaraq onun himayəsində olduğu müddətdə ondan tutulan alimentin cavabdehdən tutularaq qaytarılmasını tələb edir. Lakin həmin mülki iş üzrə iddiaçı öz ərizəsində oğlunun faktiki olaraq 2023-cü ilin oktyabr ayından onun himayəsində qaldığını bildirir. Məhkəmənin sorğusuna əsasən daxil olmuş Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2025-ci il tarixli, xx/xx-36790-1 saylı məktubu ilə İddiaçı barəsində olan aliment tələbinə dair Yasamal rayon Məhkəməsinin 2(004)-403/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək alimentə borcu 10261 manat təşkil etməsi müəyyən edilir. xx.xx.2025-ci il tarixli, 06 saylı arayışa əsasən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı alimentə görə 9271 manat borcu yaranmışdır İddiaçının əmək haqqından tutulan aliment məbləği həmin dövrə qədər olan borca görə tutulmuşdur. xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci ilə qədər İddiaçı əmək haqqından 8578,39 manat məbləğində pul vəsaiti tutulmuşdur. Bununla da, iddiaçı tərəfindən Cavabdeh ödənilən aliment məbləğinin artıq ödənildiyi müəyyən edilmir. İddiaçı həmin dövrdə alimenti ödədiyini bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “artıq ödənilmiş alimentin geri qaytarılması” tələbi barədə iddiası əsaslı hesab oluna bilməz və rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi təmin edilmədiyindən iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “artıq ödənilmiş alimentin geri qaytarılması” tələbi barədə iddiası rədd edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №2(004)-3851/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3851/2025
29.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver