Məhkəmə qərarları › İş №2(004)-3862/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3862/2020

25.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3862/2020 25.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Ayaz Süleyman oğlunun sədrliyi, X3 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” mülki işə Bakı şəhəri Yasamal Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün 2018-cı ilin iyun ayından başlayaraq hər ay onun xeyrinə 400 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixində rəsmi olaraq ailə qurmuş, birgə nikahlarından xx.xx.2013-cü il tarixindəQurbanov MirəliRüstəm oğlu anadan olmuşdur. Cavabdeh uzun müddətdir ki, uşağın saxlanmasında ona maddi yardım göstərmir, uşaq onun öhdəsində qalıb, üstəlik uşaq autizm xəstəsidir, bu barədə AR SN Psixi sağlamlıq mərkəzinin arayışı da var. Halbuki, cavabdeh Sokarda işləyir, 500 manatdan cox maaş alır. Ondan əlavə, Qarabağ müharibəsi veteranı və əlilidi, 575 manat da pensiya alır. Bununla belə uşağın müalicəsi üçün pul vermir. "Atlas" kilinikasında uşağı ayda 8-10 dəfə müalicə kursuna aparmalıdır. Kursun biri isə 50 manatdır. Uşağı bu müalicəyə 24 iyun tarixində bircə dəfə apara bilmiş, daha apara bilməmişdir. X4 klinikasında onu nevrapatoloqun müayinə və müalicəsinə aparması ona 220 manata başa gəlib. Ona görə məhkəməyə müraciət etməli olmuşdur. Bundan başqa, uşaq xəstə olduğundan onu tək qoyub aliment tələbi ilə məhkəməyə müraciət etməyə imkan tapa bilmməmişdir. Öna görə də, alimentin 2 ildən əvvəlki dövr müddəti üçün də verilməsini tələb etmək hüququ var. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan işə baxılmasını xahiş etməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-78-ci, 100.3, 100.2ci maddələrinin tələblərini, «Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında» qanunu rəhbər tutaraq, məhkəmə araşdırması zamanı müəyyən etdi ki, tərəflər xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdurlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Ailə qanunvericiliyinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə hesab edir ki, iddiaçı haqlı olaraq, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Belə olduğu halda, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi əsaslı olduğundan, lakin iddia tələbi iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığına dair hissədə əsaslandırılmadığından, həmçinin, cavabdehin aylıq əmək haqqı qismində müntəzəm qazancı olduğundan, qismən təmin edilməli, cavabdehdən uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında, həmçinin, hər ay 50 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçının xeyrinə ödənilməlidir. Alimentin tutulma müddəti xx.xx.2020-cu il tarixdən aparılmalı və alimentin tutulması dərhal icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Odur ki, alimentin tutulma hissəsi dərhal icra olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233-cü, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdehhər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında və 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Alimentin tutulma müddəti xx xxxx 2020-ci il tarixdən hesablansın. Alimentin tutulması dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar