Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3912/2020 20.10.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundova Günay Təyar qızının sədrliyi, Orucova Nərmin Nəriman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və dəyərinin paylara uyğun bölünməsi, məhkəmə xərclərinin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T Dİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə mülkiyyətdə olan “Nissan X Trail” markalı, **-FF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına uyğun 1/2 hissədə bölünməsi, hüquqi yardım üçün ödənilmiş 210 manat məbləğində pul və 40 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək bildirir ki, Yasamal rayon Məhkəməsinin 2(004)-703/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə “Nissan X Trail” markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilərək həmin hissədə pay hüquqlarının tanınması qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin əmlaklar üzərində ½ hissədə payı müəyyən olunmasına baxmayaraq mülkiyyətindən bir mülkiyyətçi olaraq sərbəst şəkildə istifadə edib ondan faydalana bilmir. Cavabdeh tək başına həmin əmlakı istifadə etməklə onların aşınmasına, dəyər itirməsinə, bazar qiymətinin aşağı düşməsinə səbəb olur. Çıxarılmış məhkəmə qətnaməsinə əsasən dəfələrlə avtomobilin dəyərinin müəyyən edilib payına uyğun hissəsinin cavabdeh tərəfindən ona ödənilməsi ilə bağlı müzakirələr aparılsa da bu günə kimi cavabdeh avtomobilin dəyərinin payına düşən hissəsini ona verməmişdir. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X2 izahat verərək bildirir ki, əgər əmlak bölünübsə onun satılması daha məqsədəuyğundur. Hesab edir ki, əmlakın hərracda satılması hər tərəf üçün daha yaxşıdır. Qarşılıqlı razılaşmağa hazırdırlar. İddiaçı ona əmlakın bölünməsı barədə müraciət etmişdir Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Yasamal rayon Məhkəməsinin 2(004)-703/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə “Nissan X Trail” markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomobilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh payları müəyyən edilərək həmin hissədə pay hüquqlarının tanınması qət edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, iddiaçı birgə nikah dövründə əldə edilmiş “Nissan X Trail” markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomobilin üzərində olan payının 10000 manat müqabilində ona təklif edərək bu barədə rəsmi məlumat verilməsini əks təqdirdə mübahisə ilə bağlı məhkəməyə müraciət edəcəyini xəbərdar etmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları odur ki, tərəflərin sözügedən avtomobil üzərində payları müəyyən olunmuşdur. Avtomobilin naturada bölünməsi mümkün deyildir. İddiaçı məhkəməyə müraciət edənədək avtomobilin üzərində olan payını 10000 manat müqabilində cavabdehə təklif etmişdir. Lakin razılıq əldə olunmamışdır. Ona görə də iddiaçı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və dəyərinin paylara uyğun bölünməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, paylı mülkiyyətçilər arasında payın ayrılması ilə bağlı razılıq əldə olunmadıqda məhkəmə əmlakın açıq hərracdan satılması barədə qərar qəbul edir. Mülki Məcəllənin 220.4-cü və 220.6-cı maddələrinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər,həmin Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. İddiaçı eyni zamanda hüquqi yardım üçün ödənilmiş 210 manat məbləğində pulun cavabdehdən alınmasını tələb etsə də, buna dair sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edilməli, Cavabdeh birgə mülkiyyətdə olan “Nissan X Trail” markalı, **-FF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılaraq satışdan əldə edilmiş pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına uyğun 1/2 hissədə bölünməlidir. İddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsas tələb hissəsində təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh birgə mülkiyyətdə olan “Nissan X Trail” markalı, **-FF-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi açıq hərracda satılsın, satışdan əldə edilmiş pul vəsaiti İddiaçı və Cavabdeh arasında paylarına uyğun 1/2 hissədə bölünsün. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 40 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissəsində təmin olunmasın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Axundova
Məhkəmə qərarları › İş №2(004)-3912/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3912/2020
20.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver