Azәrbaycan Respublikası adından Qərardad Bakı şәhәri İş № e-2(3-6)-3973/2026 27.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (açar sözlər: qarşılıqlı iddia ərizəsinin mümkünlüyü) Bakı Apellyasiya Mәhkәmәsinin Mülki kollegiyası hakimlәr Sәlimova Sәadәt Rәşid qızı (sәdrlik edәn vә mәruzәçi), İmanov Azad Nizam oğlu vә Hәsәnov Elnur Mәmmәdsaat oğlundan ibarәt tәrkibdә, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ümumi birgә әmlakın bölgüsü” tәlәbinә dair mülki iş üzrә Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq aşağıdakı qәrardadı qәbul etdi. Birinci instansiya məhkəmələrində icraat İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ümumi birgә әmlakın bölgüsü” tәlәbinә dair ilkin iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. İddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “valideynlә uşaq arasında ünsiyyәt qaydasının müәyyәn edilmәsi” tәlәbinә dair qarşılıqlı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “valideynlә uşaq arasında ünsiyyәt qaydasının müәyyәn edilmәsi” tәlәbinә dair qarşılıqlı iddiası icraata qәbul edilmәmiş vә geri qaytarılmışdır. Mәhkәmә mövqeyini onunla әsaslandırmışdır ki, tәqdim olunmuş sәnәdlәrdәn göründüyü kimi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “nikahın pozulması vә s.” tәlәbinә dair iddia әriәsi ilә Göyçay Rayon Mәhkәmәsinә müraciәt etmiş, Cavabdeh hәmin mәhkәmәyә qarşılıqlı iddia әrizәsi tәqdim edәrәk, valideynlә uşaq arasında ünsiyyәt qaydasının müәyyәn edilmәsi barәdә qәtnamә çıxarılmasını xahiş etmiş, Cavabdeh müvәqqәti tәminat tәdbirinin tәtbiq edilmәsi barәdә әrizәsi Göyçay Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli, **(***)-**/**** saylı qәrardadı ilә qismәn tәmin edilmişdir. Tәqdim olunmuş qarşılıqlı iddia әrizәsindәn göründüyü kimi, qarşılıqlı tәlәb ilk tәlәbin qarşılıqlı ödәnilmәsinә yönәlmәmişdir, qarşılıqlı iddianın tәmin edilmәsi ilk iddianın tam vә ya qismәn tәmin edilmәsini aradan qaldırmır, qarşılıqlı vә ilk iddia arasında qarşılıqlı әlaqә yoxdur vә onlara birlikdә baxılması mübahisәlәrә daha tez vә düzgün baxmaqla nәticәlәnmir. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadından cavabdeh Cavabdeh şikayәt verәrәk, qәrardadın lәğv edilmәsini, qarşılıqlı iddia tәlәbi üzrә iddiaçı Cavabdeh uşaqla ünsiyyәt qaydasının müәyyәn edilmәsi tәlәbinә dair iddia әrizәsinin icraata götürülmәsinә dair yeni qәrardad qәbul edilmәsini xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, Göyçay Rayon Mәhkәmәsinin ## ######## 2024-cü il tarixli, *(***)-**/**** nömrәli qәtnamәsi ilә iddia tәlәbi qismәn tәmin edilәrәk, iddiaçı İddiaçı ilә cavabdeh Cavabdeh arasında ##.##.2014-cü il tarixdә Bakı şәhәr Qaradağ rayon qeydiyyat şöbәsindә *** №-li qeyd ilә bağlanmış nikahın pozulması, ##.##.2014-cü il tarixdә anadan olmuş X2 vә ##.##.2015-ci il tarixdә X1 iddiaçı İddiaçı yanında saxlanılması, ##.##.2023-cü il tarixdәn etibarәn ##.##.2014-cü il tarixdә anadan olmuş X2 vә ##.##.2015-ci il tarixdә X1 yetkinlik yaşına çatanadәk saxlanılması üçün cavabdeh Cavabdeh hәr ay hәr uşağa görә 200 manat, cәmi 400 manat sabit pul mәblәğindә alimentin tutularaq iddiaçı İddiaçı xeyrinә verilmәsi, Cavabdeh 68 manat mәblәğindә rüsumun alınaraq dövlәt büdcәsinә keçirilmәsi, qәtnamәnin alimentin tutulması hissәsindә dәrhal icra edilmәsi, iddia tәlәbinin qalan hissәdә tәmin edilmәmәsi qәt olunmuşdur. Göyçay Rayon Mәhkәmәsinin ## ######## 2024-cüil tarixli, *(***)-**/**** nömrәli qәtnamәsindәn tәrәfindәn verilmiş apellyasiya şikayәti qismәn tәmin edilmişdir. Şәki Apellyasiya Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrәli qәtnamәsi ilә Göyçay Rayon Mәhkәmәsinin ## ######## 2024-cü iltarixli, *(***)-**/**** nömrәli qәtnamәsi dәyişdirilәrәk ##.##.2023-cü il tarixdәn başlayaraq cavabdeh Cavabdeh tutulan alimentin mәblәği sonrakı artımlar nәzәrә alınmaqla, hәr ay hәr uşağa görә ölkә üzrә müәyyәn olunmuş minimum әmәk haqqının 0.58 misli hәddindә sabit pul mәblәğindә müәyyәn edilmәsi, qәtnamәnin alimentin tutulması hissәsindә dәrhal icra edilmәsi, qәtnamәnin mübahisәlәndirilәn qalan hissәdә dәyişdirilmәdәn saxlanılması qәt edilmişdir. Qeyd edilәn iş üzrә birinci instansiya mәhkәmәsindә icraat aparılan zaman İddiaçı tәrәfindәn ata ilә uşaqların ünsiyyәtinә maneәlәr yaradıldığı üçün Cavabdeh tәrәfindәn müvәqqәti tәminat tәdbirinin görülmәsi haqqında әrizә ilә Göyçay Rayon Mәhkәmәsinә müraciәt edilmişdir. Göyçay Rayon Mәhkәmәsinin ##.##.2023-cü il tarixli **(***)-**/**** nömrәli qәrardadı ilә әrizә qismәn tәmin edilmiş, әrizәçi Cavabdeh ##.##.2014-cü il tarixdә anadan olmuş X2 vә ##.##.2015-ci il tarixdә anadan olmuş X1 ilә hәr hәftәnin şәnbә vә bazar günlәri saat 10:00-dan saat 18:00-dәk ünsiyyәtdә olmasına şәrait yaratması vәzifәsi Göyçay rayonu, Dövranlı kәndindә qeydiyyatda olan İddiaçı üzәrinә qoyulmuş, qәrardadın icrası Göyçay rayon İcra vә probasiya şöbәsinә hәvalә edilmişdir. Hәmin dövrdә uşaqlarla ünsiyyәt hüququnun mәhkәmә qaydasında müәyyәn edilmәsinә dair iddia әrizәsi tәqdim edilmәmişdir. Müvәqqәti tәminat tәdbiri haqqında qәrardad qüvvәdәn düşdükdәn sonrakı dövrlәrdә isә әrizәçinin Yusif vә Əziz adlı övladları ilә normal şәkildә görüşüb ünsiyyәt yaratmasına cavabdeh tәrәfindәn maneәlәr yaradılmış, görüş üçün uzaq mәsafә qәt edib getdiyinә baxmayaraq saatlarla qapı arxasında gözlәdilmişdir. ## ### 2026-cı il tarixdә İddiaçı birgә nikah dövründә әldә edilmiş әmlakın bölünmәsinә dair iddia әrizәsi ilә Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinә müraciәt etmişdir. Hәmin iddia üzrә Bakı şәhәri Qaradağ Rayon mәhkәmәsinin icraatında olan e-*(*-**)-****/**** saylı iş üzrә Cavabdeh “uşaqla ünsiyyәt qaydasının müәyyәn edilmәsi” tәlәbinә dair qarşılıqlı iddia әrizәsi verilmişdir. Mәhkәmәnin ##.##.2026-cı il tarixli qәrardadı ilә qarşılıqlı iddia әrizәsinin icraata götürülmәsindәn imtina edilmişdir. Hesab edir ki, mübahisәlәndirdiyi qәrardad әsassız olduğundan lәğv edilmәlidir. Belә ki, qarşılıqlı iddia tәlәbi ilә mәhz Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinә müraciәt etmәkdә haqlı olmuşdur. Mәhkәmә aidiyyәti prinsipi (әrazi, predmet vә ya şәxs üzrә) prosessual qәnaәt prinsipinә riayәt edilmәsinә, bütün halların hәrtәrәfli, tam vә obyektiv araşdırılmasına, pozulmuş hüquqların bәrpasına qısa müddәtdә nail olunmasına xidmәt edir, habelә mәhkәmә müdafiәsi hüququnun әlçatanlığını vә sәmәrәliliyini tәmin edir. Qarşılıqlı iddia әrizәsinin icraata götürülmәsindәn imtina edilmәsi hәm prosessual qәnaәt prinsipinin pozulması, hәm dә mәhkәmә müdafiәsi hüququnun әlçatanlığı vә sәmәrәliliyi prinsipinin pozulması ilә nәticәlәnmişdir. Nikah mәhkәmә qaydasında pozularkәn әr-arvad mәhkәmәyә әr-arvadın ümumi birgә mülkiyyәtinin bölünmәsini müәyyәn edәn saziş tәqdim etmәzlәrsә, elәcә dә, bununla bağlı tәlәb olarsa әrarvadın birgә mülkiyyәtindә olan әmlakın bölgüsünü aparmalıdır. Azәrbaycan Respublikası Ali Mәhkәmәsinin “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlәrdәn hansının yanında qalması vә uşaqlar üçün valideynlәrdәn aliment tutulması tәlәbinә dair işlәrә baxılarkәn qanunvericiliyin mәhkәmәlәr tәrәfindәn tәtbiqi tәcrübәsi haqqında” ## #### 2016-cı il tarixli Qәrarının 7-ci bәndinә әsasәn, Ailә Mәcәllәsinin 22-ci maddәsindә nikahın pozulması haqqında qәtnamә qәbul etdikdә mәhkәmәnin hәll etdiyi mәsәlәlәrin dairәsi nәzәrdә tutulsa da, bu zaman uşaqların hüquq vә mәnafelәrinә tәsir göstәrә bilәcәk digәr mәsәlәlәrin hәlli imkanı qanunla qadağan edilmәmişdir. Bu mövqedәn çıxış edәn plenum uşaqla ünsiyyәt qaydasının müәyyәn edilmәsinә dә eyni icraatda baxılmasını tövsiyә etmişdir. Göründüyü kimi ailә mübahisәsindәn irәli gәlәn bütün mübahisәlәrә bir icraatda baxılması mümkün vә prossesual qәnaәt prinsipindәn çıxış etmәklә zәruri hesab edilmişdir. Bu halda qarşılıqlı iddia tәlәbinin icraata qәbul edilmәsini qadağan edәn hal mövcud olmamışdır. MPM-nin 35.3-cü maddәsinә әsasәn, qarşılıqlı iddia әrazi aidiyyәtindәn asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin mәhkәmәsinә verilir. Hәr iki mübahisә ailә mübahisәsi olmasına, tәrәflәrin eyni olmasına, işә daha qısa müddәtdә baxılması imkanı olmasına baxmayaraq mәkәmә tәrәfi qanunun yol verdiyi bu imkandan mәhrum etmişdir. Belә ki, hәr iki iddia ailә mübahisәsindәn yaranmış vә hәr iki mübahisәnin yaranmasına sәbәb nikahın xitam edilmәsi olmuşdur. Hәr iki mübahisәyә mәhkәmә tәrәfindәn birlikdә baxılması mübahisәlәrә daha tez vә düzgün baxmaqla nәticәlәnә bilәrdi. Amma qarşılıqlı iddianın icrata qәbulundan imtina edildiyi indiki halda mübahisәnin yenidәn aylarla uzanmasına, yeni mәhkәmә icraatının başlamasına, vaxt vә vәsaitin izafi sәrfinә sәbәb olacaqdır. Odur ki, Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-ci il tarixli, e-*(*-**)-****/**** saylı qәrardadının lәğv edilmәsini, qarşılıqlı iddia tәlәbi üzrә iddiaçı Cavabdeh uşaqla ünsiyyәt qaydasının müәyyәn edilmәsi tәlәbinә dair iddia әrizәsinin icraata götürülmәsinә dair yeni qәrardad qәbul edilmәsi xahiş olunur. Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı ilә Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-2(5-96)- ****/**** saylı qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәtin әsassız olduğundan tәmin edilmәmәsi, şikayәtin işlә birlikdә baxılması üçün Bakı Apellyasiya Mәhkәmәsinә göndәrilmәsi qәrara alınmışdır. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır. Şikayәtә Azәrbaycan Respublikası MPM-in 10.8-1 vә 397.2-ci maddәlәrinә uyğun olaraq yazılı icraat qaydasında baxılır. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hәr kәsin hüquq vә azadlıqlarının inzibati qaydada vә mәhkәmәdә müdafiәsinә tәminat verilir. II. Hәr kәsin hüququ var ki, onun işinә qәrәzsiz yanaşılsın vә hәmin işә inzibati icraat vә mәhkәmә prosesindә ağlabatan müddәtdә baxılsın. III. Hәr kәsin inzibati icraat vә mәhkәmә prosesindә dinlәnilmәk hüququ vardır. IV. Hәr kәs dövlәt orqanlarının, siyasi partiyaların, hüquqi şәxslәrin, bәlәdiyyәlәrin vә vәzifәli şәxslәrin hәrәkәtlәrindәn vә hәrәkәtsizliyindәn inzibati qaydada vә mәhkәmәyә şikayәt edә bilәr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddә 151.1. İddia әrizәsi bu Mәcәllәnin tәlәblәrinә riayәt edilmәklә verildikdә, onun mәhkәmә icraatı mümkündür. Maddә 154.1. İşdә iştirak edәn şәxs iddia әrizәsinin surәtini aldıqdan sonra 20 gün әrzindә iddiaya etirazını, qoyulmuş suallara cavablarını vә әrizәyә әlavә olunmuş sәnәdlәrә münasibәtini, hәmçinin iddiaya etirazın vә ona әlavә olunmuş sәnәdlәrin surәtlәrini iddiaçıya vә mәhkәmәyә tәqdim edir. Maddә 155.1. Cavabdeh ilk iddia ilә birlikdә baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermәyә haqlıdır. Qarşılıqlı iddia bu Mәcәllәnin 154.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt әrzindә verilmәlidir. Maddә 155.2. Bu Mәcәllәnin 154.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәtin keçmәsindәn sonra vә ya mәhkәmә baxışı zamanı qarşılıqlı iddia o halda verilә bilәr ki, onun verilmәsi üçün әsaslar hәmin dövrdә әmәlә gәlmiş olsun vә ya cavabdeh qarşılıqlı iddianın hәmin müddәtdә tәqdim edilmәsinin ondan asılı olmayan sәbәblәrә görә mümkün olmadığını әsaslandırsın. Bu Mәcәllәnin 154.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәtin keçmәsindәn sonra bu Mәcәllәnin 156.1.3-cü maddәsindә nәzәrdә tutulmuş әsaslarla qarşılıqlı iddianın verilmәsinә yol verilmir. Maddә 155.3. Qarşılıqlı iddianın verilmәsi iddia verilmәsinin ümumi qaydaları әsasında hәyata keçirilir. Maddә 156.1. Hakim qarşılıqlı iddianı aşağıdakı hallarda qәbul edir: 156.1.1. qarşılıqlı tәlәb ilk tәlәbin qarşılıqlı ödәnilmәsinә yönәlmişsә; 156.1.2. qarşılıqlı iddianın tәmin edilmәsi ilk iddianın tam vә ya qismәn tәmin edilmәsini aradan qaldırırsa; 156.1.3. qarşılıqlı vә ilk iddia arasında qarşılıqlı әlaqә vardırsa vә onlara birlikdә baxılması mübahisәlәrә daha tez vә düzgün baxmaqla nәticәlәnәrsә. 156.2. Qarşılıqlı iddianın qәbul edilmәsi mәsәlәsinә zәruri hallarda vә yaxud iddia verәn şәxsin vәsatәti üzrә iddianı verәn şәxsin vә yaxud işdә iştirak edәn şәxslәrin iştirakı ilә baxıla bilәr. Maddә 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: 398.0.1. mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk; 398.0.2. qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk; 398.0.3. qәrardadı tam vә ya qismәn lәğv edib qәrardadla hәll edilmәli olan mәsәlәni hәll etmәk; 398.0.4. qәrardaddan verilmiş şikayәtdәn imtina olunduqda, apellyasiya icraatına xitam vermәk. Maddә 399. Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Maddә 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında. Maddә 402.3. Birinci instansiya mәhkәmәlәrinin mәhkәmә aidiyyәti haqqında qәrardadlarından vә hәmin qәrardadlardan verilәn şikayәtin qaytarılması haqqında qәrardaddan kassasiya şikayәti verilә bilәr. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini iş materialları ilә birlikdә araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Kollegiya şikayәtin dәlillәri ilә bağlı qeyd edir ki, mülki prosessual qanunvericilikdә cavabdeh üçün nәzәrdә tutulmuş prosessual müdafiә vasitәlәrindәn biri dә Mәcәllәnin 155-ci maddәsindә müәyyәn edilәn ilk iddia ilә birlikdә baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia vermәk hüququdur. MPM-in 155 vә 156-cı maddәlәri qarşılıqlı iddianın verilmәsi vә onun mәhkәmә tәrәfindәn qәbul edilmәsi şәrtlәrini tәnzimlәyir. Belә ki, qarşılıqlı iddia MPM-in 154.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәt әrzindә verilmәlidir. Prosessual normanın tәlәblәrinә әsasәn, işdә iştirak edәn şәxs iddia әrizәsinin surәtini aldıqdan sonra 20 gün әrzindә iddiaya etirazını, qoyulmuş suallara cavablarını vә әrizәyә әlavә olunmuş sәnәdlәrә münasibәtini, hәmçinin iddiaya etirazın vә ona әlavә olunmuş sәnәdlәrin surәtlәrini iddiaçıya vә mәhkәmәyә tәqdim edir. Mülki Prosessual Mәcәllәnin 155.2-ci maddәsinә әsasәn, bu Mәcәllәnin 154.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәtin keçmәsindәn sonra vә ya mәhkәmә baxışı zamanı qarşılıqlı iddia o, halda verilә bilәr ki, onun verilmәsi üçün әsaslar hәmin dövrdә әmәlә gәlmiş olsun vә ya cavabdeh qarşılıqlı iddianın hәmin müddәtdә tәqdim edilmәsinin ondan asılı olmayan sәbәblәrә görә mümkün olmadığını әsaslandırsın. Bu Mәcәllәnin 154.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәtin keçmәsindәn sonra bu Mәcәllәnin 156.1.3-cü maddәsindә nәzәrdә tutulmuş әsaslarla qarşılıqlı iddianın verilmәsinә yol verilmir. Qarşılıqlı iddianın verilmәsi iddia verilmәsinin ümumi qaydaları әsasında hәyata keçirilir. MPM-in 156.1-ci maddәsindә hakim tәrәfindәn qarşılıqlı iddianın aşağıdakı hallarda qәbul edilmәsi müәyyәn edilmişdir: qarşılıqlı tәlәb ilk tәlәbin qarşılıqlı ödәnilmәsinә yönәlmişsә; qarşılıqlı iddianın tәmin edilmәsi ilk iddianın tam vә ya qismәn tәmin edilmәsini aradan qaldırırsa; qarşılıqlı vә ilk iddia arasında qarşılıqlı әlaqә vardırsa vә onlara birlikdә baxılması mübahisәlәrә daha tez vә düzgün baxmaqla nәticәlәnәrsә. Mülki Prosessual Mәcәllәnin 156.1.1 vә 156.1.2-ci maddәlәrindәki hallardan fәrqli olaraq, hәmin Mәcәllәnin 156.1.3-cü maddәsindә göstәrilәn, yәni qarşılıqlı vә ilk iddia arasında qarşılıqlı әlaqәnin olduğu vә onlara birlikdә baxılmasının mübahisәnin daha tez vә düzgün hәlli ilә nәticәlәndiyi hallarda (mәsәlәn, qarşılıqlı iddianın tәmin edildiyi tәqdirdә ilk iddianın әsassız olduğunu müәyyәn edildiyi hal) qarşılıqlı iddianın yalnız Mәcәllәnin 154.1-ci maddәsindә nәzәrdә tutulmuş müddәtdә verilmәsi imperativ qaydada göstәrilmişdir. Hazırkı işdәn müәyyәn olunur ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “ümumi birgә әmlakın bölgüsü” tәlәbinә dair ilkin iddia әrizәsi, iddiaçı Cavabdeh cavabdeh İddiaçı qarşı “valideynlә uşaq arasında ünsiyyәt qaydasının müәyyәn edilmәsi” tәlәbinә dair qarşılıqlı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt etmişdir. Göründüyü kimi apellyatorun qarşılıqlı iddia tәlәbi ilk tәlәbin qarşılıqlı ödәnilmәsinә yönәlmәmiş, qarşılıqlı iddia tәmin edildiyi halda belә ilk iddianın tam vә ya qismәn tәmin edilmәsinin aradan qaldırılması ilә nәticәlәnә bilmәz, hәr iki iddia tәlәblәri ayrı-ayrılıqda baxılmalı olan iddia tәlәblәri olduğundan, onlar arasında qarşılıqlı әlaqә olmadığından onlara birlikdә baxıldığı halda belә mübahisәlәrә daha tez vә düzgün baxılmaqla nәticәlәnmәsi dә mümkün deyildir. Kollegiya qeyd edir ki, qarşılıqlı iddianın ilkin iddia ilә birlikdә baxılması zәrurәti Mülki Prosessual Mәcәllәnin 156-cı maddәsindә tәsbit edilmiş şәrtlәrdәn dә irәli gәlir. Qarşılıqlı iddia tәlәblәri mәzmununa, mübahisәli hüquq münasibәtinin xarakterinә, habelә işdә iştirak edәn şәxslәrin dairәsinә görә ilkin iddia ilә sıx әlaqәdar olduqda onun ilkin iddia ilә bir icraatda baxılması mümkündür. İstinad olunanlara әsasәn kollegiya birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşaraq belә qәnaәtә gәlir ki, mübahisәlәndirilәn mәhkәmә aktı şikayәt verilә bilәn hüquq pozuntusuna әsaslanmadığından şikayәt tәmin edilmәdәn, birinci instansiya mәhkәmәsinin qәrardadı isә dәyişdirilmәdәn saxlanmalıdır. Şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 398- 402-ci maddәlәrini rәhbәr tutaraq Mәhkәmә kollegiyası Qərara aldı: Şikayәt tәmin edilmәsin. Bakı şәhәri Qaradağ Rayon Mәhkәmәsinin e-*(*-**)-****/**** nömrәli, ##.##.2026-cı il tarixli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir.
Məhkəmə qərarları › İş №e-2(3-6)-3973/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-3973/2026
27.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver