Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-3953/2025 12.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair 18 iyun 2025-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X2 üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/3 (üçdə bir) hissəsi miqdarında alimentin tutulması və özü üçün hər ay 100 (yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2021-ci tarixdə 271 nömrəli akt qeydi ilə rəsmi nikaha daxil olmuş, birgə nikahdan iki övladı anadan olmuşdur: xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X5. Cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Cavabdehlə ayrıldıqdan sonra “alimentin tutulmasına dair” MTT barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra bir ay 500 manat ödəmişdir. Bildirmişdir ki, bir valideyn kimi uşağının maddi və mənəvi tələbatlarını ödəmək cavabdehin də vəzifəsidir. Tək başına o, övladlarının tələbatlarını ödəyə bilmir. Eyni zamanda, o, körpə övladına baxır. Cavabdeh "xxxx" MMC-də işləyir, 1500 manat əmək haqqı alır. Qanuna əsasən, xx.xx.2024-cü il təvəllüdlü X5 3 yaşına çatanadək onun da atadan aliment almaq hüququ var. Cavabdeh 07 avqust 2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, 12 avqust 2025-ci il tarixdə keçiriləcək məhkəmə iclasında şəxsi işləri ilə bağlı iştirak edə bilməyəcək. İddianı qismən qəbul edir. Belə ki, uşağın 3 yaşına çatanadək ondan iddiaçının xeyrinə aylıq 100 manat tutulmasını qəbul etmir. Çünki, iddiaçı "xxxx" QSC-də tam iş günü çalışır və əmək haqqı alır. Bundan başqa, o, həmçinin Azərbaycanın Estoniyadakı Diaspora cəmiyyətində çalışır və oradan da məvacib alır. Yuxarıdakı məbləğ o zaman cavabdehdən tutulmalıdır ki, ana 3 yaşına kimi uşağa baxmağı ilə bağlı çalışmasın. Onların işində isə bu hal yoxdur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmədə iştirak etməməyini üzürlü hesab edərək məhkəmə iclasını onun iştirakı olmadan keçirərək, iddianın qismən, yalnız onun qazancının üçdə bir hissəsində uşağın saxlanması üçün aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh onu və körpə qızlarını valideyn evinə gətirib qaytardıqdan sonra uşaqları və öz həyatının təminatı üçün işə çıxmağı maddi ehtiyyatlarını qarşılaya bilsin deyə oldu. Estoniya ilə bağlı isə ümumiyyətlə iş yeri belə səhf qeyd olunub. X6 Respublikasında daimi yaşayış yəni oturum izni olduğu üçün radio4 dalğasında Estoniyadakı Azərbaycan Mədəniyyət evinin X7 müəllifi olduğu Ocaq verilişinin həm redaktoru həm də aparıcısıdır. Aylıq verilişdir 1 dəfə yayımlanır və Azərbaycan Estoniya mədəni və siyasi əlaqələri haqqında konsepti var. Belə ki, ona yazılan aylıq qonorar 39 euro təşkil edir. Çünki onun 1-ci evliliyindən Emil Oktain adında 10 yaşlı oğlu var və o, Estoniyanın vətəndaşıdır oradan qazandığı məvacib onun üçündür. Nəzərə alınsa ki, onun birinci nigahı Estoniya Respublikasında qeydə alınmışdır, oradan qazandığı xərclərin və yaxud iş yerinin cababdeh Cavabdeh onların aliment məhkəmə iclasında əsas gətirməyini qeyri-etik sayır. Azərbaycan Televiziya və Radio Verilişləri QSCnin Telesəhər redaksiyasında isə həm redaktor həm də reportyor kimi çalışır. Həmçinin cavabdeh ilə ailə həyatı qurduqdan sonra onun anası tərəfindən bütün şəxsi sərhədlərinin pozulması, psixoloji mənəvi təziqlər, manipulasiya kimi halları yaşamağı adi normal günlərdən biri sayılırdı. Hal-hazırda aliment tələbi ilə bağlı Cavabdeh "xxxx" MMC-də inzibatçı vəzifəsində 1585 manat məbləğində məvacib alır. Lakin maaşından əlavə olaraq universitet tələbələri üçün diplom işlərinin yazılmağına köməklik göstərir. Belə ki, 1 diplom işi ***-**** manat arası dəyişir nəzərə alınsa ki, ayda 2-3 iş götürdüyü halda bu məbləğ 3000 keçir. Cavabdeh yaxın çevrəsi dediyi şəxslər tərəfindən təşkil olunan İnformasiya Texnologiyaları istiqamətində şəbəkə sistemlərinin quraşdırılması kimi işləri də icra edir və bu da əlavə gəlir mənbəyi sayılır. Hal-hazırda fəaliyyət göstərdiyi şirkətdə də əlavə iş saatlarına görə də yüksək miqdarda məvaciblər alır. Evli olduqları müddətdə Sentrum kimi böyük şirkət ilə əməkdaşlığı olub. O zaman üçün aylıq maaşı 2 işdə işlədiyi üçün 2000 dolları keçirdi. Bunlar yalnız onun bildiyidir, bilmədiklərini və sadaladığı bəndləri nəzərə alaraq İnformasiya Texnologiyaları istiqamətində fəaliyyət göstərən mütəxəssis Cavabdeh aylıq gəlir mənbəyi qazandığı aylıq əmək haqqıdan çox olur. Evli olduqları müddət ərzində ailə dedikdə öz valideynləri və bacı qardaşını əsas tutaraq elə hərbi xidmətdən qayıtdıqdan sonra da onun öhdəliyi “valideynlərini maddi təmin etməkdir” kəlməsi ilə yollarını ayırdı. Nəzərə alınsa ki, onun həmin ailə üzvlərinin hər biri işləyir və sağlamlıq məhdudiyyətləri yoxdur cavabdehin birinci öhdəliyi uşaqlarıdır. Ancaq o, son 4 ay ərzində qızları xx.xx.2023 təvəllüdlü Aişə Salamova və xx.xx.2024 təvəllüdlü Məryəm Salamova ilə qəti şəkildə maraqlanmır və onların emosional inkşafında iştirak etmir. O, körpə qızlarının həm fiziki həm mənəvi həm də emosional inkşaflarınının məsuliyyətini tək üstlənir. Valideynlərinin ona dəstək olmağı ona atalıq hüquqlarından yayınmağına heç bir əsas vermir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasını onun iştirakı olmadan keçirərək, iddianın qismən, yalnız onun qazancının üçdə bir hissəsində uşağın saxlanması üçün aliment təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı nikah evi tərəfindən verilmiş AZ-T 042477 nömrəli, 05 aprel 2022-ci il tarixli nikah haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh və İddiaçı xx.xx.2021-ci ildə 271 saylı akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə “Salamov”, arvada “Babayeva” soyadı verilmişdir. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” X8 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş AZ-İV № 860672 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2023-cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 28 fevral 2023-cü il tarixində 1431 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan 03 saylı Bakı “Asan Xidmət” X8 tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024cü il tarixdə anadan olmuş və bu barədə doğum haqqında akt qeydləri kitabında 24 iyul 2024-cü il tarixində 2049 saylı akt qeydi tərtib edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-150/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması, qərardadın 21 may 2025-ci il tarixdə qüvvədən düşmüş hesab edilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-239/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, 2(004)- 3953/2025 saylı mülki iş üzrə mübahisə məhkəmədə həll olunana və qətnamə çıxarılanadək xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X2 üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,62 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İş materiallarında olan AZEMİS-dən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də redaktor vəzifəsində çalışır və aylıq əmək haqqı 440 manat təşkil edir. İş materiallarında olan AZEMİS-dən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" MMCdə inzibatçı vəzifəsində çalışır və aylıq əmək haqqı 1585 manat təşkil edir. İşin mübahisəsiz halı odur ki, tərəflər 06 may 2021-ci ildə nikaha daxil olmuş, tərəflərin birgə nikahından xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X5 anadan olmuş, uşaqlar hal-hazırda anası İddiaçı yanında qalırlar. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş edir, cavabdeh iddia tələbini qismən etiraf edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə tərəflərin maddi vəziyyətini, uşaqların mənafeyini və rəsmi gəlir yerinin olmasını nəzərə alaraq, məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddiaçının tələbinin xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 3 yaşına çatana kimi iddiaçının maddi ehtiyaclarının ödənilməsi üçün cavabdehdən hər ay 100 (bir yüz) manat məbləğində aliment tutularaq ona ödənilməsi hissəsi ilə bağlı belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən, 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad; nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən aliment ödəməyi tələb etmək hüququna malikdirlər: Məhkəmə qeyd edir ki, cavabdehin zəruri vəsaitə malik olmasına dair sübut təqdim edilməmişdir. Eyni zamanda, birgə nikahdan olan xx.xx.2023-cü il təvəllüdlü X9 və xx.xx.2024-cü il təvəllüdlü X5 3 yaşına çatmasalar da, iddiaçı izahatında da hal-hazırda işlədiyini bildirmiş və iş materiallarına əlavə edilmiş AZEMİS-dən çıxarışdan da görünür ki, İddiaçı Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də redaktor vəzifəsində çalışır və aylıq 440 manat əmək haqqı alır. Məhkəmə həmçinin hesab edir ki, hazırda mübahisə məhkəmədə həll olunduğundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə sabit pul məbləğində müvəqqəti alimentin tutulması barədə qərardadın icrası dayandırılmalı, alimentin tutulması qətnamənin çıxarıldığı gündən hesablanmalı və dərhal icra edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur. Məhkəmə iclasında tədqiq edilmiş sübutları və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahından olan xx.xx.2023-cü il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay qazancının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16(004)-239/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə müvəqqəti alimentin tutulması dayandırılsın. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №2(004)-3953/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-3953/2025
12.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver