Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3945/2020 03.09.2020 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Kərimova Leyla Abbas qızının katibliyi, Cavabdeh Asif qızının iştirakı ilə, İddiaçı Cavabdeh Asif qızına qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi”tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Asif qızına qarşı “alimentin müəyyən edilmiş miqdarının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasmal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2869/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahdan doğulmuş övladı - xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 160 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 80 manat müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2869/2019 nömrəli qətnaməsi ilə İddiaçı və Cavabdeh Asif qızının birgə nikahdan doğulmuş - xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment məbləği artırılmaqla İddiaçı hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh Asif qızına ödənilməsi qət edilmişdir. İddiaçı həmin qətnamə ilə razı deyildir. Hazırda iddiaçının öhdəsində xx.xx.2013-cü il təvəllüdlü Tohid və xx.xx.2017-ci il təvəllüdlü İslam adlı iki azyaşlı övladı da var. Uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsində çətinlik çəkir. Bu səbəbdən, iddiaçı qızı Yeganə üçün ödədiyi 160 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 80 manat müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə onun iddia ərizəsində şəxsən göstərdiyi ünvan 1 ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçı həmin ünvanda yaşamadığından bildirişi ona təqdim etmək mümkün olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.4-cü maddəsinin tələbinə uyğun olaraq iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Cavabdeh Asif qızı məhkəmə iclasında iddia ərizəsinə mahiyyəti üzrə baxılmasını tələb etdi, iddianı qəbul etməyərək izahatında bildirdi ki, onun İddiaçı ilə birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü X2 adlı bir övladı var. İddiaçı övladı ilə maraqlanmır, uşağın maddi və mənəvi ehtiyaclarının ödənilməsində ona köməklik etmir. O, uşağı təkbaşına böyütməsində və maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəməcavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Bakı şəhəri Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2869/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə İddiaçı və Cavabdeh Asif qızının birgə nikahından doğulmuş övladı - xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş aliment məbləği artırılmaqla İddiaçı hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh Asif qızına ödənilməsi qət edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələbinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Belə ki, uşağın minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olmasını və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanılması baxımından alimentin miqdarı məhkəmə tərəfindən dəyişdirilərək həy ay 160 manat müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Hazırda Bakı şəhəri Yasmal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2869/2019 nömrəli qətnaməsi ilə müəyyən edilmiş 160 manat alimentin miqdarının azaldılması üçün hər hansı qanuni əsas mövcud deyildir. Çünki, aliment ödəmələrinin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişməyib. Əksinə “Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2020-ci il üçün yaşayış minimumu uşaqlar üçün 170 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Asif qızına qarşı “Bakı şəhəri Yasmal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)-2869/2019 nömrəli qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş tərəflərin birgə nikahdan doğulmuş övladı – xx.xx.2003-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan 160 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 80 manat müəyyən edilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 20 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Vahid Hacıyev
Məhkəmə qərarları › İş №2(004)-3945/2020
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3945/2020
03.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver