Məhkəmə qərarları › İş №2(004)-3884/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(004)-3884/2020

30.07.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № 2(004)-3884/2020 30.07.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Mən, Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədov Ayaz Süleyman oğlu, ünvan 1 ünvanında yerləşən kreditor "xxxxxxx" MMC-nin, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, məhəllə 3158/60, ev 12, mənzil 60 ünvanında qeydiyyatda olan Borclu qarşı “məhkəmə əmrinin verilməsi”nə dair əmr icraatı qaydasındakı ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Kreditor "xxxxxxx" MMC ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Borclu 2358 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2378 (iki min üç yüz yetimiş səkkiz) manat tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu ilə aralarında bağlanmış xx.xx.2018-ci il tarixli FSK1537 saylı müqaviləyə əsasən borclu kredit yolu ilə dəyəri 2358 manat olan məşiət avadanlığı əldə edib. Lakin, borclu müqavilə üzrə ödəniş etməkdən imtina etmiş və kreditora 2358 manat borcu qalıb. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, "xxxxxxx" MMC-nin tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Prosesual Mülki Məcəlləsinin 280-cimaddəsinə görə məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən hesab edirəm ki, məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödənilmiş 20 manat da borcludan kreditorun xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: xx.xx.1967-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, Y.Yasamal-2, məhəllə 3158/60, ev 12, mənzil 60 ünvanında qeydiyyatda olan Borclu kreditor "xxxxxxx" MMC-nin xeyrinə, 2358 manat əsas borc və 20 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2378 (iki min üç yüz yetmiş səkkiz) manat pul tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Yasamal Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Sədrlik edən:Ayaz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar