Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-394/2022 17.02.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Aytən Elçin qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına dair 11 noyabr 2019-cu il tarixində Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış “alqı-satqi” müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçının oğlu X2 ilə iş birlikləri olduğundan iddiaçının oğlunun ona borcu yaranmışdır. Bir müddət iddiaçının oğlu borcu ödəmədiyindən Muxtarov Şamxal təklif etmişdir kı, borcun təminatı olaraq iddiaçıya məxsus olan ünvan 1 ünvanı Muxtarovun tanışı olan Cavabdeh adına alqı-satqı yolu ilə rəsmiləşdirilsin və borc qaytarılanda ev iddiaçının adına qaytarılacaqdır. İlk öncə iddiaçı razılaşmasada Şamxal bildirmişdir ki, oğlunu tutduracaqlar və övladının başına hər an bir iş gələ bilər. Bunları nəzərə alaraq ünvan 1 ünvanına dair 11 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda alqı-satqı müqaviləsi bağlandı. Hal-hazırda iddiaçının oğlu Həsənov Ramin barəsində cinayət işi başlanmışdır və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Bundan başqa Cavabdeh iddiaçıya və iddiaçının ailə üzvlərinə qarşı “evin boşaldılması və istifadə hüququna xitam verilməsinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir. Həqiqətdə cavabdeh iddiaçıya “alqısatqı” müqaviləsi üzrə pul verməyib. Aralarında olan müqavilə formal bağlanmışdır. Yəni cavabdeh Cavabdeh iddiaçının oğlu X1 borcunu pərdələmək məqsədi ilə bağlanılmışdır. Aralarında olan razılaşmaya ( tərəflərin iradə ifadəsinə) əsasən cavabdeh borc pulu qaytarıldıqda ev iddiaçının adına qaytarmalı idi. Lakin hal-hazırda iddiaçını evdən çıxartmaq istəyir. İddiaçıya məxsus olan ünvan 1 ünvanını Muxtarovun tanışı olan Cavabdeh alqı-satqı yolu ilə rəsmiləşdirilməsi iddiaçının oğlu barəsində olan cinayət işi üzrə şahid qismində ifadə vermiş Muxtarov Əhməd Ağabala oğlu (Muxtarov Şamxalın atası) təstiq etmişdir. Qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28 , mənzil 1 ünvanına dair 11 noyabr 2019-cu il tarixində ünvan 5alqı-satqı” müqaviləsi başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Belə olan təqdirdə isə tərəflər arasında bağlanımlış əqd (alqı-satqı müqaviləsi) əhəmiyyətsizdir. İddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili X23 15.02.2022-ci il tarixində dəftərxana vasitəsi ilə məhkəməyə ünvanladığı ərizəsində, üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır, belə ki, iddiaçı iddia ərizəsində istinad etdiyi hallara dair sübutlarını təqdim etməmiş, sadəcə mülahizələrdən ibarət iddia ilə məhkəməyə müraciət etmişdir. 11 noyabr 2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsi qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmış, mənzilin dəyəri olan 51000 manat pul iddiaçıya ödənilmişdir. İddiaçının iddia ilə məhkəməyə müraciət etməkdə məqsədi sadəcə mənzildən çıxarılma müddətinin uzadılmasıdır. Belə ki, Nəsimi Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı ailə üzvləri ilə birlikdə mənzildən çıxarılması və onların istifadə hüquqlarına xitam verilməsi qət edilmiş, Bakı Apelyasiya Məhkəməsinin 02.11.2021-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, iddia tələbi tam əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş edir. Bundan əlavə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiq edilməsi haqqında ərizə təqdim edərək, İddiaçı tərəfindən Cavabdeh qarşı Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28 ,1 saylı mənzilə dair 11 noyabr 2019-cu il tarixində Baki şəhər 9 saylı Notariat Kontorunda bağlanmış alqı-satqı müqaviləsinin əhəmiyyətsiz əqd hesab edilməsi tələbi üzrə iddia müddəti buraxıldığından iddiadan imtina barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncu şəxs qismində Bakı şəhəri 9 saylı Notariat Kontoruna baxılacaq işin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən mülki iş üzrə təyin edilən məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli, RX seriyalı Çıxarışın surətindən müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyət kimi İddiaçı adına rəsmiləşdirilmişdir. Bu barədə 09.10.2014-cu il tarixdə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2213 nömrəli reyestr kitabının 205807 nömrəli vərəqində qeydiyyata alınmışdır. AN-İ ******* saylı, 27.11.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən müəyyən edilir ki, İddiaçı (satıcı) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.3 kv/m olan tam mülkiyyət üzrə ona məxsus hissəsini Cavabdeh (alıcı) mülkiyyətinə verir. Cavabdeh (alıcı) isə həmin daşınmaz əmlakı 51000 manat qiymətinə alır. ünvan 6 ünvanında qeydiyyatda olan X6 notariat ofisinə təqdim etdiyi **********212 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 9 saylı Notariat Kontorunda 23.11.2019-cu il tarixdə reyestrdə 8İ-17212 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. ünvan 6 ünvanında qeydiyyatda olan X18 notariat ofisinə təqdim etdiyi **********295 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 9 saylı Notariat Kontorunda 26.11.2019-cu il tarixdə reyestrdə 8İ-17295 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. ünvan 6 ünvanında qeydiyyatda olan X19 notariat ofisinə təqdim etdiyi **********213 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 9 saylı Notariat Kontorunda 23.11.2019-cu il tarixdə reyestrdə 8İ-17213 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. ünvan 6 ünvanında qeydiyyatda olan X12 notariat ofisinə təqdim etdiyi **********225 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 9 saylı Notariat Kontorunda 23.11.2019-cu il tarixdə reyestrdə 8İ-17225 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan X20 notariat ofisinə təqdim etdiyi **********226 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş,həmin ərizə Baki şəhər 9 saylı Notariat Kontorunda 23.11.2019-cu il tarixdə reyestrdə 8İ-17226 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. ünvan 6 ünvanında qeydiyyatda olan X7 notariat ofisinə təqdim etdiyi **********227 saylı ərizədə mənzilin satılmasına etiraz etmədiyini bildirmiş, həmin ərizə Bakı şəhər 9 saylı Notariat Kontorunda 23.11.2019-cu il tarixdə reyestrdə 8İ-17227 nömrə ilə qeyd edilmiş və informasiya sisteminə daxil edilmişdir. "xxxx" ASC-nin 6 saylı şöbəsinə 26.11.2019-cu il tarixli ünvanladığı məktubdan görünür ki, ünvan 7l 28-də qeydiyyatda olan Cavabdeh notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə 51.000 manat məbləğində pulun müvafiq müqavilə tərəfindən təsdiq edildikdən sonra ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı verilməsi üçün bankın **********00001AZM54 nömrəli depozit hesabına qəbul olunmasını xahiş etmişdir. 26.11.2019-cu il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, Cavabdeh tərəfindən 51.000 manat məbləğində pul **********00001AZM54 nömrəli depozit hesabına köçürülmüşdür. 27.11.2019-cu il tarixli ərizənin surətindən müəyyən olunur ki, Cavabdeh Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti, ev 28, 1 saylı mənzilin 51.000 manat İddiaçı satılması barədə razılığa gəlmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.11.2021-ci il tarixili, 2(103)- 8645/2021 saylı qətnaməsindən müəyyən olunur ki, iddiaçı Cavabdehlər İddiaçı, X3, X13,X15 , X16 ,X5, X29,Həsənova FəridəCeyhun qızına, X10, X14, Xəyalə Həsənovaya, X8 qarşı “evin boşaldılması və istifadə hüququna xitam verilməsi” tələbinə dair 2-(006)- 1680/2021 saylı mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh İddiaçı nümayəndəsi və vəkili X24 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən, Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AN-İ ******* saylı, 27.11.2019-cu il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı (satıcı) ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63.3 kv/m olan tam mülkiyyət üzrə ona məxsus hissəsini 51000 manata Cavabdeh (alıcı) mülkiyyətinə vermişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmış, həmin müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Belə ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələbinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). İddiaçı iddia tələbindəki hallara dair mötəbər, təqzibolunmaz sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bununla bağlı, məhkəmə bildirir ki, çıxarılmış məhkəmə qərarı tərəflərin mülahizələri əsasında deyil, dəqiq və mötəbər sübutlar əsasında çıxarılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Yakovlev Rusiya Federasiyasına qarşı işdə” qeyd etmişdir ki, Konvensiya nəzəri və ya xəyali hüquqların deyil, praktiki və səmərəli hüquqların təmininə yönəlmişdir. Məhkəmədə çəkişmə prinsipi prosessual funksiyaların ciddi olaraq fərqləndirilməsində, tərəflərin prosessual bərabərliyində və məhkəmənin tərəflərə münasibətdə müstəqil vəziyyətində təzahür edir. Çəkişmə və tərəflərin bərabərliyi prinsipi tərəflərə bərabər prosessual imkanların verilməsini nəzərdə tutmalıdır. Bundan əlavə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Lakin iddiaçı qanunla müəyyən edilmiş müddəti də ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 mart 2020-ci il tarixli Qərarında göstərmişdir ki, “Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçı alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan keçən iki il ərzində, alqı-satqı müqaviləsini mübahisələndirməmiş, bununla da əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Ona görə də, iddiaçının müqavilənin əhəmiyyətsizliyi ilə bağlı iddiası həm əsassız olduğuna, həm də məhkəmə tərəfindən iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri 9 saylı Notariat kontoru mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etməklə “əqdin əhəmiyyətsiz hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-394/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-394/2022
17.02.2022 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver