Məhkəmə qərarları › İş №2(004)-3925/2020

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3925/2020

31.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3925/2020 31.08.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Axundov Toğrul Bəhruz oğlunun sədrliyi, Həmidova Nargilə Akif qızının katibliyi, İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X9, Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qətnaməsi ilə ondan xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Alalhverdiyeva (Məmmədova) Zahirə Vahid qızına; xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün qazancının və başqa gəlirlərimin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 Fəzil qızına ödənilməsi qət edilmişdir. Həmçinin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə ondan xx.xx.2017-ci il təvəllüdlü X18 oglu və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər birinə görə qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında aliment tulularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Qeyd edir ki, o, əvvəlcə cavabdeh Alalhverdiyeva (Məmmədova) Zahirə Vahid qızı ilə nikahda olmuşdur. Birgə münasibətdən xx xxxxxx 2010-cu il təvəllüdlü X10 doğulmuşdur. xx xxxx 2013-cü ildə digər Cavabdeh2 ilə nikaha daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 3 övladı olmuşdur: xx xxxxxx 2014-cü il təvəllüdlü X8; xx.xx.2017-ci il təvəllüdlü X11 və xx xxxxx 2020-ci il təvəllüdlü X12. Hal-hazırda himayəsində azyaşlı 4 uşağı vardır və onların hər birinə yüksək məbləğdə aliment ödəməyə imkanı çatmır. xx xxxxxx 2010-cu il təvəllüdlü X10 ilə xx xxxxxx 2014-cü il təvəllüdlü X1 başqa digər uşaqları xx.xx.2017-ci il təvəllüdlü X11 və xx xxxxx 2020-ci il təvəllüdlü X12 üçün də hər ay qazancının və gəlirlərinin 1/8 hissəsi miqdarında Cavabdeh2 aliment ödəyir. Digər tərəfdən uşaqların saxlanılması vəzifəsi yalnız bir valideynin üzərinə qoyula bilməz. Qanunveriliyə əsasən uşaqlarını saxlamaq hər iki valideynin borcudur. Odur ki, aliment məbləğinin azaldılması üçün məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən xx xxxxxx 2010-cu il təvəllüdlü X4 və X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün təyin edilmiş alimentin məbləği azaldılaraq, xx xxxxxx 2010-cu il təvəllüdlü X4 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1;xx xxxxxx 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və eyni zamanda vəkili X15 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və eyni zamanda vəkili X13 iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh1 xx xxxxx 2009-cu il tarixdə İddiaçı ilə rəsmi nikah bağlamışdır. Birgə nikahdan xx xxxxxx 2010-cu il tarixdə qızı Banu dünyaya gəlmişdir.2011-ci ildə iddiaçı ilə arasındakı nikah pozulmuşdur. Məhkəmə qətnaməsi ilə azyaşlı qızı Banunun Cavabdeh1 yanında qalması qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən İddiaçı qızı Banuya görə hər ay qazancının ¼ hissəsini aliment kimi Cavabdeh1 ödəməli idi.Nikahları pozulduqdan sonra o, xx.xx.2013-cü il tarixdə Cavabdeh2 ilə nikaha daxil olmuş və onunla nikahdan xx.xx.2014-cü il tarixdə Leyla adlı qızları doğulmuşdur.İddiaçı ikinci nikahda olduğu həyat yoldaşı Cavabdeh2 ilə razılaşaraq birgə yaşamaqda və övladlarını birgə tərbiyə etdikləri halda guya Elnurun ikinci övladı Leylaya münasibətdə valideyn öhdəlikdərini yerinə yetirmədiyini bildirməklə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-16182/2016 saylı xx.xx.2016-cı il tarixli əmrinə əsasən ikinci uşağa görə aylıq qazancının ¼ hissəsinin tutulmasına dair məhkəmə əmrinin qəbul edilməsinə nail olmuşlar.Qanuna əsasən 2 uşağa görə ərin və ya arvadın aylıq qazancının 1/3 hissəsi aliment kimi tutula bilər. Yəni bu halda hər uşağa görə ödəniləcək alimentin miqdarı valideynin aylıq qazancının 1/6 hissəsini təşkil edir.Bu səbəbdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı xx.xx.2017ci il tarixli qətnaməsi ilə qızı Banuya görə ödədiyi alimentin miqdarı onun aylıq qazancının 1/6 hissəsində müəyyən edilmişdir.Sonrakı mərhələdə ər arvad kimi birgə yaşamaqda davam etmiş və xx.xx.2017- ci il tarixdə Ziya adlı, xx.xx.2020-ci il tarixdə isə Zaur adlı daha iki övladları dünyaya gəlmişdir.Daim birgə yaşadığı övladlarına çəkdiyi xərcləri Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2766/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aliment kimi rəsmiləşdirərək iddiaçı qızı Banuya görə ödədiyi alimentin məbləğini bu dəfə aylıq qazancının 1/8 hissəyədək azaldılması üçün məhkəmyə müraciət etmişdir.Göründüyü kimi bütün bu məhkəmə proseslərinin məqsədi yalnız birinci nikadan doğulmuş övladına ödənləcək alimentin miqdarının azaldılması məqsədi güdür. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş (həmçinin məhkəmə elektrom SMS vasitəsi ilə) Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 1405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(007)-2651/2011 saylı qətnaməsi ilə İddiaçı Allahverdiyeva (Məmmədova) Zahirə Vahid qızının xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)- 16182/2016 saylı əmri ilə İddiaçı Cavabdeh2 xeyrinə tutulmuş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi və yeni məbləğdə alimentlərin tutulması xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı xx.xx.2017-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər birinə görə qazancının və (və ya) başqa gəlirlərinin 1/8 (səkkizdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, alimentin tutulma müddətinin xx xxxxx 2020-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. AzərbaycanRespublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, valideynlərin uşaqların barəsində bərabər hüquq və vəzifələri vardır. Uşaq qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi hüquqlarının təmin etdirilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından xx.xx.2010-cu il təvəllüdlü X10; digər Cavabdeh2 ilə nikahından xx xxxxxx 2014-cü il təvəllüdlü X8; xx.xx.2017-ci il təvəllüdlü X11 və xx xxxxx 2020-ci il təvəllüdlü X12 adlı uşaqları olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(007)-2651/2011 saylı qətnaməsi ilə İddiaçı Allahverdiyeva (Məmmədova) Zahirə Vahid qızının xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq X3 ödənilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(008)-16182/2016 saylı əmri ilə İddiaçı Cavabdeh2 xeyrinə tutulmuş alimentin miqdarı dəyişdirilmiş, xx.xx.2014cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/6 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 ödənilməsi və yeni məbləğdə alimentlərin tutulmasının xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2766/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı xx.xx.2017ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər birinə görə qazancının və (və ya) başqa gəlirlərinin 1/8 (səkkizdə bir) hissəsi miqdarında alimentin tutularaq iddiaçı Cavabdeh2 ödənilməsi, alimentin tutulma müddətinin xx xxxxx 2020-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Beləliklə iddiaçının cavabdehlərlə birgə nikahlarından ümumilikdə 4 uşaqlarının olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.3.-cü maddəsinə əsasən, 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı xx xxxx 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin dəyişdirilməsi vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1405/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 verilsin. xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay İddiaçı qazancının və başqa gəlirlərinin 1/8 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh2 verilsin. Yeni məbləğdə alimentin tutulma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Toğrul Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar