Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4234/2026 14.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Abbasova Günel Məhərrəm qızı, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, iddiaçı Iddiaçı “paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq dəyərinin ödənilməsi” barədə iddia ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadından iddiaçı Iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Işin halları və iş üzrə məhkəmə icraat(lar)ı Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı – cavabdehlə birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 51C, mənzil 301, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,90 kv.metr olan mənzildə Iddiaçı məxsus payın naturada ayrılması, əgər mənzilin naturada bölünməsi mümkün olmadıqda mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, iddiaçı Iddiaçı tərəfindən ##.##.2026-cı il tarixində Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun (qəbz nömrəsi: 2035083023) özünə qaytarılması, “iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmaması”nın iddiaçıya izah olunması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarının 10.14-cü bəndinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 114.1.3, 151.1, 152.1.3,152.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, mövcud iddia ərizəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilməsi üçün əsas yoxdur. Göstərilən qanunvericilik aktı normalarına əsasən, iddia ərizəsinin ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aidliyini müəyyən etmək mümkün olmadığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Habelə qeyd edilməlidir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən Iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır; - “Azemis” Elektron Məhkəmə informasiya sistemindən çıxarılan şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Iddiaçı qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(*-**)- ****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilərək işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Plenum qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32.7, 35.1, 45.4-cü maddələrinə qeyd edilmişdir ki, məhkəmənin qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, iddiaçı sözügedən tələblə ilk olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Iş materialarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı Iddiaçı cavabdeh Nağıyeva Günel Adəm qızına qarşı “əmlakın naturada bölgüsü” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən geri qaytarılmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Plenum qərarına əsasən, Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Iddia ərizəsindən görünür ki, iddiaçının tələbi daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınması haqqında iddialara aiddir və daşınmaz əşyanın olduğu yerə görə verilməlidir. Göründüyü kimi iddiaçının tələbinə aidiyyatla bağlı hissədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə qiymət verilmişdir. AR MPM-in 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Göründüyü kimi aidiyyatla bağlı iş üzrə bir qərardad olduğu halda məhkəmə işə onun tərəfindən baxılmalı olmadığı qənaətinə gəlməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Halbuki, prosessual qanunvericiliyin tələbinə əsasən aidiyyatla bağlı fikir ayrılığı olduqda səlahiyyətli məhkəmə apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməlidir. Həmçinin, məhkəmə öz qərardadında qeyd etmişdir ki, ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblər üzrə iddiaçının seçiminə görə aidiyyat qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə bir qayda olaraq həmin Məcələnin 35.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır (ümumi aidiyyət). Məhkəmə səhvən iddianın mahiyyətini ər-arvad arasında əmlak bölgüsü tələbi kimi qiymətləndirərək, Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024-cü il tarixli Qərarına istinad edərək, həmin mübahisələrə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır (ümumi aidiyyət) qənaətinə gəlmişdir.Lakin, məhkəmə diqqət etməmişdir ki, hazırki tələb ər-arvad arasında ümumi əmlakın bölünməsi ilə bağlı deyil. Tərəflərin birgə nikah dövründə əldə etdikləri əmlak Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə hər birinin ½ hissədə payları müəyyən edilməklə bölünmüşdür. Hazırki iddia tələbi həmin payların naturada ayrılması, bu mümkün olmadıqda isə əmlakın açıq hərracdan satılaraq dəyərinin paylarına uyğun bölüşdürülməsi ilə bağlıdır. Hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırki qərardadı əsassız və qanunsuz olduğundan ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilərək işə mahiyyəti üzrə həmin məhkəmədə baxılmağa davam etdirilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 8-ci əndinə əsasən: Məhkəmə icraatının istənilən mərhələsində hər kəsin müdafiə hüququ təmin olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 151.1. Iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2021-ci il tarixli Qərarına əsasən ər-arvadın daşınmaz əşya üzərində ümumi birgə mülkiyyətinin bölünməsinə dair iddiaların ərazi aidiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə uyğun olaraq qanunla başqa hal nəzərdə tutulmamışdırsa, cavabdehin rəsmi qeydə alındığı yer üzrə müəyyən edilməlidir. Daşınmaz əşya üzərində mülkiyyət hüququnun tanınmasına dair iddialar müstəsna aidiyyət qaydalarını tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən həmin daşınmaz əşyanın olduğu yer üzrə məhkəməyə verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” ## #### 2024cü il tarixli Qərarının 10.14-cü bəndinə əsasən Mülki Prosessual Məcəllənin işlərin ərazi aidiyyətini tənzimləyən 4-cü fəslində ər-arvadın ümumi əmlakının bölünməsinə dair tələblər üzrə iddiaçının seçiminə görə aidiyyət qaydası nəzərdə tutulmadığı üçün belə mübahisələrə bir qayda olaraq həmin Məcəllənin 35.1-ci maddəsinə uyğun olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsində baxılmalıdır (ümumi aidiyyət). Məhkəmə kollegiyası şikayətin dəlillərini nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayətin dəlilləri əsassızdır. Birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qərardad maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi, məhəllə 2942D, ev 51C, mənzil 301, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 98,90 kv.metr olan mənzildə üzərində payları müəyyən edilmiş, iddiaçının hazırkı tələbi isə paylı mülkiyyətdə olan əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda əmlakın açıq hərracdan satılaraq dəyərinin paylarına uyğun bölüşdürülməsi ilə bağlı olduğundan və mülkiyyət hüququnun tanınmasına aid olmadığından, həmin tələb müstəsna aidiyyat qaydalarını müəyyən edən Mülki Prosessual Məcəllənin təsir dairəsinə düşmür. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Iddiaçı Iddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(*-**)-****/**** saylı işi üzrə ## ###### 2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №e-2(3-6)-4234/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4234/2026
14.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver